Məhkəmə qərarları › İş №e-2-2(123)-25/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-25/2020

30.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-25/2020 30.04.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “Aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarə rəisinin müavini Nümayəndə xx xxxx 2020-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (FİN: 5HGBF7Y) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarə rəisinin müavini Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********3684 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nizami rayonu, X6, Xalqlar Dostluğu yarmarkasının girişində yerləşən fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus köşkdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2020-ci il tarixli, VN seriyalı, 000299 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2020-ci il tarixli, VN seriyalı, 000299 nömrəli protokol tərtib edilərək götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarə rəisinin müavini Nümayəndə Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3684 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”ından görünür ki, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti 1-ci dərəcəli müfəttiş Əhədov Novruz Babaşah oğluna və kiçik vergi xidməti müşaviri X1 həvalə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli, **********3684 nömrəli qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmiş və markalanmalı (nişanlanmalı) olan malların götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli, VN seriyalı, 000299 nömrəli müvafiq protokol tərtib olunmuşdur. Cavabdeh X2 fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, X6, Xalqlar Dostluğu yarmarkasının girişində olan piştaxta obyektindən xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş markalanmalı (nişanlanmalı) mallar barəsində markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə akt tərtib olunmuş və məsul saxlanmaya götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli, VN seriyalı, 000299 nömrəli markalanmalı (nişanlanmalı) malların saxlamaya qoyulması barədə aktdan görünür ki, Nizami rayonu, Xalqlar dostluğu TM-nin qarşısında yerləşən köşkdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) mallar müvəqqəti olaraq saxlanılması üçün maliyyə uçotu və təsərrüfat şöbəsinin baş mütəxəsisi X3 təhvil verilmişdir. xx xxxxxx 2020-ci il tarixli, Cavabdeh verdiyi izahatdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, X4 yanında yerləşən piştaxta obyektində aksiz markaları ilə markalanmalı olan markalanmamış alış dəyəri 170, 6 manat olan 81 qutu tütün məmulatları aşkar olunmuş və bu malların satışından 30-40 manat gəlir əldə edilmişdir. Elektron qaydada çıxarılmış AZE seriyalı, AA0548377 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunda anadan olmuş və Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-cu il tarixli, **********5158 nömrəli qərardan görünür ki, vergi ödəyicisi Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlanma ilə nişanlanmalı malların məcburi nişanlanma ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 170.6 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli, **********3733 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarda nəzarət kitabçası, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron dayışıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının alış mənbələrini və qiymətlərini əks etdirən (təsdiq edən) sənədlər, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənəd və mulamatlar, opertiv vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin götürülməsi qeyd edilmişdir. Həmçinin Cavabdeh həmin qərarla tanış olmasını şəxsi imzası ilə təsdiq etmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin təqdim olunması haqqında xx xxxxxx 2020-ci il tarixli, **********3734 nömrəli tələbnamədən görünür ki, nəzarət kitabçası, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının alış mənbələrini və qiymətlərini əks etdirən (təsdiq edən) sənədlər, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənəd və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin bir iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlarla iş üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. xx xxxxxx 2020-ci il tarixli, VN seriyalı 00029 nömrəli markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunuluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan görünür ki, markalanmadan və ya saxta markalar ilə markalanmış və məcburi nişanlanma ilə nişanlanmış malların satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara buraxılması hallarına yol verdiyinə görə Cavabdeh barəsində Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********5159 nömrəli tələbnamədən görünür ki, Cavabdeh büdcəyə ödənilməli olan 170.60 manat vəsaitin xx xxxx 2020-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** nömrəli hesabına ödənilməsi tələb olunmuşdur. Culfa şəhər X7 Üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, hazırkı iş üzrə məhkəmə bildirişi Cavabdeh çatdırılmışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, məhkəməyə göndərməmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayətdir, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur ona görə də hazırkı işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 190.1-ci maddəsinə əsasən tütün məmulatları aksizli mallara aid edilir: 23.1 və 23.1.13-cü maddələrinə əsasən aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarıdır. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. 89.13.4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin iddiaçı tərəfindən müvafiq sənədləşdirilmələrin aparılması zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, **********5158 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, X6, Xalqlar Dostluğu yarmarkasının girişində yerləşən piştaxtada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aparılmış operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatları aşkar edilərək götürülmüşdür. Bu fakt iş üzrə vergi ödəyicisi, Cavabdeh izahatı ilə də öz təsdiqini tapır və mübahisə doğurmur. Həmçinin cavabdeh Azərbaycan Respublikası MPM-in 285-5.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən göndərilmiş bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, təqdim edilmiş sənədlər əlavə araşdırma aparılmadan iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “Aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” barədə iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1, 220, 222, 233, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 170,6 manat olan 81 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim imza: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar