Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-26/2024 01.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi” barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 19 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaranmış 4600.69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki İddiaçı MMC) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 373 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcının” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürdüyünü, müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilənin bağlandığı andan qüvvəyə mindiyini və bir il müddətinə qüvvədə olduğunu, müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyini, alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında akt tərtib edildiyini, xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 5.000,70 (beş min manat yetmiş qəpik) manat məbləğində qalıq borcunun olduğu müəyyən edildiyini və tərəflərin imzası ilə təsdiq edildiyini, daha sonra müştəri tərəfindən müəyyən ödənişlər edildikdən sonra müəssisəyə 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat qalıq borcu qaldığını, müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirildiyini, lakin Alıcının müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəmədiyini, müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edildiyini, eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubunun cavabdehin elektron kabinetinə yerləşdirildiyini, mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərildiyini, lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsinin mümkün olmadığını, beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdehin öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirmədiyini, belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəmədiyini və nəticədə İddiaçı MMC-ə 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qaldığını qeyd edərək əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 425.1, 425.2, 442, 448.1, 448.2, 600.1, 600.2, 600.4-cü maddələrinə istinad etmiş, “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+3600,69x1%=66.01 manat olduğunu bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 14 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahında iddianı qəbul etdiyini, iddiaçı ilə əməkdaşlığının olduğunu, uzun müddət işlədiyini, pandemiya dövrünə qədər Bakıda dükanının olduğunu, ondan sonra dükanının bağlandığını, il yarım və ya bir ildən sonra Naxçıvana gəldiyini, iddiaçı tərəf ona mal verdiyi müddətdə Əliyev Ceyhunla əməkdaşlıq etdiklərini, ordan ayrılıb gəldikdən sonra, yəni Naxçıvana köçdükdən sonra onu da işdən çıxardıqlarını və bu firma ilə əlaqələrinin kəsildiyini, 4600 manat borcun yarandığını və məlumatının olduğunu, borcunun olduğunu bildiyini, bir dəfəyə ödəyə bilməyəcəyini, amma müddət verilsə, aylıq 300, 400, 500 manat və ya elə ola bilər ki, ay ərzində 1000 manat da ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan: İddiaçı Nizamnaməsinin (6-cı redaksiya) 1.1-ci bəndindən görünür ki, Bu Nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 0204-A4-823 nömrəli şəhadətnamə ilə "xxxx" MMC kimi Dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli Qərarına əsasən "xxxx" MMC adlandırılmış, təsisçilərin xx.xx.2018-ci il tarixli Qərarına əsasən İddiaçı MMC adlandırılmışdır. xx.xx.2023-cü il tarixli, F-303 nömrəli “X1 iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 15 mart 2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında İddiaçı iştirak edərək tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh isə həmin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli, ******* №-li ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 6.01 (altı manat 01 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2017-ci il tarixli 373 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra satıcı adlanacaq) direktor X3 şəxsində digər tərəfdən Cavabdeh şəxsində (bundan sonra alıcı adlanacaq) birlikdə isə “tərəflər” arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Müqavilənin ayrılmaz hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları Satıcı satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Malların istehsalçısı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 3.1-ci bəndindən görünür ki, Malların hər vahidinin qiyməti Müqavilənin ayrılmaz hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada göstərilir. 5.1-ci bəndindən görünür ki, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. 9.1-ci bəndindən görünür ki, bu Müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiya aktından görünür ki, satıcı tərəfindən alıcıya verilmiş malların miqdarı, növü və qiyməti dəqiq göstərilmişdir. xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktından görünür ki, 14 aprel 2022-ci il tarixinə qarşılıqlı borclar üzrə yoxlamaya əsasən İddiaçı MMC-yə 5000,7 (beş min manat yetmiş qəpik) manat məbləğində borcun yaranması Cavabdeh və satış təmsilçisinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 5000,70 (beş min manat yetmiş qəpik) manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktı imzalandıqdan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən 0.01 manat və xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində ödəniş edildiyindən hal-hazırda Cavabdeh müəssisəyə 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat qalıq borcu qalmışdır. xx.xx.2021-xx.xx.2023-cü il tarix aralığını əhatə edən xx.xx.2023-cü il tarixli cari hesab ekstrasından görünür ki, Cavabdeh İddiaçı MMC-yə qalıq borcu 4,600.69 (dörd min altı yüz manat 69 qəpik) manat təşkil edir. 31 yanvar 2024-cü il tarixdə İddiaçı MMC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə icraatda olan İddiaçı MMC-nin Cavabdeh qarşı yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair e-2-2(123)-26/2024 saylı kommersiya işi üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə saat 09:05-ə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasına təyin edildiyini, icratda olan işlərin çoxlu ilə əlaqədar olaraq, qey olunan tarixdə MMC-nin nümayəndəsinin Naxçıvan şəhərinə ezam olunaraq, məhkəmə iclasında tərəflərindən iştirakının təmin edilməsinin qeyri-mümkün olduğunu, iddia tələbini müdafiə etdiklərini, qeyd olunan üzrlü səbəbləri nəzərə çatdıraraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini bildirmək istədiklərini, Cavabdeh yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10 avqust 2017-ci il tarixdə 373 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları göstərilən malları satmağı, Alıcı Cavabdeh isə həmin malları qəbul edib Müqavilənin 5.1-ci bəndinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, müəyyən edilən hallara əsasən tərəflər müqavilə bağlamaqla maraqlarına və mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmişdir. Bu əsasdan irəli gələrək tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh malların dəyərini tərəflər arasında bağlanmış müqavilə əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçınə 5000,7 (beş min manat 70 qəpik) manat məbləğində borcu yaranmış və bu hal aktın imzalanması ilə təsdiq edilmiş, qeyd edilən akt imzalandıqdan sonra Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 0.01 manat və xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində ödəniş edildiyindən hal-hazırda Cavabdeh müəssisəyə 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat qalıq borcu qalmışdır. Müəyyən edilmiş halın təsdiqi olaraq xx.xx.2023-cü il tarixli maliyyə arayışı iş materiallarına əlavə edilmiş, o cümlədən, Cavabdeh 14 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddianı qəbul edərək 4600 manat borcun yarandığını və məlumatının olduğunu bildirməsilə iş materiallarında olan borcun yaranmasına dair sübutların həqiqiliyinə təminat vermişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında, yaranmış borcun bir dəfəyə ödəyə bilməyəcəyini, amma müddət verilsə, aylıq 300, 400, 500 manat və ya elə ola bilər ki, ay ərzində 1000 manat da ödəniş edə biləcəyini qeyd etsə də, borcun ödənilməsi ilə bağlı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, habelə iddiaçı tərəfindən 31 yanvar 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə xx.xx.2023-cü il tarixli iddia ərizəsində tələb olunduğu ki, Cavabdeh yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edildiyindən məhkəmə, cavabdehin öhdəliyini icra etmədiyi qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 603.1-ci maddəsinə əsasən Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı əşyanı ödədiyi andan onun mülkiyyətçisi olur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 184.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında borcun yaranmasına dair həqiqiliyi təsdiq olunmuş sübutların mövcud olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 966 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 avqust 2017-ci il tarixli, 373 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən 14 aprel 2022-ci il tarixli üzləşmə aktına, cari hesab ekstrasına və 13 oktyabr 2023-cü il tarixli maliyyə arayışı məlumatları qarşılaşdırılmış, və göstərilən məlumatlar eynilik təşkil etmiş, 14 aprel 2022-ci il tarixli üzləşmə aktına, cari hesab ekstrasına və 13 oktyabr 2023-cü il tarixli maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh İddiaçınə 13 oktyabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) alqı-satqı müqaviləsi üzrə tələb edilən 4600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat qalıq borcu düzgün hesablanmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 966 nömrəli ekspert rəyi digər sübutlarla birlikdə mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, tələb edilənlərlə iş materiallarında olan: maliyyə arayışı, üzləşdirmə aktı, cari hesab ekstrası, o cümlədən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 966 №-li ekspert rəyində qeyd edilən məbləğlərdə fərqlilik aşkar edilmədiyindən sadalanan sübutların həqiqiliyinə təminat verilmişdir. Belə ki sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərlilik başa düşülür. Bundan əlavə məhkəmə, sübutların məcmusunda, onların qarşılıqlı funksional əlaqəsini müəyyən edərək birinin digərini təsdiqini və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasını aşkar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Əvvəla, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, F-303 nömrəli “X1 iştirak edilməməsi barədə” Arayışdan müəyyən edilmişdir ki, 15 mart 2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı isə iştirak edərək tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmiş, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 6.01 (altı manat 01 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmiş, dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. Hazırkı vəziyyətdə iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 66,00 (altmış altı) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 60 (altmış) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 6.01 (altı manat 01 qəpik) manat məbləğində əlavədən dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, xx.xx.2017-ci il tarixli 373 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 4600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borc alınıb İddiaçı MMC-yə ödənilməli, X1 iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci bütünlüklə Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməli, iddia tam təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan və iddiaçının ödəməkdən azad edildiyi 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməli, o cümlədən, iddiaçı tərəfindən ödənilmiş 6 (altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,1 (bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233.1-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh (FİN-xxxxxxx) 4600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borc alınıb İddiaçı MMC-yə (***-***-**-**) ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci alınıb İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 6 (altı) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,1 (bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-26/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-26/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver