Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-264/2025 08.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2659,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 2659,28 manat məbləğində (o cümlədən, vergilər üzrə 2415,14 manat, faizlər üzrə 244,14 manat) olmaqla, ümumilikdə 2659,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********245200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyini qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 26.2, 35, 305.1.12, 355-5, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 14:05-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən “Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi” barədə ərizədə iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, araşdırma aparıldığından ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi Nümayəndə ərizənin geri qaytarılmasını xahiş etdiyinə görə, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-264/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-264/2025
08.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver