Məhkəmə qərarları › İş №e-2-2(123)-284/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-284/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-284/2025 11.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş qalıq borc tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 03 iyul 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 5357 (beş min üç yüz əlli yeddi qəpik) manat qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 73.57 (yetmiş üç manat əlli yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC-ti ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürdüyünü, təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verildiyini, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəmədiyini və nəticədə Cəmiyyətə 5357 (beş min üç yüz əlli yeddi) manat məbləğində qalıq borcu qaldığını, təqdim edilmiş Maliyyə Arayışından da göründüyünü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan qalıq borcu 5357 (beş min üç yüz əlli yeddi) manat təşkil etdiyini, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etmədiyini, həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərildiyini, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmadığını bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 5.3, 21.2, 385.1, 425.1, 445.1, 445.2.1, 448.1 və 442cimaddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC-nin (bundan sonra “Satıcı” adlanacaq) etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 şəxsində bir tərəfdən və Cavabdeh (bundan sonra “Alıcı” adlanacaq) şəxsində digər tərəfdən bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:

1. Alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida məhsullarını (bundan sonra “Mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək,

2. Satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verəcək,

3. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. 5-ci bəndindən görünür ki, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı mallann təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədlərdə (bundan sonra “digər sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfi məhv olma və zədələnmə riski alıcıya keçir. 3.6-cı bəndindən görünür ki, alıcı malları qəbul etdikdən qaimə-fakturanı və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxəsini imzalayacaq, onların bir nüsxələrini özündə saxlamalı digər nüsxəsini isə satıcıya təhvil verməlidir. 7.10-cu bəndindən görünür ki, alıcı satıcıya olan ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır. 8.1-ci bəndindən görünür ki, alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini (Qiymət), müqavilənin digər şərtlərini nəzərə almaqla, müqavilədə qeyd edilmiş qaydada ödəməlidir. 8.2-ci bəndindən görünür ki, qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir. 8.3-cü bəndindən görünür ki, əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, qiymətlər bu müqavilənin 8.5-ci maddəsində göstərilən sənədlərdə və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan qiymətlər olacaqdır. 8.5-ci bəndindən görünür ki, satıcı qiymətə (satıcıya müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dəir aşağıdakı sənədləri alıcıya təqdim edəcək (ödəniş sənədləri):

1. Müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi akt,

2. Elektron vergi hesab fakturası,

3. Elektron qaimə,

4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. 8.8-ci bəndindən görünür ki, alıcı satıcıya ödəməli olduğu vəsaiti nağd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır. 10.1-ci bəndindən görünür ki, müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalacaqdır. Əgər tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə, müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir. Uzadılmaların sayı qeyri məhdud ola bilər. 13.3-cü bəndindən görünür ki, bu müqavilənin müddəaları alıcıya aid mövcud və sonradan açılacaq bütün satış obyektlərinə və market şöbələrinə şamil olunur. 13.3-cü bəndindən görünür ki, müqaviləyə xitam verilməsi və ya müqavilənin müddətinin bitməsi, öhdəliyini icra etməyən tərəfi, icra edilməyən öhdəliyin icrasından azad etmir. Debitorun borcun idarə edilməsi formasından görünür ki, Cavabdeh 7991,89 manat məbləğində borcu mpvcuddur. İddiaçı MMC tərəfindən tərtib olunmuş Maliyə Arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 16560 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nə xx.xx.2024cü il tarixinə 5357 (beş min üç yüz əlli yeddi) manat qalıq borcu vardır. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 514,82 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 17 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 340,63 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 523,02 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 404,20 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 195,34 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 216,99 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 13 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 222,60 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 21 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 247,75 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 26 may 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 336,60 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 11 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 361,02 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 11 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 378,03 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 11 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 368,88 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 11 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 1194,08 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 11 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 256,27 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 14 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 188,10 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 14 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 303,38 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 14 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 318,02 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 14 iyun 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 299,51 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 29 iyul 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 622,85 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. 29 iyul 2022-ci il tarixli Malların təhvil qəbul aktından görnür ki, İddiaçı MMC yekun məbləğ olaraq 300,59 manat dəyərindəki malları VÖEN : ********** Cavabdeh təhvil vermişdir. EBBW seriyalı, 452389 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 523,02 manat, EBBW seriyalı, 452391 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 514,82 manat, EBBW seriyalı, 452386 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 404,2 manat, EBBY seriyalı, 209446 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 1194,08 manat, EBCB seriyalı, 510833 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 622,85 manat, EBBZ seriyalı, 220020 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 402,16 manat, EBBY seriyalı, 209487 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 361,02 manat, EBBY seriyalı, 209453 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 368,88 manat, EBBY seriyalı, 209463 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 378,83 manat, EBBY seriyalı, 431289 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 303,38 manat, EBBY seriyalı, 431271 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 318,02 manat, EBBY seriyalı, 656778 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 340,63 manat olan müxtəlid adda malların İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim olunduğu, alıcı Cavabdeh tərəfindən isə təhvil alındığı məlum olur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə razılaşdırılmış şərtlərlə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida məhsullarını (malları) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış mallan təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə malların verilməsi iş materiallarına əlavə edilmiş malların təhvil qəbul aktları və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrlə öz əksini tapmaqla alıcı Cavabdeh həmin müqavilənin şərtləri ilə tam razı olduğunu bildirərək müqaviləni imzalaması ilə təsdiq edilmişdir. Bundan əlavə müqavilə şərtlərindən məlum olduğu kimi alıcı Cavabdeh satıcıya ödəməli olduğu vəsaiti nağd, yaxud bank vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən satıcı İddiaçı MMC-nin sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcı Cavabdeh sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları alıcıya təhvil verməsi ilə satıcının müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan müqavilənin icrası üzrə təhvil aldığı mallara görə ödənilməmiş 5357 manat məbləğində borcu yarandığı, borclu olduğu məbləği ödəmədiyi üçün şirkət qarşısında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı, 5357 mant məbləğində borcu 3 gün ərzində şirkətə ödənilməsinin tələb olunduğu, əks halda qeyd olunan məbləğin və əlavə xərclərin məcburi qaydada alınaraq İddiaçı şirkətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və iş materiallarına uyğun olaraq satıcı İddiaçı MMC-nin alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 5357 manat məbləğində borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-284/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məsələsini, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq bu hala münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi qaydası göstərilməlidir maddəsi bunu vacib etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5357 (beş min üç yüz əlli yeddi) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 73.57 (yetmiş üç manat əlli yeddi qəpik) manatdır. İddiaçı MMC-ti tərəfindən ********** nömrəli, xx.xx.2025 il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə 73.57 (yetmiş üç manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək Cavabdeh 5357 (beş min üç yüz əlli yeddi) manat məbləğində əsas borc, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 73.57 (yetmiş üç manat əlli yeddi qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq

q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh (VÖEN:**********, Fin:xxxxxxx, AZE AA*******) 5357 (beş min üç yüz əlli yeddi) manat tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 73.57 (yetmiş üç manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar