Məhkəmə qərarları › İş №e-2-2(123)-29/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-29/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-29/2025 04.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı “X15 Kredit Təşkilatı” MMC-nin cavabdeh X6 qarşı lizinq predmetinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı “X15 Kredit Təşkilatı” MMC-ti 24 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 iyul 2021-ci il tarixli, ML/3156 nömrəli X7 üzrə - 3.074,02 (üç min yetmiş dörd manat iki qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 1.291,73 (bir min iki yüz doxsan bir manat yetmiş üç qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 55,01 (əlli beş manat bir qəpik) AZN olmaqla, cəmi 4.420,76 (dörd min dörd yüz iyirmi manat yetmiş altı qəpik) AZN məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) AZN məbləğdə dövlət rüsumunun cavabdeh – X3 tutularaq iddiaçı - “X15 Kredit Təşkilatı” MMC-nə ödənilməsini, lizinq predmetini təşkil edən “Chevrolet Cruze” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-576/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ərizəsində iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - X8 arasında 28 iyul 2021- ci il tarixli, ML/3156 nömrəli X7 bağlandığını, həmin müqaviləyə əsasən, cavabdeh - X6 1 (bir) ədəd 2012-ci il buraxılışlı, “Chevrolet Cruze” minik markalı,1G1ZE5ST1GF253048 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verildiyini, cavabdeh X4 uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini məhkəmənin diqqətinə çatdırmaq istədiklərini, iddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəlikləri hələ də icra etmədiyini, lizinq üzrə borcun ödənilmədiyini, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – X4 28 iyul 2021-ci il tarixli, ML/3156 nömrəli X7 üzrə lizinq borcu - lizinq üzrə əsas borcunun məbləğinin 3.074,02 (üç min yetmiş dörd manat iki qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləğinin 1.291,73 (bir min iki yüz doxsan bir manat yetmiş üç qəpik) AZN, lizinq üzrə hesablanmış cərimənin məbləğinin 55,01 (əlli beş manat bir qəpik) AZN olmaqla, cəmi 4.420,76 (dörd min dörd yüz iyirmi manat yetmiş altı qəpik) AZN təşkil etdiyini, iddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlandığını, (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbzin iddia ərizəsinə əlavə edildiyini) sonuncu pretenziya tələbinin isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 747.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 443.5-ci, 445.1-ci, 445.2-ci, 448.2-ci, 462.1-ci, 449.1-ci, 449.4-cü, 748-1.12.4-cü, 748-2.3-cü maddələrinə istinad etməklə tələbini əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 04 iyun 2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X8 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə Mahmud oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq həmin ərizədə icraatınızda olan e-2-2(123)-29/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarix saat 09:05-ə təyin olunmuş məhkəmə baxış iclasında iş çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini, iclası iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini, iddia tələbini müdafiə etdiklərini, tam təmin olunaraq Qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X15 Kredit Təşkilatı” MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 65 (altmış beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli, ML/3156 saylı X7ndən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Lizinq verən” adlandırılacaq öz nizamnaməsi və Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən "xxxx" BOKT MMC-nin Direktoru Nümayəndə şəxsində bir tərəfdən və bundan sonra “Lizinq alan” adlandırılacaq X8 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2012-ci il buraxılışı olan “Chevrolet Cruze” Minik markalı, 1İG1ZE5STİGF253048 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməуі öhdəsinə qötürür. 2.1-ci bəndindən görünür ki, Lizinq obyekti Lizinq verən tərəfindən Alqı-satqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır. 2.2-ci bəndindən görünür ki, Lizinq obyektinin Satıcısı - X9 (7E-35232 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X10 ş/v seriya AZE 14752218 verilib ASAN3 tərəfindən xx.xx.2015-cı il tarixində verilib). 2.3-cü bəndindən görünür ki, Alqı-satqı müqaviləsi üzrə əldə edilən, lizinq obyektinin qiyməti 14 000 (on dörd) manat təşkil edir. 2.4-cü bəndindən görünür ki, Lizinq obyektinin verilmə yeri və qaydası Alqı-satqı müqaviləsi ilə müəyyən edilir. 3.1.4-cü bəndindən görünür ki, Lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 3.1.5-ci bəndindən görünür ki, Lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Lizinq alan isə ona Lizinq verən tərəfindən öhdəliyin yerinə yetirilməməsi haqqında müvafiq bildiriş göndərilən gündən 7 (veddi) gün ərzində dəbbə pulunu ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndindən görünür ki, Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 6.1-ci bəndindən görünür ki, Lizinq alanın Lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müddəti 36 (otuz altı) ay təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 8.2-ci bəndindən görünür ki, Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 13.558 (on üç min beş yüz əlli səkkiz) manat 24 (iyirmi dörd) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə təşkil edir. Bu məbləğdən 3958 (üç min otuz səkkiz) manat Lizinq verənin mükafatını təşkil edir. Lizinq verəndə Lizinq obyektinin əldə edilməsi ilə bağlı Lizinq ödənişlərinin ümümi məbləği hesablanarkən nəzərə alınmayan əlavə xərclər yarandıqda, Lizinq alan Lizinq obyektinin Təhvil-təslim aktının (Müqavilənin 3.1.-ci bəndi) imzalandığı andan gec olmayaraq qeyd olunan xərclərin əvəzini Lizinq verənə ödəməyi və bu məqsədlə Lizinq ödənişlərinin ümumi məbləğinə və yeni Lizinq ödənişləri qrafikinə dair Müqaviləyə dəyişikliklərin edilməsi barədə Razılaşmanı imzalamağı və ya Lizinq verənin lizinq alana təqdim etdiyi müvafiq hesabı yuxarıda göstərilimiş müddət ərzində ödəməyi öhdəsinə götürür. 8.3-cü bəndindən görünür ki, Lizinq alan 35%-4592 (dörd min beş yüz doxsan iki) manat məbləğində ilkin ödənişi bu müqavilə imzalandığı andan 5 (beş) gün ərzində ödəməyi öhdəsinə götürür. Lizinq alan 5 (beş) gün ərzində ilkin ödənişi tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 8.4-cü bəndindən görünür ki, Lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri qrafiki (Bu müqaviləyə Əlavə № 1) ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixli, ML/3156 saylı X7nə 1 saylı Əlavədən görünür ki, lizinq alan X6 cəmi ödəniləcək məbləğ 13.558,87 (on üç min beş yüz əlli səkkiz manat 87 qəpik) manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsilə verilmiş lizinqin və ona hesablanmış faizlərin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, ML/3156 saylı Alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən bundan sonra “Alıcı” şəxsində adlandırılacaq, «PSG FİNANS ВОКТ» МMC-nin Direktoru Nümayəndə və "Satıcı" adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı X9 adından 7E-35232 reyestr nomrəli etibarnamə ilə çıxış edən X10 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, X2 (7E-35232 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X10) 1 (bir) ədəd (2012-ci il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PF5SC8C7305350 ban nömrəli avtomobili (bundan sonra "Avtomobil" adlandırılacaq) Alıcının mülkiyyətinə verir. 1.2-ci bəndindən görünür ki, Alıcı bu avtomobili ML/3156 saylı X7nə əsasən X6 (gələcəkdə lizinq alan adlanacaqdır) lizinqə verilməsi məqsədilə alır. 3.1-ci bəndindən görünür ki, Avtomobilin (2012-ci il buraxılışı olan Chevrolet Cruze markalı, ban № 1G1PF5SC8C7305350) satış qiyməti 14.000 (on dörd min) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, Alıcı bu müqavilənin 3.1-ci bəndində qeyd olunan məbləği Alıcının təqdim etdiyi bank hesabına ("xxxx" ASC, Baş ofis, M/H: AZ61NABZ********************, FAD:506399, VÖEN**********, S.W.İ.F.T:RBTAAZ22, H/H: (AZ92RBTA********************) köçürmə yolu ilə ödəyir. xx.xx.2021-ci il tarixli, ML/3156 saylı X7 üzrə 1279/2024 saylı, xx.xx.2024-cü il tarxili Maliyyə arayışından görünür ki, X4 xx.xx.2021-ci il tarixli, 31565 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə kredit üzrə 3074,02 (üç min yetmiş dörd manat 2 qəpik) manat əsas borcu; 1291,73 ( min iki yüz doxsan bir manat 73 qəpik) manat faiz borcu; 55,01 (əlli beş manat bir qəpik) manat hesablanmış cərimə məbləği olmaqla, cəmi 4.420,76 (dörd min dörd yüz iyirmi manat yetmiş altı qəpik) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" BOKT MMC (lizinq verən) və X8 (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli, ML/3156 saylı X7 bağlanmış, müqaviləyə görə Lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2012-ci il buraxılışı olan “Chevrolet Cruze” Minik markalı, 1İG1ZE5STİGF253048 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməуі öhdəsinə götürmüş, Lizinq obyektinin lizinq alana təhvil verilməsi xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, lizinq alan müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X6 8 avqust 2024-cü il tarixli, 1105/24 saylı pretenziya məktubu ünvanlanaraq "xxxx" MMC ilə X8 arasında xx.xx.2021-ci il tarixli, ML/3156 nömrəli X7 bağlandığı, həmin müqaviləyə əsasən, lizinq verən - "xxxx" BOKT MMC öz mülkiyyətində olan 2012-ci il buraxılışlı "Chevrolet Cruze" minik markalı, 1GİPF5SC8C7305350 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bunun müqabilində lizinq verənə hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürdüyü, lakin hazırda müqavilə üzrə öhdəlikləri lazımı qaydada icra etmədiyi, borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq tərəfindən öhdəliyin icrası təmin edilmədiyi, qeyd edilənləri nəzərə alaraq, "xxxx" BOKT MMC-yə olan xx.xx.2024-cü il tarixinə hesablanmış 3895,45 AZN məbləğdə lizinq borcunu 3 (üç) təqvim günü müddətində ödənilməyi, həmin müddət ərzində öhdəliyi icra etmədiyi halda lizinq obyektini saz və işlək vəziyyətdə təhvil verilməsinin xahiş edildiyi, qeyd olunmuş tələblər qeyd olunan müddətlərdə icra olunmadığı təqdirdə, "PSG Finans BOКТ" MМС-nin lizinq müqavilənin şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətləri həyata keçirməyə başlayacağı bildirilmişdir. Belə ki, lizinq alan X8 maliyyə lizinq müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, lizinq müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün lizinq məbləğini və ona hesablanmış faizdən ibarət vəsaiti qaytarmadığından xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair kredit üzrə 3074,02 (üç min yetmiş dörd manat 2 qəpik) manat əsas borcu; 1291,73 ( min iki yüz doxsan bir manat 73 qəpik) manat faiz borcu; 55,01 (əlli beş manat bir qəpik) manat hesablanmış cərimə məbləği olmaqla, cəmi 4.420,76 (dörd min dörd yüz iyirmi manat yetmiş altı qəpik) manat məbləğində borcu yaranmış, iddia edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 208 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 28 iyul 2021-ci il tarixli, ML/3156 saylı X7 üzrə cavabdeh X4, İddiaçı BOKT MMC-nə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 3001,01 (üç min bir manat bir qəpik) manat, faiz borcu 688,23 (altı yüz səksən səkkiz manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə borcu 3689,24 (üç min altı yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat təşkil edir. Həmçinin məhkəmə iddiaçının X3 “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 55,01 (əlli beş manat bir qəpik) manat cərimə məbləğinin tutulması barədə qətnamə çıxarılması tələbinə dair hissədə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 208 saylı ekspert rəyi ilə müəyyən edilmiş hala əsasən hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla X6 cərimə hesablanmadığından, habelə təqdim edilmiş ekspert rəyinə münasibətdə (elektron sistemə əlavə edilmişdir) iddiaçı tərəfindən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə etiraz edilmədiyindən məhkəmə iddia tələbinin cərimə məbləğinə dair hissədə təmin edilməməsi qənaətindədir. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 208 saylı ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə 10 aprel 2025-ci il tarixli, 208 saylı ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 3001,01 (üç min bir manat bir qəpik) manat, faiz borcunun 688,23 (altı yüz səksən səkkiz manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə borcunun 3689,24 (üç min altı yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 3001,01 (üç min bir manat bir qəpik) manat, faiz borcuna münasibətdə 688,23 (altı yüz səksən səkkiz manat iyirmi üç qəpik) manat olmaqla ümumilikdə 3689,24 (üç min altı yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat məbləğində təmin olunmalıdır. Həmçinin məhkəmə iddia tələbi üzrə iddiaçının “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, 1G1ZE5ST1GF253048 ban nömrəli nəqliyyat vasitəsinin cavabdeh X4 istifadəsindən alınaraq saz və işlək vəziyyətdə mülkiyyətçi “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılması barədə qətnamə çıxarılması tələbinə dair hissədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə, lizinq verən pul məbləğlərini və lizinq obeyktini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ əldə edir; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 4 iyun 2021-ci il tarixli qərarının 48-ci bəndində qeyd olunur ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, lizinq obyekti iddia üzrə cavabdehin istifadəsindən alınaraq mülkiyyətçi “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 4.420,76 (dörd min dörd yüz iyirmi manat yetmiş altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 64,21 (altmış dörd manat 21 qəpik) manat olaraq müəyyən edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş 83,45% hissəsinə mütənasib olaraq 53,58 (əlli üç manat 58 qəpik) manat məbləği cavabdeh X3 alınaraq iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə ödənilməli, iddianın təmin olunmamış 16,55% hissəsinə mütənasib olaraq qalan 10,63 (on manat 63 qəpik) manat hissəsi iddiaçının özünə aid edilməklə təmin edilməməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,79 (79 qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılmalıdır. Bundan əlavə məhkəmənin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 15 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 208 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 83,45% hissəsinə mütənasib olaraq 50,07 (əlli manat 7 qəpik) manat məbləği cavabdeh X3, qalan 9,93 (doqquz manat 93 qəpik) manat məbləği isə iddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb X11 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 1 (bir) ədəd 2012-ci il buraxılışlı, “Chevrolet Cruze” minik markalı,1G1ZE5ST1GF253048 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh X1 və işlək vəziyyətdə alınaraq iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılmalı, cavabdeh X3 3001,01 (üç min bir manat bir qəpik) manat əsas borc, 688,23 (altı yüz səksən səkkiz manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3689,24 (üç min altı yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat alınıb iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə ödənilməli, cavabdeh X3 iddianın təmin olunmuş hissəsinə münasibətdə 53,58 (əlli üç manat 58 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə ödənilməli, iddianın təmin olunmamış hissəsinə mütənasib olaraq qalan 10,63 (on manat 63 qəpik) manat məbləği iddiaçının özünə aid edilməklə təmin edilməməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,79 (79 qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılmalı, məhkəmə mühasibatlıq ekspertizanın nəticəsində müəyyən edilmiş 60 manat məbləğində ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50,07 (əlli manat 7 qəpik) manat məbləği cavabdeh X3, qalan 9,93 (doqquz manat 93 qəpik) manat məbləği isə iddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq X11 MR İdarəsində olan hesabına :Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh X3 (VÖEN:**********, FİN: 4M5NBTP) 3001,01 (üç min bir manat bir qəpik) manat əsas borc, 688,23 (altı yüz səksən səkkiz manat iyirmi üç qəpik) manat mükafat borcu olmaqla ümumilikdə 3689,24 (üç min altı yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat alınıb iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə (VÖEN:**********) ödənilsin. “Chevrolet Cruze” minik markalı, buraxılış ili 2012-ci il olan, 1G1ZE5ST1GF253048 ban nömrəli nəqliyyat vasitəsi saz və işlək vəziyyətdə cavabdeh X3 alınaraq iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılsın. Cavabdeh X3 iddianın təmin olunmuş hissəsinə münasibətdə 53,58 (əlli üç manat 58 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,79 (79 qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı “X15 Kredit Təşkilatı” MMC-nə qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizanın nəticəsində müəyyən edilmiş 60 manat məbləğində ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50,07 (əlli manat 7 qəpik) manat məbləği cavabdeh X3, qalan 9,93 (doqquz manat 93 qəpik) manat məbləği isə iddiaçı “X15 Kredit Təşkilatı” MMC-dən alınaraq X11 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar