Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-294/2023 06.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi 27 oktyabr 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8317,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 632,73 manat, İşsizlikdən sığorta fonduna olan 25,33 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,26 manat məbləğində vergi borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx xxxxxx 1998-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Şahbuz, A.Qışlaq k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN:**********) İşsizlikdən sığorta fonduna 6,22 manat, dövlət büdcəsinə 1568,32 manat məbləğində (o cümlədən, vergilər üzrə 1489,38 manat, faizlər üzrə 78,94 manat), Dövlət Sosial Müdafiə Fonduna 155,51 manat, İcbari Tibbi Sığorta Fonduna 24,86 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 3229,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 3052,86 manat, faizlər üzrə 177,07 manat), İcbari Tibbi Sığorta Fonduna 24,96 manat, İşsizlikdən Sığorta fonduna 6,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 156,19 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna o manat, dövlət büdcəsinə 3405,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 3271,28 manat, faizlər üzrə 134,12 manat), İşsizlikdən sığorta fonduna 0 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 152,76 manat, İşsizlikdən sığorta fonduna 6,11 manat, İcbari Tibbi Sığorta Fonduna 24,4 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 168,27 manat, İcbari tibbi sığorta fonduna 27,04 manat, dövlət büdcəsinə 113,73 manat məbləğində (o cümlədən, vergilər üzrə 108,21 manat, faizlər üzrə 5,52 manat), İşsizlikdən sığorta fonduna 6,76 manat olmaqla, ümumilikdə 9076,7 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən – tarixli, xx.xx.2022ci il tarixli **********076900 nömrəli, xx.xx.2022-ci il tarixli **********037200 nömrəli, xx.xx.2022ci il tarixli, **********036500 nömrəli, xx.xx.2022-ci il tarixli **********655400 nömrəli, xx.xx.2022ci il tarixli **********914200 nömrəli, -ci il tarixli, xx.xx.2022-ci il tarixli **********362100 nömrəli, xx.xx.2022-ci il tarixli **********057900 nömrəli, xx.xx.2022-ci il tarixli **********059300 nömrəli, xx.xx.2022-ci il tarixli **********709300 nömrəli, -ci il tarixli xx.xx.2022-ci il tarixli **********144800 nömrəli, -ci il tarixli, xx.xx.2022-ci il tarixli **********145500 nömrəli, xx.xx.2022-ci il tarixli **********707100 nömrəli, xx.xx.2022-ci il tarixli **********7706400 nömrəli, xx.xx.2022-ci il tarixli **********720200 nömrəli, -ci il tarixli bildirişlər göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Aşağı Qışlaq Ə/D, Aşağı Qışlaq kəndində yaşadığını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-294/2023 saylı qərardadı ilə xüsusi icraat üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin nümayəndəsi və maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. Xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kiçik vergi xidməti müşaviri Ağalarov İsmayıl tərəfindən imzalanmış “Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi” barədə ərizədə, ərizəni tam müdafiə etdikləri bildirmiş, iş yükünün çox olmasını nəzərə alaraq məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edildiyini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs iştirakları olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC əsas fəaliyyət növü “Noutbukların təmiri və texniki xidməti” olmaqla ********** saylı VÖEN ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC əsas fəaliyyət növü “Komputer kurslarınını fəaliyyəti” olmaqla ********** saylı VÖEN ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC əsas fəaliyyət növü “Yük daşıyanların xidmətləri” olmaqla ********** saylı VÖEN ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən sair təmizlik işləri üzrə fəaliyyət” olmaqla ********** saylı VÖEN ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC əsas fəaliyyət növü “Elektrik işıqlandırıcı avadanlıqlarının təmiri və texniki xidməti; elektrik şəbəkəsi üçün qurğuların təmiri və texniki xidməti” olmaqla ********** saylı VÖEN ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. "xxxx" MMC-yə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və MONO-STONE LT” MMC-yə məxsus şəxsi hesab vərəqələrinin surətindən görünür ki, onların İşsizlikdən sığorta fonduna, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Qeyd edilən hallarla əlaqədar olaraq maraqlı şəxs məhkəməyə vergi borcunun olmaması ilə bağlı təkzibedici və ya sübut əhəmiyyətli hər hansı sənəd təqdim etmədiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etdiyindən, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu sənədlərə əsasən məhkəmə maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcunun olduğu qənaətinə gəlir. Bundan əlavə, ərizəçinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış elektron iddia ərizəsində ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası kimi vergi öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş Maraqlı şəxs vergilər üzrə, Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə və İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsindəki borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən ərizəçinin verdiyi tələb üzrə, yəni vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi olan şəxslərin ödəməli olduğu vergi borcunun olub-olmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmamaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrdən belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Belə ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir”. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 17 mart 2016-cı il tarixli Plenumunun qərarı). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 7-1-ci maddəsinə əsasən İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. 1-1.2-ci maddəsinə əsasən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. 1-1.3-cü maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. 15-5.2-ci və 15-5.2.2-ci maddələrinə əsasən icbari tibbi sığorta üzrə sığortalıların sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək vəzifəsidir. 15-24.1-ci maddəsinə əsasən bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə maraqlı şəxs MEGA-PRO LT” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin ərizəsi təmin olunmalı olduğundan və ərizəçi xüsusi icraat üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğundan ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs (Doğulduğu tarix – xx xxxxxx 1998-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Şahbuz, A.Qışlaq k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs MEGA-PRO LT” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qanuni qüvvəyə minmiş qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-294/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-294/2023
06.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver