Məhkəmə qərarları › İş №e-2-2(123)-31/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-31/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-31/2025 20.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" MMC 31 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC (hüquqi varisi: "xxxx" MMC) və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 7635,86 AZN əsas borc və 353,40 AZN faiz borcu, "xxxx" MMC (sonrakı adı: Reges Tikinti Materialları” MMC) və "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 14 750 AZN əsas borc və 922.89 AZN faiz borcu və 162 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 23 824,15 AZN (iyirmi üç min səkkiz yüz iyirmi dörd manat on beş qəpik) manat borcun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı "xxxx" MMC-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" MMC-nin "xxxx" MMC-ə yenidən təşkil yolu ilə qoşulduğunu (VÖEN:**********) və nəticə etibarilə "xxxx" MMC-nin bütün hüquq və vəzifələrinin onun yeganə hüquqi varisi olan "xxxx" MMC-ə keçdiyini, qeyd edilən dəyişikliyin müvafiq qaydada dövlət qeydiyyata alındığını və "xxxx" MMC-nin Nizamnaməsinin yeni redaksiyada AR İN yanında Dövlət Vergi Xidməti Tərəfindən təsdiqləndiyini, AR İN yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş, hazırki ərizənin qoşması şəklində nəzərə çatdırılan xx.xx.2024-cü il tarixli çıxarışdan (Qoşma 2) göründüyü kimi "xxxx" MMC-nin (VÖEN0:9********) adının dəyişdirilək "xxxx" MMC edildiyini (bundan sonra “İddiaçı” adlandırılacaq), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC (“bundan sonra “Cavabdeh”) arasında bağlanmış 11-xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən, Satıcı Alıcını müqavilədə nəzərdə tutulmuş şərtlərlə müxtəlif tikinti materialları (bundan sonra “Mal”) ilə təmin etməyi, Alıcı isə əvəzində orta bazar qiymətinə uyğun şəkildə ona təqdim edilmiş hesab-fakturada qeyd edilən məbləğdə ödənişi həyata keçirməyi üzərinə götürdüyünü, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından ƏDV ilə birlikdə ümumi dəyəri 7635.78 AZN olan tikinti materialları "xxxx" MMC tərəfindən Cavabdehə təqdim edilməsinin göüründüyünü, qeyd edilən təhviltəslim aktının Alıcı və Satıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiq edildiyini, eyni qaydada, həmin mallar üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilərək Cavabdeh tərəfindən təsdiqlənmiş EBDY 641121 nömrəli elektron-qaimə fakturanın da bu Ərizənin əlavəsi şəklində nəzərə çatdırıldığını, xx.xx.2024-cü il tarixli Üzləşmə aktından göründüyü kimi Cavabdeh "xxxx" MMC-ə (hüquqi varisi: "xxxx" MMC ) ƏDV daxil 7635.86 AZN borcu olmasının qəbul etdiyini, üzləşmə aktının Cavabdehin direktoru Nümayəndə1 tərəfindən imzalandığını, "xxxx" MMC ("xxxx" MMC-nin əvvəlki adı) və "xxxx" MMC (“Cavabdeh”) arasında bağlanmış RS-DTİ 30.10/70 nömrəli, 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən, Satıcı Alıcıya sement təqdim etməyi (bundan sonra “Mal”), Alıcı isə əvəzində orta bazar qiymətinə uyğun şəkildə müqavilədə göstərilən şərtlərlə müəyyənləşdirilmiş ödənişi həyata keçirməyi üzərinə götürdüyünü, iş materiallarına əlavə edilmiş Təhvil-təslim aktlarından göründüyü kimi, xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli olmaqla ümumilikdə 5 ədəd Təhvil-təslim aktının hər biri üzrə ƏDV daxil 2950 AZN məbləğində, ümumilikdə isə ƏDV daxil 14 750 AZN dəyərində sement məhsulunun "xxxx" MMC tərəfindən Cavabdehə təqdim edildiyini, qeyd edilən təhvil-təslim aktlarının da Alıcı və Satıcının direktorları tərəfindən imzalanaraq təsdiq edildiyini, eyni qaydada, yuxarıda qeyd edilmiş təhvil-təslim aktlarına əsasən Cavabdehə təqdim edilmiş məhsullar üçün "xxxx" MMC tərəfindən elektron qaydada təqdim edilərək Cavabdeh tərəfindən təsdiqlənmiş qaimə fakturaların da bu İddia ərizənin əlavəsi şəklində nəzərə çatdırıldığını, xx.xx.2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktından göründüyü kimi Cavabdeh "xxxx" MMC-ə ƏDV daxil 14 750 AZN borcu olmasının qəbul etdiyini, üzləşmə aktının Cavabdehin direktoru tərəfindən imzalandığını, öhdəliklərin icrası, icra edilməməsi və buna görə hüquqi məsuliyyətin müəyyən edilməsi formasının AR Mülki Məcəlləsinin 21-23-cü fəsillərində müəyyənləşdirildiyini, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmasını, borclunun öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşımasını (448.2), Mülki Məcəllənin 29-cu fəslində isə Alqı-satqı müqaviləsindən doğan öhdəliklərin icrası ilə bağlı tənzimləmənin yer aldığını, 567-ci maddəyə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyünü, ödənilməli faiz borcların münasibətdə Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlərin ödənilməli olduğunu, 449.1-ci maddəyə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməli olduğunu, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, Borc məhkəmə qaydasında tutulduqda məhkəmənin kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bildiyini, bunlara əasən aşağıda qeyd edilmiş formada hər iki müqavilə üzrə təqdim olunmuş malların dəyərinin ödənilməsinin gecikdirildiyi hər gün üçün İddiaçının borc məbləğinə illik AR Mərkəzi Bankının uçot dərəcəsinə (7.25 %) uyğun faiz hesablamaq hüququnun olduğunu, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış Müqavilənin 2-ci bəndinə əsasən, qaimə vurulduqdan sonra 7 gün ərzində malların müvafiq dəyəri Satıcının bank hesabına ödənilməli olmasına baxmayaraq ümumi dəyəri 7635.86 AZN olan borcun hələ də İddiaçıya ödənilmədiyini, Elektron qaimənin xx.xx.2024-cü il tarixində göndərildiyini nəzərə alsaq, malların dəyərinin ödənilməli olduğu xx.xx.2024-cü il tarixindən etibarən hazırki tarixədək (xx.xx.2024) ötmüş 233 gün üçün İddiaçının Cavabdehdən illik 7.25% dərəcəsi ilə hesabladıqda, ümumilikdə 353.40 manat (7635.86 AZN x 7.25 % = 553.60 AZN ; 553.60/365 = 1.52 ; 1.52 x 233 = 353.40 AZN ) faiz borcunu tələb etmək hüququnun olduğunu, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış Müqavilənin 2-ci bəndinə əsasən, təqdim olunmuş malların dəyəri növbəti həftənin ilk iş günündə Satıcının hesabına ödənilməli olsa da borcun hələ də İddiaçıya ödənilmədiyini, məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından da göründüyü kimi, Satıcı tərəfindən ƏDV daxil ümumi dəyəri 14 750 AZN olan malların partiyalar şəklində 2023-cü ilin noyabr ayının 20-si və 30-u arasında Alıcıya/Cavabdehə təqdim edildiyini, müqaviləyə əsasən malların dəyərinin ödənilməli olduğu növbəti həftənin ilk iş günü olan xx.xx.2023-cü il tarixindən etibarən hazırki tarixədək ötmüş 315 gün üçün İddiaçının Cavabdehdən illik 7.25% dərəcəsi ilə hesabladıqda ümumilikdə 922.89 AZN (14 750 AZN x 7.25 % = 1069.38 AZN ; 553,60/365 = 2.93; 2.93 x 233 = 922.89 AZN) faiz borcunu tələb etmək hüququnun olduğunu, Göründüyü kimi, hər iki müqavilədə öhdəliklərin Alıcı tərəfindən icra edilməsi üçün konkret gün müəyyənləşdirilmiş, lakin öhdəliyin son icra tarixindən uzun müddət keçməsinə baxmayaraq alınmış malların dəyərinin bugünədək ödənilmədiyini, nəticədə isə, həm tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin, həm də qanunvericiliyin müddəaları kobud şəkildə pozularaq İddiaçıya xeyli miqdarda zərər dəydiyini, belə ki, yuxarıda qeyd edilmiş məbləğləri ümumiləşdirdikdə, İddiaçıya hər iki müqavilə üzrə ƏDV daxil cəmi 22 385, 86 AZN real zərər və hər iki müqavilə üzrə gecikmə faizləri üçün isə 1276, 29 AZN faiz borcu məbləğində maddi ziyanın dəydiyini, xx.xx.2024-cü il tarixində həm İN yanında Dövlət Vergi Xidmətinin “e-taxes.gov.az” rəsmi internet səhifəsindəki İddiaçının şəxsi kabinetindən “Online kargüzarlıq” bölməsi vasitəsilə, həm də kağız daşıyıcıda pretenziya məktubu göndərilərək ödənişin edilmədiyi təqdirdə mübahisənin məhkəmə qaydasında həllinə çalışılacağı barədə Cavabdehə xəbərdarlıq edildiyini, lakin hələ də Cavabdeh tərəfindən borcun icrasına münasibətdə hər hansı hərəkət edilmədiyini, əlavə edilmiş, sənədlərdən göründüyü kimi İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciətlə əlaqədar 162 AZN dövlət rüsumunun ödənildiyini, nəticə etibarilə, mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmadığı üçün vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün tərəflərindən məhkəməyə müraciət edildiyini, AR Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik oloduğunu qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: RS-DTİ 30.10/70 nömrəli, 30 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən "xxxx" MMC-nin direktoru Nümayəndə2 (sonrakı mətndə “Satıcı” adlandırılan), digər tərəfdən Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 (sonrakı mətndə “Alıcı” adlandırılan) arasında müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, “Alıcı”nın sifarişi əsasında “Satıcı” qarşılıqlı razılaşmaya uyğun dəyəri müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən sement ilə təmin edir. 2-ci bəndindən görünür ki, bu müqaviləni bağlamaqla “Alıcı” həftə ərzində alınmış malın dəyərini növbəti həftənin ilk iş günündə “Satıcı”nın hesabına ödəmək, “Satıcı” isə bu müqavilə qüvvəyə mindiyi andan “Alıcı”nın sementlə təmin edilməsi öhdəliyini qəbul edir. 3-cü bəndindən görünür ki, müqavilənin qiyməti orta bazar qiymətləri səviyyəsində alınmış malların dəyərinə görə müəyyən edilir və müqavilənin dəyəri təqdim edilmiş hesab-faktura əsasında “Satıcı”nın göstərdiyi bank hesabına ödənilir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktlarından görünür ki, 5 ədəd Təhvil-təslim aktının hər biri üzrə ƏDV daxil 2950 AZN məbləğində, ümumilikdə isə ƏDV daxil 14 750 AZN dəyərində sement məhsulu RS-DTİ 30.10/70 nömrəli, 30 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 864167 nömrəli, xx.xx.2023-cü il tarixli, 167140 nömrəli, xx.xx.2023-cü il tarixli, 750811 nömrəli, xx.xx.2023-cü il tarixli, 899682 nömrəli, xx.xx.2023-cü il tarixli, 981133 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə-fakturalardan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş sement məhsulunun ümumilikdə dəyəri 14 750 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə olan borcunun ƏDV daxil 14 750 AZN təşkil etməsi qəbul edilmişdir. 11-xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən "xxxx" MMC (bundan sonra 1-ci tərəf), digər tərəfdən Cavabdeh MMC-nin direktoru Nümayəndə1 (bundan sonra 2-ci tərəf) arasında müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, 2-ci tərəfin sifarişi əsasında 1-ci tərəf qarşılıqlı razılaşmaya uyğun dəyəri müqavilədə nəzərdə tutulmuş şərtlərə müvafiq ödənilməklə müxtəlif tikinti materialları ilə təmin edir. 2-ci bəndindən görünür ki, bu müqaviləni bağlamaqla 2-ci tərəf müxtəlif tikinti materiallarının dəyərini qaimə vurulduqdan sonra 7 gün müddətinə 1-ci tərəfin bankdakı hesabına ödəmək, 1-ci tərəf isə bu müqavilə qüvvəyə mindiyi andan müxtəlif tikinti materiallarının köçürmə yolu ilə satılması öhdəliyini qəbul edir. 3-cü bəndindən görünür ki, müqavilənin qiyməti orta bazar qiymətləri səviyyəsində alınmış malların dəyərinə görə müəyyən edilir və müqavilənin dəyəri təqdim edilmiş hesab-faktura əsasında 1-ci tərəfin göstərdiyi bank hesabına ödənilir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, ƏDV ilə birlikdə ümumi dəyəri 7635.78 AZN olan tikinti materialları "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 641121 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş tikinti materiallarının ümumilikdə dəyəri 7635.78 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli Üzləşmə aktından göründür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə olan borcunun 7635.86 AZN təşkil etməsi qəbul edilmişdir. "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun tam hüquqi varisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) adı dəyişdirilək "xxxx" MMC edilmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında RS-DTİ 30.10/70 nömrəli, 30 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən ümumilikdə 14 750 AZN dəyərində olan sement məhsulu Cavabdeh MMC-yə təhvil verilmiş, sement məhsulunun təhvil verilməsi və dəyəri işdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları və 864167 nömrəli, 167140 nömrəli, 750811 nömrəli, 899682 nömrəli, 981133 nömrəli qaimə-fakturalarla öz təsdiqini tapmış, həmçinin "xxxx" MMC ilə Cavabdeh MMC arasında 11-xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən ümumilikdə 7635.78 AZN dəyərində olan tikinti materialları Cavabdeh MMC-yə təhvil verilmiş, tikinti materiallarının təhvil verilməsi və dəyəri işdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və 641121 nömrəli qaimə-faktura ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli üzləşmə aktları əsasında müəyyən edilən digər hal ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə olan borcunun ƏDV daxil 14 750 AZN və "xxxx" MMC-yə olan borcunun 7635.86 AZN təşkil etməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin Nizamnaməsinə əsasən "xxxx" MMCnin "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilməsi və onun tam hüquqi varisi olması, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin adı dəyişdirilək "xxxx" MMC edildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində 11xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borcun 7635,86 AZN təşkil etdiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli Üzləşmə aktında Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə olan borcunun 7635.86 AZN təşkil etməsi qəbul edilsə də, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı və 641121 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə-faktura əsasında Cavabdeh MMC-yə təhvil verilmiş tikinti materiallarının ümumi dəyərinin 7635.78 AZN təşkil etməsi görünür. Buna görə də cavabdehin 11-xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borc məbləği 7635.78 AZN müəyyən edilməlidir. Həmçinin iddiaçı cavabdehdən 11-xx.xx.2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 353.40 AZN faiz borcunun və RS-DTİ 30.10/70 nömrəli, 30 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 922.89 AZN faiz borcunun tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd olunan mülki qanunvericiliyə əsasən iddiaçının faiz borcunu tələb etməkdə haqlı olduğu qənaətinə gəlmişdir. İddiaçı ödənişin icra edilmədiyini görərək qarşı tərəfə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin 10 gün müddətində razılaşma əsasında ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 99,99% əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 23662,15 (iyirmi üç min altı yüz altmış iki manat 15 qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 160,99 (yüz altmış manat 99 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 160,99 (yüz altmış manat 99 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 99,99% hissəsinə mütənasib olaraq 160,97 (yüz altmış manat 97 qəpik) manat məbləği cavabdeh "xxxx" MMC tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 1,01 (bir manat bir qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, 0,02 (iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Nəticədə, iddia tələbi 99,99% əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 7635,78 AZN əsas borc və 353,40 AZN faiz borcu, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 14 750 AZN əsas borc və 922.89 AZN faiz borcu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməli, cavabdeh "xxxx" MMC-dən 160,97 (yüz altmış manat 97 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddiaçı "xxxx" MMC tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 1,01 (bir manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıya qaytarılmalı, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 0,02 (iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" MMC (hüquqi varisi: "xxxx" MMC) və "xxxx" MMC arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 7635,78 AZN əsas borc və 353,40 AZN faiz borcu, "xxxx" MMC (sonrakı adı: Reges Tikinti Materialları” MMC) və "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən yaranmış ƏDV daxil 14 750 AZN əsas borc, 922.89 AZN faiz borcu olmaqla cəm olaraq 23 662,15 AZN (iyirmi üç min altı yüz altmış iki manat on beş qəpik) manat borcun cavabdeh "xxxx" MMC-dən (VÖEN: **********) tutularaq iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) hesabına ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 160,97 (yüz altmış manat 97 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 1,01 (bir manat bir qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 0,02 (iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar