Məhkəmə qərarları › İş №e-2-2(123)-313/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-313/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-313/2024 01.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, cavabdehin vəkili-nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 aprel 2024cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini, 28056,90 manat məbləğində əsas borcun və məhkəməyə müraciət olunması üçün tərəfindən ödənilmiş 175 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi bağlandığını, “X9 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin “satıcı”, Cavabdeh isə “alıcı” mövqeyində çıxış etdiyini, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı”nın müqavilədə müəyyən olunmuş şərtlərlə malları “alıcı”ya təhvil verməyi, 2.2.-ci bəndinə əsasən isə “alıcı”nın “satıcı” tərəfindən sifariş olunan malları qəbul etdikdən sonra ödənişin 100%-ni 48 (qırx səkkiz) saat ərzində satıcı tərəfindən göndərilən hesab fakturaya əsasən bank və nağd üsullarla ödəməyi öhdəsinə götürdüyünü, müqavilənin 2.3-cü bəndinə əsasən “alıcı”nın müqavilənin 2.2-ci bəndində qeyd olunan şərti pozacağı təqdirdə ona təqdim olunan hesab fakturanın 50%-ni cərimə olaraq ödəməli olacağını, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd olunduğu kimi, tərəflərindən “alıcı” Cavabdeh 18% ƏDV də daxil olmaqla ümumilikdə 28.056,90 manat məbləğində aşağıda qeyd olunan malların təhvil verildiyini, Bəsləyici gül kremi-192 ədəd- 529 manat 92 qəpik 2. Üz və boyun kremi- 240 ədəd- 722 manat 40 qəpik 3. Əl və bədən kremi- 270 ədəd- 812 manat 70 qəpik 4. Lavanta kremi – 216 ədəd- 650 manat 16 qəpik 5. Əl və bədən lasyonu- 100 ədəd- 500 manat 6. Salyangoz kremi- 240 ədəd- 1444 manat 80 qəpik 7. Gülsüdü- 80 ədəd- 601 manat 60 qəpik 8. Tonik- 120 ədəd- 422 manat 40 qəpik 9. Təmizləmə köpüyü- 120 ədəd- 663 manat 60 qəpik 10. Gülserumu- 288 manat- 3052 manat 80 qəpik 11. Maye sabun- 60 ədəd- 225 manat 60 qəpik 12. Doğal gülsuyu sprey-160 ədəd- 700 manat 80 qəpik 13. Doğal gülsuyu- 96 ədəd- 637 manat 44 qəpik 14. Kleopatra doğal gülsuyu-120 ədəd- 1128 manat 15. Gülmayası- 96 ədəd- 892 manat 80 manat 16. Gül kolonyası 100 ədəd- 232 manat 17. Gül kolonyası- 120 ədəd- 391 manat 20 qəpik 18. Limon kolonyası- 120 ədəd- 97 manat 20 qəpik 19. Gül kolonyası- 120 ədəd- 97 manat 20 qəpik 20. Lavanta kolonyası- 120 ədəd- 97 manat 20 qəpik 21. Lavanta kolonyası- 96 ədəd-341 manat 76 qəpik 22. Lavanta kolonyası- 120 ədəd- 450 manat 23. Japon kirazçiçəyi kolonyası- 120 ədəd- 450 manat 24. Karagül kolonyası- 180 ədəd- 675 manat 25. Amber kolonyası- 150 ədəd- 562 manat 50 qəpik 26. Davraz kolonyası- 150 ədəd- 562 manat 50 qəpik

27. İnci kolonya- 120 ədəd- 448 manat 80 qəpik 28. Bambu çubuqlu otaq parfümü- 60 ədəd- 564 manat Lavanta bahçesi otaq parfümü- 128 ədəd- 640 manat 30. Gül parfümü qadın- 150 ədəd- 562 manat 50 qəpik 31. Gül parfümü qadın- 50 ədəd- 187 manat 50 qəpik 32. Lavanta parfümü qadın- 125 ədəd- 468 manat 75 qəpik 33. Lavanta parfümü kişi- 100 ədəd- 375 manat 34. Qadın/kişi 1-cisınıf parfüm- 125 ədəd- 850 manat 35. Araba qoxusu- 500 ədəd- 990 manat 36. Gülesansı- 300 ədəd- 900 manat 37. Lavanta yağı- 130 manat- 848 manat 90 qəpik, lakin bu günə qədər “alıcı”nın öz öhdəliyini icra etməkdən yayındığını, heç bir ödəniş həyata keçirmədiyini, xx.xx.2023-cü il tarixdə Cavabdeh ödənişlərin həyata keçirilməsi üçün pretenziya göndərildiyini, əks təqdirdə məhkəməyə müraciət olunacağının bildirildiyini, bundan başqa, mübahisənin məhkəmədənkənar həlli məqsədilə mediasiya təşkilatına müraciət etsələr də, cavabdehin mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyini, bu barədə onlara ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/32024- 00063 nömrəli arayış verildiyini, xx.xx.2024-cü il tarixdə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə də müraciət etdiklərini, qeyd olunan xüsusatlara baxmayaraq, cavabdehin hələ də pulu ödəmədiyini, eyni zamanda onda olan məlumata əsasən cavabdehin məhsulları “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzində satdığını, eyni məzmunlu ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyini, lakin ərazi aidiyyəti üzrə işin Bakı Kommersiya Məhkəməsində deyil Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılmalı olduğunun bildirildiyini, bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2187/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən də ərizə və sənədlərin geri qaytarıldığını, odur ki, məhkəməyə müraciət etmək zərurəti yarandığını, məhkəməyə müraciət olunması üçün tələb olunan 175 manat dövlət rüsumunun tərəfindən ödənildiyini qeyd etmiş, iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələrinə istinad edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150 – ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsini, 28.056,90 manat məbləğində əsas borc və məhkəməyə müraciət olunması üçün tərəfindən ödənilmiş 175 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 may 2024-cü il tarixdə iş üzrə Cavabdeh məhkəməyə elektron qaydada iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində İddiaçı ona qarşı Naxçıvan Kommersiya Məhkəməsinə iddia ilə müraciət edərək 28.056,90 manat məbləğində əsas borc və 175 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini, iddiaçının iddiasını əsassız və təmin edilə bilməyəcəyini hesab etdiyini, iddiaçının xx.xx.2023-cü il tarixdə onunla arasında alqı-satqı müqaviləsi bağlandığını göstərdiyini, İddiaçı satıcı, Cavabdeh isə alıcı qismində göstərildiyini, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcının müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya təhvil verməyi, 2.2-ci bəndinə əsasən isə alıcının satıcı tərəfindən sifariş olunan malları qəbul etdikdən sonra ödənişin 100%-ni 48 saat ərzində satıcı tərəfindən göndərilən hesab-fakturaya əsasən bank və nağd üsullarla ödəməyi öhdəsinə götürmüş olduğu bildirilən həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcının müqavilənin 2.2-ci bəndində qeyd olunan şərti pozacağı təqdirdə ona təqdim olunan hesab fakturanın 50 %-ni cərimə olaraq ödəməli olacağını iddiaçının iddia ərizəsində bildirdiyini, daha sonra iddiaçının həmin iddia ərizəsində xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd olunduğu kimi, onun tərəfindən alıcı Cavabdeh 18% ƏDV də daxil olmaqla ümumilikdə 28.056,90 manat məbləğində qeyd olunan malların təhvil verildiyini göstərdiyini, iddia ərizəsində həmin malların ədəd sayı və çeşid qiyməti ilə təsvir olunduğunu, iddiaçının müvəqqəti xarakterli təminat tədbiri adlı ərizə ilə məhkəməyə müraciət etdiyini, həmin ərizədə barəsində cinayət işi qaldırılması məqsədilə Yasamal rayon polis idarəsinə müraciət etdiyinin qeyd olunduğunu, belə bir halın həqiqətən də baş verdiyini və iş üzrə araşdırılmaq məqsədilə polis orqanına, yəni ki, 28-ci polis bölməsinə dəvət olunduğunu və orada izahat verdiyini, sözügedən izahatda təxminən 7 il olar ki, 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən çayxanada nəzarətçi işlədiyini, təxminən 2023-cü ilin sentyabr ayından daimi müştəri kimi Türkiyə vətəndaşları olan və həmin bazarda parfümeriya ticarəti ilə məşğul olan İbrahim və onun oğlu Mücahidi tanıdığını, təxminən 2023-cü ilin oktyabr ayında İbrahimin çayxanaya gəlib kefsiz oturub çay içdikdə ona yaxınlaşıb nəyə görə kefsiz olduğunu soruşduğunu, İbrahimin isə sifariş verdiyi malların karqo şirkəti vasitəsilə gömrüyə gəlməsini, lakin nə özünün, nə də oğlunun vöeni olmamasından malları götürə bilmədiklərini söylədiyini, özünün İbrahimə bir neçə il əvvəl market işlətdiyindən özünə vöen götürdüyünü, lakin sonradan fəaliyyətini dayandırdığından vöeni dondurduğunu söylədiyini və əgər vöeni işlətmək mümkün olarsa onlara kömək edə biləcəyini bildirdiyini, vergi idarəsinə gedib vöeni yenidən bərpa etdirdikdən sonra X17 adlı karqo şirkətinin sahibinin yanına getdiyini və orada İbrahimin mallarını gömrükdən təhvil almaqları üçün ona təqdim edilən, lakin mahiyyətini bilmədiyi bir sənədi imzaladığını, İbrahimlə özünün Yaqubla söhbət edərkən İbrahimin Yaquba borclu qaldığı 3000 manat pulu bu ilin fevral ayında Türkiyədə oğlunu nişanladıqdan sonra Yaquba ödəyəcəyini bildirdikdə Yaqubun İbrahimlə razılaşdığını, həmin gün malları gömrükdən təhvil alıb İbrahimin mağazasına gətirdikdə Yaqubun işçisi olan Zaurun onlarla birgə gömrükdən mağazaya gələrək İbrahimdən 7000 manat dəyərində olan malları İbrahimin Yaquba olan borcu ödənilənə qədər Yaqubun anbarında saxlanılacağını bildirərək özü ilə apardığını, bildiyinə görə X14 göstərdiyi kimi 28056 manat deyil, cəmi 3000 manat borcu olduğunu və həmin borcun Yaquba fevral ayında ödəniləcəyi barədə onlar arasında şifahi razılaşma olduğunu, həmin razılaşmanın səs yazısının İbrahimdə olduğunu göstərdiyini, həmin iş üzrə İbrahim adlı Türkiyə vətəndaşının da bölməyə izahata dəvət olunduğunu, İbrahimin ona bildirməsinə görə isə onun bölmədə aşağıdakı məzmunda izahat verdiyini, “X10 barəmdə yazdıqları ilə tanış olduqdan sonra bildirirəm ki, onun göstərdikləri tamamilə yalandır, belə ki, 2023-cü ilin iyul ayında parfümeriya mallarının ticarəti ilə məşğul olmağım üçün Bakı şəhərinə gəlmiş və həmin ilin avqust ayından etibarən 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən “Park 20 şoppinq” bazarında icarəyə mağaza götürərək parfümeriya mallarının ticarəti ilə məşğul oluram. 2023-cü ilin oktyabr ayının əvvəllərində Türkiyədən mallar sifariş verməyim üçün karqo şirkəti axtararkən tanışlarımın vasitəsilə həmyerlim Yaqub Atılqanla tanış olmuşdum. Mən ona təxminən 8500 ABŞ dolları dəyərində parfümeriya malları sifariş vermiş və həmin məbləği Türkiyədə olan “Clean Rose” fabrikinə ödəmişdim. Mallar Yaqubun şirkəti vasitəsilə Bakıya gəldikdən sonra bayram günləri ilə əlaqədar 12 gün gömrükdə qalmış, sonradan mən malları təhvil aldıqda Yaqub xərcləri hesablayarkən bizim xamlığımızdan istifadə edərək şişirdilmiş qiymətlər yazmışdı. Belə ki, Yaqub hər malın sertifikatının alınması üçün 9 mala hər biri 400 manatdan olmaqla 3600 manat gömrükdə olmaqla 3600 manat gömrükdə yubandığı üçün hər günü 100 ABŞ dolları hesablamaqla 1200 ABŞ dolları, həmçinin malların gömrükdən çıxarılması üçün 1200 ABŞ dolları məbləğində rüşvət verdiyini bildirərək həmin məbləğləri üstümə hesablamışdı və məndən 4930 dollar aldıqdan sonra 3050 manat borclu qaldığımı qeyd etmişdi. Halbuki sonradan öyrəndiyimə görə malların gömrükdə artıq qaldığına görə cərimənin cəmi 30 ABŞ dolları təşkil etmişdi. Həmçinin gömrükdə hər mala görə 400 manat deyil, sertifikat pulu 200 manat olmuşdur. Yaqubun mənə gətirdiyi mala görə nə qədər rüşvət verməsi isə onun vicdanına yazılmalıdır. Nəhayət mən Yaqubun üstümə yazdığı 3050 manat pulu ödəyəcəyim barədə ona vəd vermişdim və o da mənimlə razılaşmışdı. Sonradan yenə həmin günlərdə mən öz adıma rəsmi ticarət şirkəti açmağı istədikdə mənim Bakı şəhərində yaşamağım üçün rəsmi icazə vəsiqəm olmadığından öz adıma vöen aça bilməyəcəyimi söyləmişdilər. Buna görə də mən tanışım Cavabdeh vöenini bərpa edərək fəaliyyət göstərmək qərarına gəlmişdim. xx.xx.2023-cü il tarixdə mən Ramillə birlikdə Yaqubun şirkətinə getdikdə X15 28056 manat dəyərində müqavilə bağlamışlar və mən yenə də həmin məbləği Türkiyədəki fabrikə ödəmişdim. Əgər Yaqubun iddia etdiyi kimi həmin 28056 manat Yaqubun özü tərəfindən fabrikə ödənilmişdirsə ödənilməsi barədə sənədləri təqdim eləsin. Beləliklə mənim Yaquba yalnız cəmi 3050 manat borcum vardır, mən həmin borcu hissə-hissə ödəməyim barədə Yaquba dəfələrlə müraciət etsəm də, Yaqub həmin məbləği tam ödəməyimi tələb etdiyindən biz razılığa gəlməmişik. Onu da qeyd etmək istəyirəm ki, biz Yaqubdan 28056 manat dəyərində malları sifariş verib həmin malların Bakıya gətirilməsi pulunu Yaquba ödədikdən sonra malları öz mağazamıza apardıqda Yaqubun işçisi olan Zaur mənim Yaquba 3050 manat borcumu ödəyənə qədər həmin mallardan təxminən 7000 manat dəyərində malları girov kimi götürərək öz ofislərinə aparmışdır. İndidən sonra mən Yaquba olan pulları onun adına hissə-hissə olmaqla poçt vasitəsilə göndərib 5-6 ay arasında ödəməyim barədə və mənim aparılmış malların geri qaytarılması üçün ərazi aidiyyatı üzrə polisə şikayət etmək qərarına gəlmişəm”, cavabdeh iddiaya etirazında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 337.1, 337.3, 340.1-ci maddələrinə istinad edərək mübahisə predmeti olan müqavilənin əslində uydurma bir əqd olduğunu hesab etdiyini, belə ki, həmin müqavilədə cavabdehin əslində başqa şəxslərin vəzifə öhdəlikləri ilə əlaqədar olması ehtimal olunan və öz səlahiyyətlərinə aid olmayan, başqalarına aid məsələlər üzrə hüquqlar götürərək öhdəliklər götürdüyünü, həmin müqavilənin cavabdehin hüquqi savadsızlığından istifadə edilməklə iddiaçının və onun himayəsində olduğu şəxslərin təkidi ilə tərəfindən görünüş üçün bağlandığını, odur ki, həmin müqavilənin etibarsız hesab edilməli olduğunu, belə ki, sözügedən müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu və buna görə sözügedən müqavilənin uydurma əqd kimi əhəmiyyətsiz olduğundan məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 337.5-ci maddələrinə istinad edərək, bağlanmış müqavilənin formal olduğunu, yalnız onun kömək etmək istədiyi şəxsin qarşı tərəfi tərəfindən süni şəkildə şişirdilmiş borcları üzrə onların qaytarılmasının qeyri-rəsmi təminatçısı qismində çıxış edərək formal nəzarət etmək məqsədi daşıdığını, Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, AR Konstitusiyasının 127-ci maddəsinin ikinci və yeddinci hissələrinə, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1-ci maddələrinə, MM-in 337.1, 337.2, 337.3, 337.4, 339, 340-cı maddələrinə istinad edərək, iş üzrə İbrahimin tərəfindən indiki iş üzrə iddiaçı olan Yaqub Atılqana qarşı aldatma faktı və bunun nəticəsində tərəfinə dəymiş maddi və mənəvi ziyanın ödəniləcəyinin tərəfinə bildirildiyinin, bunun üçün İbrahimin işlə bağlı Yaquba qarşı Türkiyə və Azərbaycan məhkəmələrində müvafiq iddia tələbləri ilə çıxış edəcəyinin və buna görə də Yaquba qarşı protest sənədini göndərməyə hazırlaşdığını bildirdiyini, həmçinin iş üzrə tələb olunan malların həqiqi mülkiyyətçisinin özü olduğunu təsdiqləmək üçün onun tərəfindən bu malların alınması üçün Türkiyədəki fabrikə ödəniş sənədlərini alıb məhkəməyə təqdim edəcəyini bildirdiyini, bundan başqa, İbrahimin oğlu Mücahidin bildirməsinə görə, Gömrük terminalına həmin malların gömrük xidmət haqları və sair məhz onun X24 Azərbaycan QSC tərəfindən ödənildiyinin və bununla bağlı ödəniş sənədlərinin surətlərini ona göndərdiyini, bununla bağlı, məhkəmə tərəfindən iddiaçıya yuxarıdakı işin hallarını soruşulmasının təmin olunmalı olduğunu və bunun üçün həmin ödəniş edilən kartın sahibinin kimliyinin müəyyən edilməli olduğunu hesab etdiyini, bunun üçün həmin banka sorğu göndərilməsi və İbrahimlə oğlu Mücahidin şahid qismində dindirilmələrinin təmin olunmasının onun iş üzrə formal tərəf olduğunun aydınlaşdırılması üçün kifayət etdiyini, həmçinin Yaqubun əl yazısı ilə İbrahimə “borc” haqqında qeydlərini təqdim etdiyini, bunun əsllərinin İbrahimdə olmalı olduğunu və ona görə də onun dindirilməsinin işin araşdırılması üçün hüquqi zərurət təşkil etdiyini, belə ki, iddiaçının həmin qeydlərin özünəməxsus olmasını rədd etdikdə sözügedən qeydlərin həqiqiliyinin və xəttin kimə məxsus olmasını araşdırmaq üçün xəttin ekspertizasının aparılmalı olduğunu və bunun üçün də vəsatət vermək hüququnu həyata keçirməyi planlaşdırdığını, bu mənada həm İbrahimin və həm də Yaqub Atılqanın 28-ci polis bölməsində vermiş olduqları izahatların götürülməsinin təmin olunmalı olduğunu, belə ki, barəsində qeyd olunan məsələ ilə bağlı polis orqanı tərəfindən araşdırma aparılmış olduğu və rədd qərarı alındığı üçün araşdırma materiallarının və material üzrə qəbul olunmuş qərarın təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün ona köməklik göstərilməli olduğunu və bu haqda verəcəyi vəsatətlərin məhkəmə tərəfindən təmin olunacağı zərurətinin tərəfindən ağlabatan hesab edildiyini, iddiaçı tərəfin hazırkı iş üzrə iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısının, habelə yazılı sübutların özlərinin əlavə edilməli olması şərti cari qanunvericiliklə müəyyən edilmiş olmasına baxmayaraq bunları təmin etmədiyini, belə ki, polisə şikayətlə bağlı araşdırmaya istinad etsə də, özünün və digər prosessual tərəflərin verdiyi izahatların, həmçinin araşdırma orqanının gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların təsviri əsaslandırıcı hissələrinin nələrdən ibarət olmasına qərəzli olaraq istinad etmədiyini, iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməli olduğunun şüuru cəhətindən ondan asılı olmayan səbəblərə görə sübut barədə qeyd etdiyi bir sıra məlumatların iddiaya etiraz ilə birgə təqdim edilməsinin mümkün olmadığını işdə iştirak edən şəxs kimi bunu ayrıca göstərərək polis orqanında araşdırma materiallarının götürülməsini möhtərəm məhkəmədən xahiş etdiyini, həmin araşdırma zamanı Yaqubun İbrahimdən də şikayət edərək və ona qarşı da iddialar irəli sürərək əslində həqiqi qarşı tərəfinin məhz İbrahim olduğunu, özününsə əslində formal tərəf olduğunu sətiraltı olaraq qəbul etsə də, sonradan məhkəməyə müraciət edərkən məhz məqsədli olaraq bu nüansı “unutduğunu”, digər məsələnin qeydiyyatda Şahbuz rayonunda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayıb fəaliyyət göstərdiyi olduğunu, ona görə də işin səmərəliliyinin və həmçinin iddiaçının özünün də ünvanının Bakı şəhərində olduğunu nəzərə alaraq işin məhkəmədə baxışının məhz elə Bakı şəhərində aparılmasının təmin olunmasının, buna görə də işin ərazi aidiyyatı üzrə və Konstitusiya Məhkəməsnin müvafiq mövqeyi kimi təfsir ediləcək istisna hallardan biri kimi qaytarılaraq baxışın təmin olunmasının həyata keçirilməli olduğunu, cavabdehin (iddiaçının) əsl cavabdeh (iddiaçı) ilə əvəz edilməsi, başqa cavabdehin cəlb edilməsi, iddianın əsasını və ya predmetini dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürmələri, sübutların təqdim edilməsi kimi prosessual hərəkətlərin edilməsi imkanının (müəyyən istisnaların olması şərti ilə) yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yəni hazırlıq iclası mərhələsi ilə məhdudlaşdırılmış olduğu üçün belə spontan iddia tərəfinə irəli sürüldüyündən məhkəmədən barəsində hazırlıq iclasının təxirə salınması ilə bağlı müvafiq protokollaşmanın aparılmasını xahiş etmək məcburiyyətində olduğunu, belə ki, hazırkı maddi və ailə-məişət vəziyyətinin daimi olaraq Naxçıvan şəhərinə gəlməyinə imkan vermədiyini, belə olan halda hansısa tərəflərin bərabərliyi və çəkişmə prinsipinin həyata keçirilməsi imkanlarının hüquqi olaraq ona, yəni cavabdehə təqdim olunmasının mümkünlüyü istisna olunmalqa bərabər, məhkəmənin tərəfsizliyinə dair də şübhələr yaratmış olacağını, qanunvericinin başlıca məqsədlərindən olan şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinin həyata keçirilməsi üçün məhkəmə baxışının Bakı şəhərində keçirilməsinin ağlabatan olduğunu və bunu möhtərəm məhkəmənin nəzərə alacağına ümid etdiyini, habelə tərəfindən İbrahim və oğlu Mücahidlə aparılmış danışıqların avtomat proqram rejimində səs yazılarının ayrıca təqdim olunmasının təmin olunacağını, həmçinin, iddiaçıya qarşı tərəfindən qarşılıqlı iddianın verilməsinin məhkəmə baxışında bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə istisnasız şəkildə yol verilmədiyinə dair prezumpsiya nəzərə alınaraq həyata keçiriləcəyinə ümidləri olsa da, müvafiq polis araşdırmasına dair materialların verilməsində gecikmə olacağı təqdirdə bu gecikmənin ondan asılı olmayan səbəblərdən baş verməsinin mümkünlüyünün məhkəmə tərəfindən istisna edilmədən nəzərə alınacağını, barəsində olan məhkəmə işi barəsində kənddə yaşayan atası barəsində məlumatlandığını, iş üzrə elektron məhkəmə saytında şəxsi kabinetə daxil olduğunda orda hazırkı iş üzrə cavabdeh qismində elektron yerləşdirilmənin tamamlanmadığı üçün tərəfindən elektron məhkəməyə müraciət imkanının istifadə oluna bilmədiyini, ona görə də kağız daşıyıcılarda hazırki etiraz və vəsatətlərini vermək qərarına gəldiyini və məhkəmənin bu texniki çətinliyi nəzərə alaraq onun cavabdeh kimi şəxsi kabinetində barəsində olan işi görməyi və müvafiq sənədləri təqdim etməyi üçün zəruri hərəkətləri həyata keçirəcəyini, göstərilənlərə əsasən, iddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin idiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. 23 may 2024-cü il tarixdə iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izah verərək, Türkiyə Respublikasının vətəndaşı olan İbrahim adlı şəxsin onlarla əlaqə saxlayaraq malın gətirilməyini istədiyini, Yaqub müəllimin həmin şəxsə onların ofisində bütün məsələlərin izahını verdiyini, ofislərinin Bakı şəhər Yasamal rayon “Üçtac” yaşayış kompleksində olduğunu, Yaqub müəllimin onu oraya dəvət edəndə həm telefon vasitəsilə, həm də görüş vaxtı bütün məsələləri izah etdiyini, “Sən bu məhsulu gətirirsənsə, öz adına gətirməlisən. Öz adına mal gətirirsənsə, yaxşı olar ki, rəsmi olaraq gətirəsən” dediyini, rəsmi olaraq gətirəcəyi halda məsələləri xırdalığına qədər izah etdiyini, yoldaşın orada məsələni bilmədiyini dediyini, onu düz dediyini, ancaq həmin hallarda Yaqub müəllimin onun suallarına tam cavab verdiyini, ən sonda yoldaşın “Biz malı gətirə bilməyəcəyik, mənim adamım yoxdu və s” dediyini, öz aralarında danışdıqlarını, malın “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına gəldiyini, öz aralarında danışıb razılaşdıqlarını, özlərinin daşıma şirkəti olduqlarını, onu kiməsə satmalı olduqlarını və bunu İbrahim müəllimə gözəl formada izah etdiklərini, İbrahim müəllimin də “Mənim VÖEN-im yoxdur dediyini, nəticədə Cavabdeh “Mən kömək edərəm” dediyini, Yaqub müəllimin bu mallar ona satılanda onun mənfəət vergisi vermiş olacağını izah etdiyini, Cavabdeh ərizədə “Mənə bildirilməyən sənədlərə qol çəkdim” bildirdiyini, onun tamamilə yanlış fikir olduğunu, çünki təhvil-təslim aktını və müqaviləni imzalayarkən özünün şəxsən onu Ramil müəllimə təqdim etdiyini və hər bir punktunu izah edərək “Müqaviləni imzalayırsan buna görə, təhvil-təslim aktını imzalayırsan bu səbəbə görə” dediyini, cavabdehin etiraz ərizəsində qeyd etdiyi “Gömrükdə pul verməsən işin keçmir sözü”nə münasibətdə mal və maşın Azərbaycana keçirsə, X25 Terminalına gedirsə, orada müəyyən məbləğlərin ödənildiyini, bunun da Az Terminal tərəfindən hesablandığını, orada fəhlə pulu verildiyini, yükün çəkisinin hesablanıb ona uyğun məbləğ deyildiyini, əgər maşın orada qalacaqsa orada gözləmə pulu, yəni dayanacaq pulu yazıldığını, X18 Atılqanı Türkiyə Respublikasında məhkəməyə verdiyini qeyd etdiyini, əgər onun dediyi sözlər düzdürsə, onun dediyi sözlərin üsündən ən azı üç aydan artıq vaxt keçdiyini, ancaq Türkiyədən Yaqub müəllimə bir dənə də olsun belə bir məlumat daxil olmadığını, şirkətin Türkiyə Respublikasında da ofisi olduğunu, əgər İbrahim Balabanın dediyi düz olsa idi bildirişin Türkiyədəki ünvana gəlmiş olacağını, Yaqub müəllimin qardaşının da bu barədə məlumat vermiş olacağını, bütün mərhələləri əvvəldən axıra kimi necə ki, İbrahim Balabana bütün məsələləri danışmışdılar, eyni ilə də Cavabdeh bütün məsələləri bildirdiklərini, “Sən bu işi görəcəksənsə sənin adıcıl olaraq belə bir öhdəliyin yaranacaq” bildirdiklərini, Cavabdeh də bunu bildiyini, öhdəlik götürüb, sonra bəhanə edərək üçüncü şəxsin üstünə atmağın düzgün olmadığını, əgər Cavabdeh üzərinə məsuliyyət götürmüşsə buna uyğun müvafiq addımlar atmalı olduğunu, istənilən halda ticarət olarsa, elektron faktura ilə Ramil müəllimə göndərəcəklərini, sistemin avtomatik onlardan alqı-satqı müqaviləsini, təhvil-təslim aktını istədiyini, Ramil müəllimin də bunların hamısını bildiyini, yəni əvvəlcədən ona dediklərini, Ramil müəllimin də bütün məsuliyyəti öz boynuna götürmüş olduğunu, Ramil müəllimə onu təfsilatı ilə izah etdiklərini, Ramil müəllimə “Müqavilə bağlanılır bu səbəbə ki, sizin adınıza elektron qaimə göndəriləcək. Bu da təhvil-təslim aktıdır. Təhvil-təslim aktına imza atıb təsdiq edirsiniz ki, “Mən bu malları qəbul etdim”. Biz də sizə elektron qaimə göndərəndə avtomatik olaraq bizə borclu görünəcəksiniz” dediyini, Türkiyədən malı alıb gətirmədiklərini, malın real alıcısının İbrahim olduğunu, sadəcə onun öz adına malı çıxara bilmədiyini, çünki alıcı tapa bilmədiyini, Türkiyədən kimsə mal idxal edirsə, avtomatik sənədlərdə idxalçı olmalı olduğunu, idxalçı da tapa bilmədiyi üçün Yaqub müəllimlə danışdıqlarını, Yaqub müəllimin də “Eybi yox, bu olsun amma bu xərc olacaq” dediyini, X11 öz aralarında razılaşdıqlarını, bu yüklərin ona görə “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına gəldiyini, normalda gəlməmiş olacağını, bu əqdi o biri sənədləşmələr qaydasında olsun deyə bağladıqlarını, çünki malı öz adlarına gətirdilərsə, onu satmalı olduqlarını, İbrahim tərəfindən ödəniş olmadığını, əgər varsa onlara təqdim etməsini, ödənişi Türkiyədə özlərinin etmədiyini, malın invoys dəyərini İbrahimin ödədiyini, malın dəyərini Türkiyədə İbrahimin ödədiyini, tələb edilən iyirmi səkkiz min manatın hesablamalar olduğunu, onları dəqiq bilmədiyini, vəkil xanımla direktorun danışdığını, onun üzərinə hesablama qiymətinin qoyulduğunu, tələb etdikləri 28056 manat 90 qəpiyin həmin oradakı proseslərin pulu olduğunu, mal gələndən sonra yoldaşın “Mən bunları ödədim” dediyini, o yoldaşın ödədiyi sadəcə gömrüyün daxilindəki standart prosedurlara xərclənən pullar olduğunu, gigiyenik mallar üçün gigiyenik sertifikat tələb olunduğunu, özlərinin də bunu o yoldaşa dediklərini, yoldaşın da siz həll edin dediyini, özlərinin də o yoldaşın adından sertifikat məsələsini də həll etdiklərini, hər bir halda da ona çəkilən xərcləri dediklərini, orada sertifikatların sayının malın çeşidlənməsinə görə olduğunu, daşımaların, daşımalar üçün nəzərdə tutulan Semer Konvensiyası ilə tənzimləndiyini, buna əsasən bütün daşımlarda yüklənməyə və boşaldılmaya 72 saat vaxt verildiyini, ancaq Azərbaycanda xüsusi istisnalar olduğunu, 72 saat yüklənməyə, 48 saat boşaltmağa müştəri üçün sərbəst vaxt verildiyini, bu saatdan sonra konvensiyaya əsasən cərimə yazdıqlarını, normalda 250 eurodan yazıldığını, ancaq onu elə etmədiklərini, səhv etmirsə 100 dollardan hesablandığını, əgər alqı-satqı müqaviləsini bağlamasaydılar onda fərqli bir şey fikirləşəcək olduqlarını, çünki bu malların satılmasının İbrahim üçün maraqlı olduğunu, malları təhvil verdiklərini, öz aralarında “Mən səni tanımıram, çıxıb getsən mən səni tapa bilməyəcəm” deyə danışıldığını, gömrükdə ödənilən bütün pulların, hətta gömrük rəsmiləşdirilməsi ilə bağlı ödənilən pulların belə Yaqub Atılqan tərəfindən ödənildiyini, bəyannamənin mövcud olduğunu, ödəniş olunmasa inspektorun malın buraxılışının həyata keçirilməsinə icazə verməyəcəyini, bütün gömrük ödənişlərinin Yaqub Atılqan tərəfindən ödənildiyinə görə qiymətin hesablandığını onlara etiraz olaraq bildirildiyini, kosmetikanın gömrük rüsumunun bildiyi qədəri ilə invoys dəyərindən hesablandığını, malın faktura, yəni malın qiymətinin üzərinə nəqliyyat pulunun gəlindiyini, nəqliyyat pulunun ixrac rüsumunu hesabladıqlarını, bunun da 5-ə, 10-a və ya 15-ə düşə bildiyini, o rəqəmin yenidən əsas məbləğin üzərinə hesablandığını, sonra onun ƏDV-sinin hesablandığını, sistemin xərclərinin hesablandığını, bir də gömrüyün iş vaxtında və ya sonra tutduğu rüsumun hesablandığını, iş vaxtında da gəlsə də o rüsumun iki qat hesabladığını, elə olduğu halda zərərin böyük bir miqdar olmadığını, az bir miqdar olduğunu, 500 və ya 600 manatdan yuxarı olduğunu görmədiyini, rüsum kimi ödədiklərini, amma əslində çek almağın ehtiyac olmadığını, çünki ödəniş etdikdən sonra maliyyə inspektorunun ödənişi gördüyünü və buraxılışı həyata keçirdiyini, ondan sonra növbəti proses başladığını, ödənişi kassadan da, hesabdanda ödəmək olduğunu, gömrüyün yanında bank olduğunu, nağd olaraq kassaya ödəmək də olduğunu, ƏDV-nin sonra şəxsin hesabında yığışmasının mühasibatlıq məsələsi olduğunu, özünün anlayışı olmadığını, amma mühasibatlarla nəsə müzakirə edəndə geri qaytarılan ƏDV-nin müəyyən hissəsindən istifadə etmək olduğunu eşitdiyini, gözünün qabağında sənədllərə Ramilin imza atdığını, malı gömrükdən çıxaran vaxt İbrahimin oğlu Mücahidin də orada olduğunu, Ramil müəllimin özünün də orada olduğunu, özünün də oradakı bütün prosesləri onlara dediyini, ondan sonra maşına yüklədiklərini, gömrükdən iyirmisi yanvara qədər, orada müəllimin iştirakı ilə onun dediyi yerə təhvil verildiyini bildirmişdir. 22 iyul 2024-cü il tarixdə keçirilmiş iş üzrə məhkəmə baxışı iclasında iddiaçının qanuni təmsilçisinin nümayəndəsi Nümayəndə3 Mehmet oğlu verdiyi izahatında İbrahim bəyi tanımadığını, özünün beynəlxalq daşımaları həyata keçirən nəqliyyat şirkəti olduğunu, İbrahim bəy nəqliyyat şirkəti axtaranda onu tövsiyə etdiklərini, lakin tövsiyə edənin kim olduğunu bilmədiyini, Türkiyə vətəndaşı olan İbrahim Balaban bəyin əvvəlcə ona zəng etdiyini, danışdıqlarını, ofisə dəvət etdiyini, gəlib mən Azərbaycana bu məhsulları gətirmək istəyirəm dediyini, ondan kömək istədiyini, ona Azərbaycana məhsul gətirmək üçün əvvəlcə bir şirkətiniz olmalıdır dediyini, bir şirkət qurmadan malı alıb-satmaq işilə məşğul ola bilməyəcəyini, qeyrirəsmi iş görmək istəyirsə karqo şirkətləri olduğunu, onlarla iş görmələrini, özlərinin rəsmi olaraq fəaliyyət göstərən şirkət olduqlarını, getdiyini, sonra təkrarən gəlib Yakup bəy, mən də rəsmi iş görmək istəyirəm dediyini, ona o halda özünüzə VÖEN açdırması lazım olduğunu dediyini, nə etməliyəm dediyini, əvvəlcə bir mühasib tapması gərəkdiyini dediyini, şirkət və ya fiziki şəxs adından gedib dövlətə müraciət etməli olduğunu, üç ilə on gün arasında ona cavab veriləcəyini, vergi nömrəsi çıxmasını, ondan sonra da istədiyi ölkədən mal gətirə biləcəyini, 20 Yanvar-da adını bilmədiyi bir bazar olduğunu, oranın mühasibinə getdiklərini, ona sən VÖEN açdıra bilmərsən deyildiyini, özünün “15 ildir Bakıda yaşayıram, get işlədiyim firmaların hamısından birbir soruş, hamısını mən istiqamətləndirirəm Türkiyə vətəndaşlarını” dediyini, başqalarından məsləhət alıb sonra ona “malı gətirəcəyəm, vergiyə müraciət etmişəm” dediyini, özünün “yaxşı” dediyini, buradakı və Türkiyədəki şirkətinin adını istədiyini, verdiyini, ona öncə malı onun adına gətirməyi təklif etdiyini, özünün “öz adıma mal qəbul etmirəm”, bunun dövlətdə vergisi olduğunu, aldığı vaxt satış göstərməli olduğunu, yüzdə 21 vergi göstərməli olduğunu, “sən zərərə düşərsən” dediyini, bunun əsasında malın hamısından vergi ödəməməsi üçün hesabın olmalı olduğunu, o vaxtın pulu ilə daşıma haqqını və sairə əlavə etdikdə məbləğin on min dollardan çox etdiyini, malın dəyərinin isə yanılmırsa səkkiz min nə qədər dollar etdiyini, heç xəbəri olmadan İbrahim Balabanın onun şirkətinin adına oradan mal vurub göndərdiyini, bir gün Azərbaycanda olan şirkətinin adına mal vurulduğunu eşitdiyini, müqavilə bağlamaq üçün ondan şirkətinin adını istədiyini, Türkiyədə icazələri olmadan adlarına mal vurulmasının mümkün olduğunu, malı X12 kimdən satın alıbsa həmin şəxsin onun adına göndərdiyini, o şəxsi isə tanımadığını, malı aldığı şirkətin gətirib onların anbarına qoyduğunu, Azərbaycandakı şirkətinin adını verdiyinə görə gömrük bəyannaməsində də ixracın onun adına qeyd olunduğunu,Türkiyə şirkətindən ona “bu ixrac bizim adımıza açılmışdır” deyildiyini, İbrahim bəyə sifarişi ləğv etməsini dediyini, onun isə “cəzası nədirsə çəkəcəyəm” dediyini, ona “malı gətirsən problem yaşayacaqsan” dediyini, özünün malı gətirdiyində al malı apar sat deyə bilməyəcəyini, çünki bir VÖEN-inin olması lazım olduğunu, malı oradan da vursa, ondan da alsa ona satış göstərmədən bunu edə bilməyəcəyini, onun “olsun” dediyini, malı buraya qədər gətirdiyini, nə daşıma pulu, nə gömrük xərci aylarla heç nə ödəmədiyini, Vatsapda yazışmaları da olduğunu, onları göstərə biləcəyini, pulum gələcək, belə, elə dediyini, dediyi yalanları görmək lazım olduğunu, yanında olsaydı bunları üzünə deyəcəyini, “banka gedilib pulu göndərmirlər” dediyini, çünki Azərbaycanda aldatma halı çox olduğunu, özünün bankın belə bir söz deməyə ixtiyarı olmadığını dediyini, ona hər şeyi danışdığını, “mən bu malı versəm səni tanımıram, izini haradan tapacağam? bir şirkət qur, ona satış edək.” dediyini, gedib gəlib “müraciət etdim” dediyini, amma ortada heç nə yox olmadığını, sonra qardaşının qohumlarından olduğunu, yanına gətirib ona şərikik dediyini, Cavabdeh də yanına gəldiyini, saf biri olduğunu, ona “bax, sən bunun altında əzilərsən” deyə xəbərdarlıq etdiyini, ikisinin yanında qəbul edib-etmədiyini soruşduğunu, üzlərinə də deyə biləcəyini, “mən pulumu alacağam, amma sən əziləcəksən. Evini, maşınını satarsan özün bilərsən mənim pulumu ödəyəcəksən” dediyini, bunları fikirləşməkləri üçün geri göndərdiyini, təkrarən gedib gəldiyini, Türkiyə vətəndaşı olan şəxsin Ramili necə razı saldısa onun razılaşdığını, onlara başqa karqoların da adını dediyini,”mən bütöv malı nəzərə alacağam, malın hamısı üçün dövlətə vergi ödəməliyəm. Sabahısı gün dövlət məndən bunu soruşduğu vaxt mənim sizdən alacağım pul kifayət etməz” dediyini, onlara hər şeyi bir-bir dediyini, özünün əslində onlardan alacağı pulun dörd min nə qədər dollar, xərclədiyi pullar, buraya gediş-gəliş xərcləri və sairə olduğunu, gömrük işi gördüyünü, gömrükdə hər beş yüz manata iki yüz manat pul qazandığını, bir müştərinin işini görəndə hesab üzrə iki yüz manat xidmət haqqı aldığını, “mən bu işdə zərər edirəm, üzərinə faiz qoyacağam” dediyini, qorxsun deyə belə dediyini, yoxsa faizçi bir adam olmadığını, oğlunun da ona “sən haqlısan” dediyini, atasının oğlunu da zərərə uğratdığını, bu mallar üçün oğlunun maşınını satdırdığını, oğlunun gəlib kədərli bir şəkildə qarşısında oturduğunu, nə etdisə özünün onları razı sala bilmədiyini, xəbəri olmadan malı şirkətinin adına vurduqlarını, özünün şirkətin adını sadəcə müqavilə üçün verdiyini, ona “səni malın hamısına görə məhkəməyə verərəm” dediyini, ona açıqca dediyini, yanında gələn azərbaycanlı şəxsin də sadəcə olaraq qulaq asdığını, heç nə etmədiyini, İbrahim Balabanın danışdığını, onu aldatmaq üçün şərik olduqlarını dediklərini, adam saf biri olduğundan, VÖEN-indən istifadə etmək üçün İbrahim Balabanın onu aldatdığını, işin Cavabdeh üzərinə qaldığını, ondan başqasını məhkəməyə verə bilməyəcəyini, “mənim əsas pulumu gətirin, mən sizdən artıq pulu istəmirəm, amma məhkəməyə versəm vəkil məndən pul alacaq, mediasiya xərci olacaq. Bunların hamısı puldur, sən zərər edərsən” dediyini, “olsun” dediyini, malın gömrük puluna qədər hamısını özünün ödədiyini, indi də adamlarla əlaqə qura bilmədiklərini, telefonları açmadıqlarını, iş yerinə getdiklərini, malları sata bilmədiklərini, onsuz o mallar satılan mal olmadığını, özünə “mən hər növ mal gətirirəm, sənin gətirdiyin məhsullar Azərbaycanda satılacaq məhsul deyil, satsan da çox çətinliklə satarsan, yararlılıq müddəti keçər” dediyini, ona başa saldığı halda məsələni bu yerə qədər gətirdiyini, malın gömrükdən gəldiyini, satış müqaviləsi bağladıqlarını, “əsas pulun üzərinə əlli faiz əlavə pul yazacağam” dediyini, qorxub əsas pulu 3-4 gün içində ödəməsi üçün elə dediyini, razılaşdığını, mağazadan götürülən malın 7000 manatlıq mal olmadığını, ekspertizaya da göndərilə biləcəyini, oradakı malların dəyərinin 300-500 manatı keçmədiyini, malların balaca-balaca qutuda olduğunu, üzərindəki tarixlərinin də keçdiyini, onları götürüb atacağını, çünki onları versə satmaq istəyəcəyini, amma hamısının müddəti keçdiyini, ona özünün əvvəldən 7000 manatlıq mal verəcəyini dediyini, sonra isə “əgər 7000 manatlıq mal versəm, mal qalmayacaq” dediyini, ondan istədiyi pulun o 4050 dollar, işçisi Zaur bəyin məhkəmə prosesinə göndərilməsinin bilet pulu, üç gün burada qalmasının xərci olduğunu, X19 Quliyevin şərikik deyib yanına gəldiklərini, müqavilə imzalandığını getdiklərini, amma İbrahim bəyin Ramili aldatdığını bildiyini, X6 malı aldığı şirkətə borclu olubolmadığını bilmədiyini, pulunu verməmiş heç kəsin onlara mal verməyəcəyini, müqaviləni bağlayarkən Cavabdeh qeyd etdiklərini dediyini, “bu iş sənin üzərinə qalacaq. Əgər İbrahim bəy ödənişi etməsə, onun burada heç kimi yoxdur, mən pulu səndən alacağam”-deyə bildirdiyini, “yaxşı” dediyini, əlavə də heç nə olmadığını, telefonlarına zəng etdiyində cavab verilmədiyini, işçisi Zaur bəy mağazaya getdiyində dükanın bağlı olduğunu, qonşularından soruşduğunu, “mağazanı gəlib açmırlar” dediklərini, malların da eləcə mağazada qaldığını, tarixi keçdiyini, satılmadığını, İbrahim bəyin Mücahid adlı oğlu olduğunu, ona 8000 dollarlıq malı Sədərək bazarında min dollara sata bilmədiyini dediyini, öz oğlunun bunları dediyini, oğlundan soruşulsa cavab verəcəyini və sözlərindən bir kəlmə əskik deməyəcəyini, oğlunun çox təmiz uşaq olduğunu, bütün işləri edən İbrahim Balaban olduğunu, üzünə də deyə biləcəyini, 4000 dollarla nə varlanıb, nə də kasıblayamayacağını, sadəcə əvvəldən bəri aldadaraq iş gördüyünü, onun adına demədən mal vurduğunu, günlərlə gömrükdə tırdan malı endirə bilmədiklərini, xahiş edib axırda anbara endirdiklərini, hər gün 100 dollar pul ödədiyini, İbrahim bəyin hər şeyi insanları aldadaraq etdiyini, olanın Cavabdeh olduğunu, çünki İbrahim Balabanın burada VÖEN-i olmadığı üçün heç nəyə özünün imza edə bilmədiyini, müqaviləni imzalayanda həmin vaxt hər şeyi izah etdiyini, sonra malı təslim edərkən işçiləri göndərdiyini, imza edib çıxdığını, müqaviləni yoldaşının imzaladığını, birlikdə imzalamadıqlarını, Cavabdeh iki dəfə zəng etdiyini, telefonda dediklərini dinləyib axırda da baş üstə deyib telefonu bağladığını, ondan sonra da zənglərinə Ramil bəyin də cavab vermədiyini, özünün iddiada tələb etdiyi pulu deyil, alacağı pulu, məsrəflərini istədiyini, razılaşdıqları 4050 dollar, buraya gediş-gəliş xərcləri, mediasiyaya, vəkilə verdiyi pulu tələb etdiklərini, başqa pul tələb etmədiklərini, iddiada qeyd olunan təxminən 28000 məbləğin onları qorxutmaq üçün olduğunu, onun haram puluna ehtiyacı olmadığını, İbrahim Balabanın onun arxasından iş çevirib adına mal vurmasının xoş olmadığını, etmə dediyi halda etdiyini, mal gələrkən depoya gəldiyini, orada İbrahim bəyin də çox təqsiri olmadığını, malı satan şirkətin satılmayan malları ona satdıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında verdiyi izahatda Cavabdeh vəkili-nümayəndəsi X1 Ramil Əsəd oğlunun iddiaçı şirkətlə heç bir bağlılığı olmadığını, İbrahim Balabanın məhkəməyə göndərilmiş izahatında da onun özü ilə iddiaçı təşkilat arasında olan borc məsələsi olduğunu göstərdiyini, hazırki iddia tələbinin əsassız olduğunu, bunun iş materialları ilə təsdiq edildiyini, cavabdehin “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC ilə heç bir əlaqəsi olmadığını bildirmiş, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin nümayəndələri Nümayəndə1 Eyvaz qızı, Nümayəndə2, iddiaçının qanuni təmsilçisinin nümayəndəsi X13 və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 011 №-li alqı-satqı müqaviləsindən görünür ki, bir tərəfdən “Satıcı” adlanacaq, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə hüquqi şəxs olan “X9 Lojistik Hizmetleri ve Dış Ticaret MMC” və digər tərəfdən, sonradan “alıcı” adlanacaq Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı öhdəsinə götürür ki, müqavilədə müəyyən olunmuş şərtlərlə malı Alıcıya versin; 2.2-ci bəndindən görünür ki, alıcı satıcı tərəfindən sifariş olunan malları qəbul etdikdən sonra ödənişin 100 %-ni 48 (qırx səkkiz) saat ərzində satıcı tərəfindən göndərilən hesab fakturaya əsasən bank və nağd üsullarla ödəməlidir; 2.3-cü bəndindən görünür ki, alıcı müqavilənin 2.2-ci bəndində yazılanlara əməl etməsə, ona təqdim olunan hesab fakturanın 50 %-ni cərimə olaraq ödəməli olacaq. - 06 dekabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən tərəflər arasında xx.xx.2023-cü il tarixli 011 saylı müqaviləyə uyğun olaraq satıcı təhvil-təslim aktında qeyd olunan malları təhvil verir və alıcı həmin malları təhvil alır. - Həmçinin, 22 may 2024-cü il tarixdə iş üzrə Cavabdeh tərəfindən məhkəməyə elektron qaydada vəsatətə əlavə olunaraq göndərilmiş İbrahim Balabanın izahatında xx.xx.1972-ci il təvəllüdlü X7, xx.xx.2023-cü il tarixində kosmetika və gözəllik məhsulları ilə bağlı iş qurmaq üçün oğlu ilə Bakıya gəldiyini, 20 yanvar dairəsinin yanındakı Park 20 Shopping ticarət mərkəzində mağaza icarəyə götürdüyünü, sonra X20 fabrikindən sifarişlərini verdiyini, pulunu da şəxsən özünün nağd ödədiyini, daha sonra sifariş etdiyi malları gətirmək üçün kargo şirkəti axtararkən Bakıda türk karqo şirkəti olduğunu öyrəndiyini, şirkətlə əlaqə saxladığını və Ecesped karqo daşıma şirkətinin sahibi olduğunu deyən Nümayəndə3 ilə tanış olduğunu, onun ona qanunları bilmədiyi üçün hər cür köməklik edəcəyini dediyini və sözügedən şirkətlə malları gətirmək üçün razılaşdıqlarını, ona gömrükdə bütün işlərini həll edəcəyini dediyini, türk vətəndaşı olduğu üçün ona inandığını, daşınma xərcini ödədiyini və mallarının Bakıya gəldiyini, qeyri-iş günləri ilə əlaqədar mallarının 10 günə qədər gömrükdə gözləmədə qaldığını, sonra Nümayəndə3 ona zəng edərək onu ofisinə dəvət etdiyini, gömrükdəki işləri həll edəcəyini, ancaq mallar üçün 9 ədəd gigiyena sertifikatı tələb olunduğunu və bu sertifikatların hər birinin 400 manat olduğunu dediyini, həmçinin, malların 10 gün gömrükdə qaldığı üçün hər gün üçün 120 dollar ödənməli olduğunu bildirdiyini, özünün də qanunları bilmədiyi üçün qəbul etdiyini, lakin sonra sertifikatların 400 yox, 200 azn olduğunu və gözləmə üçün günün qiymətinin də 120 dollar olmadığını öyrəndiyini, bu haqda Nümayəndə3 sual verəndə ona burada işlərin bu üsulla getdiyini, gömrükdə rüşvət verməsən işlər getməz dediyini, əvvəlcədən verilmiş pulları da hesablayanda qalan borcun 3050 azn olduğunu dediyini, beləliklə ona borclu vəziyyətə düşdüyünü, sənədlərinin çatmadığı üçün VÖEN ala bilmədiyini və bu arada bazarda çayxana işlədən Cavabdehlə görüşdüyünü və ondan malların gömrükdən çıxarılmasında köməklik istədiyini, sağ olsun, oğlu ilə ona kömək etmək üçün gömrüyə getdiyini, malları çıxarıb mağazaya gətirdiyini, mallar gömrükdən keçirilən zaman xərcləri də oğlunun ödədiyini, mağazaya mal gələndə 3050 azn borcları qaldığından Nümayəndə3 Zaur adlı işçisini göndərərək təxminən 7000 azn dəyərində olan malı Nümayəndə3 ofisinə apardığını, Zaur adlı işçinin borca görə məhsulları girov kimi apardığının kamera qeydlərinin olduğunu, qalan borc olduğu üçün onun da malı Yakuba verdiyini, Yakuba zəng elədiyini və malları onun Zaur adlı işçisinə verdiyini dediyini, Nümayəndə3 borc bitəndə malları götürərsən dediyini, 1 ay sonra Nümayəndə3 pulu istədiyini, özünün də mallarının əlində olduğunu deyərək bir az vaxt istədiyini, daha sonra Nümayəndə3 necə etdisə Cavabdeh ona borclu qaldığını, Cavabdeh heç bir borcu olmadığını, Nümayəndə3 3050 azn borcu olduğunu, artıq bu məsələ ilə bağlı Bakıda polisə açıqlama verdiyini, Nümayəndə3ı etdiyi bu saxtakarlığa görə Türkiyə məhkəməsinə verdiyini, bu alacaq və borc məsələsinin yalnız iki Türkiyə vətəndaşı arasında olduğunu və Cavabdehlə heç bir əlaqəsi olmadığını, borcun öz borcu olduğunu, onunla heç bir əlaqəsi olmayan birini aldadaraq onu borclu hala salmağın əxlaqsızlıq olduğunu, Nümayəndə3 ifadəsinin tamamilə əsassız, yalan olduğunu, əgər Nümayəndə3 malları Türkiyədən öz pulu ilə alıb Clean Rose fabrikinə ödəyibsə, ödənişini sübut edən sənədləri ona göstərməsini, göstərə bilməyəcəyini, çünki malları fabrikdən özünün alıb pulunu özünün ödədiyini, özünün subut edə biləcəyini, amma Nümayəndə3 sübut edə bilməyəcəyini, Nümayəndə3 yalnızca Ecesped yük daşımaları adı altında malları Türkiyədən Azərbaycana gətirdiyini, yalnız daşıdığı malları satdığını göstərib Cavabdeh borclu olduğunu göstərməyin saxtakarlıq olduğunu, bu alacaq və borc məsələsinin iki türk vətəndaşı arasında olduğunu, özünün artıq Nümayəndə3ı saxtakarlığına görə Türkiyədə məhkəməyə verdiyini və bu məhkəmə işinin Türkiyədə davam etdirilməsini xahiş etdiyini, nəhayət, borcun öz borcu olduğunu, Cavabdeh heç bir borcu olmadığını, sadəcə onlara kömək etmək istədiyini, heç bir günahı, təqsiri olmayan adamın bu vəziyyətə düşməsinin ayıb olduğunu, günah olduğunu, lazımi tədbirlər görülməsini hörmətlə tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. (AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi”nə dair 18 mart 2022-ci il tarixli Qərarı). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qanunvericiliyin qeyd olunan müddəalarını hazırki işin halları üzrə tətbiq edərkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddia tələbinin əsaslandığı xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə iddiaçı təşkilat arasında bağlanmış əqd etibarsızdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları, bu hallara dair iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəmə iclasında verilmiş izah, iddiaçının qanuni təmsilçisinin nümayəndəsi Nümayəndə3 Mehmet oğlunun verdiyi izahatı həmçinin iş üzrə Cavabdeh məhkəməyə ünvanladığı etiraz, eləcə də cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş İbrahim Balabanın izahatı və iş üzrə araşdırılmış digər materiallar əsasında məhkəmə belə qənaətə gəlir ki, sözügedən əqd yalan əqdlər kateqoriyasına aid edilməklə özlüyündə əhəmiyyətsiz əqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İşdə olan sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək, məhkəmə bildirir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən təqdim olunmuş iddia ərizəsində müqavilə üzrə alıcı qismində Cavabdeh göstərilsə də, sonradan işin məhkəmə icraatı zamanı aşkar olunmuşdur ki, həmin müqavilə tərəflər arasında həqiqi hüquqi niyyət və bu niyyətin ifadəsi arasındakı uyğunluq baxımından subyekt tərkibinə görə heç də etibarlılıq şərtlərinə uyğun deyil. Belə ki, 23 may 2024cü il tarixdə iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında izah verən iddiaçının nümayəndəsi Nümayəndə2 həm verdiyi izahından, həm də məhkəmənin suallarına cavabından görünür ki, İbrahim adlı şəxs onlarla əlaqə saxlayaraq malın gətirilməyini istəmiş, İbrahim müəllim “Mənim VÖEN-im yoxdur dediyində, Cavabdeh “Mən kömək edərəm” demiş, Türkiyədən malı özləri alıb gətirməmiş, malın real alıcısı İbrahim olmuş, sözügedən əqd o biri sənədləşmələr qaydasında olsun deyə bağlanmış, ödənişi Türkiyədə özləri etməmiş, malın invoys dəyərini İbrahim ödəmiş, malın dəyərini Türkiyədə İbrahim ödəmişdir. Nəticə etibarilə, iddia tələbinin əsaslandığı alqı-satqı müqaviləsi əslində iş üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh deyil, başqa şəxs – İbrahim adlı şəxs ilə iddiaçı təşkilat arasında mülki hüquqi münasibətlərin yaranmasına xidmət etməklə başqa bir əqdin həyata keçirilməsinə yönəlmişdir, başqa sözlə, başqa əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi”nə dair 18 mart 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı MMC 09 aprel 2024-cü il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, tərəflərindən “alıcı” Cavabdeh verilmiş ümumi dəyəri 28056 manat 90 qəpik məbləğində olan malların üzərində həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 09 aprel 2024-cü il tarixli, e-16(123)-3/2024 saylı qərardadı ilə ərizəçi İddiaçı MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi, Naxçıvan MR-nın Kommersiya Məhkəməsi tərəfindən e-2-2(123)-313/2024 saylı kommersiya mübahisəsinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, ərizəçi tərəfindən “alıcı” Cavabdeh verilmiş (20 Yanvar ərazisində yerləşən “velotek” ticarət mərkəzi) ümumi dəyəri 28056 manat 90 qəpik məbləğində olan malların üzərində həbs qoyulmaqla özgəninkiləşdirilməsinin Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə göstərilənləri nəzərə alaraq belə hesab edir ki, iddia tələbinin əsaslandığı iddiaçı təşkilat ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırki iddia üzrə subyektiv hüququ yoxdur. Buna görə də, iddia təmin edilməməli, tələb rədd edilməli olduğundan iddiaçı tərəfindən məhkəməyə iddianın verilməsinə görə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, eləcə də Naxçıvan MR Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-16(123)-3/2024 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri barədə məsələ həll edilməsi üçün prosessual tədbirlər həyata keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddiaçı “X8 Lojistik Hizmetleri ve Dış Ticaret” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə iddianın verilməsinə görə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-16(123)-3/2024 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri barədə məsələ həll edilməsi üçün prosessual tədbirlər həyata keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar