Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-314/2024 23.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 15 aprel 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 14529,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsini, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 14529,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 11690,55 manat, faizlər üzrə 2838,71 manat) olmaqla, ümumilikdə 14529,26manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********786000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicilərinin yaranmış borc məbləğini ödəmədiyini, AR Konstitusiyasının 60 və 73-cü maddəsinə, Vergilər Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 23.1.15-3-cü, MPM-in 4.1-ci, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5.2-ci, 355-6-cı, 355-7-ci maddələrinə istinad etdiyini, reyestr məlumatlarına əsasən borclu X3 Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında yaşadığını bildirərək əsaslandırmışdır. Ərizəyə qarşı 19 aprel 2024-cü il tarixdə elektron qaydada Maraqlı şəxs tərəfindən etiraz daxil olmuşdur. Maraqlı şəxs etiraz ərizəsində, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbi olan e-2-2(123)-314/2024 nömrəli iş üzrə vergi orqanının bütün tələblərinin ödənildiyini, borcunun olmamasına dair şəxsi hesab vərəqəsindən çıxarışın qoşmaya əlavə olunduğunu, Falcon MMC (VÖEN: **********) ilə Maraqlı şəxs arasında alğı-satqının xx.xx.2023-cü ildə tarixdə və 13.062022-ci il tarixində baş tutduğunu, lakin Falcon MMC-nin xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi siyahısına əlavə edildiyini, onların əməliyyat apardığı tarixdə Falcon MMC-nin riskli vergi ödəyicisi siyahısında olmadığını və sonraki tarixdə Falcon MMC-nin riskli vergi ödəyicisi siyahısına düşəcəyini bilmələrinin qeyrimümkün olduğunu, Azarbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq mal-material aldığı Falcon MMC-dən maların haradan alındığını soruşarkən onların da malları digər vergi ödəyicisindən aldıqlarını bildirdiklərini və bu razılaşmaya əsasən onların malları aldığını, malların təhvil-təslim aktı əsasında təhvil alındığını, malların alınmasına dair qiymət razılaşması haqqında əlavə, təhvil təslim aktı və elektron qaimənin hər iki müəssisənin əməkdaşları tərəfindən qol çəkilərək təsdiqləndiyini və malların təhvil alındığını, vergi orqanının xx.xx.2023cü il tarixli **********402900 nömrəli qərarına əsasən Falcon MMC-nin vergi ödəyicisi siyahısından çıxanldığını və Falcon MMC-yə qərarın təqdim edildiyini, qərara əsasən Falcon MMC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək apardığı əməliyyatlara məhdudiyyət qoyulduğunu, lakin onların apardığı əməliyyatın xx.xx.2022-ci ildə aparıldığını, dəfələrlə şikayət məktubu yazdıqlarını, görüşdə iştirak etmələrinə və həmin məsələ ilə bağlı onlara köməklik göstəriləcəyinə söz verilməsinə baxmayaraq yenədə vergi orqanının onların şikayətini təmin etmədiyini və 45080,50 AZN məbləği xərc kimi tanımadığını, 8114,49 AZN ƏDV əvəzləşməsini qəbul etmədiyini və 9016,10 AZN isə gəlir vergisi hesablayaraq borc öhdəliyi yaratdığını, eynilə də X1 xx.xx.2022-ci il tarixdə 13025 AZN-lik mallar alındığını, lakin xx.xx.2022-ci il tarixdə ödəyicinin riskli vergi ödəyicisi siyahısına əlavə edildiyini, baxmayaraq ki, onlar əməliyyat apardıqları tarixdən 6 ay sonra əlavə edilib haqsız olaraq 13025 AZN məbləğini vergi orqanının xərc kimi tanımadığını, vergi orqanı tərəfindən tez-tez zənglər gəlməyə başladı ki, “öhdəliyinizi icra edin” mövcud vəziyyətdə əlacsız qalaraq öhdəliyi ödəmək qərarına gəldiyini və 2024-cü ilin mart ayın 15-nə kimi bütün öhdəliklərinii icra etdiyini, heç bir vergi borcunun qalmadığını bildirərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 18 aprel 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin geri qaytarılması haqqında bildirərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) üzrə dövlət büdcəsinə vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanı tərəfindən 05 mart 2024-cü tarixli **********104300 nömrəli ərizə ilə məhkəməyə müraciət olunduğunu, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) tərəfindən dövlət büdcəsinə olan vergi borcunun tam ödənildiyi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq əsaslar aradan qalxdığı üçün icraatda olan 05 mart 2024-cü tarixli **********104300 nömrəli ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirakını təmin etməmişlər. Ərizəçinin xüsusi icraat üzrə iddia ərizəsinə əlavə etdiyi “məhkəmə iclasında iştirak haqqında” ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Orxan Qafarzadə vergi ödhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs və ya fiziki şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq olaraq onun icra orqanının rəhbərinin və ya fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini, iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasına ərizəçinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçinin nümayəndəsinin və Maraqlı şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd edilən hallarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etdiyindən, maraqlı şəxsin məhkəməyə təqdim etmiş olduğu etiraz ərizəsinə və qoşma olaraq şəxsi hesab vərəqəsinə əsasən məhkəmə Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənildiyi qənaətinə gəlir. Eyni zamanda ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin geri qaytarılması barədə müraciətdə də Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan vergi borcunun tam ödənildiyi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq əsaslar aradan qalxdığı qeyd olunmuşdur. Məhkəmə maraqlı şəxsin etiraz ərizəsini və bu halı təsdiq edən digər ünsür kimi ərizəçinin ərizəsini, işin faktiki hallarını və iş üzrə təqdim edilmiş sübutları araşdırıb, iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verdikdən sonra hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə maraqlı şəxs və ərizəçi tərəfindən təqdim edilən ərizələrə qiymət verərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu ödədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7.3, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-314/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-314/2024
23.04.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver