Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-335/2024 01.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 15 may 2024-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) AZN məbləğində əsas borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2022-ci il tarixli, 09408 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcının sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları alıcıya təhvil verməyi, alıcının sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürdüyünü, cavabdeh tərəfindən sifariş olunan malların tam şəkildə ona təhvil verildiyini, belə ki, təqdim edilmiş elektron qaimə sənədlərinə və təhvil-qəbul aktlarına əsasən Cavabdeh iddiaçı tərəfindən ümumi dəyəri 2121,03 (iki min yüz iyirmi bir manat üç qəpik) manat məbləğində mal təqdim edildiyini, lakin cavabdehin müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə ki, Cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyini və İddiaçı MMC-yə 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu qaldığını, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayarar qalıq borcun ödənilməsinin təmin edilmədiyini, təqdim edilmiş “Maliyyə Arayışı”ndan göründüyü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-cü il tarixli 9408 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcunun 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) manat təşkil etdiyi, mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya (xəbərdarlıq) məktubu göndərildiyi lakin münasibətlərin qaydaya salınması məqsədilə hər hansı bir addım atılmadığı, həmçinin İMS-nin keçirilməsi üçün cavabdehə təklif göndərildiyi, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən X1 tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edildiyi, təqdim edilmiş cavabdehə məxsus şəxsiyyət vəsiqəsi və vergi şəhadətnaməsindən Cavabdeh Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində rəsmi qaydada qeydiyyata alındığının göründüyünü bildirmişdir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 21 yanvar 2022-ci il tarixli, 09408 saylı alğı-satqı müqavilədən görünür ki, bu müqavilə satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:
1. Alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida məhsullarını (bundan sonra “Mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək,
2. Satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verəcək,
3. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. 3.5-ci bəndindən görünür ki, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı mallann təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədlərdə (bundan sonra “digər sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfi məhv olma və zədələnmə riski alıcıya keçir. 3.6-cı bəndindən görünür ki, alıcı malları qəbul etdikdən qaimə-fakturanı və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxəsini imzalayacaq, onların bir nüsxələrini özündə saxlamalı digər nüsxəsini isə satıcıya təhvil verməlidir. 7.10-cu bəndindən görünür ki, alıcı satıcıya olan ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır. 8.1-ci bəndindən görünür ki, alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini (Qiymət), müqavilənin digər şərtlərini nəzərə almaqla, müqavilədə qeyd edilmiş qaydada ödəməlidir. 8.2-ci bəndindən görünür ki, qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir. 8.3-cü bəndindən görünür ki, əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, qiymətlər bu müqavilənin 8.5-ci maddəsində göstərilən sənədlərdə və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan qiymətlər olacaqdır. 8.5-ci bəndindən görünür ki, satıcı qiymətə (satıcıya müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dəir aşağıdakı sənədləri alıcıya təqdim edəcək (ödəniş sənədləri):
1. Müqavilədə göstərilən qaydada hər rərəfin imzaladığı və təsdiq etdiyi akt,
2. Elektron vergi hesab fakturası,
3. Elektron qaimə,
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. 8.8-ci bəndindən görünür ki, alıcı satıcıya ödəməli olduğu vəsaiti nağd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır. 10.1-ci bəndindən görünür ki, müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalacaqdır. Əgər tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə, müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir. Uzadılmaların sayı qeyri məhdud ola bilər. 13.3-cü bəndindən görünür ki, bu müqavilənin müddəaları alıcıya aid mövcud və sonradan açılacaq bütün satış obyektlərinə və market şöbələrinə şamil olunur. 13.3-cü bəndindən görünür ki, müqaviləyə xitam verilməsi və ya müqavilənin müddətinin bitməsi, öhdəliyini icra etməyən tərəfi, icra edilməyən öhdəliyin icrasından azad etmir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: İddiaçı MMC tərəfindən tərtib olunmuş 14 iyul 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 273,82 manat, 06 avqust 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 255,07 manat, 13 sentyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 317,08 manat, 22 sentyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 297,21 manat, 29 sentyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 174,72 manat, 29 sentyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 217,58 manat, 17 noyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 170,30 manat, 19 noyabr 2022ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 74,52 manat, 30 noyabr 2022-ci il tarixli, ********** saylı malların təhvil qəbul aktından yekun məbləği 72,87 manat olan müxtəlif adda malın İddiaçı MMC-nin nümayəndəsi qismində Taleh Məmmədov tərəfindən alıcı “Erzaq Behruz x Dostluğu” qismində Cavabdeh təhvil verildiyi, Cavabdeh isə həmin aktları imzalayaraq qeyd olunan malları təhvil alındığı məlum olur. EBCO seriyalı, 194479 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 28,58 manat, EBCL seriyalı, 190861 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 204,45 manat, EBCK seriyalı, 285263 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 72,87 manat, EBCK seriyalı, 192857 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 68,59 manat, EBCJ seriyalı, 730421 nömrəli, xx.xx.2022ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 71,74 manat, EBCJ seriyalı, 610722 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 74,52 manat, EBCJ seriyalı, 610718 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 17,92 manat, EBCJ seriyalı, 610732 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 12,25 manat, EBCJ seriyalı, 610728 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 33,11 manat, EBCJ seriyalı, 610726 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 16,56 manat, EBCJ seriyalı, 467769 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 170,30 manat, EBCJ seriyalı, 467778 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 155,84 manat, EBCJ seriyalı, 377306 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 25,18 manat, EBCJ seriyalı, 383166 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 151,35 manat, EBCJ seriyalı, 383162 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 238,95 manat, EBCJ seriyalı, 383176 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 21,52 manat, EBCJ seriyalı, 383171 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 15,00 manat, EBCİ seriyalı, 175160 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 54,16 manat, EBCG seriyalı, 393498 nömrəli, xx.xx.2022ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 174,72 manat, EBCG seriyalı, 393491 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 217,58 manat, EBCG seriyalı, 393503 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən yekun məbləği 44,67 manat olan müxtəlid adda malların İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim olunduğu, alıcı Cavabdeh tərəfindən isə təhvil alındığı məlum olur. İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 9408 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-ə olan qalıq borcunun 1652,35 (bir min altı yüz əlli iki manat 35 qəpik) manat təşkil etdiyi məlum olur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə razılaşdırılmış şərtlərlə 09408 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida məhsullarını (malları) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış mallan təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə malların verilməsi iş materiallarına əlavə edilmiş malların təhvil qəbul aktları və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrlə öz əksini tapmaqla alıcı Cavabdeh həmin müqavilənin şərtləri ilə tam razı olduğunu bildirərək müqaviləni imzalaması ilə təsdiq edilmişdir. Bundan əlavə müqavilə şərtlərindən məlum olduğu kimi alıcı Cavabdeh satıcıya ödəməli olduğu vəsaiti nağd, yaxud bank vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 09408 nömrəli alqı-satqı müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən satıcı İddiaçı MMC-nin sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcı Cavabdeh sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları alıcıya təhvil verməsi ilə satıcının müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 09408 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan müqavilənin icrası üzrə təhvil aldığı mallara görə ödənilməmiş 1652,35 manat məbləğində borcu yarandığı, borclu olduğu məbləği ödəmədiyi üçün şirkət qarşısında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı, 1652,35 mant məbləğində borcu 3 gün ərzində şirkətə ödənilməsinin tələb olunduğu, əks halda qeyd olunan məbləğin və əlavə xərclərin məcburi qaydada alınaraq İddiaçı şirkətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq satıcı İddiaçı MMC-nin alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1652,35 manat məbləğində borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 08 may 2024-cü il tarixli, e-2-2(123)-328/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. İddiaçı tərəfindən iddia ərizəsində əsas tələblə yanaşı “ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi” xahiş edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VİQD nömrəli Qanunu ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilmişdir. Beləliklə, kommersiya mübahisələri üzrə tərəflərin ilkin mediyasiya sessiyasında iştirakı tələbi ləğv edilmişdir. Bu səbəbdən məhkəmə “ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi” tələbinə münasibət bildirərkən mediasiya prosesi barədə arayışın xx.xx.2024-cü il tarixdə verildiyini nəzərə alaraq, Qanunda dəyişiklik edildikdən sonra verildiyini nəzərə alaraq təmin edilməməsi qənaətindədir. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tələb edilməsə də, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq bu hala münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi qaydası göstərilməlidir maddəsi bunu vacib etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 36,52 (otuz altı manat 52 qəpik) manatdır. İddiaçı tərəfindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə 37,00 (otuz yedddi manat 00 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi 0,48 (qırx səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı tərəfindən artıq ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.1-ci maddələrinə əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək Cavabdeh 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) manat məbləğində əsas borc, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 36,52 (otuz altı manat 52 qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,48 (qırx səkkiz qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1652,35 (min altı yüz əlli iki manat otuz beş qəpik) manat məbləğində əsas borc, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 36,52 (otuz altı manat 52 qəpik) manat məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,48 (qırx səkkiz qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.