Məhkəmə qərarları › İş №e-2-2(123)-338/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-338/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-338/2024 01.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2024-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsi üzrə 731,20 (yeddi yüz otuz bir manat 20 qəpik) manat cari lizinq borcunun, X6 keçirilməsi ilə bağlı ödənilmiş 40,00 (qırx) manat mediasiya haqqının və işə məhkəmədə baxılması üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdеhlər X7, Cavabdeh2 və Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə X7 (VÖEN-**********) (Lizinq Alan) arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsinə əsasən X3 istifadəsinə universal tipli, ban WF0JXXTTPJ7T46530, M.İ.H. 1753 sm3, ağ rəngli, buraxılış ili 2007-ci il, X14 Minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** PH *** dövlət qeydiyyat nişanlı) verildiyi, lizinq müqaviləsinin ümumi məbləğinin 20202,15 (iyirmi min iki yüz iki manat 15 qəpik) manat, onlardan 11100,00 (on bir min bir yüz) manatın lizinqin məbləğini, 2800,00 (iki min səkkiz yüz) manatın avans məbləğini və 6302,15 (altı min üç yüz iki manat 15 qəpik) manat lizinq verənin mükafatını təşkil etdiyini, tərəflər arasında imzalanmış 03 dekabr 2021-ci il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində X7 tərəfindən aylıq 484,00 (dörd yüz səksən dörd) manat olmaqla ödənilməsi müəyyən olunduğunu, əlavə olaraq Cavabdeh2 ilə 03 dekabr 2021-ci il tarixli BAKU1- 47969-20244+BAKU1-47978 saylı və Cavabdeh1 ilə 07 aprel 2022-ci il tarixli BAKU1-47969- 20244+BAKU1-47978 saylı zaminlik müqavilələrinin imzalandığını, X7 tərəfindən ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günlərinin dəfələrlə pozulduğunu, nəticədə lizinq predmeti olan universal tipli, ban WF0JXXTTPJ7T46530, M.İ.H. 1753 sm3, ağ rəngli, buraxılış ili 2007-ci il, X14 Minik markalı nəqliyyat vasitəsinin X2 05 aprel 2023-cü il tarixli Lizinq obyektinin qaytarılması aktına əsasən geri alındığını və 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 Müqaviləsinin 01 iyun 2023-cü il tarixdən ləğv edildiyini, 01 iyun 2023-cü il tarixinədək 731,20 (yeddi yüz otuz bir manat 20 qəpik) manat cari lizinq borcu yarandığını və ödənilmədiyini, X12 müqaviləsinin 9.1.8-ci maddəsinə əsasən lizinq verən bu müqavilə üzrə ödənişlər 5 təqvim günündən artıq gecikdirildikdə lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə biləcəyini, lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərcin lizinq alan tərəfindən ödənildiyini, X12 Müqaviləsinin 20.12-ci maddəsinə görə, lizinq obyektinin lizinq verənə qaytarılması və ya lizinq verən tərəfindən geri tələb edilməsinin lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmədiyini, əlavə olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən məhkəməyə müraciət edilməsi üçün 30,40 manat dövlət rüsumu ödənildiyini, X6 keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən 40,00 (qırx) manat məbləğində mediasiya xərci ödənildiyini bildirmişdir. Məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 03 dekabr 2021-ci il tarixli, BAKU1-47969-20244 saylı lizinq obyektinin alqı-satqı müqavilədən görünür ki, bu müqavilə satıcı adlandırılan X10 (xx.xx.2019-cıı il tarixli, reyestrdə 7E-29356 nömrəli Etibarnamə əsasında çıxış edir X8) və Alıcı- Lizinq verən adlandırılan "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə müqaviləyə əsasən satıcı lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri: Markası, Modeli: X14 MİNİK, Rəngi: Ağ, Buraxılış ili: 2007, Şassi nömrəsi: WF0JXXTTPJ7T46530, Mühərrikin həcmi: 1753 kub sm., Qeydiyyat nişanı: M/.511TR21. 1.2-ci bəndinə əsasən lzinq alan barədə məlumat: X7 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AZE********). Lizinq alan bu müqaviləni imzalayaraq bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən tərəflər nəqliyyat vasitəsinin qiymətini 13.900,00 AZN (on üç min doqquz yüz manat 00 qəpik) manat məbləğində müəyyən edirlər. 2.1-ci bəndinə əsasən satıcı bu müqavilə imzalandığı gündən 03 (üç) gün ərzində əmlakı müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə alıcı-lizinq verənin xeyrinə rəsmiləşdirməli və nəqliyyat vasitəsini yeni qeydiyyat şəhadətnaməsi və digər ləvazimatı ilə birlikdə qiymətləndirilmə keçirilən zaman olan (qüsursuz) vəziyyətdə alıcı-lizinq verənin hüquqi ünvanı üzrə alıcı-lizinq verənin mütləq iştirakı lizinq alana təhvil verməlidir. Bu hərəkət təhvil-təslim aktı əsasında həyata keçirilir. Alıcı- Lizinq verənin iştirakı olmadan keçirilmiş təhvil-təslimin hüquqi qüvvəsi yoxdur. 3.1-ci, 3.11.-ci və 3.1.2-ci bəndlərinə əsasən üçüncü şəxslərin xeyrinə yüklü olmayan əmlakı bu müqavilənin şərtlərinə müvafiq olaraq alıcı-lizinq verənə satmaq və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş qaydada əmlakı alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil vermək satıcının vəzifəsidir. 3.4-cü və 3.4.1-ci bəndlərinə əsasən alınan əmlakın dəyərini həmin əmlak satıcı tərəfindən alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil veriləndən sonra 02 (iki) iş günü ərzində satıcının təqdim etdiyi bank hesabına ödəmək alıcı-lizinq verənin vəzifəsidir. 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsindən görünür ki, bu müqavilə lizinq verən "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə lizinq alan X7 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasıtəsini/xüsusi texnikanı/avadanlığı (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi. Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lızınqə qəbul etməyi öhdəsinə götürür Lizin obyektinin təsviri: Markası, Modeli: X14 MİNİK, Rəngi: Ağ, Buraxılış ili: 2007, Ban nömrəsi: WF0JXXTTPJ7T46530, Mühərrikin həcmi: 1753, Qeydiyyat nişanı: 77PH861. 2.2-ci bəndinə əsasən lizınq müqaviləsinin ümumi məbləği 20202,15 (iyirmi min iki yüz iki manat 15 qəpik) manat AZN-dir. 2.2.1-ci bəndinə əsasən lizinq verənin mükafatı 6302,15 (altı min üç yüz iki manat 15 qəpik) manatdır. 2.2.2-ci bəndinə əsasən avans məbləği 2800,00 (iki min səkkiz yüz manat 00 qəpik) manatdır. 2.2.3-cü bəndinə əsasən lizinqin məbləği 11100,00 (on bir min bir yüz manat 00 qəpik) manatdır. 8.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini lizınq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 9.1.8-ci bəndinə əsasən lizinq verən bu müqavilə üzrə ödənişlər 5 (beş) təqvim günündən artıq gecikdirildikdə lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. 10.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. 11.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin satıcı tərəfindən lizinq verənin mütləq iştirakı ilə lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdiriliir. 11.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət huququ lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq aıana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 15.1-ci bəndinə əsasən lizinq obyektinin istifadəyə verilməsinə görə İizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 15.5-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir. 20.1-ci və 20.1.3-cü bəndlərinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə və lizinq müqaviləsinə xitam verə bilər. 20.4-cü bəndinə əsasən lizinq alan bu müqavilənin 20.1-ci bəndini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. İT0010343 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, ödəyici TBC Kredit BOKT MMC tərəfindən 13900.00 (on üç min doqquz yüz manat 00 qəpik) AZN vəsaiti alan X4 bank hesabına ödənilmişdir. Ödənişin təyinatının və əsasnın BAKU 1-47969-20244 lizinqin verilməsi müqaviləsinin təşkil etdiyi görünür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** PH *** dövlət qeydiyyat nişanlı, FORD markalı, modeli TOURNEO CONNECT MİNİK olan, universal tipli, ağ rəngli, istehsal tarixi 2007, WF0JXXTTPJ7T46530 Ban nömrəli, mühərrikin həcmi 1753 olan avtomobil mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. BAKU1-47969-20244 nömrəli xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı X10 (xx.xx.2019-cu il tarixli, reyestrdə 7E-29356 nömrəli etibarnamə əsasında çıxış edir X8), lizinq alan X7 və alıcı-lizinqverən TBC Kredit BOKT MMC bu aktı tərtib etmişlər ondan ötrü ki, "aİıcılizinqverənlə lizinq alan arasında bağlanmış xx.xx.2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 və satıcı ilə alıcı-lizinqverən arasında bağlanmış xx.xx.2021-ci il tarixli BAKU1-47969-20244 saylı lizinq obyektinin alqı-satqı müqavilələrinə əsasən satıcı aşağıda təsvir edilən lizinq obyektini alıcılizinqverənin iştirakı ilə lizinq alana təhvil verir. Lizinq alan isə həmin lizinq obyektini qəbul edir. Alıcı- Lizinqverən isə təhvil-təslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. Təhvil verilən lizinq obyektinin və onun tərkib hissəsi sayılan digər əşyaların təsviri: Markası, Modeli: X14 MİNİK, Tipi: Universal, Rəngi: Ağ, Buraxılış ili: 2007, Ban nömrəsi: WF0JXXTTPJ7T46530, Mühərrikin həcmi: 1753, Qeydiyyat nişanı: 77PH861. Lizinq nömrəsi BAKU1-47969-20244 olan TBC Kredit BOKT MMC və X7 tərəfindən imzalanmış ödəniş qrafikindən görünür ki, 03 dekabr 2021-ci il tarixdə müştəri X5 lizinq məbləği 11100,00 (on bir min bir yüz manat 00 qəpik) manat olmaqla komisyon haqqı 3% dərəcəsilə verilmiş kreditin və ona hesablanmış faizlərin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi aylıq ödənişi 484,00 (dörd yüz səksən dörd manat 00 qəpik) manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli BAKU1-47969-20244+BAKU1-47978 saylı zaminlik müqaviləsindən məlum olur ki, bu müqavilə lizinqverən adlandırılan TBC Kredit BOKT MMC, zamin adlandırılan Cavabdeh2 Eloglan oğlu və lizinq alan adlandırılan X7 arasında bağlanılmışdır. xx.xx.2022-ci il tarixli BAKU1-47969-20244+BAKU1-47978 saylı zaminlik müqaviləsindən məlum olur ki, bu müqavilə lizinqverən adlandırılan TBC Kredit BOKT MMC, zamain adlandırılan Cavabdeh1 və lizinq alan adlandırılan X7 arasında bağlanılmışdır. Eyni məzmunlu həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən liziııq müqaviləsindən irəli gələn öhdəliyinin təmamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası lizinq verən ilə lizinq alan arasında sadə yazılı formada bağlanmış və lizinq alan tərəfindən seçilmiş X14 MİNİK markalı, 2007-ci il buraxılışı olan, ağ rəngli, WF0JXXTTPJ7T46530 ban nömrəli nəqliyyat vasitəsini (lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə liziq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürəcəyini nəzərdə tutan və ümumi məbləği 20.202.15 AZN (iyirmi min iki yüz iki manat 15 qəpik) manat, o cümlədən 13.900,00 AZN (on üç min doqquz yüz manat 00 qəpik) lizinq obyektinin dəyəri və 6.302.15 (altı min üç yüz iki manat 15 qəpik) manat mükafat (mükafat lizinqin əsas məbləğinin qalığına illik 32% (otuz iki tam yüzdə 00) faiz hesablanmaqla müəyyən edilir) məbləği olan 36 (otuz altı) ay müddətinə bağlanmış xx.xx.2021 il tarixli BAKU1-47969-20244 saylı Daxili Lizinq müqaviləsidir. Zaminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər tərəflərin qarşılıqlı razılığı ilə hər təqvim ayının tarixlərinin birində həyata keçirilir. 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, lizinq ödənişlərini lizinq müqaviləsində şərtləşdirilmiş müddətdə və qaydada yerinə yetirilmədiyi, lizinq müqaviləsində nəzərdə tutlmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və lizinq müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda lizinqverən qarşısında birgə məsuliyyət daşıyırlar. 2.2-ci və 2.2.1-ci bəndinə əsasən lizinq məbləğinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə qaytarılmaması zaminin lizinq verən qarşısında məsuliyyətinin əsaslarındandır. 2.2.5-ci bəndinə əsasən zaminliklə təmin edilən tələbin həcminə lizinq məbləği, mükafat məbləği, dəbbə borcu, sığorta məbləği, öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə lizinq verənin çəkdiyi məhkəmə, hüquq xidməti xərcləri və digər zərərlər daxildir. BAKU1-47969-20244 saylı Daxili Lizinq müqaviləsinə əlavə olan 05 aprel 2023-cü il tarixli lizinq obyektinin qaytarılma aktından görünür ki, lizinq alan X7 və lizinqverən TBC Kredit BOKT MMC bu aktı tərlib etmişlər ondan ötrü ki, lizinqverənlə lizinq alan arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsinin 20.5-ci bəndinə əsasən lizinq obyektini lizinq alan lizinqverənə aşağıda göstərilən qüsurlarla qaytarır. Lizinq verən isə həmin lizinq obyektini aşağıda göstərilən qüsurlarla qəbul edir. Lizinqverən isə təhvil-təslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. Qaytarılan lizinq obyektinin və onun tərkib hissəsi sayılan digər əşyaların təsviri: Markası: FORD, Modeli: TOURNEO CONNECT MİNİK, Tipi: Universal, Rəngi: Ağ, Buraxılış ili: 2007, Ban nömrəsi: WF0JXXTTPJ7T46530, Mühərrikin həcmi: 1753, Qeydiyyat nişanı: 90PH861. Tərəflər 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsinin 20.8.2ci bəndinə əsasən lizinq obyektinin qiymətini 13 900 (on üç inin doqquz, yüz) manat müəyyən edirlər. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: BAKU1-47969-20244 nömrəli xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövrü əhatə edən maliyyə arayışından görünür ki, X7 tərəfindən müxtəlif tarixlərdə müvafiq məbləğlərdə ödəniş edilmiş və onun əsas borc üzrə 731.20 AZN (yeddi yüz otuz bir manat 20 qəpik) manat olmaqla cəmi borcu 731.20 AZN (yeddi yüz otuz bir manat 20 qəpik) manat təşkil edir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsinin bağlanması və təqdim edilmiş sübutlardan BAKU1-47969-20244 nömrəli xx.xx.2021ci il tarixli təhvil-təslim aktından müqavilənin predimenti olan avtomobilin lizinq alan X5 təhvil verilməsi ilə lizinq verən TBC Kredit BOKT MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması və lizinq alan X7 tərəfindən BAKU1-47969-20244 saylı lizinq nömrəli ödəniş qrafiki ilə müəyyənləşdirilmiş dövriliklə lizinq məbləğini ödəməyi öz öhdəsinə götürməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddəsinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.12-ci və 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, lizinq alan müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 20 noyabr 2023-cü il tarixdə cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 dekabr 2021-ci il tarixli BAKU1-47969-20244 saylı X12 müqaviləsinin 9.1.8-ci bəndinə əsasən lizinq verən bu müqavilə üzrə ödənişlər 5 (beş) təqvim günündən artıq gecikdirildikdə lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilmək hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, lizinqalan X1 Maliyyə Lizinqi müqaviləsinin 15.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, lizinq müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas borc üzrə 731.20 AZN (yeddi yüz otuz bir manat 20 qəpik) manat olmaqla cəmi borcu 731.20 AZN (yeddi yüz otuz bir manat 20 qəpik) manat təşkil etmiş, qeyd edilən halın təsdiqi ilə əlaqədar BAKU1- 47969-20244 saylı maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Bundan əlavə X12 müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Belə ki, zamin Cavabdeh1 və Cavabdeh2 həmin müqavilələrə əsasən lizinq alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında lizinq alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərlərinə götürmüşdürlər. Bu hal onu deməyə əsas verir ki, zaminlər lizinq alanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 16 may 2024-cü il tarixli, e-2-2(123)-338/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 731,20 (yeddi yüz otuz bir manat 20 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 30 (otuz manat) manatdır. İddiaçı "xxxx" MMC tərəfindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 30,00 (otuz manat 00 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində əsas tələblə yanaşı “X6 keçirilməsi ilə bağlı ödənilmiş 40 (qırx) manat mediasiya haqqının cavabdehlərdən tutularaq iddiaçı TBC Kredit BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi” xahiş edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VİQD nömrəli Qanunu ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilmişdir. Beləliklə, kommersiya mübahisələri üzrə tərəflərin ilkin mediyasiya sessiyasında iştirakı tələbi ləğv edilmişdir. Bu səbəbdən məhkəmə “X6 keçirilməsi ilə bağlı ödənilmiş 40 (qırx) manat mediasiya haqqının cavabdehlərdən tutularaq iddiaçı TBC Kredit BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi” tələbi hissəsində təmin edilməməsi qənaətindədir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi qismən təmin edilərək 731,20 (yeddi yüz otuz bir manat 20 qəpik) manat cari lizinq borcu və işə məhkəmədə baxılması üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat dövlət rüsumunun cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı TBC Kredit BOKT MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 731,20 (yeddi yüz otuz bir manat 20 qəpik) manat cari lizinq borcu və işə məhkəmədə baxılması üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı TBC Kredit BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar