Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-344/2024 30.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdehnə qarşı borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı vəkili-nümayəndəsi Vəkil 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh APF İnşaat MMC-dən xx.xx.2023 tarixli üzləşmə aktına əsasən mövcud 31907,08 AZN miqdarında borc məbləğinin və ödənilmiş 190 AZN dövlət rüsumunun iddiaçı Epidbiomed MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Nəqşicahan Satınalma MMC (VÖEN: **********) və Epidbiomed MMC arasında xx.xx.2021 tarixli 24/11 saylı malların alqı-satqısı haqqında müqavilə imzalandığını, müqavilənin predmetini dərmanlar və tibbi ləvazimatlar təşkil etdiyini, daha sonra Nəqşicahan Satınalma MMC Epidbiomed MMC-nin razılığı ilə hüquq və öhdəliklərini Nəqşicahan İnşaat MMC-yə ötürdüyünü, tərəflər arasında xx.xx.2023 tarixdə bağlanmış üzləşmə aktına əsasən Nəqşicahan İnşaat MMC-nin (indiki APF İnşaat MMC) Epidbiomed MMC-yə 31907.08 AZN borcu olduğunu təsdiq etdiyini, iddia ərizəsinin təqdim edilmə gününə APF İnşaat MMC-nin (keçmiş Nəqşicahan İnşaat MMC) Epidbiomed MMC-yə heç bir ödənişi olmadığını, öhdəliklərin icra edilməməsinə dair müddəaların AR Mülki Məcəlləsinin 22-ci fəslində öz əksini tapdığını, belə ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, AR Mülki Məcəlləsinin 23-cü fəslinin Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət müəyy ən etdiyini, AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğunu, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, borc məhkəmə qaydasında tutulduqda məhkəmənin kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə biləcəyini qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 01 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı verməmişdən qabaq cavabdehin nümayəndəsi, bir də mühasibatdan bir nəfərlə danışdığını, onların hələ o zaman ləğv prosesində də olmadıqlarını, müraciət edib “Belə borc var” dediyini, onların da (cavabdehin) “Bəli borc var amma ödəyə bilmirik” deyə belə bir söz dediklərini, məcburiyyət qarşısında qaldıqlarını, “Ödəyə bilmirsinizsə əlimizdə sənəd olsun ki hüququmuzu tələb edə bilək” deyə bildirdiyini, əvvəl Nəqşicahan satınalma olduğunu, onunla müqavilə bağlandığını, məbləğin çox böyük olduğunu, sonra az-az ödəməyə başladıqlarını, son miqdara gəlib çatanda “Şirkətdə restrukturizasiya aparırıq. İmkan varsa keçirdək bir şirkətdən o biri şirkətin üstünə” dediklərini, fərqi yoxdur deyə etiraz olunmadığını bildirmişdir. 17 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə "xxxx" MMC-nin Nəqşicahan İnşaat MMC-yə birləşdiyini, ləğvetmə prosesində olduğunu, prosesin də bitmədiyini, borcları verə bilmək üçün onların hesabından pul götürə bilmədiklərini, ona görə də Vergidən arayış aldıqlarını, proses bitən kimi müvafiq borcların ödənilməyə başlanılacağını bildirmişdir. Məhkəmə baxışı iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 24 noyabr 2021-ci il tarixli, 24/11 nömrəli Malların alqı-satqısı haqqında müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən İddiaçı, X1 şəxsində, (bundan sonra satıcı adlanacaq), digər tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X2 şəxsində (bundan sonra “Alıcı” adlanacaq, birlikdə tərəflər adlanaraq) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə satıcı alıcının sifarişinə əsasən Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilməyən dərman vasitələrini və tivvi ləvazimatları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Satıcı ondan asılı olmayan səbəblərdən alıcının sifarişini yerinə yetirə bilməyəcəyi və ya yerinə yetirilməsinin gecikdiriləcəyi qənaətinə gələrsə sifarişi aldıqdan sonra alıcını məlumatlandırmalıdır. 2.2.4-cü bəndindən görünür ki, satıcı bu müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öz öhdəsinə götürür. 2.4.2-ci bəndindən görünür ki, alıcı malların bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada satıcıya ödəyir. 3.1-ci bəndindən görünür ki, malların müəyyənləşdirilmiş qiymətini alıcı satıcıya bank vasitəsilə köçürmə yolu ilə 100% həcmində 5 (beş) iş günü ərzində ödəyir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər. Satııcı isə malları tərəflərin imzası ilə təsdiq olunan qaimə faktura əsasında 5 (beş) təqvim günü ərzində Alıcının səlahiyyətli nümayəndəsinə təhvil verir. 5.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 7.2-ci bəndindən görünür ki, bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir. 31 may 2023-cü il tarixinə olan üzləşmə aktından görünür ki, bu üzləşmə aktı bir tərəfdən Nəqşicahan İnşaat MMC-ni təmsil edən X3 və digər tərəfədn Epidbiomed MMC-ni təmsil edən Əliyev Məmmədəli arasında bağlanmış, nəticədə, tərəflər xx.xx.2023-cü il tarixinə Nəqşicahan İnşaat MMC-nin Epidbiomed MMC-yə borcunun ƏDV-li məbləğinin 31907.08 (otuz bir min doqquz yüz yeddi manat səkkiz qəpik) manat məbləğində olduğunu imzaları ilə təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" MMC 15 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC-yə qoşularaq, 08 iyun 2023-cü il tarixli, **********768800 saylı ərizə ilə ləğv prosesi başlanmış və hal-hazırda ləğv prosesindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Nəqşicahan Satınalma MMC və Epidbiomed MMC arasında xx.xx.2021-ci il tarixli, 24/11 saylı malların alqı-satqısı haqqında müqavilə bağlanmış, müqaviləyə görə satıcı alıcının sifarişinə əsasən Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilməyən dərman vasitələrini və tivvi ləvazimatları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində malların müəyyənləşdirilmiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş üzrə iddiaçı, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış üzləşmə aktına əsasən Nəqşicahan İnşaat MMC-nin (indiki APF İnşaat MMC) Epidbiomed MMC-yə 31907.08 AZN borcu olduğunu, iddia ərizəsinin təqdim edilmə gününə APF İnşaat MMC-nin (keçmiş Nəqşicahan İnşaat MMC) Epidbiomed MMC-yə heç bir ödəniş etmədiyini iddia edərək pozulmuş hüquqların bərpa edilməsi məqsədilə 21 may 2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan 31 may 2023-cü il tarixli üzləşmə aktına hüquqi qiymət verilərək müəyyən edilmişdir ki, bir tərəfdən Nəqşicahan İnşaat MMC-ni təmsil edən X3 və digər tərəfdən Epidbiomed MMC-ni təmsil edən Əliyev Məmmədəli arasında bağlanmış üzləşmə aktına əsasən Nəqşicahan İnşaat MMC-nin 31 may 2023-cü il tarixinə Epibiomed MMC-yə borcunun ƏDV-li məbləğinin 31907,08 AZN təşkil etməsi tərəflərin imzaları ilə təsdiq edilmişdir. Bununla da aydın olur ki, alıcı üzərinə düşən öhdəliklərin icrasından yayınaraq müqavilənin 2.4.2-ci maddəsinin tələblərini pozmuş, nəticədə, 31 may 2023-cü il tarixdə üzləşmə aktı imzalamaqla 31907,08 (otuz bir min doqquz yüz yeddi manat 08 qəpik) manat məbləğində Epibiomed MMC-yə borcunun olduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Nəticədə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 31907,08 (otuz bir min doqquz yüz yeddi manat 08 qəpik) manat məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı cavabdehin nümayəndəsi 17 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin Nəqşicahan İnşaat MMC-yə birləşdiyini, ləğvetmə prosesində olduğunu, prosesin də bitmədiyini, proses bitən kimi müvafiq borcların ödənilməyə başlanılacağını bildirmişdir. Tərəfin izahından aydın olur ki, müqavilə üzrə müəyyən olunmuş dərman vasitələrinin və digər ləvazimatların alıcıya təhvil verilməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmiş, nəticədə, təhvil verilmiş malların dəyərinin ödənilməsi öhdəliyi icra edilmədiyindən borc məbləği yaranmışdır. Odur ki, tərəf məhkəmə iclasında həmin məbləğin cavabdeh təşkilatın ləğvetmə prosesi bitdikdən sonra ödəniləcəyini qeyd edərək iddia tələbini inkar etmədiyini büruzə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticədə, məhkəmə müəyyən edilmiş hallara əsasən hesab edir ki, xx.xx.2023 tarixli üzləşmə aktı mötəbər sübut kimi qəbul edilməli, iddiaçının “Cavabdeh APF İnşaat MMC-dən 31907,08 AZN miqdarında borc məbləği alınaraq iddiaçı Epidbiomed MMC-nin xeyrinə ödənilməsinə dair” iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Beləliklə iddianın qiyməti 31907,08 manat təşkil etdiyindən, qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 185,72 (bir yüz səksən beş manat 72 qəpik) manat təşkil edir. Hazırkı vəziyyətdə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi müddəasını əsas götürərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 185,72 (bir yüz səksən beş manat 72 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq iddiaçı Epidbiomed MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 4,28 (dörd manat 28 qəpik) manat məbləğində rüsum isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdehndən 31907,08 (otuz bir min doqquz yüz yeddi manat 08 qəpik) manat məbləğində borc alınıb iddiaçı Epidbiomed MMC-yə ödənilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumunun 185,72 (bir yüz səksən beş manat 72 qəpik) manat məbləğində rüsum əvəzi Cavabdehndən alınaraq iddiaçı Epidbiomed MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 4,28 (dörd manat 28 qəpik) manat məbləğində rüsum artığı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Epidbiomed MMC-yə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdehndən (VÖEN:**********) 31907,08 (otuz bir min doqquz yüz yeddi manat səkkiz qəpik) manat alınıb iddiaçı Epidbiomed MMC-yə (VÖEN: **********) ödənilsin. Cavabdehndən 185,72 (bir yüz səksən beş manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Epidbiomed MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 4,28 (dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Epidbiomed MMC-yə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-344/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-344/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver