Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-351/2025 17.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-in nümayəndə vasitəsi ilə 07 avqust 2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı 45186 manat əsas borc, 2259,3 manat əldən çıxmış fayda, 350 manat vəkilin göstərdiyi hüquqi yardım və iş üzrə ödəmiş olduğu 234 manat dövlət rüsumunun alınıb qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə 17 noyabr 2023-cü il tarixli 74614 nömrəli “invertarların alınması” üçün keçirilmiş müsabiqənin qalibi seçilən İddiaçı MMC-i ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi arasında “Qış fəsli üçün geyim və ayaqqabıların” satın alınması ilə bağlı razılaşma əldə olunmaqla 30 dekabr 2023-cü il tarixli MQ 08/2023 nömrəli müqavilə bağlanmışdır. Razılaşmaya uyğun olaraq 45186,00 manat dəyərində olan mallar (qış geyimləri -yağmurluq, yun əlcək, yun corab,çəkmə və s.) 15 yanvar 2024-cü il tarixli təhvil-təslim aktına əsasən, "Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi”-nə təhvil verilmiş və və bununla bağlı 15 fevral 2024-cü il tarixdə 809424 №-li müvafiq elektron qaimə-faktura tərtib olunaraq cavabdeh təşkilata göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə və iddiaçı tərəfindən götürülmüş öhdəliyə uyğun olaraq malların müəyyən edilmiş zamanında təhvil-təslim edilməsinə baxmayaraq bu güne qədər cavabdeh təşkilat tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənn 2.2-ci bəndinə əsasən elektron qaimə-fakturada göstərilən məbləğ 26 iş günü ərzində alıcı tərəfindən Satıcıya ödənilməli idi. Lakin borelu müəssisə müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş və iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur. Ötən müddət ərzində cavabdeh təşkilatla aparılmış danışıqların, yaranmış mübahisənin həlli istiqamətində göstərilmiş səylərin heç bir nəticəsi olmadığından müvafiq tələblə aidiyyəti məhkəmədə iddia qaldırılması zərurəti yaranmışdır. Bu səbəbdən də iddiaçı tərəf olaraq hazırki tələblə məhkəməyə müraciət edirik. İddia tələbimiz ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Buna görə də hesab edirik ki, iddia tələbimiz təmin edilməli, vurulmuş ziyana görə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi mülki məsuliyyətə cəlb edilməklə ondan hüquqi yardım üçün ödənilmiş 350 manat, dövlət rüsumu kimi ödənilmiş 234 manat, müqavilə üzrə ödənilməli olan 45186 manat və illik 5% əldən çıxmış fayda 2259.3 manat olmaqla olmaqla ümumilikdə CamScanner ilə skan edilib 48029,3 (qırx səkkiz min iyirmi doqquz beş manat otuz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddə - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vürulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 567-ci maddə - Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 439.3-cü maddə - Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 445.1-ci maddə - İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci madda - Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddə - Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddə - Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1096.1-ci maddə - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1ci maddə - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər göstərmişdir. İddiaçının vəkil və nümayəndəsi Nümayəndə1 11 sentyabr 2025-ci il tarixdə ərizə ilə müraciət edərək iddia tələbinin azaldılaraq 2259,3 manat əldən çıxmış fayda hissəsini tələb etmədiklərini bildirmişdir. Məhkəmə iddia tələbinə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən 45186 manat əsas borc, 350 manat vəkilin göstərdiyi hüquqi yardım və iş üzrə ödəmiş olduğu 234 manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması həddində baxılmasını qərara almışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkil və nümayəndəsi Nümayəndə1 10 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında qaldırdığı iddianı müdafiə etdiyini, əlavə sübutları olmadığını, bütün sübutları təqdim etdiyini, təqdim etdiyi sübutlarla kifayətləndiyini, təqdim olunan sübutlarla iddia tələbinin təmin olunmasının qanuni olduğuinu, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olduğunu göstərmişdir. Cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 10 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında qaldırılan borca münasibətdə iddia tələbini qəbul etdiklərini, müqavilə əsasında ticarət münasibətinin olduğunu, 45186 manat borclarının yarandığını, borcu ödəmək istədiklərini, lakin Maliyyə Nazirliyindən pulun ödənilməsindən imtina edildiyini, bu səbəbdən borclarının yarandığını, 45186 manat borca etirazlarının olmadığını, 45186 manat borca münasibətdə iddia tələbinin təmin olunmasının qanuni olduğunu, digər tələblərində qanuni olduğu halda etirazlarının olmadığını göstərmişdir. İddiaçının vəkil və nümayəndəsi Nümayəndə1 17 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin azaldımış hissədə müdafiə etdiyini, əlavə sübutları olmadığını, bütün sübutları təqdim etdiyini, təqdim etdiyi sübutlarla kifayətləndiyini, cavabdeh tərəfin borclu olduqlarını qəbul etdiklərini, təqdim olunan sübutlarla iddia tələbinin təmin olunmasının qanuni olduğunu göstərərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 17 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında qaldırılan borca münasibətdə iddia tələbini qəbul etdiklərini, 45186 manat borclarının yarandığını, 45186 manat borca etirazlarının olmadığını, 45186 manat borca münasibətdə iddia tələbinin təmin olunmasının qanuni olduğunu, qanuni və ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, MQ 08/2023 saylı müqavilədən görünür ki, İddiaçı ilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi arasında qış fəsli üçün geyim və ayaqqabılar ilə təmin etmə razılıaşdırılmışdır. Müqaviləyə əsasən sifarişçi malların dəyərini icraçıya ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidməti elektron qaimədə göstərməklə işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi xidmət haqqını icraçının göstərdiyi xidmətdən sonra ən geci 26 iş günü ərzində icraçıya ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 il müddətində qüvvədədir. xx.xx.2023-cü il tarixli, 74614 nömrəli tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə 45186 manat dəyərində malların verilməsində İddiaçı müsabiqənin qalıbi olmuşdur. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, 213 cüt yarım boğaz çəkmə kişi üçün, 213 ədəd buşlat kişi üçün, 200 dəst payız-qış fəsilləri üçün kişi geyimi dəsti, 13 dəst payız-qış fəsilləri üçün qadın geyim dəsti, 213 ədəd qış papağı yun, 213 cüt yun əlcək, 213 cüt yun corab, 180 ədəd yağmurluq İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 809424 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə 45186,00 manat məbləğində mallar təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi arasında müqavilə əldə olunaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür İddiaçı cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (müqavilə, elektron qaimə və təhvil təslim aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin müqaviləyə, elektron qaimə və təhvil aktına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 45186 manat məbləğində borcu vardır. Belə ki, İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə mallar təqdim etmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 45186 manatı ödəməmişdir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin müqavilə üzrə haqqlı olması və iddianın müqavilədən yaranan borca münasibətdə əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin nümayəndəsinin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən ödənilməyən 45186 manat olmaqla pul vəsaiti alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 233,40 manat məbləğində dövlət rüsumundan 226,60 manat cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq İddiaçınə ödənilməli, 6,80 manat artıq ödənilmiş rüsum isə iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə 350 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi tələbinin əsaslı olduğundan təmin edilməsini qanuni hesab edir. Belə ki, iş materialında olan hüquqi yardımın göstərilməsi haqqında EM-1909VK-40588/25 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Şərur rayon Vəkil Bürosu arasında 350 manat qarşılığında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 350 manat qanunvericiliyə uyğun olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq İddiaçınə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilməli, 45186 manat əsas borc məbləği, 350 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və 226,60 manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq İddiaçınə ödənilməli, 6,80 manat artıq ödənilmiş rüsum isə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cımaddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 45186 (qırx beş min yüz səksən altı) manat əsas borc məbləği, 350 (üç yüz əlli) manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və 226,60 (iki yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq İddiaçınə ödənilsin. Dövlət rüsumu olaraq artıq ödənilmiş 6,80 (altı manat səksən qəpik) manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-351/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-351/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver