Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-36/2022 11.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı X14 və Dış Ticarət Limited Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçının vəkili və nümayəndəsi Vəkil1 03 mart 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayon, Sirab kənd sakinləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə fəaliyyətləri zamanı yaranmış və ödənilməmiş 173667 manat borcun, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4800 manatın, dövlət rüsumu olaraq ödədikləri 470,47 manatın və vəkil xidmətləri üçün ödədikləri 1500 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini əsaslandıraraq Nümayəndə iddia ərizəsi ilə 05 noyabr 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin toplanmış sənədlərlə birlikdə mülki iş şəklində aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilərək baxıldığını, məhkəmə baxışı zamanı iddiaçı Nümayəndə tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edildiyindən 17 dekabr 2021-ci il tarixdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edildiyini, məhkəmə baxışı zamanı Nümayəndə Naxçıvana satılması üçün göndərdiyi malların X14 və Dış Ticarət Limited Şirkəti adından olduğu müəyyən edildiyindən iddia ərizəsinin məzmununun və iddia tələbinin eynilə qalması şərtilə subyektiv hüququ olan hüquqi şəxs X14 və Dış Ticarət Limited Şirkəti adından iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, X14 və Dış Ticarət Limited Şirkətinin xx.xx.2010-cu il tarixdə Nümayəndə tərəfindən tək və şəriksiz qurularaq hazırda da aktiv fəaliyyət göstərdiyini, Nümayəndə qurduğu şirkətin bütün işlərini istər Türkiyə Respublikasında, istərsə də Azərbaycan Respublikasında təkbaşına həyata keçirdiyini, fəaliyyət sahələrindən birinin İğdır şəhərində nümayəndələri olduğu avtomobil şinlərinin və akkumulyatorlarının alqısatqısı xidmətinin olduğunu, Nümayəndə təxminən 15 il əvvəl Naxçıvan şəhərinə gələrək burada eyni növ fəaliyyətlə məşğul olan Etibarla tanış olduğunu və onunla işləməyə başladığını, tez bir zamanda Naxçıvan şəhərində müasir tipli avtomobil ehtiyat hissələri bazarı istifadəyə verildiyindən həmin bazarda mağaza alaraq işlərini davam etdirdiklərini, 2017-ci ildə Etibarla yolları ayrıldığından mağazalarında olan mallarını və gəlirlərini böldüklərini, həmin vaxt onun eyni işi tanış olduğu, həm də Etibarla eyni mağazada işləyən Cavabdeh1la və onun atası Cavabdeh2la davam etdirəcəyinə qərar verdiyini, Etibarla ayrılarkən mağazalarında olan malları sayaraq qalıq 187000 manat (110 000 ABŞ dolları) dəyərində avtomobil şinini və akkumulyatoru, Etibarın alacağı nisyə pulları Cavabdeh1 və onun atası Cavabdeh2 təhvil verdiyini, bunu təsdiq edən protokol tərtib etdiklərini və hər üçünün də imzaladığını, həmin vaxt Etibar mağazadan ayrıldığı üçün onun mağazadakı 11000 manat dəyərində payını da satın alaraq mağazanı işlətməyə davam etdiklərini, onun vəzifəsinin Türkiyə Respublikasından avtomobil şinlərini və akkumulyatorlarını topdan alaraq Naxçıvan şəhərinə Coşquna göndərmək və göndərdiyi malları tək sahibi olduğu X14 və Dış Ticarət Limited şirkəti adından gömrük bəyannamələrində sənədləşdirmək olduğunu, Coşqunla atası Elxanın vəzifəsinin isə həmin malları gətirən maşını Naxçıvan ərazisində qarşılayaraq müvafiq sənədləşmələr apararaq, dövlət rüsumunu ödəyərək qəbul etmək, eyni zamanda, onların həmin malları mağazada topdan və pərakəndə qaydada sataraq əldə edilən pulu geriyə ona göndərmək, onun isə həmin pulları aldıqdan sonra malları aldığı fabriklərə ödəyərək yenidən mal alıb göndərmək olduğunu, bununla yanaşı onun hər həftə gəldiyini, digər işlərini gördüyünü, eyni zamanda, Coşqunla görüşdüyünü, Coşqunla satılan mallarla əlaqədar hesablaşdıqlarını, satılan malların pullarını Coşqunun və atası Elxanın ona müxtəlif yollarla, bəzən özü burada olanda ona, bəzən isə İğdıra göndərdiklərini, Naxçıvanda fəaliyyət göstərdikləri üçün vergi və digər orqanlarda qeydiyyatda Coşqunun durduğunu, onlar işləməyə yeni başlayanda hər ayın sonunda Elxan və Coşqunla hesablaşmaya oturarkən əvvəl anbarda qalan mallarını saydıqlarını, ondan sonra gəlirlərini, çıxarlarını aydınlaşdırdıqlarını, gələn malların, akkumulyatorların və şinlərin mağazada və mağazanın anbarında, çox hissəsinin isə Babək rayon Sirab kəndində Elxanın evində saxlanıldığını, bir neçə aydan sonra Elxanın ona “bir birimizə etibarımız yoxdur ki hər ay əziyyətlə malları sayırıq” dediyini, ona inanaraq daha ayın axırında qalıq malları saymadıqlarını, birgə işlədikləri müddətdə Naxçıvanda gətirilib satılması üçün PETLAS avtomobil şinləri fabrikindən 8 dəfə cəmi dəyəri 143665 manat (84328 ABŞ dolları) dəyərində aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil şinləri alaraq Naxçıvana Elxan və Coşquna göndərdiyini, Dəyəri Çəkilən xərc Cəmi dəyəri Şinlərin alınma Sayı Nümayəndə Coşqun tarixi $ AZN tərəfindən yol tərəfindən $ AZN xərci rüsum 6075 37077 xx.xx.2017 373 əd. 17516 $ 29777 m 721 $ 1225 m 3574 $ 21811 $ m m 3643 23428 xx.xx.2018 236 əd. 11456 $ 19785 m 2143 $ 13599 $ m m 555 xx.xx.2018 37 əd. 1830 $ 3111 m 324 $ 2154 $ 3666 m m 6284 35469 xx.xx.2018 408 əd. 16658 $ 28318 m 510 $ 867 m 3697 $ 20865 $ m m 299 xx.xx.2018 20 əd. 806 $ 1370 m 176 $ 982 $ 1669 m m 6896 36456 xx.xx.2019 450 əd. 16889 $ 28711 m 497 $ 849 m 4057 $ 21443 $ m m 4846 22648 xx.xx.2019 340 əd. 10086 $ 17146 m 386 $ 656 m 2851 $ 13323 $ m m xx.xx.2019 249 əd. 9087 $ 15447 m 1249 $ 2123 m 4125 21695 2427 $ 12763 $ aldığından m m Cəmi: 2113 84328 $ 143665 3363 $ 5720 m 19249$ 3272 106940$ 182108 əd. m 3m m yuxarıda göstərdiyi avtomobil şinlərinin göstərilən zamanlarda və miqdarda onun İğdırdakı anbarına daxil olduğunu, müxtəlif zamanlarda həmin şinlərin hamısını daxil olan kimi bəzən bütöv, bəzən də hissə-hissə Naxçıvana Coşqunun və Elxanın ünvanına göndərdiyini, onların isə Sədərək Gömrük İdarəsində qarşıladıqlarını, cədvəldən göründüyü kimi X3 gəliş nəqliyyat xərcini onun, Sədərək Gömrük İdarəsində qəbul edərkən isə gömrük rüsumlarını Coşqunla atası Elxanın ödədiklərini, avtomobil şinlərinin Türkiyədə fabrikdən gəlməsi və onun həmin şinlərin dəyərini ödəməsi, aldığı şinlərin gömrükdən yola salınması və Coşqunun şinləri qəbul etməsi barədə sənədləri, yəni bunları təsdiq edəcək sübutları məhkəməyə təqdim etdiyini, eyni zamanda, birgə işlədikləri müddətdə Naxçıvanda gətirilib satılması üçün AKU avtomobil akkumulyatoru fabrikindən 4 dəfə cəmi dəyəri 358564 manat (210911 ABŞ dolları) dəyərində (bura akkumulyatorların dəyəri, yol xərci və gömrük rüsumları daxildir) aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil akkumulyatoru aldığını, Dəyəri Çəkilən xərc Cəmi manatla AKU-nun Sayı Coşqun alınma tarixi Nümayəndə tərəfindən tərəfindən yola rüsum 1344 110500 2890 18966 xx.xx.2017 65000 $ 1700 $ 11157 $ 77857 $ 132356 m əd. m m m 1338 110500 3400 18978 132878 xx.xx.2017 65000 $ 2000 $ 11164 $ 78164 $ əd. m m m m 32000 1530 9197 xx.xx.2019 714 əd. 18823 $ 900 $ 5410 $ 25133 $ 42727 m m m m 42500 7134 xx.xx.2018 485 əd. 25000 $ 570 $ 969 m 4197 $ 29767 $ 50603 m m m 3881 173823 295500 8789 54275 Cəmi: 5170 $ 31918 $ 210911$ 358564 m əd. $ m m m yuxarıda göstərilən avtomobil akkumulyatorlarının fabrikdən alınandan sonra birbaşa Naxçıvana Coşqunun ünvanına və adına göndərildiyini, Coşqun və atası Elxanın isə Sədərək Gömrük İdarəsində qarşılayaraq gömrük sənədləşməsini aparıb rüsumu ödəyərək mağazaya gətirdiklərini, müxtəlif zamanlarda, yəni işlədikləri müddət ərzində birgə qazanc əldə etmək üçün Coşqun və Elxana satılması üçün cəmi 540672 manat (317851 ABŞ dolları) dəyərində avtomobil şinləri və akkumulyatorları göndərdiyini (bu məbləğə şin və akkumulyatorların gətirilməsi üçün yol və gömrük rüsumu xərcləri də daxildir), onların isə qəbul etdiklərini, razılaşmalarına əsasən göndərilən mallar satılarkən qazanc olaraq dəyərinin üzərinə 25 faiz qoyulmalı olduğunu, baxmayaraq ki, mallarını pərakəndə satarkən üzərinə daha çox faiz qoyaraq satdıqlarını, bu minvalla mağazanı Etibardan təhvil alarkən və onun göndərdiyi malların cəmi olaraq 727672 manat (427851 ABŞ dolları) dəyərində satılıb qazanc götürülməsi üçün mal verdiyini, həmin malların onlar ayrıldıqları zaman 119000 manat (70000 ABŞ dolları) dəyərində olanının satılmamış qalıq kimi qaldığını, buradan onlar ayrıldıqları günə kimi Coşqun və Elxanın 608000 manatlıq (357851 ABŞ dolları) dəyərində mal sataraq 152000 manat (89411 ABŞ dolları) qazanc əldə etdiklərinin göründüyünü, həmin qazancdan işlədikləri müddət ərzində aybaay toplamaqla cəmi 25211 manat (14830 ABŞ dolları) mağazanın sair xərclərinə getdiyini, 87000 manat (51167 ABŞ dolları) isə Coşqunun ayrı-ayrı vaxtlarda gömrük rüsumu ödədiyini, onların 39789 manat (23405 ABŞ dolları) xalis gəlirləri olduğunu, Coşqun və Elxanla ayrıldıqdan sonra mağazada qalmış 119000 manat (70000 ABŞ dolları) dəyərindəki maldan 59500 manat (35000 ABŞ dolları) dəyərində malı Coşqunun naturada ona qaytardığını, işlədikləri təxminən 2 il müddətində Coşqunun və atası Elxanın ona 608000 manat (357851 ABŞ dolları) (qalıq 119000 manat, 70000 ABŞ dolları çıxılır) göndərdiyi malın pulunu, əldə etdikləri qazancın yarısı olaraq 19894 manatı (11702 ABŞ dolları) və mağazada qalmış malın yarısı olaraq 59500 manatı (35000 ABŞ dolları) cəmi 643894 manat (378761 ABŞ dolları) verməli olduğu halda göstərilən müddət ərzində ona 481227 manat (283075 ABŞ dolları) verdiyini, göründüyü kimi Coşqun və Elxanın birgə fəaliyyətlərindən ona 162667 manat (95686 ABŞ dolları), Etibardan mağazanı alaraq ödədiyi 11000 manat (6470 ABŞ dolları), toplamında 173667 manat (102157 ABŞ dolları) borcunun qaldığını, cavabdehlərlə aralarında yaranan borc mübahisəsinin məhkəmədənkənar mediasiya qaydasında həll edilməsi üçün müvafiq qaydada mediatora da müraciət etdiklərini, cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədiklərini, ona görə də, məhkəməyə müraciət etdiklərini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə fəaliyyətləri zamanı yaranmış 173667 manat, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4800 manat, dövlət rüsumu olaraq ödədikləri 500 manat, vəkil üçün ödəniş etdikləri 1500 manat pulun alınıb onlara verilməsini xahiş etdiklərini bildirmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 05 mart 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Babək rayon Sirab kənd sakinləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birgə fəaliyyətləri zamanı yaranmış və ödənilməmiş 173667 manat borcun müştərək qaydada onlardan alınaraq X14 və Dış Ticarət Limited Şirkətinə qaytarılmasını, eyni zamanda, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4800 manatın, dövlət rüsumu olaraq ödədikləri 470 manat 47 qəpiyin, vəkil üçün ödəniş etdikləri 1500 manat pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınıb X14 və Dış Ticarət Limited Şirkətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 14 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında yerində müşavirə edilərək iddiaya həmin tələb çərçivəsində baxılması qərara alınmışdır. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş yazılı sübutlar: Naxçıvan MR Dövlət Vergi Xidməti Babək rayon Vergilər İdarəsi tərəfindən iş üzrə vəkil-nümayəndə Vəkil1 ünvanlanmış 05 noyabr 2020-ci il tarixli, **********950400 nömrəli məktubdan görünür ki, Sirab kənd sakinləri Cavabdeh2 08 may 2006-cı il tarixdə və Cavabdeh1 14 aprel 2006-cı ildə ərizələri əsasında Babək rayon Vergilər İdarəsinə müraciət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmış, Cavabdeh2 “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” ilə məşğul olması üçün ********** saylı və Cavabdeh1 “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı” üçün ********** saylı fiziki şəxsin şəhadətnaməsi (VÖEN) verilmişdir. Naxçıvan MR Dövlət Vergi Xidməti Babək rayon Vergilər İdarəsi tərəfindən iş üzrə vəkil-nümayəndə Vəkil1 ünvanlanmış 12 noyabr 2020-ci il tarixli, **********996400 nömrəli məktubdan görünür ki, Nümayəndə rəhbərlik etdiyi "xxxx" MMC 18 noyabr 2019-cu il tarixdə Babək rayon Vergilər İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş, ona “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı” fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN verilmişdir. Naxçıvan şəhər Avtomobil və ehtiyat hissələrinin satışı mərkəzinin iş üzrə vəkilnümayəndə Vəkil1 göndərdiyi 02 avqust 2021-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, 48 nömrəli mağaza vətəndaş Cavabdeh1 icarəyə verilmişdir və hazırda həmin şəxsin icarəsindədir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 59 nömrəli müqavilə əsasında 48 nömrəli mağaza icarəyə verilmişdir. Mağaza icarəyə götürülərkən icarə müqaviləsi üzrə 12600 AZN məbləğində depozit məbləğ icarəçi tərəfindən ödənmişdir. Anbar üçün icarə müqaviləsi üzrə 8000 AZN məbləğində depozit məbləğ icarəçi tərəfindən ödənmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, notarial təsdiqli qəbzlərin tərcümə edilmiş surətindən görünür ki, 162 səhifəlik bəyannamə, faktura və e-fakturaların tərcüməsi Serkan Arslan tərəfindən aparılmış və ümumilikdə 4868 ( dörd min səkkis yüz altmış səkkiz) manat Nümayəndə tərəfindən ödənilmişdir. Tərəflər arasında əl yazısı ilə tərtib edilmiş Protokolun tərcüməsinin surətində qeyd olunur ki, xx.xx.2017-ci il tarixdə hesablaşma aparıldı, Oba Otomotiv (Nümayəndə) tərəfindən Naxçıvana Şahid1 göndərmiş olduğu akkumulyator və avtomobil şinlərinin dəyərindən bu günə 128000 dollar alacağı var. Bu alacaqdan 18000 dollar Şahid1 verib, geriyə qalan 110000 dollar dəyərində anbarda qalan akkumulyator nisyədəki pullar satıldıqda Etibar və Cavabdeh2 tərəfindən Nümayəndə ödənəcək. Hər ay nə qədər satıldıqca o miqdarda ödəmə aparılacaq. Yeni gələn mallara 7% gəlir qoyulacaq və hesabı 30 gün içində Nümayəndə ödənəcək. Yeni gələn və anbardakı mala və nisyələrə Nümayəndə məsuliyyət daşımayacaq. Cavabdeh1 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2019-cu il tarixli əl yazısında qeyd olunur ki, “Mən Cavabdeh1 Elxan oğlu arxadakı listədəki malları Nümayəndə satdım, pulunu aldım, aramızda heç alacaq verəcək yoxdur”. X13. Pazarlama və Ticaret LTD.ŞTİ-nin aidiyyəti orqanlara göndərdiyi məktubda distributoru olduqları MUTLU AKU-nun Naxçıvanda satılması üçün xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixləri arasında Nümayəndə ilə razılaşdıqları, Nümayəndə onlara sifariş verdiyi, onların isə MUTLU AKU fabrikində Naxçıvan sifarişlərini hazırlatdıqları, malların dəyəri olan pulları Nümayəndə banka köçürdüyü, iki dəfə də 10000 $ x 2= 20000 $ (ABŞ dolları) Naxçıvana göndərdikləri MUTLU AKU-nun pulundan onların istəyinə görə Bakıdakı ortaqları Rövşən Tanrıverdiyevə 20000 $ (ABŞ dolları) MUTLU AKU-nun pulunu Nümayəndə Bakıda əldən verdiyi, bu tarixlər arasında Naxçıvana MUTLU AKU-nun istər Türkiyə üzərindən, istərsə də Bakı üzərindən başqa heç kimlə razılaşmadıqları və heç kimə satmadıqları, ancaq MUTLU AKU-nu Nümayəndə satdıqları və Nümayəndə adını verdiyi şəxslərin: 1 dəfə Şahid1, 3-4 dəfə isə Cavabdeh1 ixracatını etdikləri, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixləri arasında Nümayəndə sadəcə MUTLU AKU-nu verdikləri, başqa bir mal vermədikləri, bu zaman arasında Naxçıvana göndərdikləri MUTLU AKU-nun hamısının dəyərini Nümayəndə onlara ödədiyi, onunla aralarında hər hansı bir borcun olmadığı qeyd edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 81-82 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, təqdim olunmuş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyənnamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək ümumilikdə 1741 ədəd avtomobil şininin alınması müəyyən edilmişdir. Həmin avtomobil şinlərinin 1680 ədədi minik maşını, 61 ədədi yük maşını üçündür. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək ümumilikdə 3878 ədəd akkumulyator alınması müəyyən edilmişdir. Təqdim edilmiş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək minik avtomobilləri üçün şinlərin sənədlər üzrə ümumi dəyəri 169355,61 manat (447690,00 TL) və yük avtomobilləri üçün şinlərin ümumi dəyəri isə 15082,74 manat (44910,00 TL) təşkil edir. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək alınmış akkumulyatorların həmin sənədlər üzrə ümumi dəyəri 296343,06 (iki yüz doxsan altı min üç yüz qırx üç) manat (174308,7 ABŞ dolları) təşkil edir. Təqdim edilmiş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyənnamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək alınmış şinlərin hər bəyənnamədə qeyd edilən tarixə ümumi orta bazar qiyməti 201438.00 (iki yüz bir min dörd yüz otuz səkkiz) manat təşkil edir. Ayrı-ayrılıqda şinlərin dəyərləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək alınmış akkumulyatorların hər bəyannamədə qeyd edilən tarixə ümumi orta bazar qiyməti 431840.00 (dörd yüz otuz bir min səkkiz yüz qırx) manat təşkil edir. Ayrıayrılıqda akkumulyatorların dəyərləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarında olan Gömrük bəyannamələrinin tərcümə edilmiş surətlərində qeyd olunan akkumulyator və təkərlərin (şinlərin) sayı aşağıdakı kimidir: xx.xx.2017-ci il, HD ******* - alıcı Şahid1 20 qutu, 1344 ədəd (akkumulyator). xx.xx.2017-ci il, GE ******* - alıcı Cavabdeh1 20 qutu 1338 ədəd (akkumulyator). xx.xx.2019-cu il, HK ******* - alıcı Cavabdeh1 8 qutu 483 ədəd (akkumulyator). xx.xx.2019-cu il, .................... - alıcı Cavabdeh1 714 ədəd (akkumulyator). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 41 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 50 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 24 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 28 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 29 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 22 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Şahid2 25 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Şahid2 2 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Şahid2 30 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Şahid2 24 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Şahid2 32 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Şahid2 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Şahid2 28 ədəd (təkər). xx.xx.2017-ci il, GB ******* - alıcı Cavabdeh1 365 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 51 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, GS ******* - alıcı Cavabdeh1 44 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 26 ədəd (müxtəlif ölçülərdə təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 38 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 30 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Cavabdeh1 25 ədəd (təkər). xx.xx.2018-ci il, GB ******* - alıcı Cavabdeh1 29 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Cavabdeh1 32 ədəd (təkər). xx.xx.2018-ci il, GU ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2018-ci il, HC ******* - alıcı Cavabdeh1 44 ədəd (təkər). xx.xx.2019-cu il, HC ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HC ******* - alıcı Cavabdeh1 16 ədəd (təkər). xx.xx.2019-cu il, HC ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 17 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 32 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 33 ədəd (təkər). xx.xx.2019-cu il, HC ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 18 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 18 ədəd (təkər). xx.xx.2019-cu il, HL ******* - alıcı Cavabdeh1 2 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 20 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 25 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 23 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər) xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). xx.xx.2019-cu il, ................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında izahat verərək 1990-cı ildən Şahid1lə tanış olub, bərabər işləməyə başladıqlarını, 2017-ci ilin 10-cu ayında Etibarla ticarətdə ortaqlıqlarını sonlandırdıqlarını, Etibarla ortaqlıqları sonlandıqdan sonra onların Coşqun və Elxanla ortaqlığa başladığını, onların Coşqungillə ortaqlığının 2017-ci ildə başladığını, Etibarla ortaqlığı qurtardıqdan sonra anbardakı və dükandakı malların hamısının sayıldığını, Etibarın Coşqungilə borcu olduğunu, o borcu üzərinə götürdüyünü və dükan haqqını onların aldığını, ondan sonra Coşqungilə mal göndərməyə başladıqlarını, Coşqunun ehtiyacı olan malları telefonda tək-tək, siyahı halında yazıb, bu malların ona lazım olduğunu dediyini, telefonun “vatsapp” qeydlərində də olduğunu, malları zavoddan sifariş verdiyini, malların hazırlandığını, zavodun pulunu onun ödədiyini, bir qisminin də Naxçıvandan gəldiyini, pul çatışmadıqda pulun üstünü İğdırda ödədiyini, bunu Türkiyədəki banklardan transfer etdiyini, malın zavoddan çıxıb İğdıra gəldiyini, bəzi hallarda bütöv tır olaraq gəldiyini, son vaxtlarda Coşqungilin “iş yoxdur, satış yoxdur, qiymətlər çox yuxarıdır” deyib, pul göndərməməyə başladıqlarını, aralarındakı sıxıntılardan sonra 2019-cu ilin 9-cu ayında onların Coşqungillə ortaqlığı dayandırdıqlarını, Coşqungilin “iş yoxdur, pul yoxdur, burada qiymətlər yuxarıdır, satış edə bilmirik” deməyə təxmini qeyd etdiyi tarixdən 5-6 ay əvvəl başladıqlarını, onların əvvələr ayda bir dəfə gəlib, anbardakı malları saydıqlarını, bir neçə dəfə malları saydıqdan sonra Coşqunun atasının icazə vermədiyini və “Mallar anbarda durub. Niyə gedib sayırıq? Hər ay, hər ay bu nədi?! Sən bizə güvənmirsənmi?” kimi sözlər dediyini, öz pulunu dilənə-dilənə aldığını, ona görə də, sıxıntılar çəkməyə başlayanda şərikliklərini dayandırdıqlarını, hesablaşanda Coşqunun atasının anbarda nə var, nə yox çıxarıb hamısını saymağa qoymadığını, onun hesab budur dediyini, o vaxt harada satılmayan, harada xarab mal qalıb çoxunu yığıb onlara verdiyini, o vaxtı onların normal bazar qiyməti ilə 35000 dollara yaxın mal aldıqlarını, o vaxta qədər də onların Naxçıvanda öz şirkətlərini açdığından malları aparıb dükanlarına qoyduqlarını, sonra onun “Bu hesab səhvdir, mühasib gətirək hesablaşaq” dediyini, neçə dəfə getsə də rədd edildiyini, dükanın yarı haqqının onun olduğu halda Elxanın onu dükandan qovduğunu, qolundan tutub eşiyə çıxardığını və ona “Get hara müraciət edirsən et, mənim sənə verəcəyim hec nə yoxdur, nə dükanda sənin haqqın var, nə də məndən alacağın var” dediyini, onların həmin vaxt Prokrorluğa getdiyini, Prokrorluqdan onları Babək Rayon Məhkəməsinə göndərdiklərini, onların da Babək Rayon Məhkəməsinə getdiyini, həmin vaxt onun Naxçıvanda vergi ödəyicisi kimi qeydiyyatda durmadığını, sonra vergi ödəyicisi olduğu üçün Babək Rayon Məhkəməsinin onları Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərdiyini, onların Coşqungillə iki il müddətində ticarətlə məşğul olduğunu, onlardan alacağının olduğunu, zavoddan aldıqları fakturaları onların X8 Dairəsində təqdim etdiklərini, Türkiyə Respublikasının Vergi Dairəsində bütün qeydlərin olduğunu, malları Türkiyənin Kırşəhərdə olan “Petlas” fabrikasından aldıqlarını, İstanbuldan “Mutlu” akkumulyatorları aldıqlarını, onların iddia ərizəsində malları Kırşəhərdən aldıqlarını yazmağı unutmuş ola biləcəklərini, amma malları Kırşəhərdən aldıqlarını, malların Dilucu Gömrüyündən keçdikdən sonra Sədərək Gömrüyündən keçib, Şərurda “Zeyvə Petrolun” anbarına boşaldıldığını, orada bəzən 100-150 təkər yığıldığını, Coşqunun maşınla gedib, onları alıb gətirərək anbara qoyduğunu, həmin maşının pulunu Çoşqunun verdiyini, Coşqungillə şərikliklərini qurtarmazdan əvvəl şirkət açdıqlarını, 2019-cu ildən rəsmi olaraq Naxçıvanda yaşamaq üçün icazəsinin olduğunu, Türkiyə Respublikasında da “Petlas” təkərlərinin və “Mutlu” akkumulyatorlarının satışını həyata keçirdiyini, Etibarın əvvəlcədən ehtiyat hissələri satdığını, onun digər ehtiyat hissələrinə şərikliyinin olmadığını, onların satış fəaliyyət növünün “Petlas” şinləri olduğunu, ordan alıb eyni şəkildə bura göndərdiklərini, iddia ərizəsində qeyd etdikləri yol xərci məbləğlərini təsdiq edəcək sənədin olmadığını, ağ rəngdə olan fakturaların Oba Otomotivə aid olduğunu, onlarda fakturanın üç nüsxədə olduğunu, ilk nüsxəni bəzən vergi idarəsinə göndərdiklərini, ikinci nüsxələri özlərində saxladıqlarını, bəzən onların bu ixrac etdikləri malların fakturalarını və gömrük bəyannaməsini eyni zamanda zavoda da göndərdiklərini, alıcıya bütün nüsxələrin surətinin Naxçıvan Gömrüyündə verildiyini, onların İğdırdan fakturanı yazdıqdan sonra İğdırdan Dilucu gömrüyünə gəldiyini, bir nüsxəsinin də sürücüyə verildiyini, yol fakturalarının daşıyıcıya verildiyini, əslinin onda qalmalı olduğunu, 2017-ci ilin 10-cu ayının beşindən cavabdehlərlə fəaliyyət göstərməyə başladıqlarını, 187000 manatlıq malın tərkibinə 11000 manat Etibardan satın alınan pay və nisyələrin daxil olmadığını, Etibarın malları gömrükdən keçirməyi, satışı, qiymətlərini bildiyindən və müştəriləri tanıdığından onu işdən çıxarmayacağını danışdıqlarını, Etibarın burada onun yerinə keçərək işçi kimi işləyəcəyini, cavabdehlərin dükanı öz adlarına keçirən kimi Etibara “Sən buradan get. Sənin burada nə işin var?” dediklərini, Etibarla bərabər işin bütün çətinliklərini çəkib, iş qurduqlarını, ancaq bunların Etibarı qovduqlarını, Etibarla şəriklik qurtardığı və protokol tərtib edilən vaxt bütün məsələlərin içərisində olduğu üçün Coşqunun da protokolda şahid kimi yazıldığını, Etibarla şərikliyi qurtaranda malların hamısının ədəd-ədəd sayıldığını, mallar sayılanda akt tərtib edildiyini, həmin aktı tapacağı təqdirdə məhkəməyə təqdim edəcəyini, xarici vətəndaş olduğu üçün Naxçıvanda yaşamaq icazəsi olmadığından onun adının dükana aid sənəddə keçmədiyini, Etibarın adındakı sənədin də Coşqunun adına qeyd edildiyini, zavoddan maşına yüklənib gələn malları Türkiyədə anbara qoyduqlarını, Coşqunun neçə dənə və hansı ölçüdə mal istədiyini yazdığını, İğdırdan Naxçıvana gələn kamyonçuya pul verməməkdən ötrü malı hissə-hissə göndərdiklərini, “vatsapp” yazışmalarının da olduğunu, Coşqunun malların adını yazıb, “bu mallardan göndər” dediyini, Coşqunun istədiyi ölçülərdə malların hamısını göndərdiklərini, malların sənədini düzəldib, ixrac etdiklərini, kamyonçunun gəlib X2 keçdikdən sonra Coşqunun ona manat göndərdiyini, rüsumu ödəməsi üçün onları da kamyonçuya verdiyini, ondan sonra kamyonla az-az göndərdikləri malların “Zeyvə Petrolda” Nemətin anbarına yığıldığını, həftədə bir və ya iki dəfə Coşqunun qazel maşını göndərdiyini, malların gətirilib, anbara qoyulduğunu, Coşqunun yük avtomobilləri üçün də ondan təkər aldığını, Coşqungilin ona qaytardıqları malların içərisində yük maşınları üçün təkərin də olduğunu, Şahid2 adına yazılan fakturalardan sadəcə bir qisminin Nemətə verildiyini, qalan hamısının Coşquna gəldiyini, onların eyni gündə, eyni firma olan X7 adına 2 dəfə mal göndərə bilməyəcəklərini, Coşqunun da məlumatı daxilində bir maşını Coşqunun adına, bir maşını da Nemətin adına göndərdiklərini, Nemətin adına 7 və ya 8 dəfə mal göndərdiklərini, Naxçıvan şəhərinə gələn kamyonların əlavə olaraq pul istədiyini, buna görə onların malı “Zeyvə Petrola” göndərdiyini, təkərləri gətirən kamyonun malı ora boşaldıb Türkiyəyə geri qayıtdığını, malın orada yığıldığını, oradan da Naxçıvana gətirilməsi üçün həftədə bir və ya iki dəfə Coşqunun maşın göndərdiyini, Şərur maşınları ilə razılaşdığını, malların “Zeyvə Petrol”dan yüklənib Naxçıvana gətirildiyi maşının pulunu Coşqunun verdiyini, onları da hesaba yazdığını, Naxçıvandan Sirab kəndinə gedən malları Coşqunun özünün bildiyini, onların zavoda ödənən pulu, zavoddan yüklənib İğdıra gələn kamyonun pulunu, İğdırdakı gömrükdə olan xərcləri, Naxçıvanda ödənilmiş olan rüsumunu, buradakı işçilərə verilmiş olan pullara qədər hamısını tək-tək qeyd etdiklərini, sonra onların 100 manata satışa qoyulan təkəri Coşqungilin 115 və ya 120 manata satdıqlarını öyrəndiklərini, Coşqungilin onlara “biz 100 manata sata bilmirik, 95 manata satırıq” dediyini, bunlar ortaya çıxdıqdan sonra Coşqungillə ticarəti dayandırdıqlarını, Coşqungilin onlara mal sifariş verdiyini, onların da bu sifarişlərin hamısını zavoda dediklərini və malların hazırlandığını, onların sifariş etdikləri malların qısa müddətdə pulunu göndərib, zavoddan çıxarmalı olduqlarını, çünki onların dünyanın bir çox yerinə mal ixrac etdiklərindən o malları zavodda saxlaya bilmədiklərini, Coşqungilin pul göndərəcəklərini dediklərini, amma bəzən pulun gec gəldiyini, onların həmin vaxt da zavodun pulunu özlərinin göndərdiklərini, son vaxtlarda pulun onlardan getdiyini bunların isə pul qoymadıqlarını gördüyünü, ona görə də, ortaqlıqlarını dayandırdıqlarını, göndərilən deffektli malların Türkiyəyə geri qaytarılmadığını, onların 12 ədəd yüz otuz beş amper akkumulyator verdiyini, bir aydan sonra zəng vurub akkumulyatorların deffektli çıxdığını dediklərini, həmin malları gəlib aldıqlarının ayrılmağa yaxın vaxtlar olduğunu, Coşqunun atası onları işlənməmiş akkumulyator qiymətində onların hesabına yazdığını, onların da o malları götürdüyünü, ikiüç dəfə malları saydıqlarını, ondan sonra saymadıqlarını, malları 2 və ya 3 aydan sonra saymamağa başladıqlarını, Coşqungilin satılan malların pulunu İğdıra bəzən tanışları ilə göndərdiklərini, bəzən də əldən verdiklərini, yəni pulları bank vasitəsilə göndərmədiklərini, bununla bağlı rəsmi sənədin olmadığını, satılan malların “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilmədiyini, Şərur rayonundan Naxçıvana, Naxçıvandan Sirab kəndinə təkərlərin və akkumulyatorların daşınması ilə bağlı hər hansı yol vərəqinin olmadığını, bunları Coşqunun etdiyini, şəriklikləri başa çatdıqdan sonra 35000 dollara yaxın mal götürdüyünü, onun bir qisminin də xarab olduğunu, 35000 dolların alınmasını təsdiq edən sənədin protokol olduğunu, malların yerdəyişməsi uçotunu Coşqunun apardığını, cavabdehlər tərəfindən 481227 manat ödənildiyini təsdiq edəcək sənədin olmadığını, 25211 manatın mağazanın xərclərinə ödənildiyini təsdiq edəcək sənədin olmadığını, olsa da Coşqunda olacağını, Coşqungilin “Biz işıq puluna, vergiyə və.s bu qədər ödəmişik” dediyini, ona uyğun qeyd yazdıqlarını, “Mutlu” akkumulyatorun Bakı nümayəndəsi Rövşən Tanrıverdiyevə 2 dəfə ayrı-ayrı 10000 dollar verildiyini sübut edəcək hər hansı bir sənədinin olmadığını, gömrük bəyannamələri və fakturalara apostil aldıqlarını, İğdırda bunları tərcümə etdiklərini, tərcümə etdikdən sonra notariusa apardıqlarını, notariusdan aldıqları sənədlərin hamısını İğdır Valiliyinə apardıqlarını, İğdır Valiliyinin apostil bölümünə verdiklərini, orada da sənədlərin hamısının təsdiq edilib verildiyini, “Mutlu” akkumulyatorun Azərbaycana təkcə “Dörtel Otomotiv” tərəfindən göndərilə biləcəyini, pulu Türkiyədəki bankdan göndərdiyini, sifarişi onun verdiyini, oradakı adamla danışdığını və o formada ödənişlərin hamısını onun etdiyini, oradan malı onun təhvil aldığını, malın İğdırda da gömrük rəsmiləşməsinin edildiyini, Coşqunun adına keçirdiyini, Coşqunla Naxçıvan tərəfində rüsumu ödədiklərini, onların Oba Otomotiv olaraq arada üçüncü şəxs və ya vasitəçi kimi görünmədiklərini, çünki rəsmi olaraq elə bir şeyin olmadığını, malın sifarişi və pulunu Nümayəndə aldıqlarına, malı Nümayəndə göndərdiklərinə dair Dörtel Otomotivin yazmış olduğu imzalı və ştamplı sənədi təqdim etdiklərini, zavoda malı sifariş verdiklərində zavodda malların hamısından hazırının olmadığını, onların sifarişinə görə istehsal edildiyini və bunun da müəyyən bir vaxt aldığını, pulun müəyyən bir qismini sifarişlə göndərdiklərini, mal hazır olan zaman onların pulunu göndərdiklərini, sonra malı yükləyib Naxçıvana gətirdiklərini, Etibarı işdən çıxarmadığı üçün sifariş veriləndə zavoda Naxçıvanlı Şahid1 adına gələcəyini dediklərini, ödəmələri də onun adından etdikləri üçün malın Etibarın adına gəldiyini, Etibarın adına gələn malların hamısının Sirab kəndində Coşqungilin evinə boşaldıldığını, hətta əvvəlki məhkəmədə ordubadlı müştərisi Süleymanın tarixlərinə qədər dəqiq olaraq dediyini, Etibarın özünün də dediyini, malları burada həm topdan, həm də pərakəndə satdıqlarını, Nemətin nə təkər, nə də ki, akkumulyator satmadığını, iddia ərizəsinin məzmununda səhv ola biləcəyini, protokolu özünün yazdığını, iddia ərizəsinin Coşqunla satılan mallara görə hesablaşırdıq hissəsində “hər həftə” sözünün mexaniki səhv olaraq düşdüyünü, onun “hər dəfə” olmalı olduğunu, malları nə vaxtdan konkret saymamağa başladıqlarını dəqiq deyə bilmədiyini, ancaq dəftərinin olduğunu, gəldikləri vaxt malları saydıqda onların tarixlərini ora yazdığını, o dəftəri açıb baxa biləcəklərini, qırağı məftilli dəftərin olmadığını, bu dəftəri İğdıra gedəndə baxdığını amma tapa bilmədiyini, əlində olan dəftərdə Coşqunun imzasının olmadığını, Rövşənin Coşqungillə şərik iş gördüyünü, əvvəlcə Etibarın ayrılmadığını, sifarişlərin Şahid1 adından verildiyini, pullar onun hesabından ödəndiyindən malların Etibarın adına gəldiyini, o malların Naxçıvana gəldiyini, rüsum ödəndikdən sonra Sirab kəndində Coşqungilin evinə boşaldıldığını, rüsumu Coşqungilin ödədiyini, Coşqunun rüsum ödəməsini Etibar və Elxanın gördüyünü, onların Etibarla ayrıldığını və hesablaşdıqlarını, Etibara “bu qədər də mənə borcun var” dediyini, Coşqun və Elxanın istədiyi təkərləri və akkumulyatorları onun Türkiyədən alıb göndərəcəyini, həmin malların pulunu onun da, Elxanla Coşqunun da qoyduğunu, onların göndərdikləri malların Naxçıvanda satıldığını və pula çevrildiyini, o pulun da onlara göndərildiyini, 2019-cu ilin sentyabr ayının 10-dan sonra 3 və ya 4 dəfə Coşqungillə hesablaşdıqlarını, onun 2019-cu ilin sentyabr ayının 10-dan sonra Coşqungilə mal göndərmədiyini, onların 35000 dollarlıq malı anbardan götürdükdən sonrakı tarixlərdə onun Coşqungilə mal göndərmədiyini, sənədlərin içərisində aldıqları tarixin olduğunu, İğdırdakı şirkətdə ayrı 3-4 nəfərin olduğunu, sonradan Coşqunun başqa ehtiyat hissələri sifariş verdiyini, hətta onun “bunun malını kəsin” dediyini, işçisinin isə “göndərək pulunu nağdı göndərir” dediyini, indiyə qədər məhkəmədə onun ona başqa ehtiyat hissəsi göndərməsini və bundan alacağı pul qaldığını demədiyini, burada söhbətin akkumulyator və təkərdən getdiyini, pulu nağd ödənildikdə işçisinin onun icazəsi olmadan da hər kəsə mal verə biləcəyini, “Dörtel Otomotiv”ə pul ödədiyini, hamısının da sənədinin olduğunu, əvvəlki dükanın Şahid1 adına olduğunu, dükan alınanda pulun yarısını Coşqunun, yarısını isə Etibarın qoyduğunu, Etibardan ayrıldıqları vaxt onun 11000 manatı Etibarın borcundan çıxdığını, dükanın yarısının onun olduğunu, bundan Coşqunun da, Elxanın da xəbəri olduğunu, cavabdehlər tərəfindən 152000 qazanc əldə edildiyini təsdiq edən sənədlərin fakturalar olduğunu, 152000 qazancın gəlib satılan malların qazancı olduğunu, onun təxmininə əsasən 152000 manat olduğunu, sonuncu hesablaşmanın ayın neçəsində olduğunu dəqiq bilmədiyini, böyük ehtimalla 10-cu ay olduğunu, 39789 manatın hesablanmasının dəftərində olduğunu, o dəftərdə cavabdehlərin ona 110000 dollar borclu olduqlarını qeyd etmədiyini, protokolda olduğunu, iddia ərizəsində qeyd etdikləri 481227 manatın onun hesabladığı məbləğ olduğunu, onların fakturasına Naxçıvan gömrüyünün möhürünün vurulmalı olub-olmadığını Coşqunun bilməli olduğunu, Nemətə göndərdiyi təkərlərin yük maşını və traktor üçün olduğunu, Coşquna ancaq minik avtomobil təkərləri göndərdiklərini, məhkəməyə təqdim etdikləri fakturalardakı təkərlərin də yalnız avtomobil təkəri olduğunu, Nemətə göndərdikləri malların fakturalarını iddia ərizəsinə əlavə etmədiklərini, 12 ədəd xarab çıxmış akkummulyatoru hesabdan çıxardıqlarını, “hesab görüldü” sözünün anlamının, yəni həmin aydakı hesabın bağladığının təsdiqi olduğunu, mağazanın 22.000 manata alındığını, mağazanın 11.000 manatını Etibar, 11.000 manatını da Coşqungilin verdiyini, mağazanın Etibarın adına keçdiyini, aybaay da oraya kirayə haqqı ödənildiyini, Etibarla ayrılan zaman haqq-hesab etdiklərini, Etibarın ona borcunun çox olduğunu, həmin hesabın içərisindən 11.000 manatı Etibarın ona olan borcu ilə əvəzlədiyini, Etibarın getdikdən sonra mağazaya şərik olduğunu, Etibarın mağazada qalıb, onlarla işləməsi barədə razılığa gəldiklərini, sonuncu dəfə Etibarın adına gələn malların gömrük rüsumunun Elxanın ödədiyini, mağazanın yarı hissəsinin özünün, yarı hissəsinin Coşqungilin olduğunu, bunu Coşqunun da, atasının da bildiyini, “mən gedib Türkiyədən onların istədiyi malı gətirəcəm” deyə razılaşdıqlarını, o mağazanın yarısının onun haqqı olduğunu, Coşqungildən 11.000 manatı da istəmədiyini, mağazanın yarısını istədiyini, 3 ildir ki, mağazasını ələ keçirdiklərini, “oradan çıxısınlar 3 il də mən işləyim” dediyini, mağazanın yarısının onun, yarısının Coşqungilin olması barədə rəsmi bir sənədin olmadığını, zavoddan mal sifariş vermək üçün pul lazım olduğunu, Coşqungilin müəyyən məbləğ göndərdiyini, üstünü də özü tamamlayıb malları aldığını, məhkəməyə təqdim etdiyi sənədlərin hamısında onların da, özünün də ödədiyi rüsumların yazıldığını, kamyon pulunu bəzən özünün, bəzən də onların ödədiyini, hər dəfə mal gələndə altına “kamyon və gömrük puluna bu qədər məbləğ vermişəm” yazdığını, Coşqunun “vatsapp”dan “bu qədər pul gömrüyə, bu qədər də işçiyə pul ödədik” yazıb dediyini, özünün də bunları qeyd etdiyini, son dəfə hesablaşanda da, onların verdiyi pulların hamısını yazdığını, bəzən maşınlara pul vermədən də, Naxçıvana mal gətirdiklərini, eyni tarixdə iki eyni adama mal göndərə bilmədiyi üçün eyni tarixdə bir Coşqunun adına, bir də Nemətin adına malı göndərdiklərini, Coşqunun 87.000 manat gömrük rüsumunu mağazada satılan maldan ödədiyini və ya başqa adamdan alıb ödədiyini bilmədiyini, “Coşqunun gah yaşıl dəftər, gah simli dəftər dediyini”, elə dəftərlərin olmadığını, 2017-2018-ci il tarixlərdə bu dəftərin səhifələrini çəkib “vatsapp”dan Coşquna atdığını, “vatsapp” yazışmasındakı bir paçkanın (dəstə) 10.000 ABŞ dolları olduğunu, Nemətin adına sadəcə bir ədəd tır təkəri yazıldığını, amma o tır təkərini bu hesaba salmadıqlarını, Nemətin adına gələn digər bütün avtomobil təkərlərinin Coşquna aid olduğunu, Nemətin adına göndərdikləri geri qalan traktor və tır təkərlərinin fakturalarını məhkəməyə təqdim etmədiklərini, fakturaların içində sadəcə bir ədəd böyük təkər olduğunu, lakin o hesabın içində olmadığını, o təkərin pulunu Coşqungildən istəmədiyini, Nemətə tək-tək akkumulyator göndərmiş ola biləcəklərini, akkumulyatorları zavoddan sifariş edib, İstanbuldan gətirildiyini, oradan da Coşqungilin həyətində boşaldıldığını, şərik işlədiyi halda Coşqungilin arxadan iş çevirdiklərini, Coşqungilə “məndən niyə mal almırsınız?” demədiyini, DİN-ə də, prokurorluğa da, Babək Rayon Məhkəməsinə də, bu məhkəməyə də eyni hesabı təqdim etdiklərini, Coşqungilin anbarındakı malı götürdüyü zaman həmin malı götürüb bir anbara qoyarkən polis soruşsa ki, “bu malı hardan almısız?” o da sübut etmək üçün “biz 35.000 dollarlıq mal aldıq, Nümayəndə hər hansı alacaq-verəcəyimiz yoxdur” deyə yazıb Coşquna imzalatdıqlarını, Naxçıvana gəldiyi vaxt hesablaşdığını, sonuncu dəfə hesablaşanda Coşqungilin ona borcu çıxdığını, sonra Elxanın köhnə dəftərləri gətirib, Etibarın məsələlərini çıxarıb, onları yanlış hesablara yönləndirdiyini, bir neçə dəfə hesab apardığını, sonuncu dəfə hesablaşanda bu hesabın yanlış olmasını gördüyünü, onlara “bu hesab yanlışdır, yenidən hesablaşaq” dediyini, onu mağazadan qovduqlarını, Naxçıvanda “Petlas” təkərlərini və “Mutlu” akkumulyatoru təkcə Coşqungilə satdıqlarını, Coşqungilin olan borcunun təkcə təkər və akkumulyatordan olduğunu, xx.xx.2017-ci ildə dostu Tolqa ilə birlikdə Naxçıvana gəlib, Coşqunla bir yerdə mağazadakı, zirzəmidəki, evdəki, bir də Coşqunun xalasıgildəki təkərləri, akkumulyatorları yazdıqlarını, o vaxt Naxçıvanda akkumulyator və təkər olaraq 217.988 ABŞ dollarlıq rüsumu ödənmiş malları olduğunu, protokoldakı 7%-i Türkiyədən göndərdiyi mallara orada qoyacağını, malın gəlib burada 7%-in üstünə 25% də qoyulub satılacağını, onların “çoxdur” dedikdən sonra 7%-i ləğv etdiklərini, mağazadakı 110.000 dollarlıq malın Etibarla şərik mal olduğunu, onlar ilk hesablaşanda cavabdeh tərəfin yüz otuz yeddi min dollar borcunun ortaya çıxdığını, Etibarın verdiyi nisyələrin bir qismi yığıldığını, bir qisminin yığılmadığını, onların da hamısının yenə ondan getdiyini, onun ziyana düşdüyünü, Etibarın verdiyi nisyələrin bu iddiada olmadığını, onları iddiadan çıxardıqlarını, Etibarla Elxangilin arasında olan münasibətləri onun bilmədiyini, Etibarın Elxangilə borcunun olduğunu, onun Etibarın borcunu üstünə götürdüyünü, Etibarın haqqı olan mağazanın yarısının ona qaldığını, ondan sonra işləməyə başladıqlarını, onlar Etibarla işləməyə başlayanda da, ayrılanda da Etibarın onların mağazasında bir ay işlədiyini, sonra Elxangilin bütün sənədləri öz adlarına keçirdiyini, Etibarı qovduqlarını, Elxangillə Etibar hesablaşdıqdan sonra avtomobil ehtiyat hissələrini saydıqlarını, Etibarın avtomobil ehtiyat hissələrini Elxangilə təhvil verdiyini, Etibarın Elxangilə axırda 40.000 manat borcunun qaldığını, o 40.000 manatı da onun üstünə götürdüyünü, tələbindən də həmin o 40.000 manatı çıxdığını, onların iki il ərzində o mağazaya çəkilən bütün xərcləri topladığını, 14.000 dollar məbləğində pul etdiyini, həmin pulun 7.000 dollarını da tələbindən çıxdığını, məhkəməyə 21 sentyabr 2022-cil il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”də yaradılmış Elektron kabinet vasitəsilə tərəfimizdən ünvanlanmış məktuba əlavə edilmiş dəftərin içərisində qeydiyyat aparılmış yazıların üstündən çəkilmiş çapraz xətlərin nə üçün çəkildiyini xatırlamadığını, ona göndərilən pullar yüksək məbləğlər olduqda həmin pul məbləğinin gömrükdən keçirilməsinə icazə verilmədiyi üçün bu səbəbdən də, cavabdehlərin pulu müəyyən məbləğlərə ayıraraq ayrı-ayrı şəxslərlə göndərdiyini, Elxangil pul göndərməsə də onların sifariş etdikləri malları onun göndərdiyini, çünki Elxangilin - “Pulumuz yoxdur. Pulu bu tarixdə göndərəcəyik” -dediklərini, onun bir vaxt istifadə etdiyi hesablaşmaların aparıldığı dəftərin məhkəməyə təqdim etdiyi dəftər olduğunu, qalan hesabların isə fakturalarda göstərildiyini, arada o hesab aparanda bir vərəqə də yazdığını, amma apardığı hesabları əsasən məhkəməyə təqdim etdiyi dəftərə yazdığını, iş materiallarında olan qırağı simli dəftərinin içərisindən çıxarılmış cəmi iki vərəqdə aparılmış hesabın məhkəməyə təqdim etdiyi dəftərdən olmadığını, “Dörtel Otomotiv” şirkəti ilə “Oba Otomotiv” şirkəti arasında mal alınıb-satılması ilə bağlı hər hansı bir müqavilənin olmadığını, ehtiyacları olan malları “Dörtel Otomotiv”dən adlıqlarını, “Dörtel Otomotiv”lə bərabər işləyirlərsə, deməli aralarında yazılı da olsa, şifahi də olsa bir münasibətin olduğunu, “Dörtel Otomotiv” şirkətinin adından 4 dəfə göndərilən malların pulunu onun ödədiyini, iş materiallarının içərisində “Dörtel Otomotiv” tərəfindən verilmiş sənədin olduğunu, həmin sənəddə “Nümayəndə istədiyi malları göndərdik. Pulunu da Nümayəndə aldıq” qeyd olunduğunu bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının, həmçinin iddiaçının nümayəndəsi Nümayəndə vəkili və nümayəndəsi Vəkil1 məhkəmə baxışı iclasında verdiyi izahatında iddia ərizəsini Nümayəndəla birlikdə tərtib etdiyini, iddia ərizəsində heç bir səhvin olmadığını, iddianı müdafiə etdiyini, tərəflərin şifahi formada ticarətlə məşğul olduqlarını, Muratın mal gətirdiyini, cavabdehlərin da satdığını, onların işinin Babək Rayon Məhkəməsində olduğu vaxt malların oradan gəlməsi, Coşqun və Elxan tərəfindən qəbul edilib satılması haqqında heç bir mübahisələrinin olmadığını, sonra Babək Rayon Məhkəməsində Etibarın “Biz ayrılanda mən mağazanı Murata vermişəm. O da mənim pulumdan çıxıb” dediyini, bundan sonra işin Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərildiyini, bu zaman məsələlərin bir az dəyişdiyini, cavabdeh tərəfin “sizin malınızın gətirilməsi düz deyil, oktyabr ayında gələn akkumulyatorlar iki ay əvvəldən sifariş verilirdi, o bizə gəlməyib, Etibara gətirilib, haqq-hesab apardığımız dəftəri gətirin və.s” kimi sözlər istifadə etdiyini, beləliklə işin gedişatının dəyişdiyini, artıq inkar etmələrin başladığını, oktyabr ayında alınan mallara Etibarın və onlardan mal alan Ordubadlı Süleymanın şahid olduğunu, onların məhkəməyə dəvət olunduqlarını, Süleymanın hansı tarixdə Sirab kəndində akkumulyatorları tırdan boşaltdıqlarını və onun akkumulyator götürüb, apardığını dediyini, sonra cavabdeh tərəfin hesablaşma aparılan dəftəri istədiyini, hesablaşmaların apardığı dəftərin o yaşıl dəftər olduğunu, o vaxt həmin dəftəri cavabdehin əvvəlki vəkili Şamxal məllimin qarşısına qoyduğunu və ona “dəftəri ekspertizaya verin, əgər o dəftərdə 2017-ci il və 2019-ci il tarixləri arasındakı müddətdən sonra bir dənə də olsun yazı varsa mən iddiadan imtina edəcəyəm” dediyini, cavabdeh tərəfin “bu o hesablaşmanı apardığımız dəftər deyil” dediyini, onların iddialarının əsasının tərəflər arasındakı olan protokol olmadığını, o protokola ki, bundan sonra Naxçıvana gələn malların alınması və satılmasının Elxan və Coşqunun üstündə olmasına dair imza edildiyini, iddialarının əsasının yüz on min dollar təşkil etmədiyini, iddialarının əsasının iki il müddətində etdikləri ticarət təşkil etdiyini, o protokolla əlaqədar mübahisə olmadığını, bu məhkəmə proseslərində məsələnin mahiyyətinin tamamilə dəyişdiyini, bu dəfə də Coşqunun hətta malların Türkiyədən gəlib ona verilməsini şüphə altına salmağa başladığını, gömrükdən gələn maşınların (kamyonlar) çənlərinə yanacaq doldurub apardıqlarını, maşında yük olmayanda Naxçıvana keçə bilməyəcəklərini, bu qaydanı Türkiyə gömrüyünün qoyduğunu, buna görə də, o maşınların Türkiyədən Naxçıvana gələndə yük axtardıqlarını, bunun da həm kamyonlara, həm də o yükü göndərənə sərf etdiyini, bu kamyonların digər kamyonlara görə malı ucuz qiymətə daşıdıqlarını, o kamyonların da hamısının Şərurda yanacaq doldurma məntəqələrinə gəldiklərini, bu kamyonlar da Nemətin yanına gəldiyi üçün təkərlərin də ora gəldiyini, Coşqunun malı Nemətin yanından götürdüyünü, Nemət üçün 2 və ya 3 dəfə təkər gəldiyini amma petlas təkər gəlmədiyini, traktor təkərləri gəldiyini, onu Coşqungilin satmadığını, Muratın Coşqun və Elxanla işə başlayanda 2 və ya 3 ay hesablaşma apardıqlarını, 2 və ya 3 ay hesablaşma aparandan sonra Elxanın “biz niyə bir-birimizə etibar etmirik?! Hər ay gedib, mal sayacağıq”?! dediyini, bundan sonra Elxanın şifahi şəkildə Nümayəndə bura gələndə nə qədər təkər və akkumulyator satıldığını və nə qədər pul etdiklərini ona dediyini, amma Nümayəndə Elxanın ona nə qədər pul verməsi, onun nə qədər pul alması barədə qeydiyyat götürdüyünü, Elxan və Coşqunla olan bütün haqqhesabların yaşıl dəftər olduğunu, haqq-hesabı ilkin başlayanda 25% üzərindən etdiklərini, sonradan faiz məsələsində 25%-in üstündə durmadıqlarını, Etibarın adına yazılan fakturada altmış min doqquz yüz üç olmasına baxmayaraq cədvəldə onu altmış beş min dollar göstərməklərinin səbəbinin aradakı o qədər fərqin akkumulyatorların daşınma xərci, gömrüyə verilmə xərci və onun qəbul olunma xərci olduğunu, akkumulyatorları zavoddan almadıqlarını, zavodun akkumulyatorları “Dörtel Otomotiv”in üzərindən satdığını, Azərbaycanda “Dörtel Otomotiv”in rəsmi nümayəndəsinin Rövşən olduğunu, Rövşənlə Dörtelin üzərindən akkumulyator almağa razılaşdıqlarını, aldıqları akkumulyatorun üstündə də Rövşənin öz pulunu istədiyini, 1344 ədəd akkumulyatorun qiymətinin də, 1338 ədəd akkumulyatorun qiymətinin də 65000 dollar etməsinin mümkün olduğunu, çünki o akkumulyatorların amperlərindən asılı olaraq qiymətin dəyişdiyini, cavabdehlər tərəfindən dörd yüz səksən bir min iki yüz iyirmi yeddi manat ödənildiyini, Nümayəndə yazdığı yaşıl kitab ilə təsdiq etdiklərini, mağazanın və.s xərclərinə aid olan iyirmi beş min iki yüz on bir manata aid olan xərclərə mağazanın vergisinin, işıq pulunun, icarəsinin və.s aid olduğunu, Elxanla Nümayəndə şərikliyinin olmadığını, amma Etibarın iki nəfərlə həm Nümayəndə, həm də Elxanla şərikliyi olduğunu, bir mağazada işlədiklərini, bunların şərikliyinin olduğunu, Etibarla Elxanın şərikliyinin əsasən maşın ehtiyat hissələrinə olduğunu amma Muratla Etibarın arasındakı alverin ancaq təkər və akkumulyatorla əlaqədar olduğunu, Etibarın adına gələn malların 18966 manat gömrük rüsumunu Elxanın ödədiyini, Etibarla ayrılandan sonra mağazada qalan malları Elxanın satmağa başladığını, Nümayəndə təzədən bir partiya mal vurduğunu, cavabdehlərin əlində pul olduqca Nümayəndə göndərdiklərini, onun da çatışmayan pulu tamamladığı, hələ bankdan kredit də götürüb zavoda ödədiyini, bu munasibətlərin daha çox şərikliyə uyğun olduğunu, “Elxangil pul verməyib və ya Elxangil hər şeyə pul qoyub” deməyin düzgün olmadığını, ona görə də, bunun şərikliyə daha çox uyğun olacağını amma malın əsas hissəsinin Nümayəndə olduğunu, tərəflərin aralarında hər hansı bir müqavilə olmadığını, onların arasında olan müqavilənin protokol olduğunu, “Zeyvə Petrol”a malları aparıb boşaldanda onların təhvilqəbul uçotunun aparılmadığını, bank yolu ilə ödənilən pulların sənədlərinin iş materiallarında olduğunu, “Oba Otomotiv”in İğdırda ehtiyat hissələri satdığını, sonuncu dəfə tərəflər arasında haqq-hesab olmadığını, gələn təkərlər və akkumulyatorun pullarının hansı hissəsinin ödənilib, hansı hissəsinin ödənilmədiyinin qeydiyyat aparılan yaşıl dəftərdən bilməyin mümkün olacağını, fakturada 483 ədəd olan amma iddia ərizəsində tərtib edilən cədvəldə 485 ədəd qeyd edilən akkumulyatorların sayında və tarixlərdə texniki səhvlik varsa onu qəbul etdiyini, apardığı hesablamanın dəqiq olmadığını, şinlərin sayını fakturalardan yazdığını, excel cədvəlini görmədiyini, Coşqunun yola xərclədiyi on bir min yüz əlli yeddi dolların Coşqunun yox, malların pulu oduğunu, iddialarının predmetinin 2017-ci ildən 2019-cu ilə qədər aldıqları və satdıqları malların pulu oluğunu, iki ildir məhkəmə proseslərində iştirak etdiklərini, hazırkı mübahisəyə Babək Rayon Məhkəməsində, Naxçıvan MR Kommersiya Məhkəməsində baxıldığını, keçirilən bütün məhkəmə iclaslarında öz fikirlərini dediklərini, ilk gündən bu məsələnin barışıqla tamamlanmasının tərəfdarı olduğunu, tərəflər arasında barışığın olmamasının səbəbinin cavabdeh tərəfin “o mallar bura gəlməyib, biz də onu almamışıq, görməmişik” deməsi olduğunu, cavabdeh tərəfin dəftəri gətir dediyini, kənarı məftilli dəftərin Nümayəndə məxsus olduğunu, onun tərəfindən tərtib olunduğunu, cavabdeh tərəfin təkər gəlməyib, Nemətin adına gəlib dediyini, Nemət şahid qismində dindirilərkən “Murat mal göndərib, Coşqun da gəlib götürüb” dediyini, cavabdeh tərəfin akkumulyator gəlməyib dediyini, şahid Süleymanın isə akkumulyator gəldiyini dediyini, cavabdeh tərəfin gəlin haqq-hesab aparaq dediyini, əgər mal gəlibsə cavabdeh tərəfin dəftər gətirməli olduğunu bildirib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə baxışı iclasında verdiyi izahatında tərəflər arasında əvvəllər heç bir öhdəlik münasibətinin olmadığını, Elxan, Coşqun və Etibarın Naxçıvan şəhərində mağaza götürüb, işlətdiklərini, mağazanın pul vəsaitinin Coşqunun adına rəsmiləşdiyini və Coşqunun da fiziki şəxs qismində VÖEN ilə fəaliyyət göstərdiyini, Nümayəndə ilə Etibarın şərik olduqlarını, onların gördükləri işə heç vaxt Elxan və Coşqunun müdaxilə etmədiyini, ancaq Etibarla görülmüş işə görə pul vəsaitini Elxanın qoyduğunu, Etibarın pul vəsaiti olmadığını, 2019-cu ilin onuncu ayından əvvəl X5 yanına gəlib “haqq-hesabımız düz gəlmir, sən məni aldadırsan, mənə borcun var” dediyini, 05 oktyabr 2017-ci il tarixdə tərtib olunmuş protokolu Muratın tərtib etdiyini, orada Nümayəndə, Etibarın və Elxanın mallarının nə qədər qaldığını, kimin kimə nə qədər verəcəyi olduğunu müəyyən etdiklərini, Coşqunu da şahid qismində təyin etdiklərini, həmin protokolda Muratın Etibardan yüz iyirmi beş minlik alacağı olduğunun bildirildiyini, həmin yüz iyirmi beş minin on səkkiz minini Etibarın verəcəyini, buna Elxanın cavabdeh olmadığını, mallar satıldıqdan sonra Etibar və Elxan tərəfindən Nümayəndə ödəniləcəyini, Muratın “həmin 110 000 dollarlıq malı Etibarla Elxan mənə ödəyəcək” dediyini, sonradan da Etibarın ümumi dövriyyədən çıxarılması ilə bağlı heç bir razılaşma olmadığını, Etibarın həmin yüz iyirmi səkkiz mindən on səkkiz minini sözlə razılaşdırmaqdan Muratın imtina etdiyini, qalan yüz on minə də Elxanla Etibarın cavabdeh olduqlarını, Nümayəndə “Yüz on minin yarısı yəni, əlli beş mini Elxan əmiyə aiddir. Həmin əlli beş minini sildim” yazdığını, Etibarın Elxana qırx min verəcəyindən sildiyini, 2019-cu ildə son haqq-hesab aparılanda kitabların Nümayəndə qaldığını, axırda Muratın öz xətti ilə aralarında yetmiş beş min dollarlıq son haqq-hesab qaldığını yazdığını, son haqq-hesab aparılarkən Muratın anbardan otuz beş min dollarlıq mal götürdüyünü, 6 aydan sonra Muratın bir də gəlib, hesablamanın düzgün olmadığını dediyini, yenidən hesablaşma apardıqlarını, yenə otuz beş min dollar çıxdığını, Muratın gedib sonra bir də gəldiyini, bir də hesabladıqlarını yenə otuz beş min dollar olduğunu, kitabların da Muratda qaldığını, məsələnin mahiyyətinin yüz on min olduğunu, bunu Muratın özünün də etiraf etdiyini, iddiaçının 4 dəfə mal göndərib amma 4 qaimə əvəzinə 40 və ya 50-dən çox qaimələr olduğuna istinad etdiyini, o qaimələrin heç birində malların Naxçıvan Muxtar Respublikasına daxil olduqdan sonra Coşqunun qəbul etməsinin göstərilmədiyini, Coşqunun Muratla iş gördüyünü inkar etmədiyini, amma cavabdehin o gördükləri mallarla bağlı borcunun bu qədər ola bilməyəcəyini, onlar hesablaşdıqda yetmiş minlik mal qaldığını, əgər borcu vardısa o qalığın hamısını götürə biləcəyini, niyə anbardakı yetmiş minlik malın otuz beş minini götürdüyünü?! 2019-cu il sentyabr və ya oktyabr ayından sonra Coşqungil tərəfindən mal alındığını və malın dəyərinin nağd ödənildiyini, əgər iddiaçı tərəf cavabdeh tərəfdən narazı qalmışdısa niyə sonra yenə mal verdiyini?! 2019-cu ilin sentyabr ayına hesablanmış öhdəlik üzrə heç bir borc qalmadığını, tərəfin istinad etdiyi Babək Rayon Məhkəməsinin protokollarına baxdıqda orada Muratın “3 dəfə getdim hesabladım gəldim ki, axı mənim Türkiyədəki banka borcum var. Hesabım düz gəlmir” dediyini, Nümayəndə Banka olan borcuna görə cavabdeh tərəfi borclu hesab etdiyini, Etibarla Coşqungilin şərik olduğunu, Etibarın həm də Muratla işlədiyini, amma Muratla işlədiyi işin pulunun Elxanın pulu olduğunu, tərəflər arasında birgə fəaliyyətlə əlaqədar sənəd imzalanana qədər cavabdehlərlə Muratın əlaqəsi olmadığını, cavabdehlərin “Oba Otomotiv”in hansı şirkət olduğunu bilmədiklərini, onların Muratı tanıdıqlarını, onlara Muratın mal göndərdiyini, Muratın malı necə göndərməsilə bağlı qaydalardan cavabehlərin xəbərdar olmadıqlarını, onların şərik olmaq üçün razılaşdıqlarını, sənədin içərisində də Etibarın bundan sonra Elxanla bərabər şərik işləyəcəyinin bildirildiyini, Elxanı da işə şərik qoşduğunu, Türkiyədən kamyonların gəlib buradan dizel yanacağı vurub apardıqlarını, onların boş gəlməməsi üçün yük gətirdiklərini, hətta Muratın onun sənədi ilə keçməsi üçün həmin sürücülərdən pul aldığını, belə olan halda Muratın mal yükləmə sənədləşməsini edə biləcəyini, gömrükdən keçən malların dəyəri ilə iddia ərizəsində göstərilən tələblərin məbləğlərin heç biri ilə uzlaşmadığını, çünki bunlar ayrılandan sonra Etibarı orada saxlasa da, onun adına göndərilən malı Coşqunun üstünə saldığını, bu alış-verişlərin hamısının kağız üzərində olduğunu, Coşqunun o qədər mal qəbul etmədiyini, Muratın zəng edib “sənə mal göndərdim. Nemətin yanacaq doldurma məntəqəsindən götürərsən” dediyini, Coşqunun Neməti görmədiyini, Nemətdən mal qəbul etmədiyini, Coşquna göndərilən malın hamısının ona çata bilməyəcəyini, çünki Nümayəndə müəyyən şirkətlərlə də işlədiyini, Nümayəndə üç ildir anbarda qalan yüz on minin mübahisəsini etdiyini, sonrakı əməliyyatlarla bağlı pul tələb etmədiyini, həmin yüz on mini istədiyini, həmin yüz on minin də sənədlərinin təsdiqlənib burada olduğunu, cavabdehin Dörteli tanımadığını, “Dörtel”dən nə mal aldığını, nə də mal verdiyini, cavabdehin mövqeyinin “mən dürüst olmuşam, malın pulunu da vermişəm” olduğunu, cavabdehin “Oba Otomiv”in və “Dörtel Otomotiv”in olduğunu bilmədiyini, onun Muratı tanıdığını, Muratın təkərləri on-on və ya beş-beş göndərdiyini, Coşqungil onun pulunu verməmişdirsə, niyə mal göndərdiyini?! 7 %-in 3,5%-nin Murata, 3,5%-nin isə cavabdehə düşdüyünü, sonra “faiz azdır 15 %-ə qaldıraq” dediyini, amma 15 %-in alınmadığını, Coşqunun yola çəkdiyi on bir min xərci də iddiaçının iddianın içərisinə saldığını, onun çıxılmalı olduğunu, bunların şərik işlədiklərini, birgə təsərrüfat fəaliyyəti apardıqlarını, birgə təsərrüfat fəaliyyətində cavabdehin də haqqı olduğunu, maya dəyərinin pulunu verib, malı alıb öz mülkiyyəti hesab etdiyini, 2019-cu ilin sentyabr ayından sonra yəni, otuz beş min dolları verdikdən sonra nağd pulla mal alındığını, aradakı kəsr fərqinin tərəflərin münasibətlərinin pozulmasının səbəbi olmadığını, Muratın Naxçıvanda özünün filialını açmaq istədiyini, mağazasını açdıqdan sonra Elxanla şərikliyini pozduğunu, onlar mağazaları yan-yana alver etdiklərini, bir müddət Coşqunun Muratdan nağd pulla mal götürdüyünü, ondan sonra Coşquna sərf edən başqa bir variant çıxdığını, Türkiyədə başqa bir tacirdən malı aldığını, Muratın bunu bildiyini və bundan sonra münasibətin pisləşdiyini, Muratın Miqrasiya orqanına 2017-ci il və ya 2018-ci ildən burada işləmək üçün müraciət etdiyini, Muratın işləmək üçün icazəni aldıqdan sonra ayrılmaq istədiyini dediyini, ayrılmazdan əvvəl Coşqungilin on dörd və ya on altı min manatlıq mal sifariş verdiklərini, malın gəlmədiyini, Coşqungil də həmin puldan imtina etdiklərini, iş materiallarında Coşqunun adına olan fakturaların heç birini görmədiklərini, heç birini də qəbul edə bilməyəcəklərini, çünki o malları rəsmən imzalayıb qəbul etmədiklərini, cavabdehin gələn akkumulyatorların “Dörtel Otomotiv”in olduğunu bilmədiyini, Muratın telefonla zəng edib dediyini, malların götürüldüyünü, cavabdehin iddiaçı tərəfə heç bir borcu olmadığını, çünki tərəflərin 2019-cu ildə və ondan sonraki 6 ay müddətində üç dəfə hesablaşma apardıqlarını, bütün hesablaşmalarda da eyni məbləğ çıxdığını, otuz beş mini almağa görə sənəd tərtib olunduğunu, Muratın özünün yazdığını, Muratın otuz beş mini aldığını etiraf etdiyini, Muratın telefonla Coşquna malın göndərildiyini dediyini, Coşqunun sürücünü göndərib malı gətirdiyini, Coşqunun gömrükdən mal gətirmədiyini, onun faktura görmədiyini, Coşqun tərəfindən alınan malların sayıldığını, yazılmadığını, cavabdeh tərəfindən ödənilən pulların yazıldığını, haqq-hesab zamanı həmin dəftəri Muratın apardığını, Coşqunda fakturaların olmadığını, Coşqungilin Muratdan iddiada göstərdikləri səviyyədə mal almadığını, Nümayəndə iddia ərizəsində göstərilən dörd yüz səksən bir minlik malı Coşqungilin qəbul etmədiklərini, X6 başqa Naxçıvanda alver etdiyi şəxslərin olduğunu, bunların Nemət, “Gəmiqaya” və bir-iki dənə tikinti şirkəti olduğunu, Muratın özünün də “Gəmiqaya” şirkətinə mal göndərdiyini dediyini, indiki mağazanın Coşqunun adına 01 oktyabr 2020-ci ildə rəsmiləşdirildiyini, iddianın 173667 manat borcla və digər məhkəmə xərclərinin ödənməsi ilə əhatələndiyini, iddianın iki hissədən ibarət olduğunu, iddianın birinci hissəsinin tərəflər arasında 2017-ci ildə bağlanmış razılaşma (tutanak) əsasında verilən mallarla əhatələndiyini, iddianın ikinci hissəsinin isə 2017-ci ildən 2019-cu ilə qədər tərəflər arasında olan münasibətlərdən yaranan öhdəliyin yerinə yetirilməsi olduğunu, məhkəmənin iddiaçı tərəfin vəkilindən tərəflər arasındakı fəaliyyətin şərikli fəaliyyət, yoxsa nisyə fəaliyyət olduğunu soruşulduğunu, iddiaçının vəkili Vəkil1 “ heç biz də bilmirik ki, bu hansı fəaliyyətdir” dediyini, tərəflər arasında münasibətlər yaranan zaman Nümayəndə tərtib etdiyi “tutanak” adlı sənəddən başqa tərəflər arasında başqa bir sənəd olmadığını, X14 və Dış Ticarət Limited Şirkəti ilə cavabdehlər arasında müqavilə münasibətlərinin olmadığını, iddiaçının iddia ərizəsində tərəflərlə aralarında bağlanmış 2017-ci ilin oktyabr ayında olan “tutanak” adlı sənəd əsasında yaranmış borcdan əlavə onlara göndərmiş olduğu malların pulunu tələb etdiyini bildirdiyini, o sənədlərin içərisində X14 və Dış Ticarət Limited Şirkətinin guya Dörtel Otomotivin adından Naxçıvan Muxtar Respublikasına göndərdiyi malların cavabdehlər tərəfindən imzalanmasına dair bir dənə də olsun sübut olmadığını, iş materiallarında qaimələr olduğunu, lakin qaimələrin heç birində gömrük möhürü olmadığını bildirib, yekunda iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh1 izahatında ona qarşı qaldırılan bu iddianı qəbul etmədiyini, heç nəyin düzgün deyilmədiyini, onların gördükləri işin, apardıqları hesabın ayrı olduğunu, lakin bura gətirilən fakturaların, qiymətlərin hamısının fərqli olduğunu, gördükləri işə heç bir aidiyyətinin olmadığını, Etibarla birgə fəaliyyət göstərdiklərini, Nümayəndə “Etibarla aramızda olan hesab düzgün deyil, pul kəsirdir” dediyini, Muratla hesablaşdıqlarını və Etibarın onlara da, Nümayəndə da borcunun olduğunu gördüklərini, Etibarın hesabı ortalığa qoymadığını, bilmirəm deyib ortalıqdan çəkildiyini, onların Etibarla hesablaşdıqlarını və Etibarın onlara 40.000 pul və dükanı verəcəyini dediyini, amma vermədiyini, Nümayəndə 40.000 pulu öz üzərinə götürdüyünü və “mənlikdir” dediyini, Etibarın ortaqlıqdan çıxdığını, 110.000-lik malın da ortalıqda qaldığını, Muratın “bunu verim sizə üstünü düzəldək, şərik işləyək” dediyini, 55.000 onların verdiyini, 40.000 Etibarın üstünə çəkdiyi puldan çıxıldığını, qalanının üstünü də onların düzəldib işləməyə başladıqlarını, Nümayəndə aybaay gəlib hesablaşdıqlarını, gəlirlərini, qazanclarını, çıxarlarını böldüklərini, Nümayəndə “bir, iki ay gəldim sonra Coşqungil qoymadılar malları sayaq” dediyini, onun yalan danışdığını, onların heç vaxt onun malları saymasına etiraz etmədiklərini, istədiyi vaxt gəlib malları saydığını, Nümayəndə onların xəbəri olmadan Naxçıvanda dükan açdığını, onlara “mən işləmirəm, gəlin biz ayrılaq” dediyini, onun da “ayrılaq” dediyini, onların Murata “mal verək” dediyini, lakin onun malı satıb onun pulunu verməsini dediyini, bir gün hesablaşdıqlarını, anbardakı malları saydıqlarını, anbarda onların doxsan dörd minlik malı olduğunu, hesablaşandan sonra onların Nümayəndə 35.000 nə qədərsə ABŞ dolları borclarının qaldığının məlum olduğunu, onların Murata pullarının olmadığını dediklərini, onun da “malımı satıb pulumu verin” dediyini, onların Nümayəndə 35.000 ABŞ dolları borcları olduğuna dair onların tərəfindən imzalanmış sənədi ona verdiklərin, bu söhbətin üstündən bir, iki gün keçəndən sonra Muratın bu hesab düzgün deyil, yenidən hesablayaq dediyini, onların yenidən oturub hesablaşdıqlarını, borclarının yenə 35.000 ABŞ dollar olaraq qaldığını, Muratın malı satıb, onun pulunu verməsini dediyini, 3 gün keçəndən sonra onun yenə bir nəfərlə gəlib “bu hesab düzgün olmayıb, yenidən hesablayaq” dediyini, onların yenə hesabladıqlarını, bu dəfə də borcun 35.000 ABŞ dollar olaraq qaldığını, sonra isə onun malı istədiyini, pulunu istəmədiyini dediyini, onların da maşın gətir, malı apar dediyini, onun maşın gətirib 35.000 ABŞ dolları dəyərində malı apardığnı, sonra bir dəftər gətirib ona birdən problem olar bu dəftərin arxasınada “biz hesablaşdıq, mənim bu adamda alacağım, verəcəyim yoxdur” yaz dediyini, onun da o dediyini yazıb verdiyini, onun yenə də pul verib Muratdan mal aldığını, onun yenidən ondan akkumulyator, təkər alacaqlarını gözlədiyini, Türkiyədə Fatih adlı bir nəfərdən mal aldığını, Nümayəndə “niyə məndən almırsan ondan alırsan?!” dediyini, onun da “Fatih daha sərfəli qiymətə satır, sən də sərfəli qiymətə sat alım” dediyini, onun “gör sənin başına nə oyun açacağam, sənin mənə 200.000 ABŞ dolları borcun var” dediyini, onları DİN-ə şikayət etdiyini, oraya çağırıldıqlarını, amma hamısının yalan olduğunu görüb, “gedin işinizi həll edin” dediklərini, Muratın sonra bir nəfərlə yenə yanına gəldiyini, onun onlara “biz 3 gün hesablama aparmışıq, siz dediyiniz hesab düzgün deyil” dediyini, Muratın sonra onları prokurorluğa şikayət etdiyini, oraya getdiklərini, orada da Nümayəndə dediklərinin yalan olduğunu gördüklərini, Babək Rayon Məhkəməsində onlara qarşı iddia qaldırdığını və onlara “sizin mənə olan borcunuz 200.000 ABŞ dolları deyil, 110.000 ABŞ dollarıdır” dediyini, 110.000 minin 55.000 minini onların, 55.000 minini Nümayəndə qoyub şərikliyə başladıqlarını, malları topdan da, pərakəndə də satdıqlarını, onların heç vaxt X11 Məntəqəsindən keçmədiklərini, rüsum ödəmədiklərini, Nümayəndə malı Nemətin yanacaq doldurma məntəqəsinə göndərdiyini, onun da maşın göndərib malı götürdüyünü, malları birinci aydan saymağa başladıqlarını, Muratın hər ay gəlib hesablama apardığını, Nümayəndə 143.665 manat məbləğində şin almadığını, onlardan xəbərinin olmadığını, o malların Naxçıvana keçib-keçməməsini bilmədiyini, Nümayəndə gömrüyə nə sənəd verdiyini başa düşə bilmədiyini, əgər o mallar Naxçıvana keçibsə sənədlərin onda da ola biləcəyini, bəlkə də o malların heç Naxçıvana keçmədiyini, ya da malların keçdiyini amma Nümayəndə malı başqa adama verdiyini, Muratın ona mağazanın yarısının onun olduğunu dediyini, kafedə oturanda Etibarın Murata mağazanın yarısının ona verdiyini dediyini, Etibarın borca görə mağazanı adına keçirdiyini, mağazadakı malı, bir də 40.000-ni guya ona verdiyini onu da Muratın üstünə götürdüyünü, sonradan Muratın “pulun yarısını mən vermişdim, mağazanın yarısı mənimdir” dediyini, ilk başda “Dörtel Otomotiv”i tanımadıqlarını, sonradan Muratın “Dörtel Otomotiv” vasitəsilə malı Naxçıvana gətirdiyini, Muratın onu məhkəməyə verəndən sonra “Dörtel Otomotiv”i tanıdığını, deffektli olduğuna görə təxmini 8 ədəd təkər və akkumulyatoru geri qaytardıqlarını, sonra gömrük icazə vermədiyinə görə geri qaytarma etmədiklərini, Muratın ona zəng vurub “bu gün malı gönədərəcəyəm, malı yanacaq doldurma məntəqəsindən götür” dediyini, onun da maşın göndərib, gedib gətirdiyini, sürcünü görmədiyini, Türkiyədən onun adına eyni gündə bir dəfə də, iki dəfə də mal gəldiyini, Nümayəndə həm aldığı malın pulunu, həm də qazancın yarısını ödədiyini, Nümayəndəyla ilk dəfə 7%-lə işləməyə razılığa gəldiklərini, bazara mal çox gəldiyindən satış etməyin mümkün olmadığını, təkərlərin satışı zamanı qiymətin üstünə bəzən 3 manat, bəzən də 5 manat pul qoyub satdıqlarını, amma onların 25%-lə heç vaxt işləmədiklərini, Muratın ona bu gün təkər gəlib dediyini, onun da gedib götürdüyünü, amma o təkərləri kimin adına göndərdiyini bilmədiyini, iş materiallarındakı sənədlərin heç birini görmədiyini, bu sənədlərin sonradan ortalığa çıxdığını, cəmi 2, 3 ədəd traktor təkəri satdığını, iş materiallarında olan sənədlərdəki təkərlərin çoxunu heç görmədiyini, hətta elə ölçüdə təkərlər var ki, onların heç Naxçıvanda istifadə olunmadığını, lakin Nümayəndə yalandan o təkərləri də Coşquna vermişəm dediyini, çox vaxt Şərurdan kimsənin 4 dənə təkər istədiyini, gedib pulunu da İğdırda ödədiyini, Muratın təkərlərin yanına dörd dənə də əlavə təkər qoyub ona göndərdiyini, təkərin dördünü başqa adamın götürdüyünü, həmin vaxt gömrükdə hamının adına sənəd yazdırmağın mümkün olduğunu, sürücüyə dediyini və sürücünün də Nemətin yanacaq doldurma məntəqəsindən gedib malları götürüb gətirdiyini, gömrüyə getmədiyini, Nümayəndə bəlkə də, kamyon sürücülərinə təkcə sənəd verdiyini, mal vermədiyini, bəlkə də kamyonlar Naxçıvan ərazisinə keçə bilsin deyə o sənədləri verdiyini, iddia ərizəsində yazılan yol xərcini bilmədiyini, onun ödəmədiyini, onların da, Nümayəndə da dəftəri olduğunu, hər şeyin orada yazıldığını, Nümayəndəla ayrılandan sonra Muratın onun da dəftərini götürüb apardığını, bəzən 10.000-lik mal sifariş verdiklərini 15.000 pul göndərdiklərini, bəzən 10.000-lik mal sifariş verib 3.500 göndərdiyini, 2.500 də bir həftəyə göndərdiyini, yəni kəsir də, artıq da pul göndərdiyi vaxtlar olduğunu, Nümayəndə hər şeyi boynundan atdığını, Babək Rayon Məhkəməsində ona 110.000 ABŞ dollar borcunun qaldığını dediyini, sonra isə “110.000 ABŞ dolları hesablaşmışıq, verilən mallardan 110.000 ABŞ dolları borcun qalır” dediyini, hesablaşmağa gedəndə Nümayəndə aiddiyyəti olmayan dəftəri, bir də işdə olan fakturaları ortalığa qoyduğunu, onun da Murata “bu nə dəftərdir, fakturadır biz bunu görməmişik, lazım olan dəftəri gətir onunla hesablaşaq” dediyini, onun isə “dəftər budur, hesablaşırsan bu dəftərlə hesablaşaq” dediyini, Nümayəndə ümumilikdə nə qədər təkər aldığını dəqiq bilmədiyini, Nümayəndə onun adına mal göndərdiyini, onları başqa adamın götürdüyünü, xəbərinin olmadığını, onu Muratın bildiyini, atasıyla Nümayəndə guya şərik olduğunu, özünün də orada satıcı işlədiyini, 400 manat əmək haqqı almalı olduğunu, amma almadığını, Nümayəndəla alverlərinin olduğunu, təxmini 200.000-lik alver etdiklərini, Nümayəndə ondan başqa adama da “Petlas” təkəri satdığını, akkumulyatorları əllə də, yükboşaldan maşınla da boşaltdıqlarını, bir paletdə 60, 70 ədəd akkumulyator olduğunu, son haqq-hesablarını edəndə 94.000 ABŞ dolları məbləğində mal qaldığını, hesablaşdıqları zaman Nümayəndə 35.000 ABŞ dolları borcları olduğunun məlum olduğunu, həmin pulu onların ona verdiklərini, Nümayəndə iddia ərizəsində niyə 70.000 ABŞ dolları mal qaldığını və onun bölündüyünü yazdığını bilmədiyini, onların hesablaşmalarının 2019-cu ilin avqust-sentyabr ayında olduğunu, Nümayəndə Naxçıvanda, özünə mağaza aldığına görə onlardan ayrılmaq istədiyini, onlara “malımı verin” dediyini, ümumilikdə hər şeyi hesabladıqlarını əllərində 94.000 ABŞ dolları mal olduğunu, 94.000 ABŞ dolları olan malın içində təkər də, akkumlyator da olduğunu, onun Nümayəndə 10.000-lik mal göndər dediyini, beş min pul özünün ona göndərdiyini, beş min də onun qoyduğunu, Nemətin yanacaq doldurma stansiyasına təkərləri 20,30 və ya 40 ədəd olmaqla göndərdiyini, Türkiyə kamyonlarının Naxçıvana keçə bilmələri üçün malla gəlməli olduqlarını, buna görə də, Nümayəndə kamyon sürücülərindən 50 ABŞ dolları aldığını, sənəd verib, bunları Naxçıvana Nemətin yanacaq doldurma stansiyasına apar dediyini, Nemətlə əlaqə saxlamadığını, oradakı fəhlələrlə danışdığını, bir də Nemətin zəng vurub “mallar burada, maşın göndər” dediyini, onun da maşın göndərib malları götürdüyünü, fəhləni tanımadığını, 2020-ci ilə qədər işlədiklərini, 2019-cu ilin sentyabr ayında üç gün “İpək yolu” yanacaq doldurma məntəqəsində hesablaşma apardıqlarını, borclarının 35.400 ABŞ dolları çıxdığını, Nümayəndə ona pulumu verin dediyini, onun isə pul yoxdur dediyini, üçüncü dəfə yenə “İpək yolu” yanacaq doldurma məntəqəsində oturub hesablaşdıqlarını, Muratın “malımı verin” dediyini, həmin gün maşını gətirib 35.000 ABŞ dollarlıq malı apardığını, 2020-ci ilin yanvar ayına qədər Nümayəndə başqa ehtiyat hissələri də, təkər də, akkumulyator da aldığını, heç kimin “Dörtel Otomotiv”i tanımadığını, Rövşənin malı Bakıdan göndərdiyini, Rövşən müəllimin onlara “niyə işləmirsiniz, niyə mal almırsınız camaat sizin üstünüzə 5 tır mal satıb” dediyini, onların da ona malların baha olduğunu, ona görə də, sata bilmədiklərini dediklərini, Rövşənin də “malları baha satırsınız, bu qiymətlər zavod qiyməti deyil” dediyini, Nümayəndə qiymətləri özünün təyin etdiyini, malın üstünə pul qoyub onlara verdiyini, təkərin ən bahasını 130 manata, ən ucuzunu isə 55-60 manata satdıqlarını, hər ayın axırı bu ay gələn təkərlərin hesabını apardıqlarını, gələn ayın axırı da həmin ayın mallarının hesabını apardıqlarını, bir ayın borcunu gələn aya saxlamadıqlarını, onların illik hesab aparmadıqlarını, Nümayəndə ona malları gömrük rəsmiləşdirməsi ilə göndərdiyini demədiyini, fakturaları ümumiyyətlə görmədiyini, Nümayəndə altmışlıq, əllilik, qırx beşlik, doxsanlıq ölçülərdə akkumulyator aldığını, lakin digər ölçülərdə və fakturalarda göstərilən sayda akkumulyator almadığını, bu fakturaların onlara göstərilmədiyini, 175-70-13, 215-55-16, 175-70-14, ***-**-** ölçülərdə təkər aldığını, lakin digər ölçülərdə təkər almağının fakturada göstərilən bütün təkərləri almadığını, Şahid2 adına gələn malı almadığını, 125-20-15, 235-56-19, 125-20-12, ***-**-** ölçülərdə təkər almadığını bildirib iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 15 sentyabr 2022-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, Etibarın ona “İş var. Türkiyədən akkummulyator və təkər alıb, sataraq qazanc əldə edəcəyik” dediyini, onun da “işləyərik” dediyini, sonra onların işə başladığını, onun Nümayəndə ilə əlaqəsinin olmadığını, işə başladıqları müddətdə onda pul olduğunu, Etibara “Biz pulu verdikdən sonra Murat bu pulu inkar etsə necə olacaq” dediyini, Etibarın ona “Mənim də Murata iyirmi beş min borcum var, buna görə narahat olma” dediyini, beləliklə onların işə başladıqlarını, alacaqları malın pulunu Etibara verdiyini, Etibarın da pulu Murata verdiyini, lakin pulun məbləğini dəqiq xatırlamadığını, axırıncı ili onun Etibara “Mallar qutarır, pul da yoxdur” dediyini, Etibarın mal vurması üçün pulu Murata verdiyini dediyini, həmin müddətdə dörd yüz altmış minlik mallarının olduğunu, o malın yüz mininin guya Muratın, üç yüz altmış mininin isə Etibarla onun olduğunu, axırda onun bir də “Etibar axı ortalığın pulu yoxdur” dediyini, Etibarın da ona “Pul Muratdadır” dediyini, Muratın gəlib Etibara “Bəs pulu niyə vermirsən?! dediyini, onun da Etibara “Deyirdin bəs pul Muratdadır” dediyini, Etibarın “bilmirəm” dediyini, onun da “Mənim pulumu ver. Gedin necə işləyirsinizə işləyin” dediyini, onda Muratın ona “Mən səninlə işləyim, Etibarı da qoyum burada otursun. Etibara satdığımız malların qazancından iki faiz sən ver, üç faiz də mən verim” dediyini, onun da “ Etibarın mənə borcu var. Mən vermərəm” dediyini, onların arasında 25 faiz məsələsi olmadığını, sonra Muratın Etibarla ayrılanda protokola yüz on min yazdığını, onun da “yetmiş doqquz min iki yüz dollarlıq maldır, iyirmi minlik nisyə, on minlik də qazancdır” dediyini, onun Murata “Mən bu nisyələrə cavabdeh deyiləm. Nisyə mənlik deyil, bunu Etibar verib” dediyini, onların doxsan dörd minlik mallarının olduğunu, ora yetmiş min yazıldığını, Muratın ona on bir min borcunun olduğunu, malı böldüklərini, qırx yeddi min nə qədərinin Muratın, qırx yeddi min nə qədərinin isə onun olduğunu, onun həmin məbləğdən on bir mini çıxdığını, otuz beş min üç yüz nə qədərsə ortalıqda pul qaldığını, Murata iki aya malı satıb, pulunu verəcəyini dediyini, Muratın da “Yox. Mənim ya pulumu ver, ya da malımı ver” dediyini, onun da maşın gətirib, otuz beş minlik malı yüklədiyini, Muratın onda təqribən üç yüz və ya dörd yüz dolları qaldığını, həmin pulu da manat kimi verdiyini, aralarında başqa bir söhbət olmadığını, sonra Murat təkrar gələndə onun Murata “Hesablaşdığımız dəftəri gətir, səhvlik varsa denə burasını səhv hesablamışıq, bu düzgün deyil” dediyini, onun dəftərinin də Muratda olduğunu, Murat 6 ay sonra gələndə onun Murata “Dəftərləri gətir baxaq hansı hesabımız düz deyil. Borcum varsa, verim” dediyini, Muratın dəftərin olmadığını dediyini, onun da “Dəftər yoxdur necə hesablaşacayıq?” dediyini, Muratın “Mən yazdığım kimi hesablaşacayıq” dediyini, sonra yenə hesablaşdıqlarını, bir mühasib onun, bir mühasibi də Muratın gətirdiyini, Muratın heç birində razılığa gəlmədiyini, onun Murata borcunun qalmadığını, onun həmin vaxtı, yəni Muratla işə başlayanda Bakı şəhərindəki evini və Tır maşınını satdığını, əlində pulunun olduğunu, mal alıb, pulunu verdiyini, Muratdan ayrıldıqdan sonra onun Muratdan mal almadığını, başqa yerdən aldığını, ona görə Muratın belə problemlər yaratdığını, hələ bir dəfə də onun on bir minlik mal aldığını, Muratın ona “Beş min beş yüz də borcun qalır. Beş min beş yüzü sənin, beş min beş yüzü də mənimdir” dediyini, onun da “On bir mini sən verməmisən ki, mən vermişəm, mən sənə beş min beş yüz niyə borclu qalıram?!” dediyini, günortaya kimi Muratı ancaq başa sala bildiyini, onun Murata borclu qalmadığını, aldığı malların pulunu ödədiyini, X14 və Dış Ticarət Limited Şirkətini heç tanımadığını, o şirkətin adını məhkəmədə eşitdiyini, Etibardan mal vurması üçün “Murata verdim” dediyi pulun məbləğini soruşmadığını, çünki Muratla Etibarın hesablaşdığını, onun da Etibarla hesablaşdığını, malları bir-birilərindən alıb-vermələrinə dair sənədin olmadığını, Muratdan dəftərini dəfələrlə istədiyini, Coşqun mağazada işlədiyinə görə fakturaları onun adına yazdığını, Coşqunun mağazada satıcı işlədiyini, Coşquna əmək haqqı verildiyini, ayda 200 manat Muratın verdiyini, qalanını da onun ödədiyini, Coşqunun işlədiyi müddətdə əmək haqqı aldığını, onun nə Naxçıvan Şəhər gömrüyünə, nə də Sədərək gömrüyünə getmədiyini, onların Murata yüz yetmiş üç min altı yüz altmış yeddi manat borcunun olmadığını, onun Muratla hesablaşdığı vaxt onun Murata otuz beş min borcunun olduğunu, otuz beş min manatlıq dəyərində mal verdiyini, Murata borcunun qalmadığını, onun və Çoşqunun Zeyvə petrola da, Sədərək gömrüyünə də getmədiyini, malların pulunu bəzən malı gətirən maşının sürücüsünə, bəzən də Muratın özünə ödədiklərini, kənarı məftillə toxunmuş hesab dəftərinin olduğunu, Muratın o dəftəri gətirdiyini, lakin indi nə qədər tələb etsələr də, Muratın onu gətirmədiyini, iş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi gömrük bəyannamələrini onun heç vaxt görmədiyini, otuz beş minlik malı sayıb, Murata şəxsən verdiklərini, onlara gələn mala görə hər ayın əvvəlində hesablaşdıqlarını, pulunu verdiyini, Etibarın ona borcunun olduğunu, hesablaşdıqları zaman Etibarın mağazanı borcuna qarşılıq ona verdiyini, əgər mağazanın yarısını Murata versəydi aralarında yazılan protokolda mağazanın yarısını Murata verdiyinin qeyd olunmalı olduğunu, dəftərlərin hamısını hesablaşdıqdan sonra Muratın götürüb apardığını, münasibətlər pozulduğu müddətdən mübahisə başlayan günə qədər Etibarın mağazanı Murata verdiyini ona heç vaxt demədiyini, şahid Süleymanın işçi olduğunu, onun mal alıb, qəbul etmək səlahiyyətinin olmadığını və ona - “get malı gətir” deyildiyini, malı o qəbul etdiyi halda fakturanın Etibarın yazdığını anlamadığını, onun Etibarla birlikdə şəhər gömrüyünə getmədiyini, gömrükdən mal qəbul etmədiyini, əgər malı o qəbul etmişdisə, Süleymana fakturanı niyə Etibarın yazdığını, malı niyə Etibarın payladığını, malın pulunu niyə Etibarın aldığını, Etibarın Murata borcu olduğuna görə Murat da Etibarın borcunu sildiyinə görə indi şahid kimi ona qarşı dayandığını, Süleymanı da belə izahat verməyə Etibarın yönləndirdiyini, Etibarın ona nə qədər borcu olduğuna dair qəbzləri Murata verdiyini və niyə ortaya çıxmadığını, Süleymanın dediklərinin düz olmadığını bildirmişdir. Şahid1 məhkəmə baxışı iclasında verdiyi ifadəsində 2017-ci ildə Muratla Elxangilin haqq-hesablarının başladığını, onun çıxıb getdiyini, 2017-ci ilin oktyabr ayının 6-da iki min neçə yüz manatla kassanı Elxana təhvil verdiyini, sonra Nümayəndə onu işçi kimi mağazada saxladığını, o müddətdə də, malların onun adına göndərildiyini, onun da o malları çıxarıb gömrükdə Elxana təhvil verdiyini, malların hamısının akkumulyator olduğunu, sayını dəqiq bilmədiyini, 60.000-62.000 dollar dəyərində akkumulyator olduğunu, akkumulyatorun onun adına Naxçıvan Şəhər Gömrük İdarəsinə gəldiyini, oradan ona malların gəldiyini, rüsumun on səkkiz min neçə yüz manat olduğunu dediklərini, onun da Elxana dediyini, Elxanın maşından pulu götürdüyünü və gömrüyə verdiyini, sonra malın sayıldığını, onun da çıxıb getdiyini, Elxanın malı evinə apardığını, mağazanın onun adına olduğunu, Nümayəndə tanıdığını, birlikdə alver etdiklərini, Coşqunu da tanıdığını, amma onunla alver etmədiyini, Coşqunun atası ilə alver etdiklərini, Coşqunun onun yanında işçi işlədiyini, ona əmək haqqı vermədiyini, Coşqunun öz mallarını satdığını, anbarın onun adına olduğunu, 128.000 min anbarda olan malın dəyəri olduğunu, onun 110.000-in yerində olduğunu, amma 18.000 olmadığını, son haqqhesablarından sonra onun 1 ay mağazada qaldığını, aylıq dövriyyələrinin çox olduğunu, günə neçə ədəd təkər satıldığını dəqiq deyə bilməyəcəyini, Nümayəndə onunla hesabkitab etdiyini, Elxanla etmədiyini, onun Elxanla hesab-kitab etdiyini, ildə bir dəfə qalıq mallarının nə qədər qaldığını bilmək üçün hesab-kitabı bağladıqlarını, pərakəndə mal satdıqlarını, amma topdançı müştərilərinin də olduğunu, Coşqunun Muratdan nə aldığını bilmədiyini, anbarı saydıqlarını, kəsir olduğunu, onu da onun üstünə atdıqlarını, 2017-ci ilin oktyabr ayının 6-dan, noyabr ayının 6-na kimi alver olduğunu, onun heç nəyə qarışmadığını, Muratla Elxangilin necə hesablaşdığını bilmədiyini, Elxanın 20%-lə işləməyi qəbul etdiyini, birgə işlədikləri dövrdəki olan faizin nə qədər olduğunu bilmədiyini, başqa vaxt Nümayəndəla Elxangillin hansı faizlə razılığa gəldiklərini bilmədiyini, Elxanla ayrılanda aralarında 140.000 min pul olduğunu, həmin pulun 70.000 mini Elxanın, 70.000 də onun olduğunu, 70.000 mini onun mağazanın malını ona təhvil verdiyini, 40.000 də borc yarandığını, guya onun Elxana borcunun olduğunu, borca “hə” dediyini, onu da Muratın üstünə götürdüyünü, Nümayəndə 2014-cü ilin axırı, 2015-ci ilin əvvəli ona X14 və Dış Ticarət Limited Şirkətinin sənədlərini göstərdiyini, bu şirkətlə işləyəcəklərini dediyini, Nümayəndə malı göndərdiyini, sənədlərin də surətinin gəldiyini, ona çek verdiklərini, pulunu ödəyib malı götürdüyünü, o sənədin surətinin gömrükdə, əslinin də Muratda qaldığını, malın heç kimə aktla verilmədiyini, 61.000-lik malın Elxana verildiyini, malın gömrüyə gəldiyini, gömrükdə sayıb, təhvil alıb getdiyini, orada heç bir sənədə qol çəkilmədiyini, mal gələndə on səkkiz min neçə yüz manat rüsum ödənəndə qəbzə qol çəkdiyini, qaiməyə qol çəkilmədiyini bildirdi. Şahid2 məhkəmə baxışı iclasında verdiyi izahatda Nümayəndə tanınmış adam olduğunu, “təkərləri sənin adına vuracağam, rüsumları da özüm ödəyəcəyəm” dediyini, özünün də razı olduğunu, Muratın təkərləri onların anbarına göndərdiyini, Muratın ona “Coşqun gəlib təkərləri götürəcək” dediyini, Coşqunun gəlib təkərləri götürdüyünü, Coşqunu üzdən tanımadığını, onun adına gələn təkərləri götürmədiyini, malların yanacaqdoldurma məntəqəsinin qarşısında qazelə yığıldığını, “bu mallar şəhərə gedəcək” deyildiyini, Muratın malı göndərdikdən bir, iki gün sonra maşın göndərib malı apardığını, gələn malların sayını bilmədiyini, Muratdan öz maşını üçün, bir dəfə də xalasıoğlunun traktoru üçün təkər istədiyini, Nümayəndə yük maşını üçün təqribi 20 ədəd təkər aldığını, bir dəfə də traktor üçün 4 ədəd təkər istədiyini, anbara giriş-çıxış qeydiyyatının aparılmadığını, Muratın “səninlə birlikdə dükan açaq” təklifini qəbul etmədiyini, Nümayəndə ona zəng edib “Coşqun qazel göndərib malı götürəcək” dediyini, lakin Coşqunu görmədiyini, malın Naxçıvan tərəfə keçə bilməsi üçün malın onun adına vurulduğunu, ən çox nə qədər mal gəldiyini bilmədiyini, bir qazel mal gəldiyi olduğunu, elə vaxt olub ki, kamyonun Murata pul ödədiyini, yanacaq Türkiyədə yaxşı pula gedəndə, kamyonlar yük tapa bilməyəndə, Nümayəndə kamyonlardan pul alıb mal verdiyini, Nümayəndə bunların anbarına 10 min dəyərində mal boşaltmış ola biləcəyini, yerlərinə akkumulyator da gətirildiyini, akkumulyatorun paletdə, yaxud açıq gətirilməsini xatırlamadığını bildirdi. 23 sentyabr 2022-ci il tarixli məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid3 21 sentyabr 2022-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq ərizəsində 23 sentyabr 2022-ci il tarixdə şahid kimi izahat verməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə çağırıldığını, məhkəməyə hörmətlə yanaşdığını, amma üzrlü səbəblərə görə məhkəmədə iştirak etməsinin mümkün olmadığını, 2021-ci ilin noyabr ayında Kommersiya Məhkəməsində eyni iş üzrə ifadə verdiyini və suallara cavab verdiyini, onun həmin ifadəsini dəyişmədiyini, düzünü dediyini bildirmiş və həmin ifadəsi ilə kifayətlənərək məhkəmədə iştirak etməməsinin üzrlü qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəməyə şahid qismində dəvət olunmuş Şahid3 21 sentyabr 2022-ci il tarixdə məhkəməyə ünvanladığı, notarial qaydada təsdiq olunmuş ərizəsinin iş materiallarına əlavə edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-49/2021 saylı işi üzrə 16 noyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan çıxarış edilərək Şahid3 ifadəsinin iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Şahid Cabbarov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)- 49/2021 saylı işi üzrə 16 noyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasındakı ifadəsində əvvəlcə Şahid1ı tanıdığını, sonra Elxanla tanış olduqlarını, malı Etibardan götürərək aparıb satdıqlarını, ikinci dəfə mal götürəndə köhnə hesabı verib təzə mal götürdüklərini, əmioğlusunun nənəsinin yasına görə Bakıdan gəlmiş olduğunu, onunla 2017-ci ilin oktyabr ayının ortalarında axşamçağı saat 5 və ya 6-da Etibarın yanına Naxçıvana akkumulyatoru götürməyə getdiklərini, köhnə hesabı verdiyini, Etibarın təzə malın fakturasını yazdığını və “Burada mal yoxdur. Elxan əmi Sirab kəndindədir. Gedirsən Siraba, malımız gəlib oradadır, malı boşaldırlar” dediyini, malı Etibarın istəmiş olduğunu, faktura veriləndə fakturada dəqiq tarixin yazıldığını, Etibarın ona mal yox, faktura verdiyini, Etibarın ona “Fakturanı Elxan əmiyə verərsən malı götürərsən” dediyini, Etibarın yazdığı fakturanı cavabdehlərə verdiyini, 2017-ci ilin oktyabr ayının 12-də nənəsinin rəhmətə getdiyini, 12 oktyabrdan təxminən 10-15 gün sonra malı götürdüyünü, təxminən 3150 manatlıq mal götürdüyünü, malı götürəndə kamazın dayanmış olduğunu, Elxan əmi ilə sürücünün orada olduğunu, Coşqunun da malı boşaltmaq üçün avtokar gətirməyə getdiyini, malın Elxan əmigilin həyətinə boşaldıldığını, oradan malı Nivaya yığdıqlarını, akkumulyator və 8 dənə təkər götürdüyünü, Elxan əminin də “Malın siftəsini sən aparırsan” dediyini, 150 manat malın siftəsinə verdiyini, saat 9 və ya 10-un yarısı malı alıb oradan Ordubada getdiyini, oradan çıxanda Etibara zəng vurub “Malı götürdüm siftəsinə də 150 manat pul verdim, bizim hesabdan 150 manat silərsən” dediyini, 150 manatı sonra ondan heç kimin istəmədiyini, malı Coşqungildən götürüb getdikdən 20-25 gün sonra təxminən noyabrın 15-20-si arası olardı ki, Etibarın zəng vurub “Gəlib hesabı sıfırlayarsınız, bundan sonra Elxan əmi ilə işləyəcəksiniz, mən işləməyəcəyəm” dediyini, pulu aparıb Etibara verdiklərini, noyabr ayında Etibarın dükanda işləməkdə olduğunu, 2017-ci ilin 11-ci ayına qədər Etibarla işlədiyini, mal lazım olanda Etibara akkumulyator və yaxud təkər lazımdır dediyini, mal az olanda dükandan, çox olanda həyətdən götürdüyünü, hamısının da hesabını Etibarla gördüyünü, sonra Elxanla təxminən bir il işlədiklərini, Muraddan mal aldıqlarını, malı yenə həmin qaydada götürdüyünü, malı aparıb satıb, gətirib pulunu verib, təkrar mal götürdüyünü, bütün nə qədər mal gəlirdisə, hamısının dəftərə yazıldığını, bu son aldığı malın nənəsinin yasına görə yadında qalmış olduğunu, yoxsa cavabdehlərdən akkumulyator da almış olduğunu, elə olub 150-200 təkər də aldığını, özünün sadəcə işçi olduğunu, Elxanla digərlərinin aralarında nə problem olduğunu bilmədiyini, işlərinə qarışmadığını, həmişə köhnə borcu verib, təzə malı götürüb getdiyini bildirmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 30 sentyabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada idddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xarici hüquqi şəxsin iddiasını “guya tərəflər arasında mal alış-satışı ilə bağlı razılaşmadan sonra borclu cavabdeh tərəfin öz öhdəliyini yerinə yetirmədiyini və hüquqi şəxsə 173667 manat borcu yarandığını, bundan əlavə məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4800 manat , dövlət rüsumu olaraq ödədikləri 470 manat 47 qəpik, vəkil üçün ödəniş edilmiş 1500 manat pulun X14 və Dış Ticarət Limitid Şirkətinə qaytarılmalı olduğunu” əsaslandırdığını işdə Nümayəndə tərəfindən türk dilində tərib edilmiş və öz imzası ilə imzalanan xx.xx.2017- ci il tarixli “TUTANAK” adlandırlılan sənəd olduğunu, bu sənəd yeganə yazılı razılaşmadır ki, həmin razılaşma əsasında da işin görüldüyünü, hazırlanması və tərtib olunması zamanı həmin sənədin Cavabdeh2 və Şahid1 tərəfindən imzalandığını, Cavabdeh1 sadəcə şahid qismində imza atdığını, qeyd olunan həmin sənədə əsasən “X9 Naxçıvana Şahid1 göndərdiyi akumulyator və təkərlərin dəyəri olan 128000 ABŞ dolları alacağının olduğunu, bu məbləğdən 18000 ABŞ dollarının Şahid1 nəğd aldığını, qalan 110000 ABŞ dolları dəyərində ehtiyat hissələrinin isə anbarda qalıq olaraq qaldığını və bundan əlavə nisyə satılmış malların dəyərinin də bu məbləğə daxil olduğunu, həmin məbləğin Etibarla Cavabdeh2 tərəfindən mallar satıldıqca, nisyələr yığıldıqca Nümayəndə qaytarılacağını, ödəmənin hər ay mallar satıldıqca və pullar yığıldıqca ödənməli olduğunu, hər ay göndərilmiş malların pulunun ödənəcəyini və yeni mallara 7 faizlik gəlir ödənişinin müəyyən olunacağını”, bu tutanakdan (razılaşmadan) və təqdim olunmuş digər sənədlərdən iddiaçı hüquqi şəxsin cavabdehlərlə 2017-ci ilin oktyabr ayında əlaqədə olmağa başladıqlarının müəyyən olduğunu və 128000 ABŞ dolları alacağının olduğunu, bu məbləğdən 18000 ABŞ dollarının Şahid1 nəğd aldığını, qalan 110000 ABŞ dolları dəyərində ehtiyat hissələrinin isə anbarda qalıq olaraq qaldığını və bundan əlavə nisyə satılmış malların dəyərinin də bu məbləğə daxil olduğunu bəyan etdiyini, həmin məbləğin Etibarla Cavabdeh2 tərəfindən mallar satıldıqca, nisyələr yığıldıqca Nümayəndə qaytarılacağını, ödəmənin hər ay mallar satıldıqca və pullar yığıldıqca ödəniləcəyinin qətiləşdirildiyini, bu gün iddiaçı tərəfin həmin razılaşma üzrə öhdəliyin yerinə yetirilmədiyini iddia etdiyini, mövcud mübahisəli işdə iddiaçının qeyd olunan əsaslar üzrə iddia müddətini əldən verdiyini, belə ki, 2017-ci ilin oktyabrından başlanan razılaşmanın yerinə yetirilməsi, yəni anbarda qalan malın və nisyələrin yığılaraq ödənməsi prosesi uğurla davam etməmişdisə, cavabdehlər verdikləri sözü vaxtında və dəqiq tutmayaraq öhdəliyə əməl etməmişdilərsə, borc yaranmışdısa tələb etmək hüququnun da o vaxtdan yarandığını, iddiaçının nümayəndəsi Nümayəndə iddiasında və məhkəmədəki izahatlarında həmin “tutanak “ üzrə pulun ödənmədiyini, sonradan göndərilməsi iddia olunan malların təhvil verilməsinə dair sübut təqdim edə bilmədiyini aşkar ortaya qoyduğunu, tərəflərindən təqdim olunmuş iki vərəqlik sənəddəki qeydlərin onun tərəfindən icra olunduğunu nəzərə alsaq orada da son tarixin dekabr 2017-ci il olması qeyd olunduğundan tələb üzrə iddia müddətinin keçdiyini, ona görə də, hazırki iş üzrə iddia müddətinin tətbiq olunmasının və iddiadan imtina olunmasının məhkəmənin vəzifəsi olaraq ortada olduğunu bildirib, iddiaçı “X14 və Dış Ticarət Limited” Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina olunması və tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada yazılı məhkəmə çıxışı ünvanlamış, çıxışını məhkəmə iclaslarında verdiyi iazahatların məzmununa uyğun əsaslandıraraq, “X14 və Dış Ticarət Limited” Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması tələbinə dair iddiasının rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbər verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İ hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin əsaslandırması: Əvvəla, məhkəmə cavabdehin iddia müddətinin hazırkı iş üzrə tətbiqi ilə bağlı ərizəsində qeyd olunan dəlillərini əsassız sayıb qeyd edir ki, qanunverici əmlak və qeyriəmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 551.2.3-cü maddəsinə əsasən, zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunmalıdır ki, Cavabdeh1 vəkili və nümayəndəsinin müddətin tətbiqi ilə bağlı ərizəsində istinad etdiyi müddətinin bitdiyi tarix göstərilməyən Protokol (tutanak) üzrə iddia müddətinin axımı həmin protokolun imzalandığı andan deyil, tərəfin iddia etdiyi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarlar). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2017-2019-cu illər ərzində öz aralarında malların alğı-satqısını həyata keçirmiş, 2019-cu ilin oktyabr ayında fəaliyyətlərini dayandırmış və öz aralarında hesablamalar aparmışlar. Bundan sonra iddiaçı tərəf həmin hesablamaların yanlış olduğu qənaətinə gələrək, məhkəməyə müraciət etmişdir. Bunula da iddia tələbində qeyd edilən məbləğdə pulun qaytarılmasını tələb etməklə, həmin vaxtdan hüququnun pozulduğunu bilmiş, əvvəlcə 06 noyabr 2020-ci il tarixli iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə sonradan 2022-ci ilin mart ayında Naxçıvan MR Kommersiya Məhkəməsinə təkrar iddia verərək nəticədə iddia müddətini ötürməmişdir. Ona görə də cavabdeh tərəfin tətbiq edilməsi üçün verdiyi iddia müddətinin keçməsi barədə ərizəsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələri əsas götürülməlidir. Hazırkı işdə bu əsaslar müəyyən edilməklə, cavabdeh tərəfdən qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcuddur. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı hallar müəyyən edilir: iddiaçının göndərdiyi mübahisəli mallar hüquqi əsas olmadan cavabdehin mülkiyyətinə keçmiş, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsi ilə 1092.1 və 1092.2-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə mərhum olana məxsus olmuş əmlak olmalıdır. Hazırkı işin halları isə ondan ibarətdir ki, həmin malların əldə edilməsi üçün sərf olunan pul vəsaiti bilavasitə iddiaçıya məxsus olmuşdur. Buna görə də iddiaçı hazırkı işdə həmin pul vəsaiti və onun hesabına əldə olunan qazancdan pay alınması tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmənin mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş faktura mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşılmalı, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar adət, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə məcmu halında qiymətləndirilməlidir. Məhkəmə iddiaçı tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normaların tələbləri baxımından həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında qeyri-rəsmi, hesablaşma qaydası və forması müəyyənləşdirilmədən iddiaçı tərəfindən satılması üçün cavabdeh tərəfə avtomobil şinləri, akkumulyatorları və s. avtomobil ehtiyat hissələrinin göndərilməsi və cavabdeh tərəfin də həmin alınan mallar üçün müəyyən edilmiş pul məbləğinin iddiaçı tərəfə ödənilməsinə dair qarşılıqlı öhdəlik münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəf cavabdeh tərəfə satılması üçün mal verməsini və həmin mallar üçün müəyyən edilmiş pul məbləğinin almamasını qismən sübuta yetirmişdir. Ona görə iddiaçı tərəf sübutetmə vəzifəsindən azad olunmuş və növbəti sübutetmə mərhələsi cavabdeh tərəfə keçmişdir. Verilən malın pulunun hamısının iddiaçıya qaytarılması halını cavabdeh tərəfin sübut etməli olduğu halda cavabdeh tərəf qalan məbləğin qaytarılmasını sübuta yetirə bilməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından Şahid1 və Şahid3 məhkəməyə verdiyi ifadələrindən müəyyən olunur ki, 60.903 ABŞ dolları məbləğdə mallar iş üzrə Cavabdeh2 tərəfindən qəbul edilmiş və həmin mallar Sirab kəndində yerləşən Cavabdeh2 məxsus anbara boşaldılmışdır. Bununla da iş materiallarında olan Şahid1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli faktura üzrə cavabdehin iddiaçıdan 60.903 ABŞ dolları məbləğdə mal alması işin faktiki halları və şahid ifadələrilə təsdiqini tapmışdır. Lakin cavbdeh tərəf həmin malların pulunun iddiaçı tərəfə ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq da iddia tələbi yalnız həmin hissədə öhdəliyin mövcudluğu baxımından öz təsdiqini tapmışdır. Məhkəmə icraatı zamanı - tərəflər arasında barışıq sazişinin bağlanılacağı təqdirdə ilkin olaraq 10000 (on min) manat və sonrakı üç il ərzində əlavə 50000 (əlli min) manat pulun iddiaçı tərəfindən yeni göndəriləcək malların satılmasından götürüləcək mənfəətin hesabına cavabdehlər tərəfindən iddiaçı tərəfə ödənilməsi barədə barışığa dair müzakirələr aparılmış, lakin iddiaçı tərəfin razılığa gəlməməsi səbəbindən barışıq mümkün olmamışdır. Bu halın isə alınmış mallar üzrə cavabdehlər tərəfindən müəyyən məbləğin hələ də ödənilməmiş qalması ehtimalını daha da gücləndirməsi gözardı edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız Şahid1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli faktura üzrə 60.903 ABŞ dolları həcmində alınmış akkumulyatorlara dair hissədə sübuta yetirə bilmişdir. Bunula belə həmin mallara görə Cavabdeh2 tərəfindən ödənilmiş rüsum məbləği həmin məbləğdən çıxılmalıdır. Belə ki, iddiaçı həmin halı iddia ərizəsində qeyd etməklə, məhkəməyə verdiyi izahatında bildirmiş və Şahid1 məhkəməyə verdiyi ifadəsində həmin məbləğin Cavabdeh2 tərəfindən odənilməsini təsdiq etmişdir. İddiaçı tərəf həmin malların daşınması ilə bağlı nəqliyyat xərclərinin ödənilməsi barədə hər-hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın obyekti iddiaçının əldə etməyə çalışdığı müəyyən pul məbləğidir. İddianın predmetini isə iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququnun (tələb etmək hüququnun) olması təşkil edir. Ona görə də, məhkəmə iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi Babək Rayon Məhkəməsi tərəfindən təyin edilən, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilən “Məhkəmə əmtəəşünaslıq ekspertizası” rəyinin tədqiq edilərək qiymətləndirilməsinə lüzum görmür. Şərh olunanlara və işin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv tələbləri iddianın qismən təmin edilməsini şərtləndirir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı X14 və Dış Ticarət Limited Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması tələbi barədə iddiası qismən təmin edilməli, iddiaçı tərəfin həmin mallara görə ödədiyi 60903 ABŞ dolları (Azərbaycan manatının ABŞ dollarına qarşı 1 ABŞ dolları = 1,70 AZN nisbətində hesablanmaqla) faktura dəyəri və tərəflər arasında imzalanmış birgə fəaliyyəti tənzimləyən protokolda malların üzərinə qoyulub satılması üçün razılaşdırılmış 7% ümumi mənfəətin iddiaçı tərəfə məxsus olan 50% hissəsi də həmin məbləğin üzərinə gəlinməklə və cavabdeh tərəfin ödədiyi 18966 manat rüsum məbləği çıxılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 63425 (altmış üç min dörd yüz iyirmi beş dollar) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı X14 və Dış Ticarət Limited Şirkətinə ödənilməlidir.
1. Malların faktura dəyəri 60903 ABŞ dolları (103535.10 manat).
2. Mallara görə cavabdeh tərəfindən ödənilmiş gömrük rüsumu 18966 manat.
3. Malların ümumi maliyyəti (60903×1,7)+18966=122501.10 manat.
4. Razılaşmaya əsasən malların maliyyətinin üzərinə 7% mənfəət əlavə edilir 122501.10×7%=8575 manat
5. Əldə olunmuş mənfəət tərəflər arasında 50% miqdarında (8575:2=4287.50) bölünməlidir.
6. Malların satışından daxil olmuş ümumi vəsaitin cəmi 131076.10 (122501.10+8575) manat.
7. Cavabdeh tərəfdən ödənilmiş 18966 manat gömrük rüsumu ümumi satış məblğindən çıxılır.
8. Cavabdehə düşən mənfəətin 50%-i olan 4287.50 manat ümumi satış məbləğindən çıxılır.
9. İddiaçı tərəfə ödənilməli məbləğ 107822.60 manat (63425 ABŞ dolları) müəyyənləşdirilir. Bundan başqa X12 və Xarici Ticarət LTD Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun olaraq məhkəməyə verdiyi izahatında gömrük bəyənamələri və fakturalara apostil aldıqlarını bildirmiş, həmin sənədlərin tərcüməsi və təsdiqi üçün 4800 manat xərclədiyini bildirərək həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin vəkil üçün ödənilən 1500 (bir min beş yüz) manat məbləğdə pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin bu halı təsdiq edən, yəni “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” üzrə verilməli olan məbləğin nağd qaydada ödənilməsini təsdiq edən qəbz və ya həmin məbləğin nağdsız hesablaşma yolu ilə bank hesabına ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməli, iddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş 4800 (dörd min səkkiz yüz) manat, dövlət rüsumu və mediasiya sessiyası üçün ödənilmiş 470.47 (dörd yüz yetmiş manat qırx yeddi qəpik) manat məbləğində məhkəmə xərclərinin cəminə uyğun olaraq ümumilikdə 3267.60 (üç min iki yüz almış yeddi manat altmış qəpik) manat tələblərin məbləğinə mütənasib olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddiaçı X14 və Dış Ticarət Limited Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 63425 (altmış üç min dörd yüz iyirmi beş dollar) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı X14 və Dış Ticarət Limited Şirkətinə ödənilsin. İddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş məhkəmə xərclərinin cəminə uyğun olaraq, ümumilikdə 3267.60 (üç min iki yüz almış yeddi manat altmış qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov.