Məhkəmə qərarları › İş №e-2-2(123)-360/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-360/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-360/2024 16.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və cavabdeh “Araz-Naxçıvan” X9 İctima Birliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Araz-Naxçıvan” Peşəkar X2rşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 21 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Araz-Naxçıvan” X9 İctima Birliyindən "xxxx" MMC-nin xeyrinə 99.685,14 (doxsan doqquz min altı yüz səksən beş manat on dörd qəpik) manat, eləcə də dövlət rüsumu üçün ödənilmiş 389,06 (üç yüz səksən doqquz manat altı qəpik) manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində cavabdeh “Araz Naxçıvan” X9 İctimai Birliyi ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2022-ci il tarixli, 10502202 saylı “alqı-satqı müqaviləsi”nə əsasən satıcı qismində çıxış edən "xxxx" MMC, alıcı kimi çıxış edən “Araz Naxçıvan” Peşəkar X1 qadağan olunmayan malları satmağı, alıcı isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürdüyünü, müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müvafiq mühasibat sənədləri ilə rəsmiləşdirilməklə cavabdeh “Araz Naxçıvan” X9 İctimai Birliyinə, ümumilikdə 99.685,16 manat məbləğində mal satıldığını, sözügedən müqavilənin “Ödəniş şərtləri”ni tənzimləyən 5.1-ci bəndinin tələbinə görə Alıcının sifariş olunan malın dəyərini Satıcının təqdim etdiyi hesab fakturanı aldıqdan sonra 180 iş günü ərzində köçürmə yolu ilə onun hesabına ödəməli olduğunu, yuxarıda sözügedən müqavilənin imzalandığı andan qüvvəyə mindiyini və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirdiyini, hazırkı vaxtadək “Araz Naxçıvan” X9 İctimai Birliyinə yuxarıda sözügedən müqavilə üzrə satılan məhsulların dəyərinin, ümumilikdə 99.685,14 manat məbləğində (ƏDV daxil) olduğunu, cavabdeh “Araz Naxçıvan” X9 İctimai Birliyinə xx.xx.2022-ci il tarixli, EBBY 180416 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCD 441243 nömrəli və xx.xx.2023-cü il tarixli, EBCN 809106 nömrəli elektron qaimələr təqdim edilsə də, cavabdehin, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etmədiyini, beləliklə də cavabdeh “Araz Naxçıvan” X9 İctimai Birliyinin "xxxx" MMC-yə 99.685,14 (doxsan doqquz min altı yüz səksən beş manat on dörd qəpik) manat borcunun yarandığını, bununla bağlı tərəflərindən xx.xx.2024cü il tarixində vergi internet idarəsinin onlayn kargüzarlığından cavabdeh “Araz Naxçıvan” X9 İctimai Birliyinə pretenziya göndərildiyini, lakin sözügedən pretenziyaya heç bir cavab verilmədiyini, odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurətin yarandığını bildirərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 399.4, 430.1, 448.1-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 24 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “Araz- Naxçıvan” X9 İctimai Birliyi arasında alqı-satqı müqavilə bağlandığını, elektron qaimələr ilə malların alıcıya təhvil verildiyini, cavabdehin müqavilə üzrə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmədiyini, iddianın təmin olunmasını xahiş edildiyini bildirmişdir. 24 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul edərək Araz-Naxçıvanın alqı-satqısı olduğunu, lakin qoyulan yerin Araz-Naxçıvananın stadionu olmadığını, qoyulan yerin Naxçıvan Muxtar Respublika stadionu olduğunu, onun da Naxçıvan MR Gənclər və İdman Nazirliyinin balansında olduğunu, 6-7 ay bundan əvvəl Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Futbol Federasiyasının istifadəsi üçün verildiyini bildirmişdir. 16 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddialarının təmin edilməsi barədə qərar qəbul edilməsini bildirmişdir. 16 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul edərək bu məsələlərin rəhbərlik arasında həll olunmalı olduğunu, dəyişiklikdən sonra belə halların yarandığını bildirərək ifadəsini bitirmişdir. İş materiallarında olan: 03 may 2022-ci il tarixli, 10502202 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə (bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 (bundan sonra "Satıcı" adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "Araz Naxçıvan" X9 ictimai Birliyinin direktoru X4 (bundan sonra "Alıcı" adlandırılacaq) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya qanunla qadağan olunmayan malı satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. 03 may 2022-ci il tarixli, 10502202 saylı alqı-satqı müqaviləsinə 001 nömrəli, 03 may 2022ci il tarixli əlavə razılaşmadan görünür ki, bu əlavə razılaşma ilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "Araz Naxçıvan" X9 İctimai Birliyinin direktoru X4 - qiyməti 25 556.95 manat olan 1 ədəd çim biçmə maşını, dəyəri 851.90 manat olan 1 ədəd çizgi maşını, dəyəri 5 030.06 manat olan 1 ədəd çizgi maşını üçün fırça kasetinin alıcıya verilməsi barədə əlavə razılığa gəlmişlər. 03 may 2022-ci il tarixli, 10502202 saylı alqı-satqı müqaviləsinə 002 nömrəli, 21 avqust 2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, bu əlavə razılaşma ilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "Araz Naxçıvan" X9 İctimai Birliyinin direktoru X4 - qiyməti 65 909.84 manat olan 80 ədəd projektor 400 W-6500K-nın alıcıya verilməsi barədə əlavə razılığa gəlmişlər. 03 may 2022-ci il tarixli, 10502202 saylı alqı-satqı müqaviləsinə 003 nömrəli, 29 dekabr 2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, bu əlavə razılaşma ilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "Araz Naxçıvan" X9 İctimai Birliyinin direktoru X4 - qiyməti 2 336.40 manat olan 66 ədəd futbol topunun alıcıya verilməsi barədə əlavə razılığa gəlmişlər. 13 iyun 2022-ci il tarixli, 180416 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Araz- Naxçıvan” X9 İctima Birliyinə 31,438.90 (otuz bir min dörd yüz otuz səkkiz manat doxsan qəpik) manat dəyərində mal təqdim etmişdir. 08 sentyabr 2022-ci il tarixli, 441243 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Araz- Naxçıvan” X9 İctima Birliyinə yekun məbləği 65,909.84 (altmış beş min doqquz yüz doqquz manat səksən dörd qəpik) manat dəyərində mal təqdim etmişdir. 30 yanvar 2023-cü il tarixli, 809106 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Araz- Naxçıvan” X9 İctima Birliyinə yekun məbləği 2336.40 (iki min üç yüz otuz altı manat qırx qəpik) manat dəyərində mal təqdim etmişdir. 13 iyun 2022-ci il tarixli, 180416 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi qiyməti 31,438.90 (otuz bir min dörd yüz otuz səkkiz manat doxsan qəpik) manat olan 1 ədəd DENNİS G860 SİLİNDİR BİÇAKLİ ÇİM BİÇMƏ MAKİNƏSİ, 1 ƏDƏD İTM 1210 LİNEMAKER RULOLU SAHA ÇİZGİ MAKİ. (10LT), 1 ədəd DENNİS G860 FİRÇA KASETİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən “Araz-Naxçıvan” X9 İctima Birliyinə təhvil verilmişdir. 08 sentyabr 2022-ci il tarixli, 441243 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi qiyməti 65,909.84 (altmış beş min doqquz yüz doqquz manat səksən dörd qəpik) manat olan 80 ədəd 400 W PROJEKTOR 6500 K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən “Araz- Naxçıvan” X9 İctima Birliyinə təhvil verilmişdir. 30 yanvar 2023-cü il tarixli, 809106 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi qiyməti 2336.40 (iki min üç yüz otuz altı manat qırx qəpik) manat olan 66 ədəd top "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən “Araz-Naxçıvan” X9 İctima Birliyinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hökümət ödəniş portalı vasitəsilə 389,68 (üç yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş 03 may 2022-ci il tarixli, 10502202 saylı alqı-satqı 13 iyun 2022-ci il tarixli, 180416 nömrəli, 08 sentyabr 2022-ci il tarixli, 441243 nömrəli və 30 yanvar 2023-cü il tarixli, 809106 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ilə malların alıcıya təhvil verilməsi təsdiq edildiyindən satıcının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi müqavilədə göstərilən müddətdə icra etməmiş, buna görə də satıcı “Araz-Naxçıvan” X9 İctima Birliyinə 14 fevral 2024-cü il tarixdə elektron məktub göndərilərək, yaranmış borc məbləğinin 15 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin buna baxmayaraq alıcı tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 03 may 2022-ci il tarixli, 10502202 saylı alqısatqı müqaviləsi üzrə “Araz-Naxçıvan” X9 İctima Birliyinin iddiaçıya 99.685,14 (doxsan doqquz min altı yüz səksən beş manat on dörd qəpik) manat borcu yaranmışdır. Qeyd olunan borcun yaranması iş materiallarında olan elektron qaimə-fakturalarla və təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 99.685,14 (doxsan doqquz min altı yüz səkdən beş manat on dörd qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 269 manat 06 qəpik = 389,06 (üç yüz səksən doqquz manat altı qəpik) manat olaraq müəyyən edilir. Qeyd olunan dövlət rüsumunun məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Araz-Naxçıvan” Peşəkar X2rşı pul tələbi barədə ərizəsi təmin edilərək, cavabdeh “Araz-Naxçıvan” X9 İctima Birliyindən 99.685,14 (doxsan doqquz min altı yüz səksən beş manat on dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 389,06 (üç yüz səksən doqquz manat altı qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Araz-Naxçıvan” X9 İctima Birliyindən 99.685,14 (doxsan doqquz min altı yüz səksən beş manat on dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 389,06 (üç yüz səksən doqquz manat altı qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar