Məhkəmə qərarları › İş №e-2-2(123)-364/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-364/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-364/2024 09.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 27 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. İddia tələbinin təmin edilməsi, 2. Cavabdehdən 22100,36 AZN məbləğində əsas borc, 98,49 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 22.198,85 AZN məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı (bundan sonra “İddiaçı” və ya “Satıcı”) (VÖEN: **********) və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsi (“bundan sonra “Cavabdeh” və ya “Alıcı”) (VÖEN: **********) arasında olmuş şifahi razılaşmaya əsasən satıcının razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcının isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürdüyünü, tərəflər arasında olan şifahı razılaşmaya əsasən, iddiaçı tərəfindən 679914,31 AZN (altı yüz yetmiş doqquz min doqquz yüz on dörd manat, otuz bir qəpik) dəyərində olan malların və xidmətlərin təhvil verilməsinə, müxtəlif tarixli elektron qaimə-fakturaların təqdim edilməsinə baxmayaraq, bugünki günə kimi cavabdeh tərəfindən ümumi məbləğdən yalnız 652813,95 AZN (altı yüz əlli iki min səkkiz yüz on üç manat, doxsan beş qəpik) məbləğində ödəniş həyata keçirdiyini, həmçinin, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində tərtib edilən “Üzləşmə Aktı” ilə cavabdehin iddiaçıya 22100,36 AZN (iyirmi iki min yüz manat, otuz altı qəpik) məbləğində borcunun yarandığını etiraf edərək, həmin məbləği geri ödəməyi öhdəsində götürdüyünü, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləğinin iddiaçıya ödənilmədiyini, cavabdehin iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıdığını, belə ki, iddiaçıya məxsus 22100,36 AZN pul məbləğini cavabdehin əsassız olaraq saxlamaqla ondan faydalandığını, geri qaytarmadığını, nəticədə, iddiaçının cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə nəzərdə tutulan faizləri tələb etmək hüququnun yarandığını, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməli olduğunu, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, borc məhkəmə qaydasında tutulduqda məhkəmənin kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə biləcəyini, iddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq iddiaçının xx.xx.2024-cü il tarixindən etibarən ona geri qaytarılmalı olan 22100,36 AZN əsas borc məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malik olduğunu (hazırda uçot dərəcəsi 7.75 faizdir), cavabdehin iddiaçıya MM-nin 449.1-ci maddəsinə əsasən xx.xx.2024- xx.xx.2024-cü illər aralığında gecikməyə görə 440 (dörd yüz qırx) AZN məbləğində faiz borcu yaranmış olduğunu, hesablama qaydasının: (22100,36*7.75%)/365 gün=4,69–1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcunun–4,69*21 gün=98,49 AZN təşkil etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında MM-nin 449.1-ci maddəsinin mətnində qeyd edilən “faydalanma” ifadəsinin hərfi mənasının pul vəsaitindən şəxsin öz tələbatı üçün istifadə olduğunun qeyd edildiyini və istifadədən əldə edilən faydanın gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola biləcəyinin qeyd edilsə də, əldə edilən faydanın hansı qaydada sübut ediləcəyinə və ümumiyyətlə, sübutetmənin mümkünlüyü məsələsinə toxunulmadığını, lakin iddiaçının cavabdehə məxsus olan pul vəsaitini özündə saxlamaqla həmin vəsaitdən hansısa formada faydalandığı kifayət qədər aşkar olmaqla əlavə olaraq sübut edilməsinə də gərək olmadığını, həmin pul vəsaitinin sadəcə adi mülki dövriyyə şəraitində istifadəsinin belə müəyyən müddət ərzində faydanın əldə edilməsi ilə nəticələndiyini, məntiqli olaraq da həmin vəsaitdən ehtimal edilən faydalanmanın minimum məbləği hesab edilən bank uçot dərəcəsi ilə faizin ödənilməsinin müəyyən edildiyini, uçot dərəcəsinin ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsinin nəzərə alınaraq təyin edildiyini, məhz 449.1ci maddədə də məbləğ üzərinə hesablanan faizin uçot dərəcəsi əsasında müəyyən edilməsi həm pul vəsaitini özündə saxlayan borclunun qanunsuz hərəkətindən faydalanmasının qarşısını almaq məqsədini, həm də saxlanan pul vəsaitinin keçən zaman ərzində dəyər itirməsi nəticəsində kreditorun məruz qaldığı zərəri qarşılamaq məqsədi daşıdığını, iddiaçının həmin pul vəsaitindən faydalanaraq əlavə gəlir əldə etmə hüququndan da məhrum olmuş olduğunu,“əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər” müddəası da (MM. M.449.3) bir növ sözügedən zərərin mövcudluğunu və həmin zərərin uçot dərəcəsi əsasında hesablanması qaydasını təsdiq etdiyini, beləliklə, 22100,36 AZN məbləğində əsas borc, 98,49 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 22.198,85 AZN məbləğində borcun iddiaçının cavabdehə qarşı mülki iddiasının cəmi predmetini təşkil etdiyini, odur ki, AR Mülki-Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsinə iddianın verilməsini nəzərdə tutan 12-ci fəslinin tələblərinə uyğun formada, iddiaçının ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə mülki hüquqlarının məhkəmədə müdafiəsinin həyata keçirilməsinə ehtiyac yarandığını, cavabdeh tərəfindən kommersiya mübahisəsinin pretenziya qaydasına riayət olunduğunu, 08 aprel 2024-cü ildə iddiaçı tərəfindən cavabdehə qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərildiyini və Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına uyğun olaraq 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılmasının tələb edildiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 12 iyul 2024-cü il tarixdə Naxçıvan muxtar Respublikası İqtisadiyyat Nazirliyi məhkəmə tərəfindən cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesdə iştiraka cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə 18 iyul 2024-cü il tarixdə Naxçıvan MR X1 Dövriyyəsi Sistemi vasitəsilə “Üçüncü şəxsin dəyişdirilməsi barədə” 17 iyul 2024-cü il tarixli, 1182/2024 saylı ərizə daxil olmuşdur. Məhkəmə həmin ərizəni nəzərə alaraq cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb olunmasını qərara almışdır. Keçirilən məhkəmə iclaslarında verdiyi izahında iddiaçının nümayəndəsi Nümayəndə2 görülən işlərin, xidmətlərin müqabilində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin onlara 22.198,85 manat borcu olduğunu, tələblərinin həmin borcun qaytarılması olduğunu, iddianı müdafiə etdiklərini bildirmişdir. Keçirilən məhkəmə iclaslarında verdiyi izahında cavabdehin nümayəndəsi Nümayəndə1 cavabdeh qismində qoyulmuş idarənin ləğv olunduğunu, bu səbəbdən ona qarşı iddia tələbinin irəli sürülməsinin düzgün olmadığını, eləcə də bütün materialların İqtisadi İnkişaf Nazirliyinə təhvil verildiyini, borcun olduğunu, lakin pul məbləğini bunların Forma-2-yə salıb onlara verməli olduqlarını, buna riayət olunmadığını, Forma-2 yazılmadığını, Komitənin də pulu ödəmədiyini, həmin vaxt Forma-2 yazılmalı olduğunu, Komitənin isə onun əsasında həmin pulu onların idarəsinə ödəməli olduğunu, onların materialı hər hansı təşkilatdan alıb aparıb obyektdə istifadə etdiklərini, onun Forma-2-yə düşdüyünü, Forma-2-dən Komitənin onlara pulu verdiyini, nə qədər material almışlarsa onların pulunu ödədiklərini, son dəfə Aza körpüsündə işləmək üçün dağdan daş aparıb yonduqlarını, həm də oranı onların işləmədiyini, adın onların olduğunu, komitənin işçilərinin iştirak etdiyini, göstəriş verildiyini və tikintinin Ordubadda getdiyinə görə sənədləşdirmənin onların adlarına aparıldığını, komitənin işçilərinin materialı dağdan yığıb aparıb iddiaçı təşkilatın sexinə verdiklərini, yonulub və təzədən gətirib işlətdiklərini, bu qədər dəyəri olduğunun müəyyən olunduğunu, bunu da ödəmək üçün Forma-2 yazılıb təsdiq olunmalı olduğunu, həmin vaxt Maliyyə Nazirliyi həmin məsələyə baxdığını, o vaxt iddiaçı təşkilat tərəfdən heç kəsin gedib bu qiymətin haradan yaranması barədə qiyməti təsdiq etdirmədiyini, Forma-2-yə salmadıqlarını, materialın pulunun Komitə tərəfindən onların idarəsinə verilmədiyini, Forma-2 yazılmamağının səbəbi də dəyişikliklər olduğunu, qalsın yazda edərik dediklərini, yazda da edilmədiyini, onun neçə dəfə telefon əlaqəsi saxlayaraq iddiaçı təşkilata, qiyməti maliyyədən təsdiqlədin, Forma-2 yazılsın, pul ödənilsin bizim idarəyə, biz də ödəyək sizə – deyə bildirdiyini, cavabdeh əslində komitə olduğunu, bu məsələnin Komitə ilə həll olunmalı olduğunu, Komitənin məhkəməyə cəlb olunmalı olduğunu, onun əmrinin verilib və işdən azad olunduğunu, idarə İqtisadi İnkişaf Nazirliyinə verildiyini, düzdür, sənəd onun adına olduğunu, amma ödənişi almaq üçün mütləq Komitəyə müraciət etmək lazım olduğunu, bunun balansda da olduğunu, onların İqtisadi İnkişaf Nazirliyinə də, onların idarəsinin bu qədər məbləğdə -iyirmi iki min yüz manat borcu olduğunu bildirdiklərini, orada da səbəbini Forma-2-yə salınıb onlara verilmədiyini yazdıqlarını, onların İqtisadi İnkişaf Nazirliyinə balansı, arayışı təqdim etdiklərini, idarənin nə maşınmexanizmi var hamısını o quruma təhvil verdiklərini, onların heç nəyə cavabdeh olmadıqlarını, bu haqda maraqlandını, körpünün tikintisinin Yol İdarəsinin balansına verildiyini, tikili tam qurtarmadığını, Forma 2 üzrə dövlət tərəfindən ödənilməli olan məbləğ olduğunu, onun onlarla danışdığını, “bəli, həmin iş görülüb, daşlar verilib, İddiaçı MMC tərəfindən yonulub, gətirib istifadə etmişik, lakin dövlət tərəfindən ödənişlər olmayıb ki, onların pulunu verək. Dedilər əgər onlar gedib Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və ya Naxçıvan MR Maliyyə Nazirliyindən tələb etsələr ki, bu qədər alacağımız var, pul ödənilər Yol İdarəsinə, biz də onların pulunu ödəyərik” - dediklərini, onların idarəsi ilə iddiaçı təşkilat arasında yazılı müqavilə olmadığını, işlərin şifahi razılaşma əsasında aparıldığını, üzləşmə aktını bəli, onların imzaladıqlarını, lakin işlərin onlar tərəfindən deyil, Komitə tərəfindən görüldüyünü, Komitə götürdüyü işçiləri rəsmi formada işlətmək üçün onlara tapşırıq verdiyini, işlərin sadəcə onların idarəsinin adından görüldüyünü, o vaxt onların, pulu ödəməsi və həmin pulu iddiaçı təşkilata vermələri üçün Forma 2 tərtib etdiklərini, İyirmi iki min yüz manat dəyərində material olduğunu, onun qiymətləndirilməsilə Naxçıvan MR Maliyyə Nazirliyi razılaşmadığını, qiymətlərə dair sənəd tələb etdiklərini, lakin iddiaçı tərəfdən heç kəs bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə getmədiyini, onlara baş idarədən “onlardan mal alın, qiymətlərlə də razılaşın” – deyə göstəriş verildiyini, bu qiymətlərin Forma 2-yə düşməmiş onlara ödəniş edə bilmədiklərini bildirmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, xidməti müqavilə üzrə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin İddiaçınə ƏDV xaric, qalıq borcu 22100,36 AZN-dir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 28582,16 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 47550,24 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 29253,30 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 64207,49 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 54897,76 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 71843,77 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 49905,72 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 33583,10 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 84,96 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 6839,28 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 47511,54 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 72570,04 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 48694,18 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 52496,03 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 64327,86 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 46722,32 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 42291,90 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 15020,73 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 40706,58 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 75447,12 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 47350,34 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 38066,26 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 37835,69 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 65971,94 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 66614,87 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 56446,79 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 53847,17 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 28276,28 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 130,56 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 14352,04 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 48840,67 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 73323,27 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 44591,78 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 74522,39 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 89024,68 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 83676,43 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 67920,40 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 38701,73 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 7783,78 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 29846,22 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 62188,01 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 61733,34 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 82563,58 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 113982,58 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 80348,22 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 99620,57 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 99288,56 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 97654,35 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 67778,60 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə 1394,88 manat dəyərində mallar təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimələrə əsasən müəyyən edilir ki, mallar həqiqətən də İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə təqdim edilmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, iddiaçının tələb etdiyi 22100,36 manat məbləğində əsas borc, üzləşmə aktında ƏDV xaric qalıq borcu kimi müəyyən olunmuş və həmin üzləşmə aktı İddiaçı və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi direktoru tərəfindən imzalanmışdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, lakin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi öhdəliyini icra etməmişdir. Belə ki, İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinə mallar təqdim edilmiş, lakin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən malların dəyərinin bir hissəsi ödənilsədə qalan borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında sənədin onun adına olduğunu, bunu da ödəmək üçün Forma-2 yazılıb təsdiq olunmalı olduğunu, Maliyyə Nazirliyi həmin məsələyə baxdığını, o vaxt iddiaçı təşkilat tərəfdən heç kəsin gedib bu qiymətin haradan yaranması barədə qiyməti təsdiq etdirmədiyini, Forma-2-yə salmadıqlarını, materialın pulunun Komitə tərəfindən onların idarəsinə verilmədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi izahatında iddiaçı təşkilata borclarının olduğunu qeyd etmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyindən qeyd edilən bu izahatın məzmununu etiraf kimi deyil, mülki prosessual məcəllənin 76.2-ci maddəsinə əsasən cavabdeh tərəfin borcunun olmasını təsdiq edən sübut kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə məhkəmə, gecikmə faizi olaraq 98,49 AZN məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 98,49 AZN manat faizin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin Məhkəmə iddia ərizəsində 674914.31 manat rəqəminin, gecikməyə görə faiz borcu olaraq göstərilmiş 440 manat rəqəminin və Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına uyğun olaraq 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılması tələb edilmişdir cümləsinin iddiaçının nümayəndəsinin qeyd etməsinə əsasən texniki səhvlik olaraq qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəf öz tələbində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsə də, lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə istinad edərək qətnamədə dövlət rüsumu ilə bağlı məsələni həll etməlidir. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 156,60 (bir yüz əlli altı manat altmış qəpik) dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə 157 (bir yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu ödəyərək 0,40 (qırx qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan ödənilmiş 157 (bir yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun 156,60 (bir yüz əlli altı manat altmış qəpik) manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,40 (qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən (VÖEN-**********) 22100,36 AZN (iyirmi iki min yüz manat, otuz altı qəpik) manat məbləğində əsas borc və 98,49 (doxsan səkkiz manat qırx doqquz qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 22.198,85 (iyirmi iki min yüz doxsan səkkiz manat səksən beş qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 156,60 (bir yüz əlli altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməli, artıq ödənilmiş 0,40 (qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən (VÖEN-**********) 22100,36 AZN (iyirmi iki min yüz manat, otuz altı qəpik) manat məbləğində əsas borc və 98,49 (doxsan səkkiz manat qırx doqquz qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 22.198,85 (iyirmi iki min yüz doxsan səkkiz manat səksən beş qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 157 (bir yüz əlli yeddi manat) dövlət rüsumunun 156,60 (bir yüz əlli altı manat altmış qəpik) manat hissəsi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilsin. İddaçı tərəfindən artıq ödənilmiş 0,40 (qırx qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar