Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-365/2024 09.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 27 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. İddia tələbinin təmin edilməsi, 2. Cavabdehdən 98842,15 AZN məbləğində əsas borc, 440 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 AZN məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Arkoz Travertin-Mərmər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İddiaçı” və ya “Satıcı”) (VÖEN: **********) və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon idarəsi (“bundan sonra “Cavabdeh” və ya “Alıcı”) (VÖEN: **********) arasında olmuş şifahi razılaşmaya əsasən satıcının razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcının isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürdüyünü, tərəflər arasında olan şifahı razılaşmaya əsasən, iddiaçı tərəfindən 387763,20 AZN (üç yüz səksən yeddi min yeddi yüz altmış üç manat iyirmi qəpik) dəyərində olan malların və xidmətlərin təhvil verilməsinə, müxtəlif tarixli elektron qaimə-fakturaların (Qoşma 1: elektron qaiməfakturalar) təqdim edilməsinə baxmayaraq, bugünki günə kimi cavabdeh tərəfindən ümumi məbləğdən yalnız 288921,05 AZN (iki yüz səksən səkkiz min doqquz yüz iyirmi bir manat, beş qəpik) məbləğində ödənişin həyata keçirildiyini, həmçinin, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində tərtib edilən “Üzləşmə Aktı” (Qoşma 2: Üzləşmə aktı) ilə cavabdehin iddiaçıya 98842,15 AZN məbləğində borcunun yarandığını etiraf edərək, həmin məbləği geri ödəməyi öhdəsində götürdüyünü, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləğinin iddiaçıya ödənilmədiyini, cavabdeh iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıdığını, belə ki, iddiaçıya məxsus 98842,15 AZN pul məbləğini cavabdehin əsassız olaraq saxlamaqla ondan faydalandığını, geri qaytarmadığını, nəticədə, iddiaçının cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə nəzərdə tutulan faizləri tələb etmək hüququ yarandığını, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğunu, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə biləcəyini, iddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq, iddiaçının xx.xx.2024-cü il tarixindən etibarən, ona geri qaytarılmalı olan 98842,15 AZN əsas borc məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malik olduğunu (hazırda uçot dərəcəsi 7.75 faiz olduğunu), bunun isə cavabdehin iddiaçıya MM-nin 449.1-ci maddəsinə əsasən, xx.xx.2024-xx.xx.2024-cü illər aralığında gecikməyə görə 440 (dörd yüz qırx) AZN məbləğində faiz borcunun yaranmış demək olduğunu, hesablama qaydasının: (98842,15x7.75%) / 365 gün=20,98 – 1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcunun – 20,98x21 gün=440 AZN təşkil etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında MM-nin 449.1-ci maddəsinin mətnində qeyd edilən “faydalanma” ifadəsinin hərfi mənasının pul vəsaitindən şəxsin öz tələbatı üçün istifadə olduğunun qeyd edildiyini və istifadədən əldə edilən faydanın gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola biləcəyi qeyd edilsə də, əldə edilən faydanın hansı qaydada sübut ediləcəyinə və ümumiyyətlə, sübutetmənin mümkünlüyü məsələsinə toxunulmadığını, lakin iddiaçının cavabdehə məxsus olan pul vəsaitini özündə saxlamaqla həmin vəsaitdən hansısa formada faydalandığı kifayət qədər aşkar olmaqla əlavə olaraq sübut edilməsinə də gərək olmadığını, həmin pul vəsaitinin sadəcə adi mülki dövriyyə şəraitində istifadəsinin belə müəyyən müddət ərzində faydanın əldə edilməsi ilə nəticələndiyini, məntiqli olaraq da həmin vəsaitdən ehtimal edilən faydalanmanın minimum məbləği hesab edilən bank uçot dərəcəsi ilə faizin ödənilməsinin müəyyən edildiyini, uçot dərəcəsinin ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edildiyini, məhz 449.1-ci maddədə də məbləğ üzərinə hesablanan faizin uçot dərəcəsi əsasında müyyən edilməsinin həm pul vəsaitini özündə saxlayan borclunun qanunsuz hərəkətindən faydalanmasının qarşısını almaq məqsədini, həm də saxlanan pul vəsaitinin keçən zaman ərzində dəyər itirməsi nəticəsində kreditorun məruz qaldığı zərəri qarşılamaq məqsədi daşıdığını, həmçinin, İddiaçının həmin pul vəsaitindən faydalanaraq əlavə gəlir əldə etmə hüququndan da məhrum olmuş olduğunu, “əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər” müddəası da (MM. m.449.3) bir növ sözügedən zərərin mövcudluğunu və həmin zərərin uçot dərəcəsi əsasında hesablanması qaydasını təsdiq etdiyini, beləliklə, 98842,15 AZN məbləğində əsas borc, 440 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 AZN məbləğində borcun iddiaçının cavabdehə qarşı mülki iddiasının cəmi predmetini təşkil etdiyini, odur ki, AR Mülki-Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsinə iddianın verilməsini nəzərdə tutan 12-ci fəslinin tələblərinə uyğun formada, İddiaçının ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə mülki hüquqlarının məhkəmədə müdafiəsinin həyata keçirilməsinə ehtiyac yarandığını, cavabdeh tərəfindən kommersiya mübahisəsinin Pretenziya qaydasına riayət olunduğunu, belə ki, 08 aprel 2024-cü ildə İddiaçı tərəfindən cavabdehə qeyd edilən məsələ ilə bağlı Pretenziya məktubunun (Qoşma 3: Pretenziya məktubunun surəti) göndərildiyini və Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına uyğun olaraq, 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılmasının tələb edildiyini qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 24 iyun 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdehin nümayəndəsinin iddianı qəbul etdiyini qeyd etdiyindən izah verməyə ehtiyac olmadığını bildirmişdir. 24 iyun 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etdiyini, materialların onlara verildiyini, 2020-ci ilin iyun ayında ora gedəndə idarənin altmış üç min manat daş alındığı üçün iddiaçı təşkilata borcu olduğunu, əvvəllər oranın Gəmiqaya olaraq adlandırıldığını, satış müdirinə idarəyə təzə göndərildiyini, köhnədən borc qaldığını, gəlin aydınlaşdıraq dediyini, dəfələrlə müraciət etsə də gəlmədiklərini, aydınlaşdırmadıqlarını, borcun elə qaldığını, üzləşmə aktının tərtibindən sonra müəyyən ödəmələrin aparıldığını, idarənin əvvəlki rəisinin Tahir adlı şəxs olduğunu və rəhmətə getdiyini, üzləşmə aktındakı imzanın onun olmadığını, yəqin ki, mühasibin imzası olduğunu, 2022-ci ilin dekabr ayından idarədə işlərin dayandığını, idarənin alacaqlarının olduğunu, hələlik ödəmə olmadığını, pul verilən kimi borcun ödəniləcəyini, çatışmayan hissədə məbləğin isə idarənin satışından sonra ödənişinin ediləcəyini, ödəmənin vaxtını deyə bilməyəcəyini, “müvafiq əməliyyatlar aparılmalıdır ki, idarəyə pul köçürülsün, biz də ödənişi edə bilək” deyə bildirmişdir. 02 avqust 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 şifahi vəsatət verərək, hazırki vəziyyətdə iş üzrə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin ləğv prosesində olduğunu, ləğvedicisinin isə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğunu bildirməklə, həmin qurumun iş üzrə cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesdə iştiraka cəlb olunmasını məhkəmədən xahiş etmiş, nəticədə sözügedən məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 şifahi vəsatəti təmin edilərək, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməsi qərara alınmışdır. 10 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 cavabdeh təşkilatın ləğvetmə prosesində olduğunu, əmlakı hərraca çıxarılmaq üçün qiymətləndirilib təhvil götürüldüyünü bildirmişdir. 09 oktyabr 2024-cü il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 11 sentyabr 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair aktdan görünür ki, bu akt bir tərəfdən Azərbaycan Respublikasında rəsmi qeydiyyata alınmış Azərbaycan Respublikasının qanunvericiliyi və öz əsasnaməsi əsasında fəaliyyət göstərən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon İdarəsi, direktoru Nümayəndə1 (bundan sonra ismin müvafiq halında Sifarişçi adlandırılacaq) digər tərəfdən isə Azərbaycan Respublikasında rəsmi qeydiyyata alınmış Azərbaycan Respublikasının qanunvericiliyi və öz əsasnaməsi əsasında fəaliyyət göstərən İddiaçı, qanuni təmsilçisi X5 ((bundan sonra ismin müvafiq halında icraçı adlandırılacaq) arasında xx.xx.2023-cü il tarixinə qarşılıqlı üzləşmə aparılaraq tərtib olunmuş, həmin akt əsasında xidmət müqaviləsi üzrə 387763,20 AZN (ƏDV xaric) dəyərində xidmətin alındığı, 288921,05 AZN (ƏDV xaric) məbləğində ödənişin edildiyi, qalıq borc məbləğinin 98842,15 AZN (ƏDV xaric) olduğu qəbul edilmiş, həmin məbləğin ödənilməsindən sonra icraçının sifarişçiyə qarşı müqavilə və onun hər hansı müddəasından irəli gələn pul tələbi olmayacağının, tərəflərin bu üzləşmə aktında göstərilənlərdən başqa bir-birlərinə qarşı heç bir pul tələbi və işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir öhdəliklərinin qalmadığını qəbul etmişlər. 08 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 943851 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 5415,19 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 720679 nömrəli, 28 aprel 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 30243,40 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 404132 nömrəli, 28 may 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 45490,66 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 151194 nömrəli, 28 iyun 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 11647,80 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 923736 nömrəli, 30 iyul 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 14561,39 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 634357 nömrəli, 29 avqust 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 27188,48 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 344179 nömrəli, 26 sentyabr 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 46608,06 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 178985 nömrəli, 29 oktyabr 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 69673,90 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 882983 nömrəli, 27 noyabr 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 30296,51 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 671633 nömrəli, 25 dekabr 2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 7331,50 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 322507 nömrəli, 29 mart 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 18529,11 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 674922 nömrəli, 27 aprel 2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 28080,20 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 046499 nömrəli, 29 may 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 25514,11 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 352487 nömrəli, 27 iyun 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 15765,82 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 710633 nömrəli, 27 iyul 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 22062,81 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 578508 nömrəli, 09 sentyabr 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 69720,74 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 368094 nömrəli, 26 sentyabr 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 79572,60 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 701911 nömrəli, 26 oktyabr 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 59530,59 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 054007 nömrəli, 27 noyabr 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 40455,85 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 278443 nömrəli, 24 dekabr 2019-cu il tarixli, elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 26060,48 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 239238 nömrəli, 31 mart 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 22166,99 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 198680 nömrəli, 27 aprel 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 33715,36 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 352240 nömrəli, 27 may 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 14755,69 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 543816 nömrəli, 24 iyun 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 42441,77 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 869927 nömrəli, 27 iyul 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 49126,56 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 253172 nömrəli, 28 avqust 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 54155,42 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 512733 nömrəli, 28 sentyabr 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 12098,76 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 915491 nömrəli, 29 oktyabr 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 5909,93 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 101425 nömrəli, 26 noyabr 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 913,08 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 137183 nömrəli, 21 dekabr 2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 1199,16 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 297729 nömrəli, 29 mart 2021- ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 25,49 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 831785 nömrəli, 28 aprel 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 39859,96 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 264259 nömrəli, 26 may 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 74255,84 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 882972 nömrəli, 26 iyun 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 61667,10 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 365684 nömrəli, 26 iyul 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 81975,22 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 107367 nömrəli, 03 sentyabr 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 91470,97 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 792392 nömrəli, 27 sentyabr 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 13850,07 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 355281 nömrəli, 26 oktyabr 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 32987,68 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 120099 nömrəli, 27 noyabr 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 13380,54 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 698619 nömrəli, 24 dekabr 2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 3147,18 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 179951 nömrəli, 25 yanvar 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 4338,05 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 897766 nömrəli, 25 fevral 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 3733,14 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 341793 nömrəli, 26 mart 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 4027,28 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 228911 nömrəli, 27 aprel 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 7993,12 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 843397 nömrəli, 24 may 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 3303,94 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 026173 nömrəli, 28 iyun 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 42218,02 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 681330 nömrəli, 26 iyul 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 31766,17 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 724035 nömrəli, 29 avqust 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 39559,20 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 732769 nömrəli, 06 sentyabr 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 4637,40 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 018167 nömrəli, 28 sentyabr 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 34230,60 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 943598 nömrəli, 26 oktyabr 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 43030,14 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 790660 nömrəli, 24 noyabr 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 57273,07 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 952310 nömrəli, 26 dekabr 2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 50120,62 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 590195 nömrəli, 26 fevral 2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 318,93 manat məbləğində mal və materiallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 10 nömrəli “Forma 2” sənədindən görünür ki, 7817,80 manat məbləğində Culfa şəhərində abadlıq işləri aparılmışdır. xx.xx.2023-cü il tarixli, 33 nömrəli “Forma 2” sənədindən görünür ki, 16669,60 manat məbləğində Culfa şəhərində abadlıq işləri aparılmışdır. 12 iyul 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim olunmuş aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi ləğv olunduğundan, podratçı təşkilat olaraq tikinti işləri apardığı və tamamlanmamış Culfa rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi Nəqşicahan İnşaat MMC-yə həvalə olunmuşdur. Qeyd olunanlarla əlaqədar tikinti sahəsində olan mal materiallar qiymətləndirilmiş və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin təmsilçisi X1 tərəfindən Nəqşicahan İnşaat MMC-nin mikro üzrə mütəxəssisi X4 təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən satıcı razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Nəticədə, satıcı İddiaçı tərəfindən alıcı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 387763,20 (üç yüz səksən yeddi min yeddi yüz altmış üç manat, iyirmi qəpik) manat dəyərində verilmiş malların və xidmətlərin təhvil verilməsini təsdiq edən elektron qaimələr iş materiallarına əlavə edilmişdir. İş üzrə iddiaçı 387763,20 AZN (üç yüz səksən yeddi min yeddi yüz altmış üç manat, iyirmi qəpik) manat dəyərində verilmiş malların ümumi dəyərindən cavabdeh tərəfindən yalnız 288921,05 (iki yüz səksən səkkiz min doqquz yüz iyirmi bir manat, beş qəpik) manat məbləğində ödənişin həyata keçirildiyini bildirərək cavabdehin iddiaçıya 98842,15 (doxsan səkkiz min səkkiz yüz qırx iki manat on beş qəpik) manat məbləğində borcunun yarandığını iddia etməklə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən 387763,20 (üç yüz səksən yeddi min yeddi yüz altmış üç manat iyirmi qəpik) manat dəyərində malların verilməsi və xidmətlərin göstərilməsi, o cümlədən, həmin məbləğdən cavabdeh tərəfindən 288921,05 (iki yüz səksən səkkiz min doqquz yüz iyirmi bir manat, beş qəpik) manat məbləğində ödənişin həyata keçirilməsi, nəticədə cavabdeh təşkilatın direktoru Nümayəndə1 öz imzası ilə təsdiq edərək cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon İdarəsinin İddiaçı MMCyə 98842,15 (doxsan səkkiz min səkkiz yüz qırx iki manat on beş qəpik) manat məbləğində borcunun olmasını etiraf etməsi 11 sentyabr 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akt ilə təsdiq edilərək işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahında iddianı qəbul etdiyini, materialların onlara verildiyini, iddiaçı təşkilata borcun olduğunu bildirmişdir. Belə ki, cavabdehin nümayəndəsi izahı ilə iddiaçı təşkilata borcun olduğunu inkar etməməklə iddianı qəbul etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi izahında, üzləşmə aktının tərtibindən sonra müəyyən ödəmələrin aparıldığını bildirməsinə baxmayaraq ödəmələrə dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü və cavabdeh tərəfindən etiraf olunan tələbin təmin olunması qənaətindədir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan əlavə məhkəmə, gecikmə faizi olaraq 440 AZN məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 440 (dörd yüz qırx) manat faizin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. (S. Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Bundan əlavə məhkəmə, 12 iyul 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim olunmuş akta münasibətdə qeyd edir ki, Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 79-cu maddəsinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Nəticədə, məhkəmə qeyd edir ki, təqdim olunmuş aktın tərtib olunma tarixi ümumiyyətlə qeyd edilmədiyindən, bununla da həmin aktın tərəflər arasında bağlanmış 11 sentyabr 2023-cü il tarixli üzləşmə aktından əvvəl və ya sonra bağlanılmasının müəyyən edilməsi mümkün olmadığından məhkəmə həmin akta hüquqi qiymət verilməməsi qənaətindədir. Məhkəmə iddia ərizəsinin sonunda 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılmasının tələb edildiyi cümləsini texniki səhvlik olaraq qiymətləndirir. O cümlədən, məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10 nömrəli və xx.xx.2023cü il tarixli, 33 nömrəli “Forma 2” sənədlərinin 11 sentyabr 2023-cü il tarixli üzləşmə aktından əvvəl tərtib edildiyini, “Forma 2” sənədlərindən sonra tərtib edilən üzləşmə aktında cavabdehin etiraf etdiyi borc məbləğlərinin idida tələbinin predmetini təşkil etdiyini nəzərə alaraq “Forma 2” sənədlərinə hüquqi qiymət verilməməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə ki, məhkəmə, qeyd edir ki, iddiaçı tərəf öz tələbində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə istinad edərək qətnamədə dövlət rüsumu ilə bağlı məsələnin həll edilməsi qənaətindədir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində müəyyən edilir. Hazırkı iş üzrə iddianın qiyməti 99282,15 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu məbləğinin 387,85 (üç yüz səksən yeddi manat 85 qəpik) manat olduğu müəyyən edilmişdir. Odur ki, İddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilərək 08 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin ediləcəyindən iddiaçı tərəfindən ödənilmiş 387,85 (üç yüz səksən yeddi manat 85 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,15 (on beş qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi barədə iddia ərizəsi təmin edilməli, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 98842,15 manat məbləğində əsas borc, 440 manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 manat alınaraq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat dövlət rüsumunun 387,85 (üç yüz səksən yeddi manat 85 qəpik) manat hissəsi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,15 (on beş qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi təmin edilsin. Cavabdeh (VÖEN: **********) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 98842,15 (doxsan səkkiz min səkkiz yüz qırx iki manat 15 qəpik) manat məbləğində əsas borc, 440 (dörd yüz qırx) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 99282,15 (doxsan doqquz min iki yüz səksən iki manat 15 qəpik) manat alınaraq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən 387,85 (üç yüz səksən yeddi manat 85 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,15 (on beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-365/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-365/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver