Məhkəmə qərarları › İş №e-2-2(123)-374/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-374/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-374/2024 09.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 30 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

1. İddia tələbinin təmin edilməsi, 2. Cavabdehdən 352325,44 AZN məbləğində əsas borc, 1570,8 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 AZN məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı (bundan sonra “İddiaçı” və ya “Satıcı”) (VÖEN0:3********) və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi (“bundan sonra “Cavabdeh” və ya “Alıcı”) (VÖEN: **********) arasında olmuş şifahi razılaşmaya əsasən satıcının razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcının isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürdüyünü, tərəflər arasında olan şifahı razılaşmaya əsasən, iddiaçı tərəfindən 1575348,73 AZN (bir milyon beş yüz yetmiş beş min üç yüz qırx səkkiz manat, yetmiş üç qəpik) dəyərində olan malların və xidmətlərin təhvil verilməsinə, müxtəlif tarixli elektron qaimə-fakturaların təqdim edilməsinə baxmayaraq, bugünki günə kimi cavabdeh tərəfindən ümumi məbləğdən yalnız 1223023,29 AZN (bir milyon iki yüz iyirmi üç min iyirmi üç manat, iyirmi doqquz qəpik) məbləğində ödəniş həyata keçirdiyini, həmçinin, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində tərtib edilən “Üzləşmə Aktı” ilə cavabdehin iddiaçıya 352325,44 AZN (üç yüz əlli iki min üç yüz iyirmi beş manat) məbləğində borcunun yarandığını etiraf edərək, həmin məbləği geri ödəməyi öhdəsində götürdüyünü, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləğinin iddiaçıya ödənilmədiyini, cavabdehin iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıdığını, belə ki, iddiaçıya məxsus 352325,44 AZN (üç yüz əlli iki min üç yüz iyirmi beş manat) pul məbləğini cavabdehin əsassız olaraq saxlamaqla ondan faydalandığını, geri qaytarmadığını, nəticədə, iddiaçının cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə nəzərdə tutulan faizləri tələb etmək hüququnun yarandığını, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməli olduğunu, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, borc məhkəmə qaydasında tutulduqda məhkəmənin kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə biləcəyini, iddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq iddiaçının xx.xx.2024-cü il tarixindən etibarən ona geri qaytarılmalı olan 352325,44 AZN əsas borc məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malik olduğunu (Qeyd edək ki, hazırda uçot dərəcəsi 7.75 faizdir), cavabdehin iddiaçıya MM-nin 449.1-ci maddəsinə əsasən xx.xx.2024xx.xx.2024-cü illər aralığında gecikməyə görə 1570,8 AZN məbləğində faiz borcu yaranmış olduğunu, hesablama qaydasının: (352325,44*7.75%)/365 gün=74,80–1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcunun–74,80*21 gün=1570,8 AZN təşkil etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında MM-nin 449.1-ci maddəsinin mətnində qeyd edilən “faydalanma” ifadəsinin hərfi mənasının pul vəsaitindən şəxsin öz tələbatı üçün istifadə olduğunun qeyd edildiyini və istifadədən əldə edilən faydanın gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola biləcəyinin qeyd edilsə də, əldə edilən faydanın hansı qaydada sübut ediləcəyinə və ümumiyyətlə, sübutetmənin mümkünlüyü məsələsinə toxunulmadığını, lakin iddiaçının cavabdehə məxsus olan pul vəsaitini özündə saxlamaqla həmin vəsaitdən hansısa formada faydalandığı kifayət qədər aşkar olmaqla əlavə olaraq sübut edilməsinə də gərək olmadığını, həmin pul vəsaitinin sadəcə adi mülki dövriyyə şəraitində istifadəsinin belə müəyyən müddət ərzində faydanın əldə edilməsi ilə nəticələndiyini, məntiqli olaraq da həmin vəsaitdən ehtimal edilən faydalanmanın minimum məbləği hesab edilən bank uçot dərəcəsi ilə faizin ödənilməsinin müəyyən edildiyini, uçot dərəcəsinin ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsinin nəzərə alınaraq təyin edildiyini, məhz 449.1-ci maddədə də məbləğ üzərinə hesablanan faizin uçot dərəcəsi əsasında müəyyən edilməsi həm pul vəsaitini özündə saxlayan borclunun qanunsuz hərəkətindən faydalanmasının qarşısını almaq məqsədini, həm də saxlanan pul vəsaitinin keçən zaman ərzində dəyər itirməsi nəticəsində kreditorun məruz qaldığı zərəri qarşılamaq məqsədi daşıdığını, iddiaçının həmin pul vəsaitindən faydalanaraq əlavə gəlir əldə etmə hüququndan da məhrum olmuş olduğunu,“əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər” müddəası da (MM. M.449.3) bir növ sözügedən zərərin mövcudluğunu və həmin zərərin uçot dərəcəsi əsasında hesablanması qaydasını təsdiq etdiyini, beləliklə, 352325,44 AZN məbləğində əsas borc, 1570,8 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 AZN məbləğində borcun iddiaçının cavabdehə qarşı mülki iddiasının cəmi predmetini təşkil etdiyini, odur ki, AR Mülki-Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsinə iddianın verilməsini nəzərdə tutan 12-ci fəslinin tələblərinə uyğun formada, iddiaçının ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə mülki hüquqlarının məhkəmədə müdafiəsinin həyata keçirilməsinə ehtiyac yarandığını, cavabdeh tərəfindən kommersiya mübahisəsinin pretenziya qaydasına riayət olunduğunu, 08 aprel 2024-cü ildə iddiaçı tərəfindən cavabdehə qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərildiyini və Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına uyğun olaraq 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılmasının tələb edildiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 12 iyul 2024-cü il tarixdə Naxçıvan muxtar Respublikası İqtisadiyyat Nazirliyi məhkəmə tərəfindən cavabdeh tərəfdə mübahisə predmeti barədə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesdə iştiraka cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə 18 iyul 2024-cü il tarixdə Naxçıvan MR X1 Dövriyyəsi Sistemi vasitəsilə “Üçüncü şəxsin dəyişdirilməsi barədə” 17 iyul 2024-cü il tarixli, 1182/2024 saylı ərizə daxil olmuşdur. Məhkəmə həmin ərizəni nəzərə alaraq cavabdeh tərəfdə mübahisə predmeti barədə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb olunmasını qərara almışdır. Keçirilən məhkəmə iclaslarında verdiyi izahında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etmədiklərini, çünki iddiaçı tərəfin borc məbləğini 2018-ci ildən ƏDV-li hesabladığını, lakin Nazirlər Kabinetinin müxtəlif qərarları ilə idarənin ƏDV-dən azad olunduğunu, 2018-ci ildən sənəddə göstərilən obyektlərin hamısının ƏDV-dən azad edildiyini, təxminən üç yüz doxsan neçə min manat ƏDV-li məbləğ hesablandığını, materialın ƏDV-li vurulduğunu, lakin Nazirlər Kabinetinin idarəni 2018-ci ildən başlayaraq ƏDV-dən azad etdiyini, Nazirlər Kabinetinin qərarının isə onlarda olmadığını, həmçinin, Naxçıvan Muxtar Respublikası X6 müvafiq fərmanı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin özəlləşdirilməyə çıxarıldığını, özəlləşdirilmədən vəsait daxil olduğunda tələb olunan pul məbləğini ödəyəcəklərini, idarənin təxminən iki yüz iyirmi altı min manat əmək haqqı borcu olduğunu, kompensasiya borcu olduğunu, lakin ödəyə bilmədiklərini, iddiaçı təşkilata olan borc məbləğinin üç yüz səksən səkkiz min doqquz yüz əlli iki manat on iki qəpik olmalı olduğunu, üzləşmə aktının olduğunu, üzləşmə aktını Sarvan müəllimin imzaladığını, rəhbərliyin dediyinə görə idarənin satışından sonra borcu ödəyə biləcəklərini, obyektin satışından vəsait daxil olmasa məhkəmə qərarı çıxdıqda da pulu ödəyə bilməyəcəklərini, rəqəmləri qəbul etdiklərini, lakin idarə özəlləşdirilməyə çıxarıldığından fəaliyyətinin olmadığını, nə vaxt özəlləşmə olsa o pulları ödəmək imkanlarının olacağını, Naxçıvan MR X6 müvafiq fərmanı ilə müəssisənin özəlləşdirilməsinin Naxçıvan MR İqtisadiyyat Nazirliyinə həvalə olunduğunu bildirmişdir. Keçirilən məhkəmə iclaslarında verdiyi izahında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 cavabdeh təşkilatın onların idarəsi tərəfindən özəlləşdirilmə üçün heç bir formada qeydiyyata alınmadığını, eyni zamanda əmlakı qiymətləndirilmədiyini bildirmişdir. 09 oktyabr 2024-cü il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X4 09 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında etdiyi çıxışında borc məbləğini qəbul etdiklərini, lakin vergi orqanı tərəfindən əmlaklarına və hesablarına həbs qoyulduğundan ödəyə bilməyəcəklərini bildirmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, xidməti müqavilə üzrə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçınə ƏDV xaric, qalıq borcu 352325.44 AZN-dir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 1683.22 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 55105.42 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 44159.36 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 64539.27 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 60532.11 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 76132.59 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 67232.89 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 55320.29 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 80003.15 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 66327.07 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 89504.59 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 83007.80 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 48784.05 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 40742.72 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 71533.70 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 90455.33 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 80788.18 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 55164.84 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 63150.99 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 22650.96 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 3940.30 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 16402.60 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 21403.82 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 21295.04 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 10250.48 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 26056.42 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 9641.34 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 13970.67 manat dəyərindən mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 19862.37 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 75825.37 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 53587.83 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 82199.34 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 153331.01 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 70171.99 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 86100.42 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 50895.74 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 61009.96 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 144058.96 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 167320.78 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 106722.70 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 76607.34 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 19128.71 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 63421.12 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 163356.01 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 117761.97 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 117039.77 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 117011.28 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 150007.14 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 107412.82 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 132581.73 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 146053.90 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 113881.41 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 92152 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 27081.91 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 126.49 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimədən görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 7738.83 manat dəyərində mallar təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimələrə əsasən müəyyən edilir ki, mallar həqiqətən də İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə təqdim edilmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, iddiaçının tələb etdiyi 352325,44 manat məbləğində əsas borc, üzləşmə aktında ƏDV xaric qalıq borcu kimi müəyyən olunmuş və həmin üzləşmə aktı İddiaçı direktoru və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi direktor əvəzi tərəfindən imzalanmışdır. Belə ki, cavabdehin nümayəndəsi borc məbləğinin ƏDV-li hesablandığını bildirsədə üzləşmə aktından görünür, borc ƏDV xaric hesablanmış və cavabdeh tərəf üzləşmə aktını imzlamaqla bunu qəbul etmişdir. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, lakin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi öhdəliyini icra etməmişdir. Belə ki, İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə mallar təqdim edilmiş, lakin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən malların dəyərinin bir hissəsi ödənilsədə qalan borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında iddiaçı təşkilata olan borc məbləğinin üç yüz səksən səkkiz min doqquz yüz əlli iki manat on iki qəpik olmalı olduğunu, üzləşmə aktının olduğunu, üzləşmə aktını Sarvan müəllimin imzaladığını, rəhbərliyin dediyinə görə idarənin satışından sonra borcu ödəyə biləcəklərini, obyektin satışından vəsait daxil olmasa məhkəmə qərarı çıxdıqda da pulu ödəyə bilməyəcəklərini, rəqəmləri qəbul etdiklərini, lakin idarə özəlləşdirilməyə çıxarıldığından fəaliyyətinin olmadığını, nə vaxt özəlləşmə olsa o pulları ödəmək imkanlarının olacağını bildirmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirsə də izahının məmununa diqqət yetirdikdə borclarının olduğunu etiraf edir. Göründüyü kimi cavabdehin nümayəndəsi izahatında iddiaçı təşkilata borclarının olduğunu qeyd etmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyindən qeyd edilən bu izahatın məzmununu etiraf kimi deyil, mülki prosessual məcəllənin 76.2-ci maddəsinə əsasən cavabdeh tərəfin borcunun olmasını təsdiq edən sübut kimi qiymətləndirir. Məhkəmə iddia ərizəsinin sonunda 10 (on) gün müddətində avans şəklində ödənilmiş müvafiq məbləğin geri qaytarılmasının tələb edildiyi cümləsini texniki səhvlik olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə məhkəmə, gecikmə faizi olaraq 1570,8 AZN məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 1570,8 AZN manat faizin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəf öz tələbində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsədə, lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə istinad edərək qətnamədə dövlət rüsumu ilə bağlı məsələni həll etməlidir. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı 9.05.2024-cü il tarixli qəbzlə 644 (altı yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödəyərək 0,10 (on qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 644 (altı yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manatı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0.10 (on) qəpik dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 352325,44 (üç yüz əlli iki min üç yüz iyirmi beş manat, qırx dörd qəpik) manat məbləğində əsas borc və 1570,8 (min beş yüz yetmiş manat, səksən qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 (üç yüz əlli üç min səkkiz yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməli, artıq ödənilmiş 0.10 (on) qəpik dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 352325,44 (üç yüz əlli iki min üç yüz iyirmi beş manat, qırx dörd qəpik) manat məbləğində əsas borc və 1570,8 (min beş yüz yetmiş manat, səksən qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 (üç yüz əlli üç min səkkiz yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 644 (altı yüz qırx dörd) manat məbləğin 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat məbləğində rüsum əvəzi hissəsi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,10 (on qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar