Məhkəmə qərarları › İş №e-2-2(123)-39/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-39/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-39/2025 21.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi Nümayəndə1 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mal material haqqına görə yaranmış 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) əsas borc məbləğinin və 465 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq İddiaçı MMC-nin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə İddiaçı MMC ilə Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında razılaşma əsasında malın işlərin və xidmətinin göstərilməsi barədə razılıq əldə edildiyini, müqaviləyə əsasən İddiaçı MMC sifarişçini mal materialla təmin etdiyini, sifarişçinin isə həmin xidmətləri qəbul etdiyini və bu razılaşdırılmış qaydada mal material haqqını ödədiyini, lakin cavabdeh tərəfindən razlaşma üzrə yaranmış öhdəliklərin yerinə yetirilmədiyini, mal materialın haqqının tam şəkildə ödənmədiyini və bunun nəticəsində xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-nə 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) məbləğində borc yarandığını, qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmadığını, məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağının bildirildiyini, cavabdeh tərəfə xəbərdarlıq edilməsinə baxmayaraq 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat ödənilməmiş qaldığını, borcun tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunduğunu bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 443.1-ci və 442-ci maddəsinə istinad etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə qarşı xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-606/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli Məhkəmə bildirişinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra cavabdehin 20 gün ərzində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 154-cü maddəsinin tələblərinə cavab vərən iddiaya etirazını bildirmək hüququnun olduğunu, MPM-nin 47 ve 154-cü maddələrini əsas götürərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) anlayışına əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) olduğunu AR MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunduğunu: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş vərməli, əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva etməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. Beləliklə mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıdığı, hazırki iş üzrə cavabdeh qismində göstərilən idarənin mülki məsuliyyətin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmadığı, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranması müəyyən edən maddi hüquq normaları müəyyən edilmədiyi həmin borcun yaranması idarənin hərəkət və ya hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquq müəyyən edici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyi, iddia edilən borcun yaranma səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olduğunu bildirərək yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı "Uğur 99” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) əsas borc məbləğinin və 465.0 ( dörd yüz altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında qaldırdığı iddianı müdafiə etdiyini, əlavə sübutları olmadığını, bütün sübutları təqdim etdiyini, təqdim etdiyi sübutlarla kifayətləndiyini, hazırlıq iclasında izahatında cavabdeh tərəfin təqdim etdiyi etiraza münasibətini bildirdiyini, cavabdeh tərəfin ƏDV-dən azad olunmasının iddiaçı təşkilat olaraq onlara aidiyyətinin olmadığını, azad olunublarsada onlara aid olduğunu, bu barədə onların təşkilatına rəsmi olaraq məlumat daxil olmadığını, eloktron qaimələr göndərildiyini, qaimələrdə ƏDV nəzərdə tutulduğunu, lakin cavabdeh təşkilatın onlara bu barədə etirazının daxil olmadığını, tələb olunan məbləğin heçdə hamısının ƏDV olmadığını, üzləşmə aktı tərtib olunduğunu tələb olunan məbləğin cavabdeh tərəfin aktda təsdiq etdiklərini, cavabdeh tərəfin tələb etdikləri məbləğin doğru olduğunu təsdiqlədiklərini, lakin ödəməmək üçün ƏDV olduğunu bildirdiklərini, bunu təsdiq edən sənədi isə məhkəməyə təqdim etmədiklərini göstərərək qanuni sübutları təqdim etdiklərindən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini qəbul etmədiklərini, bununla bağlı iddia tələbinə etirazlarında izahlarını göstərdiklərini, həmin pul məbləğinin ƏDV olduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən tikinti obyektlərinin ƏDVdən azad edildiyini, Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinində ƏDV-dən azad olunduğundan iddia tələbini qəbul etmədiklərini, ƏDV azad olunmaları ilə əlaqədar verilən sənədin məxfi olduğunu onlara bildirilərək vermədiklərindən məhkəməyə təqdim edə bilmədiklərini, iddiaçı tərəfə borclarının olduğunu, lakin ƏDV olduğundan onlara həmin pul ödənilmədiyindən ödəmək imkanlarının olmadığını göstərərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 021394 saylı elektron qaimədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 101795.25 manat məbləğində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 254579 saylı elektron qaimədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 70653.89 manat məbləğində mallar təqdim edilmişdir. 26 aprel 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 01 aprel 2023-cü il tarixinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron qaimələr üzrə rəsmiləşən borcu 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında razılaşma əldə olunaraq hər iki tərəf üzərinə razılaşmadan irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələrə və üzləşmə aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və üzləşmə aktına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat məbləğində borcu vardır. Belə ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə mallar təqdim etmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manatı ödəməmişdir. Tərəflər arasındakı üzləşmə aktı borcun olmasını təsdiq edən mötəbər sənəddir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. İş üzrə cavabdeh tərəfin nümayəndəsinin iddia tələbinə etirazında həmçinin izahatında qeyd etdiyi tələbin ƏDV olması və təşkilatlarının ƏDV azad olunması ilə bağlı fikirlərinə əsassən məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi bu halların təsdiqi ilə bağlı möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, üzləşmə aktı cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmış və həmin vaxtı borcun ƏDV olması təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə iddiası təmin edilməli, 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) əsas borc məbləğinin və 465 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) əsas borc məbləği və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar