Məhkəmə qərarları › İş №e-2-2(123)-40/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-40/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-40/2025 12.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə iddiaçı “X17” MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə qarşı borcun ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X17” MMC 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mal material haqqına görə yaranmış 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat əlli qəpik) manat əsas borc məbləğinin və 533.56 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR, Qaz İstismar Xidməti İdarəsindən alınaraq X17 MMCnin hesabına köçürülməsi haqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan “X17” MMC ilə Naxçıvan MR, Qaz İstismar Xidməti İdarəsi arasında razılaşma əsasında malın işlərin və xidmətinin göstərilməsi barədə 03 noyabr 2022/05 dekabr 2022 və 05 yanvar 2023-cü il tarixlərində müqavilə imzalandığını, müqaviləyə əsasən X17 MMC-nin sifarişçini mal-materialla təmin etdiyini, sifarişçinin isə həmin xidmətləri qəbul etdiyini və bu razılaşdırılmış qaydada mal-material haqqını ödədiyini, lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklərin yerinə yetirilmədiyini, mal-material haqqını tam şəkildə ödənmədiyini və bunun nəticəsində xx.xx.2023-cü il tarixinə X17 MMC-nə 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat əlli qəpik) məbləğində borc yarandığını, qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmadığını, məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağının bildirildiyini, cavabdehin tərəfə xəbərdarlıq etməsinə baxmayaraq 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat əlli qəpik) manatın ödənilməmiş qaldığını, borcun tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunduğunu, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli olduğunu, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.s və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququnun olduğunu, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydanın qüvvədə olmadığını, Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsinin başa düşüldüyünü qeyd etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 keçirilən məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Qaz İstismar İdarəsinin üzləşmə aktına əsasən 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat əlli qəpik) borcu vardır, bu günə qədər də ödəməmişdir. Həmin borcun ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. cavabdehin dediklərinin onların qaldırdıqları iddia ilə heç bir aidiyyəti yoxdur. Həmin mallar oldu olmadı, cavabdeh həmin sayğacları qaytarır, nöqsanları aradan qaldırıb yenidən onlara verirdilər. Təqdim etdiyi sənədlər bunlar üçündür. Amma onlar isə cavabdehdən satdıqları sayğacların pulunu tələb edirlər. Sayğaclar içərisində filan qədəri nasaz çıxır, onlar da Türkiyədəki firmaya yollayırdılar. Daha sonra işlək vəziyyətdə təhvil verirdilər. Təxminən 3300 ədəd sayğac təmirə getmiş, 3030 dənəsi qayıtmış, 200 neçə dənəsi yenidən təmirə göndərilmişdir. Onlar cavabdehdən təxminən 3000 ədəd sayğacın təmir xərcini istəyirlər. Təhvil verdiklərində həmin 18 və 292 sayğac haqqında cavabdehə təhvil vermədikləri, onları gələcəkdə təmir etdikdən sonra təhvil verəcəkləri qeyd olunmuşdur. 3030 dənəni təhvil vermişlər və onların təmir pulunu istəyirlər. Onlar sayğacları istehsal etmirlər. Sayğacları Muxtar Respublika ərazinə gətirib Qaz idarəsinə təhvil verirlər. Cavabdehin nümayəndəsinin nöqsanlı dediyi malları onlar Türkiyədən alır, nöqsanlar olduqda onlar malları Türkiyədəki zavoda yollayırlar, onlar qüsurları aradan qaldırır. Əvvəl 700 mal olmuşdur, indi gəlib 200-ə çıxmışdır. Bu o demək deyil ki, onlar boyuq qaçırır, düzəltdirmirlər. Muxtar Respublikada onlardan başqa sayğac verən yoxdur. Onlar gətirib təmin edirlər. Yeni tikilən binalara, köhnə tikilən binalara, ümumiyyətlə hamısını onlar təmin edirlər. Əgər sayğacda defekt çıxırsa onlar görə bilmirlər. Defektlər onlara bildirildikdən sonra həmin zavoda qaytarır, daha sonra Qaz İdarəsinə təhvil verirlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında; orda qeyd olunan 292 ədəd G4 və 18 ədəd G6 anbarlarında yararsız olduğunu, ümumiyyətlə bunların hamısının yarasız olduğunu, 6 mindən çox sayğac olduğunu, aparıb vətəndaşın qapısına qoyduqdan sonra 1 gün sonra qaytarıb gətirirdiklərini, 21.01.25-ci il tarixli məhkəmə iclasında sayğacların yararsız halda olduğundan iddianın rədd edilməsini istədiyini, o vaxt Naxçıvan Bankdan kredit götürülüb öəndiyini, heç birinin də istifadə olunmadığını, hal hazırda 292 ədəd G4 və 18 ədəd G6-nın yararsız vəziyyətdə olduğunu, bunları nəzərə alınmasını xahiş etdiyini, 3030 ədəd sayğacın verildiyini, bunlardan 292 ədəd G4 və 18 ədəd isə G6 sayğacının yarars olduğunu, həmin aktların birgə tərtib olunduğunu, 3030-u verilidiyini, verildikdən sonra yoxlama keçirdiklərini, 25 aprel 2024-cü ildə X1 iştirakı ilə akt tərtib olunduğunu, 292 ədəd G4 və 18 ədəd isə G6-nın yararsız olduğunu, G4-ün bir ədədi 249 manat və G6-nın bir ədədi 585 manat olduğunu, onlar sayacları heç bir sənəd olmadan verdiyini, əllərində heç bir əsas olmadan tutaq ki, 6 min sayğacın neçəsini düzəldib təhvil verildiyini, bu günkü gün onun akta əsasən 292 ədəd G4, 18 ədəd G6 tamamilə yararsız olduğunu dediyini, ama bundan əvvəlkilərin hər birinin xarab olduğunu, xarab olan sayğacların hamısının bu dəqiqə anbarda durduğunu, vətəndaşın qapısına aparıb qoyulduğunu, 1 gün keçdikdən sonra geri qaytarıldığını ki, sayğac işləmir. Əgər həmin sayğaclar işləyirsə onların başqa söz demədiyini, bir mütəxəssiz gətirib yoxlamalarını və sayğacların işləmələrini demələrini, onlarında aparaq vətəndaşın evinə qoyacaqlarını, əgər işləsə təmin edəcəklərini,xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 292 və 18 ədad sayğacın xərclərinin çıxılması və yerdə qalan barədə məhkəmənin qərar verməsini, tələb edilən 2140.52 manat, 36.320.40 manat, 124.86 manat, 545.43 manat, 92.478.21 manat, 65.017.72 manat, 46.930.37 manat məbləğləri qəbul etdiklərini, 292 və 18 ədəd sayğacların nəzərə alınmasını, sayğaclar Türkiyəyə təmirə getdiyində, xərci nə qədərdirsə şirkətin çəkdiyini və həmin pulların da onların ödəmədiyini, iddiaçının da onlardan 253 min təmir pulu istədiyini, 46 minə münasibətdə onların xeyrinə qərar verilməsini xahiş etdiyini, qiymətlərin razılaşma protokulu ilə razılaşmadıqlarının olmadığını, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 292 ədəd 4G sayğaclarının və 18 ədad 6G sayğaclarını nəzərə alıb, qanunamüvafiq qərar qəbul edilməsini, bağlanmış müqavilə əsasında sayğacların təmirə getdiyini, həmin sayğaclar içərisində 292 4G, və 18 ədəd 6G-nin yararsız olduğunu, əllərində sənədlərinin də əsaslarının da olduğunu, xx.xx.2025- ci il tarixli məhkəmə iclasında iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: 10 nömrəli, 03 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Satıcı” adlandırılacaq “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X3 şəxsində öz nizamnamələrinə uyğun olaraq aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqavilə müddəti ərzində “Satıcı” müqavilənin Əlavə 1-dəki qiymətlərin razılaşdırılması protokolunda göstərilən müxtəlif ölçülərdə vəsaitlərin “Alıcı”ya çatdırılmasını, “Alıcı” isə təhvil aldığı vəsaitlərin dəyərinin qiymətlərin razılaşdırılması protokolundakı qiymətlərlə ödənilməsini və bu çərçivədə tərəflərin hüquq və vəzifələrini əhatə edir. 3.1-ci bəndindən görünür ki, müqavilənin qiyməti ƏDV ilə birlikdə 792168.42 (yeddi yüz doxsan iki min yüz altmış səkkiz manat 42 qəpik) (671329 manat 17 qəpik malın dəyəri, 120839 manat 25 qəpik ƏDV-si) manat təşkil edir. Ödənişlər Azərbaycan manatı ilə aparılır. 3.2-ci bəndindən görünür ki, “Alıcı” malın müqabilində razılaşmış vəsaitin 100%-ni köçürmə yolu ilə “Satıcı”ya müqavilə imzalandığı tarixdən 30 (otuz) bank iş günündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür. 10 nömrəli, 03 noyabr 2022-ci il tarixli müqaviləyə Əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, “X17” MMC-nin direktoru X7 ilə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X8 öz imzaları ilə təsdiq edərək 03 noyabr 2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş müxtəlif ölçülərdə vəsaitlərin miqdarının və qiymətlərinin protokolda göstərilən şəkildə müəyyənləşdirilməsi üçün razılığa gəlmişlər. 12 nömrəli, 05 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Satıcı” adlandırılacaq “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X3 şəxsində öz nizamnamələrinə uyğun olaraq aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqavilə müddəti ərzində “Satıcı” müqavilənin Əlavə 1-dəki qiymətlərin razılaşdırılması protokolunda göstərilən müxtəlif ölçülərdə vəsaitlərin “Alıcı”ya çatdırılmasını, “Alıcı” isə təhvil aldığı vəsaitlərin dəyərinin qiymətlərin razılaşdırılması protokolundakı qiymətlərlə ödənilməsini və bu çərçivədə tərəflərin hüquq və vəzifələrini əhatə edir. 3.1-ci bəndindən görünür ki, müqavilənin qiyməti ƏDV ilə birlikdə 136928.70 (bir yüz otuz altı min doqquz yüz iyirmi səkkiz manat 70 qəpik) (116041 manat 27 qəpik malın dəyəri, 20887 manat 43 qəpik ƏDV-si) manat təşkil edir. Ödənişlər Azərbaycan manatı ilə aparılır. 3.2-ci bəndindən görünür ki, “Alıcı” malın müqabilində razılaşmış vəsaitin 100%-ni köçürmə yolu ilə “Satıcı”ya müqavilə imzalandığı tarixdən 30 (otuz) bank iş günündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür. 12 nömrəli, 05 dekabr 2022-ci il tarixli müqaviləyə Əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, “X17” MMC-nin direktoru X7 ilə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X8 öz imzaları ilə təsdiq edərək 05 dekabr 2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş müxtəlif ölçülərdə vəsaitlərin miqdarının və qiymətlərinin protokolda göstərilən şəkildə müəyyənləşdirilməsi üçün razılığa gəlmişlər. 06 nömrəli, 05 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Satıcı” adlandırılacaq “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X3 şəxsində öz nizamnamələrinə uyğun olaraq aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqavilə müddəti ərzində “Satıcı” müqavilənin Əlavə 1-dəki qiymətlərin razılaşdırılması protokolunda göstərilən müxtəlif ölçülərdə vəsaitlərin “Alıcı”ya çatdırılmasını, “Alıcı” isə təhvil aldığı vəsaitlərin dəyərinin qiymətlərin razılaşdırılması protokolundakı qiymətlərlə ödənilməsini və bu çərçivədə tərəflərin hüquq və vəzifələrini əhatə edir. 3.1-ci bəndindən görünür ki, müqavilənin qiyməti ƏDV ilə birlikdə 65017.72 (altmış beş min on yeddi manat 72 qəpik) (55099 manat 77 qəpik malın dəyəri, 9917 manat 95 qəpik ƏDV-si) manat təşkil edir. Ödənişlər Azərbaycan manatı ilə aparılır. 3.2-ci bəndindən görünür ki, “Alıcı” malın müqabilində razılaşmış vəsaitin 100%-ni köçürmə yolu ilə “Satıcı”ya müqavilə imzalandığı tarixdən 30 (otuz) bank iş günündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür. 06 nömrəli, 05 yanvar 2023-cü il tarixli müqaviləyə Əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, “X17” MMC-nin direktoru X7 ilə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi X8 öz imzaları ilə təsdiq edərək 05 yanvar 2023-cü il tarixli müqavilədə nəzərdə tutulmuş müxtəlif ölçülərdə vəsaitlərin miqdarının və qiymətlərinin protokolda göstərilən şəkildə müəyyənləşdirilməsi üçün razılığa gəlmişlər. 02 nömrəli, 27 fevral 2015-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Satıcı” adlandırılacaq “Cahan X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X6 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru X3 şəxsində aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya müqavilənin razılaşdırılma protokolunda göstərilən Elektromed Alfagas markalı G4A1KY və G6 Smart tipli öncədən ödənişli qaz sayğacları və xidmətləri (bundan sonra – Mal) satır, “Alıcı” isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. 1.2-ci bəndindən görünür ki, malın növü, çeşidi, tərkibi və digər xarakterik xüsusiyyətləri Əlavə Razılaşma ilə müəyyən olunur. 3.1.2-ci bəndindən görünür ki, “Satıcı”nın bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək hüququ vardır. 3.3.4.2-ci bəndindən görünür ki, əgər “Satıcı” malın qüsurları barəsində qabaqcadan məlumat verməmişdirsə, lazımi keyfiyyətli olmayan mal vermişdirsə, “Satıcı”nın təqsiri olubolmamasından asılı olmayaraq “Alıcı”nın “Satıcı”dan öz seçimi ilə malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. 002 nömrəli, 27 fevral 2015-ci il tarixli müqaviləyə Əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, “Cahan X17” MMC-nin direktoru X10 ilə “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru X8 öz imzaları ilə təsdiq edərək 27 fevral 2015-ci il tarixli müqavilədə nəzərdə tutulmuş mal və xidmətlərin miqdarının və qiymətlərinin protokolda göstərilən şəkildə müəyyənləşdirilməsi üçün razılığa gəlmişlər. 773708 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 2140,52 (iki min yüz qırx manat 52 qəpik) manat məbləğindədir. 861494 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 36320,40 (otuz altı min üç yüz iyirmi manat 40 qəpik) manat məbləğindədir. 517167 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 124,86 (yüz iyirmi dörd manat 86 qəpik) manat məbləğindədir. 517068 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 545,43 (beş yüz qırx beş manat 43 qəpik) manat məbləğindədir. 637000 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 92478,21 (doxsan iki min dörd yüz yetmiş səkkiz manat 21 qəpik) manat məbləğindədir. 671558 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 65017,72 (altmış beş min on yeddi manat 72 qəpik) manat məbləğindədir. 326901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, “X17” MMC tərəfindən Naxçıvan MR Qaz İstismar Xidməti üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 46930,37 (qırx altı min doqquz yüz otuz manat 07 qəpik) manat məbləğindədir. 22 aprel 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Naxçıvan MR Qaz İstismar Xidmətinin anbarında olan 3322 ədəd öncədən ödəməli smart kart tipli G4 Qaz Sayğacı, 18 ədəd öncədən ödəməli smart kart tipli G6 Qaz Sayğacı təmir olunub Qaz İstismar Xidmətinə qaytarılması üçün AVM MMC-nin icraçı direktoru X4 təhvil verilmişdir. 25 aprel 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Naxçıvan MR Qaz İstismar Xidmətinin 22 aprel 2022-ci il tarixdə təmir məqsədi ilə AVM MMC-yə təhvil verdiyi 3322 ədəd öncədən ödəməli smart kart tipli G4 və 18 ədəd öncədən ödəməli smart kart tipli G6 qaz sayğacı həmin tarixdə AVM MMC tərəfindən N-Technic firmasına təmir üçün göndərilmiş, N-Technic firması tərəfindən təmir edilərək geri qaytarılan 3030 ədəd qaz sayğacları Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya Şöbəsi tərəfindən yoxlanaraq və istifadəyə yararlı olması təsdiqlənərək saz vəziyyətdə, 292 ədəd qaz sayğac isə sınaq yoxlaması zamanı normalara cavab vermədiyindən yararsız olaraq Naxçıvan MR Qaz İstismar Xidmətinin anbarına təhvil verilmişdir. Geriyə qalan 18 ədəd öncədən ödəməli smart kart tipli G6 qaz sayğacları təmirdən gəldikdən sonra təhvil veriləcəkdir. Naxçıvan MR Qaz İstismar Xidmətinə təqdim edilmiş məlumatdan görünür ki, Sayğac Elektromed G4 Smart tipli qaz sayğacı və Sayğac Elektromed G6 Smart tipli qaz sayğacı adlı malların Naxçıvan MR Qaz İstismar Xidmətinin anbarına mədaxil olma qiyməti müvafiq olaraq 293,82 manat və 690,30 manatdır. 26 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 26 fevral 2024-cü il tarixinə “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron qaimələr üzrə rəsmiləşən borcunun 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat 50 qəpik) manat mövud olmasını “X17” MMC-ni təmsil edən icraçı direktor müavini X9 və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətini təmsil edən rəis X8 öz imzaları ilə təsdiq etmişlər. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X17” MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 534,20 (beş yüz otuz dörd manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı “X17” MMC ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti arasında 10 nömrəli, 03 noyabr 2022-ci il tarixli, 12 nömrəli, 05 dekabr 2022-ci il tarixli, 06 nömrəli, 05 yanvar 2023-cü il tarixli, 02 nömrəli, 27 fevral 2015-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilə əsasında iddiaçı “X17” MMC müqavilələrə əlavə olan qiymətlərin razılaşdırılması protokollarında göstərilən malları cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə vermişdir. Malların verilməsi 773708 nömrəli, xx.xx.2022-ci il tarixli, 861494 nömrəli, xx.xx.2022-ci il tarixli, 517167 nömrəli, xx.xx.2022-ci il tarixli, 517068 nömrəli, xx.xx.2022-ci il tarixli, 637000 nömrəli, xx.xx.2022-ci il tarixli, 671558 nömrəli, xx.xx.2023-cü il tarixli, 326901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar və ödəmələr ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı “X17” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ilə bağlanmış alqı-satqı müqavilələrinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini, mal-material haqqının tam şəkildə ödənilmədiyini və bunun nəticəsində xx.xx.2023-cü il tarixə cavabdehin “X17” MMC-yə 243557.50 manat məbləğində borcunun yarandığını bildirmişdir. 26 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, iddiaçı ödənişin icra edilmədiyini görərək qarşı tərəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, 326901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturada göstərilən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri olan 46930,37 manat Türkiyəyə göndərilən qaz sayğaclarının təmir xərcinin qalıq dəyəridir. Lakin 02 nömrəli, 27 fevral 2015-ci il tarixli müqavilənin 3.3.4.2-ci bəndində qeyd olunmuşdur ki, əgər “Satıcı” malın qüsurları barəsində qabaqcadan məlumat verməmişdirsə, lazımi keyfiyyətli olmayan mal vermişdirsə, “Satıcı”nın təqsiri olub-olmamasından asılı olmayaraq “Alıcı”nın “Satıcı”dan öz seçimi ilə malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən cavabdeh 26 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə iddiaçıya 243557.50 manat məbləğində borcunun olduğunu etiraf etsə də, iddia tələbi 46930,37 manat Türkiyəyə göndərilən qaz sayğaclarının təmir xərcinin qalıq dəyərinə münasibətdə təmin olunmamalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 81% əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 243557.50 (iki yüz qırx üç min beş yüz əlli yeddi manat əlli qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 533,56 (beş yüz otuz üç manat 56 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 533,56 (beş yüz otuz üç manat 56 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 81% hissəsinə mütənasib olaraq 432.18 (dörd yüz otuz iki manat 18 qəpik) manat məbləği cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən tutularaq iddiaçı “X17” MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, 101,38 (yüz bir manat 38 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir, işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Nəticədə, iddia tələbi 81% əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən 196627.13 (bir yüz doxsan altı min altı yüz iyirmi yeddi manat on üç qəpik) manat alınıb iddiaçı “X17” MMC-yə ödənilməli, cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən 432.18 (dörd yüz otuz iki manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “X17” MMC-yə ödənilməli, iddiaçı “X17” MMC tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıya qaytarılmalı, iddiaçı “X17” MMC tərəfindən ödənilmiş 101,38 (yüz bir manat 38 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən (VÖEN:**********) 196627.13 (bir yüz doxsan altı min altı yüz iyirmi yeddi manat on üç qəpik) manat alınıb iddiaçı “X17” MMC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən 432.18 (dörd yüz otuz iki manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “X17” MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0.64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı “X17” MMC-yə qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar