Məhkəmə qərarları › İş №e-2-2(123)-406/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-406/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-406/2024 20.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Nemət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 03 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11792,35 (on bir min yeddi yüz doxsan iki) manat (otuz beş) qəpik məbləğin və ödənilmiş 125.30 (yüz yirmi beş) manat (otuz) qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-406/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçınə və Cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişlər və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə hazırlıq iclası iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakı olmadan keçirilmişdir. İddiaçı 06 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh 30 iyul 2024-cü il tarixində borc məbləğini tam ödədiyini və ödənilmiş məbləğin bank hesablarına artıq köçürüldüyünü, Azərbaycan Respublikasının MPM-nin 262-ci maddəsinin tələblərinin onlara aydın olduğunu qeyd edərək bu səbəbdən iddia tələblərindən imtina etdiklərini və iddia tələblərindən imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin pulun ödənildiyini təsdiq edən 30 iyul 2024-cü il tarixli ödəniş tapşırığını ərizəyə əlavə etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və icraata xitam verilməsini xahiş etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməli, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah olunmalı və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, **********04 nömrəli qəbz ilə ödənilmiş 125.30 (bir yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.3, 4.1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, **********04 nömrəli qəbz ilə ödənilmiş 125.30 (bir yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar