Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-41/2025 03.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1, X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli, EBCD 968421 saylı qaimə üzrə əsas borc 33631.00 manat, ƏDV-6053.58 manat; xx.xx.2022-ci il tarixli, EBCD 970740 saylı qaimə üzrə əsas borc 44908.00 manat, ƏDV-8083.44 manat; xx.xx.2022-ci il tarixli, EBCE 140192 saylı qaimə üzrə əsas borc 12043.00 manat, ƏDV-2167.74 manat; xx.xx.2022-ci il tarixli, EBCH 710651 saylı qaimə üzrə əsas borc 80542.50 manat, ƏDV-14497.65 manat; xx.xx.2022-ci il tarixli, EBCM 030531 saylı qaimə üzrə əsas borc 5050.00 manat, ƏDV- 909.00 manat; xx.xx.2022-ci il tarixli, EBCM 029625 saylı qaimə üzrə əsas borc 11105.00 manat, ƏDV-1998.90 manat; cəmi əsas borc 187279.50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz) manat 50 qəpik, ƏDV 33710.31 (otuz üç min yeddi yüz on)manat 31 qəpik, yekun borc 220989.81 (İki yüz iyirmi min doqquz yüz səksən doqquz) manat 81 qəpik və eyni zamanda cavabdehdən, müqavilədə nəzərdə tutulan müddətdə borc öhdəliyini yerinə yetirmədiyinə görə - bu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7.25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32458.95 (otuz iki min dörd yüz əlli səkkiz) manat 95 qəpik faizin və işə baxılması üçün ödənilmiş 543.45 (beş yüz qırx üç) manat 45 qəpik dövlət rüsumunun – cəmi 253992.21 (iki yüz əlli üç min doqquz yüz doxsan iki)manat 21 qəpik tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, TS 16-22 saylı “tibbi avadanlıqların və onlara aid ehtiyat hissələrinin alqı-satqısına dair” müqavilə bağlanıldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil edildiyini və xx.xx.2023-cü il tarixdə vergi orqanında qeydiyyata alındığını, sonradan "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək Cavabdeh (VÖEN **********) olduğunu, hüquqi varisi olduğunu, qeyd edilən müqavilə üzrə öhdəliklərin tərəflərindən tam olaraq yerinə yetiridiyini, lakin cavabdeh tərəfindən alınan mallardan xx.xx.2022-ci il tarixli, EBCD 968421 saylı qaimə üzrə əsas borc 33631.00 manat, ƏDV-6053.58 manat, xx.xx.2022-ci il tarixli, EBCD 970740 saylı qaimə üzrə əsas borc 44908.00 manat, ƏDV-8083.44 manat, xx.xx.2022-ci il tarixli, EBCE 140192 saylı qaimə üzrə əsas borc 12043.00 manat, ƏDV-2167.74 manat, xx.xx.2022-ci il tarixli, EBCH 710651 saylı qaimə üzrə əsas borc 80542.50 manat, ƏDV-14497.65 manat, xx.xx.2022-ci il tarixli, EBCM 030531 saylı qaimə üzrə əsas borc 5050.00 manat, ƏDV-909.00 manat, xx.xx.2022-ci il tarixli, EBCM 029625 saylı qaimə üzrə əsas borc 11105.00 manat, ƏDV-1998.90 manat olmaqla cəmi: əsas borc 187279.50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz) manat 50 qəpik, ƏDV- 33710.31 (otuz üç min yeddi yüz on) manat 31 qəpik, yekun borc 220989.81 (iki yüz iyirmi min doqquz yüz səksən doqquz) manat 81 qəpik ödənilmədiyini, qeyd olunan borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət edildiyini, 4 dəfə ayrı-ayrı vaxtlarda üzləşmə aktlarının tərtib olunduğunu, sonuncu üzləşmə aktının cavabdehlə 18 yanvar 2024-cü il tarixdə tərtib edildiyini, borcun yaxın zamanda ödəniləcəyinin cavabdeh tərəfindən bildirildiyini, xx.xx.2022-ci il tarixli, TS 16-22 saylı müqavilənin 5.2-ci bəndinə əsasən alınan malların dəyərinin qabaqcadan ödənilməsi nəzərdə tutulsa da, yuxarıda qeyd olunan qaimələr üzrə ödəmələr aparılmadığını, cəmiyyətlərinin ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyini, İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün 41BKƏ/23 saylı xx.xx.2023-cü il tarixli, 16BKX/23 saylı xx.xx.2023-cü il tarixli, 86BKQ/22 saylı xx.xx.2022-ci il tarixli, 14BKX/22 saylı xx.xx.2022-ci il tarixli kredit müqavilələrinə əsasən "xxxx"ASC-dən 15 faiz hesabı ilə kredit götürdüyünü, həmin müqavilənin 6.1-ci bəndində ”SATİCİ” və ya “ALİCİ”-nın bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi Azərbaycan Respublikası Qanunlarının müddəalarına uyğun məsuliyyət daşıdıqlarının qeyd olunduğunu, tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdehin bu günədək borcunu ödəmədiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598-ci maddəsində “Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər”nəzərdə tutulduğunu, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsində isə “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər” göstərildiyini, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyini, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-cimaddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə biləcəyini, özgə vəsaitindən istifadə üçün faizlərin, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulduğunu, bu günə bank uçot dərəcəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 7.25 faiz olaraq müəyyənləşdirildiyini, ona görə də, cavabdehdən məhkəmə qaydasında, yuxarıda qeyd olunan qaimələr üzrə yarannmış 220989.81 (İki yüz iyirmi min doqquz yüz səksən doqquz) manat 81 qəpik ümumi borc və 25 ay borcun ödənilməsi yubadıldığından, həmin məbləğə tətbiq olunan, bu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7.25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32458.95 (otuzikimin dörd yüzəllisəkkiz) manat 95 qəpik faiz pulun İddiaçı hesabına ödənilməsinin tələb edilməli olduğunu, İddiaçı tərəfindən 543.45 (beş yüz qırx üç) manat 45 qəpik dövlət rüsumu ödənildiyini, həmin məbləğin də cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı olduğunu hesab etdiklərini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 17 dekabr 2024-cü il tarixdə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında 2022-ci il tarixdə "xxxx" MMC-yə elektron qaimələr verildiyini, qaimlərin hamısının elektron qaydada məhkəməyə göndərildiyini, X2 Satılalmaya qoşularaq xx.xx.2023-cü il tarixdə vergi orqanında qeydiyyata alındığını, yəni birləşdirildiyini, daha sonra adının dəyişdirilərək APF Tikinti olduğunu, borcun ödənilməsi üçün dəfələrlə müraciət etdiklərini, dörd dəfə üzləşmə aktı tərtib olunduğunu, üzləşmə aktları varsa deməli borcu qəbul etdiklərini, onlara borcları olduğunu özlərinin də qəbul etdiklərini, əsas borcun 187279.50 manat, ƏDV 33710.31 manat, yekun borc 220989.81 manatın, gecikməyə görə isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7.25% bank uçot dərəcəsi tətbiq olunmaqla 32458.95 manatın və 543.45 manat dövlət rüsumunun, cəmi 253992.21 manatın tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 10 yanvar 2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyiizahatındacavabdehə iki yüz iyirmi minlik qaimə kəsildiyini, əsas 187 min 279 manat ƏDV 33710 manat bununla bağlı üzləşmə aktlarının məhkəməyə təqdim olunduğunu, APF tikinti şirkətinin Nəqşicahan İnşaat Şirkətinin adının dəyişdirilərək APF tikinti olduğunu təsdiqləyən sənədi vergilər saytına daxil etdiyini, APF tikinti ilə də bununla bağlı üzləşmə aktlarının olduğunu, borclarının olduğunu təsdiq etdiklərini, qarşı tərəfin pulu ödəməkdən yayındığını, bununla bağlı gecikdirmə faizlərinin iddia ərizəsində qeyd olunduğunu, borcun ödənilməsi ilə bağlı Mərkəzi bank tərəfindən müəyyənləşdirilmiş 7.25 faiz uçot dərəcəsi tətbiq olunmaqla əlavə olaraq 32458.95 manat işə baxılması üçün isə 545.45 manat dövlət rüsumu ödənildiyini, cəmi 253 min 992 manat 21 qəpik tutularaq "xxxx"MMC-nə ödənilməsi barədə qərar çıxarılmasını istədiklərini, yekun borcun ƏDV ilə birlikdə 220 min 989 manat 81 qəpik olduğundan məhkəməyə təqdim etdikləri sənədlərə görə xx.xx.2022-ci il tarixli 2 qaimə, xx.xx.2022-ci il növbəti qaimə, xx.xx.2022-ci il tarixli növbəti qaimə, xx.xx.2022-ci il tarixdə 2 qaimələrin əsasında pul vaxtında ödənmədiyinə görə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsinə əsaslandıqlarını, faizi 2022-nin sonundan məhkəməyə müraciət etdikləri vaxta qədər hesabladıqlarını, 2022-ci ildə Nəqşicahanda rəhbərliyin dəyişildiyini, APF olandan sonra söz verdilər ki, pulunuz ödəniləcək amma ödənilmədiyini, danışıqlar getdiyindən müəyyən qədər vaxt vermək fikrinə gəldiklərini, ondan sonra məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəldiklərini,müqaviləyə əsasən pul bank hesabına oturandan sonra malı verməli olduqlarını, bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 10 yanvar 2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında Nəqşicahan satınalma MMC ilə "xxxx"MMC arasında bu müqavilə əsasında malların alqı-satqısı prosesinin baş verdiyini,Nəqşicahan satınalma MMC-nin təsisçiləri dəydişdiriləndən sonra həmin şirkətin ümumiyyətlə ləğv edilməsinin qərara alındığını, iddiaçı təşkilata qoşulma olacağı təqdirdə pulunuz ödəniləcək dediklərini və təhvil təslim və üzləşmə aktı verməyə hazır olduqlarını bildirdiklərini, sadəcə bu qoşulma prosesinin biraz uzun çəkdiyini, qoşulmaya qədər bu öhdəlikləri götürdüklərini dediklərini, onların sadəcə adlarının APF olduğunu Nəqşicahan MMC-nin hüquqi varisi sayıldıqlarından həmin məbləğlə razı olduqlarını, əsas borcu və ƏDV daxil olmaqla tələbi qəbul etdiklərini, sadəcə pulu köçürə bilmədiklərini, hazırda pulun qaçaqlığı ola bilər diyə tərəddüd etdiklərini bildirdi. İddiaçının nümayəndəsi X4 03 mart 2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini, iddiaçı təşkilatla "xxxx" MMC-i arasında müqvilə olduğunu, lakin müqavilə öhdəliklərini yerinə yetirmədiklərini, bununla əlaqədar qaimələr və üzləşmə aktların olduğunu, qaimlərin və aktların hamısının elektron qaydada məhkəməyə göndərildiyini, X2 Satılalmaya qoşularaq prosesin başa çatdığını, hazırda dəyişilərək APF Tikinti MMC olduğunu, bu əsasla iddia tələbini düzgün verdiklərini, bu müddət ərzində onlara çatası borcu ödəmədiklərindən şirkətlərinin ziyanla qarşılaşdığını, mülki qanunvericilikdə maddələr göstərildiyini, orda müqavilədə birbaşa tərəflərin məsuliyyət məsələsi müəyyənləşmədiyinə görə bu maddənin hərəkətə gətirildiyini, Mərkəzi Bankın bank uçot dərəcəsi iddia yazanda 7.25 % olduğunu, lakin indi ola bilsin məhkəmə qərarı yazanda daha doğrusu qətnamə çıxardanda dəyişib 7 və ya 8 % ola bilməsini, məhkəmənin o zaman onu tətbiq eliyəcəyini nəzərdə tutduqlarını,25 ay müddəti hesabladıqlarını, hələ artıq olduğunu bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə1 03 mart 2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini, sübutları təqdim etdiklərini, hazırda cavabdeh tərəfin borcu qəbul etməməklə əlavə faizlərin hesablanmamağını istədiklərini, borcu qəbul etmirlərsə faizlərin hesablanmamağını niyə istədiklərinin başa düşülmədiyini bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil 03 mart 2025-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında qoşulma prosesinin baş tutsaydı hər iki şirkət onun da debitor kreditor borcları hüquqlarını müdafiə etdiyi şirkətin debitor kreditor borclarına keçəcəyini, təəssüfki, bunun baş vermədiyini, iddianı qəbul edən cavabdehin nümayəndəsinin də təhvil təslim aktlarına əsasən təhvil aktı dedikdə Mülki Məcəllədə nəzərdə tutulan aktdan söhbət getdiyini həmin akta münasibətdə o düşünüb ki, şirkətə verilibsə bu şirkətin borcu sayılmalıdır, biz onu hesablayıb verə bilrik, lakin şirkətlərin tələb olunan pul saxlanılmayıb, hazırda iddiaçı tərəfin cərimə hesabladığını, lakin şirkətlərinin 2 ildir ondan yararlana bilmədiyini, həmin məbləğin hesabda durduğunu, böyük məbləğdə pul olduğunu, həmin pula əl vura bilmədiklərini, hazırda mümkünsüz bir vəziyyətin olduğunu, həqiqətən onlardan asılı olmayan səbəbdən bu halın olduğunu, təsisçisinin şirkəti alarkən nizamnamədə normalda yenidən tanınmış şirkətlərin nizamnaməsini qərarla bərabər vergiyə təqdim olunduğunu, verginin də buna peçatın vurub köhnə təsisçilərə verdiyini, bundan sonra dəyişikliklər etdiklərini, amma ondan sonra verginin nəzarət etmədiyini, şirkəti alan təsisçilərin nizamnaməni görüb tanış olduqdan sonra notariat orqanında da bunun alqı satqısını edəndə dəyişikliyi görmürlər ki, və dönüb demir ki, bir şirkət də var bizə qoşulmalıdır bu şirkət görünməyibdir şirkətdən içəri girəndən sonra aktları gördükdə yenidən təşkil olunduğunu dediklərini, borcun olduğunu deyirlər yaxsı borc varsa gətirin görək o hansı hesabdır camaatın pulun qaytaraq, iddiaçı şirkətin mühasibləri ilə mütəmadi qarşılıqlı əlaqədə olduqlarını, qarşı tərəfin şirkəti ilə bu gündə əlaqədə olduqlarını, pulu ödəyək dediklərini, lakin ödəyə bilmədiklərini, iddiaçı tərəfə üzrxaxlıq elədiklərini, birləşmə olduqdan sonra həmin şirkətin borcu mal varlığı onların olacağını, qoşulan şirkətin bankdakı pulun da götürdükdə borclarını ödəyəcəklərini, lakin götürə bilmədiklərini, nəticə də qarşı tərəfə qoşulma baş tutmadığına görə iddianı hazırkı vəziyyətdə qəbul edə bilmədiklərini bildirdiklərini, qoşulma baş tutduqda aktın olduğunu, imzalarının olduğunu aktın da qoşulmanın aktı olduğunu, belə vəziyyətdə əgər qoşulma baş tutmursa iddianı qəbul edə bilmədiklərini, iddiaçı tərəf ərizənin baxılmamış saxlanılmasına müraciət edərsə yeni iddianı istənilən vaxt edəb biləcəklərini bildirərək hazır ki, vəziyyətdə qoşulma bitmədiyindən iddia tələbini qəbul etmədiklərini göstərərk qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, TS 16-22 saylı müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanaraq İddiaçı müqavilə üzrə satıcı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə alıcı qismində çıxış etmiş, satıcı alıcının sifarişi və müqavilədə göstərilən şərtlər əsasında tibbiavadanlıqları və onların ehtiyat hissələrini, tibbi sərf ləvazimatları və sair ilə təmin etməyi, alıcı isə ödənişi hər alım üçün malın təslimindən əvvəl satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 968421saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli CəmiyyətinəƏDV daxil olmaqla 39684.58 (33631 + 6053.58) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 970740 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli CəmiyyətinəƏDV daxil olmaqla 52991.44 (44908+8083.44) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 140192 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil olmaqla 14210.74 (12043+2167.74) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 710651 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil olmaqla 95040.15 (80542.50+14497.65) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 030531 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil olmaqla 5959 (5050+909) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 029625 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil olmaqla 13103.90 (11105+1998.90) manat dəyərində mallar təqdim edilmişdir. 10 fevral 2023-cü il tarixli üzləşmə aktından görünür ki,10 fevral 2023-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə ƏDV daxil olmaqla 375860.64 manat borcu vardır. 31 may 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 31 may 2023-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə borcunun ƏDV-li məbləği 220989.81 manatdır. 14 noyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki,14 noyabr 2023-cü il tarixə Cavabdeh İddiaçınə ƏDV daxil olmaqla 220989.81 manat borcu vardır. 18 yanvar 2024-cü il tarixli üzləşmə aktından görünür ki,18 yanvar 2024-cü il tarixə Cavabdeh İddiaçınə ƏDV daxil olmaqla 220989.81 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-cimaddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-cimaddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki adı: "xxxx" MMC ) arasında alqı-satqı müqaviləsi bağlanılaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Bu səbəbdən İddiaçı cavabdeh tərəfin həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib müqavilə üzrə satıcı, yəni İddiaçı pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, satıcı yəni İddiaçı alıcını mallarla təmin edərək müqavilə ilə müəyyənləşdirilmiş üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin alıcı yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki adı: "xxxx" MMC) isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməyərək malların dəyərini ödəməmişdir. Belə ki, tərəflər arasında mövcud olan üzləşmə aktına əsasən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə əsas borc 187279.50 manat, ƏDV 33710.31 manat olmaqla ümumilikdə 220989.81 manat borcu vardır. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək tələbin əsas borc 187279.50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz manat 50 qəpik) manat, ƏDV 33710.31 (otuz üç min yeddi yüz onmanat 31 qəpik) manat, yekun borc 220989.81 (iki yüz iyirmi min doqquz yüz səksən doqquz manat 81 qəpik) manatın cavabdehdən tutulmasına dair hissədə iddiaçı tərəfin haqqlı olması və iddianın göstərilən hissədə əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Məhkəmə cavabdeh tərəfin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin"xxxx" MMC-ə qoşulma prosesinin bitməməsi ilə əlaqədar fikirinə əsasən qeyd edir ki, iddia ərizəsinə əlavə olunan vergilər sosial-iqtisadi onlayın qəzetindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil olunur. Bundan başqa iş materiallarında olan Naxçıvan Şəhər Vergilər İdarəsinin 13 fevral 2025-ci il tarixli 3-21-2-24-1\2-2850\2025 nömrəli məktubundan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 may 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-ə qoşularaq, 08 iyun 2023-cü il tarixli **********768800 saylı ərizə ilə ləğv prosesi başlanmışdır və hal hazırda ləğv prosesindədir. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC-ə qoşulduğundan hazır ki, tələb üzrə "xxxx" MMC-in öhdəliyi yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia gecikməyə görə tələb edilən faizə dair hissədə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrasıbarədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqaviləilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının gecikmə faizi olaraq 32458.95 (otuz iki min dörd yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən gecikməyə görə faizin 32458.95 (otuz iki min dörd yüz əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməkdədir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikməyə görə 25 ay üzrə tələb edilən faizin 187279,50x5%=9363,97+9363,97+780,33=19508,27 manatının təmin olunması qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 543.45 (beş yüz qırx üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumunun 530,49 manat məbləği təmin edilmiş hissəyə uyğun olaraq cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, qalan 12,96 manat məbləği isə iddianın rədd edilmiş hissəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc 187279.50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz manat 50 qəpik), ƏDV 33710.31 (otuz üç min yeddi yüz on manat 31 qəpik) olmaqla ümumilikdə 220989.81 (İki yüz iyirmi min doqquz yüz səksən doqquz manat 81 qəpik) manat, 19508,27 manat gecikməyə görə faiz borcu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, 530,49 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Əsas borc 187279.50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz manat əlli qəpik), ƏDV 33710.31 (otuz üç min yeddi yüz on manat otuz bir qəpik) olmaqla ümumilikdə 220989.81 (İki yüz iyirmi min doqquz yüz səksən doqquz manat səksən bir qəpik) manat və 19508,27 (on doqquz min beş yüz səkkiz manat iyirmi yeddi qəpik) manat gecikməyə görə faiz borcu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx"MMC-yə ödənilsin. 530,49 (beş yüz otuz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-41/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-41/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver