Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-43/2023 29.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs “X5” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi 13 mart 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 211175,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxxx 1962-ci il, doğulduğu yer – Ermənistan, Exeqnadzor rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan “X5” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 211175,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 142965,77 manat, faizlər üzrə 68129,31 manat, maliyyə sanksiyası üzrə 80 manat) olmaqla, ümumilikdə 211175,08 manat vergi borcunun olduğu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, **********633100 nömrəli bildiriş göndərildiyi, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəmədiyi qeyd edilmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçinin nümayəndəsinin iştirakİ olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Maraqlı şəxs 29 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 16 mart 2023-cü il tarixli, 3-21- 3/2-3262/2023 nömrəli “X5” MMC-nin direktoru barədə” sənədin əsli onda olmadığına görə keçən məhkəmə iclasında həmin sənədin surətini məhkəməyə təqdim etdiyini, hal-hazırda isə sənədin əslini əldə etdiyini və məhkəməyə təqdim etdiyini, həmin sənəddə qeyd olunduğu kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti rəisinin 8 sentyabr 2022-ci il tarixli, K-283 nömrəli əmri ilə “X5” MMC-nin direktoru vəzifəsindən azad edildiyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, haliyədə onun “X5” MMC-nin direktoru olmadığını, xidmət rəisinin 20 sentyabr 2022-ci il tarixli, K-295 nömrəli əmri ilə X2 “X5” MMC-nin direktoru vəzifəsinə təyin edildiyini bildirərək təqdim etdiyi sənədin nəzərə alınaraq onun barəsində verilmiş ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni, maraqlı şəxsin izahatını və işin faktiki hallarını araşdırıb, iş materiallarında olan və məhkəmə iclasında təqdim edilən sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. 29 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 16 mart 2023-cü il tarixli, 3-21-3/2-3262/2023 nömrəli “X5” MMC-nin direktoru barədə” sənədi məhkəməyə təqdim etmişdir. Həmin sənəddə mövcud qanunvericiliyə əsasən özəlləşdirilməsi nəzərdə tutulan təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təyin olunduğundan, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti rəisinin 8 sentyabr 2022-ci il tarixli, K-283 nömrəli əmri ilə “X5” MMC-nin direktoru vəzifəsindən azad edildiyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi, xidmət rəisinin 20 sentyabr 2022-ci il tarixli, K-295 nömrəli əmri ilə “X5” MMC-nin direktoru vəzifəsinə X3 təyin edildiyi qeyd olunmuşdur. 16 mart 2023-cü il tarixli, 3-21-3/2-3262/2023 nömrəli “X5” MMC-nin direktoru barədə” sənəddə göstərilən hallar məhkəmə tərəfindən ərizəçiyə göndərilən məktub vasitəsilə onun diqqətinə çatdırılıb, qeyd olunan məsələyə münasibət bildirməsi tələb olunmuş, lakin ərizəçi tərəfindən bu məsələyə münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs təqdim etdiyi 16 mart 2023-cü il tarixli, 3-21-3/2- 3262/2023 nömrəli “X5” MMC-nin direktoru barədə” sənədə nəzər yetirib hesab edir ki, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti rəisinin 8 sentyabr 2022-ci il tarixli, K-283 nömrəli əmri ilə “X5” MMC-nin direktoru vəzifəsindən azad edildiyindən, xidmət rəisinin 20 sentyabr 2022-ci il tarixli, K-295 nömrəli əmri ilə “X5” MMC-nin direktoru vəzifəsinə X4 təyin edildiyindən Maraqlı şəxs iddiaya cavab verməli olmayan şəxs olduğuna görə MPM-in tələbinə uyğun olaraq ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs “X5” MMC-nin icra orqanının rəhbəri olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355- 7.3, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs “X5” MMC-nin icra orqanının rəhbəri kimi qeyd edilmiş Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-43/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-43/2023
29.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver