Məhkəmə qərarları › İş №e-2-2(123)-46/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-46/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-46/2020 09.06.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Salmanov Elşən Fizuli oğlu iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 Departamentinin Cavabdeh qarşı “Aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş idarəsinin rəis müavini Nümayəndə xx xxx 2020-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (FİN: xxxxxxx) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarə rəisinin müavini Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********3310 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən, fiziki şəxs Cavabdeh məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2020-ci il tarixli, VN seriyalı, 000297 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2020-ci il tarixli, VN seriyalı, 000297 nömrəli protokol tərtib edilərək götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarə rəisinin müavini Nümayəndə Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Cavabdeh məxsus obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatının satış üçün saxlanması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə edilmiş: xx xxxx 2020-ci il tarixli, VN seriyalı, 000297 nömrəli müvafiq protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixli, **********3310 nömrəli qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmiş və markalanmalı (nişanlanmalı) olan malların götürülməsi barədə protokol tərtib edilmişdir. xx xxxx 2020-ci il tarixli, VN seriyalı, 000297 nömrəli markalanmalı (nişanlanmalı) malların saxlamaya qoyulması barədə aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən səyyari piştaxta obyektində keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və xx xxxx 2020-ci il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) mallar müvəqqəti olaraq saxlanılması üçün X1 təhvil verilmişdir. Elektron qaydada çıxarılmış AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Xanağa kəndində qeydiyyatdadır. xx xxxx 2020-ci il tarixli, VN seriyalı 000297 nömrəli markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunuluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktın surətindən görünür ki, markalanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara buraxılması hallarına yol verdiyinə görə Cavabdeh barəsində Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. xx xxxx 2020-ci il tarixli ekspert rəyində Cavabdeh fəaliyyət göstərdiyi obyektdə mövcud olan malların bazar qiyməti ilə ümumi alış dəyərinin 452,7 manat olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx xxx 2020-ci il tarixdə cavabdehə məhkəmə bildirişi xəbərnaməli qaydada göndərilmiş və xx.xx.2020-ci il tarixdə Rzayeva Fərqanə adlı şəxs bildirişi almağının təsdiqi olaraq xəbərnaməyə imza etmişdir. Həmçinin xx xxx 2020-ci il tarixli, № 06 saylı telefonoqram vurularaq ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən tələbə qarşı əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə göndərə bilər. Lakin Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən göndərilmiş bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, məhkəməyə göndərməmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün qənaətedicidir, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur ona görə də hazırkı işin həllinə dair qətnamə çıxarılması qanunauyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 190.1-ci maddəsinə əsasən tütün məmulatları aksizli mallara aid edilir. 23.1 və 23.1.13-cü maddələrinə əsasən aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarıdır. 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. 89.13.4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin iddiaçı tərəfindən müvafiq sənədləşdirilmələrin aparılması zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin tədqiq olunan faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, **********3310 nömrəli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən səyyari piştaxtada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aparılmış operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış ümumi alış dəyəri 452,7 manat olan 149 qutu tütün məmulatları aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğluna (VÖEN: **********) məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatı müsadirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1, 284-6, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 452,70 manat olan 149 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim imza Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar