Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-46/2021 26.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”nə qarşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyə n etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 09 iyul 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh”dən 49 manat, 51 qəpik abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu olmaqla cəmi 69 (altmış doqquz) manat, 51 (əlli bir) qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizəsini əsaslandıraraq cavabdeh “Cavabdeh” ilə İddiaçı MMC arasında bağlanmış 23.11.2018-ci il tarixli ********* saylı “Abunə müqaviləsi”nə əsasən ********** №-li mobil nömrə ilə cavabdehin iddiaçının rabitə xidmətlərindən istifadə etdiyini və nəticədə onun 49 manat 51 qəpik məbləğində abunə və xidmət haqqı borcunun yarandığını, abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçinin xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməli olduğunu, həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell”in abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq etdiyini, bunun da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablandığını, gecikmə faizinin hesablanmasının, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirildiyini, cavabdehin öz borcunu ödəməsinin son tarixi 28.03.2019-cu il müəyyən olunsa da onun müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etmədiyini bildirmiş və cavabdeh “Cavabdeh”dən 49 manat, 51 qəpik abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu olmaqla cəmi 69 (altmış doqquz) manat, 51 (əlli bir) qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci, 448.1-ci və 385.1-ci maddələrinə istinad etmişdir. İş materiallarına əlavə olunmuş 09 iyul 2021-ci il tarixli xəbərnamədən aydın olur ki, hazırkı iş üzrə məhkəmə bildirişi cavabdeh “Cavabdeh”nə çatdırılmışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iş materiallarını öyrənərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə cavabdeh “Cavabdeh” arasında bağlanmış 23.11.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsinin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini "Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra "xidmət”), "Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin müddəaları SİM-kart vasitəsilə təchiz edilən "Azercell” Xidmətlərinə və ya SİM-kart paketi satışına şamil edilir. - 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesabfakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr "Azercell”in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, İnternet ilə və s.) həyata keçirilir. "Azercell” öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər. - 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, "Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər "Azercell” tərəfindən müvafiq qaydada dəyişdirilə bilər. - 14.1-ci bəndinə əsasən abunəçi təqsirli olaraq "Azercell”ə vurduğu zərərə və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsinə görə "Azercell” qarşısında qanunvericilikdə nəzərdə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır. - 14.2-ci bəndinə əsasən "Azercell”in telekommunikasiya xidmətlərindən və/və ya nömrədən (qanunvericiliklə və bu müqavilə ilə qadağan edilmiş hallar da daxil olmaqla) istifadə ilə əlaqədar olaraq "Azercell” qarşısında yalnız abunəçi (yaxud onun varisləri) məsuliyyət daşıyır və qüvvədə olan qanunvericiliyə əsasən özünün bütün əmlakı ilə cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bütün halları araşdıraraq məhkəmə hesab edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların, yaxud şahidlərdən ifadələrin və ya ekspertdən rəyin alınması zərurəti olmadığından kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan hazırki iş üzrə qətnamə çıxarılmalı və iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki iş üzrə araşdırılan hallardan məlum olur ki, tərəflər arasında müəyyən bir öhdəliyin olduğu İddiaçı MMC ilə cavabdeh “Cavabdeh” arasında bağlanmış 23.11.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranan öhdəliyin şərtlərini cavabdeh pozmuş, cavabdehin iddiaçıya qarşı borcu yaranmış və o, həmin öhdəlikdən irəli gələn borcunu iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 09.10.2020-ci il tarixli cari hesab arayışından məlum olur ki, cavabdeh “Cavabdeh” tərəfindən ödənilməmiş faktura məbləği 49 (qırx doqquz) manat, 51 (əlli bir) qəpik təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi üçün 10 (on) iş günü müddətinin müəyyən edilməsi barədə bildirişin göndərilməsinə və cavabdeh tərəfindən həmin bildirişin rəsmi qaydada alınmasına baxmayaraq cavabdeh “Cavabdeh” tərəfindən onun iddiaçıya qarşı olan borcunun ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”nə qarşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar 08.01.2021-ci il tarixdə, AsanPay vasitəsilə, ********* saylı qəbzlə ödənilmiş 20.00 AZN (iyirmi manat, 00 qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Nəticədə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”nə qarşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi barədə iddiası təmin edilməli, cavabdeh “Cavabdeh”dən 49 (qırx doqquz) manat, 51 (əlli bir) qəpik abunə və xidmət haqqı, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu olmaqla cəmi 69 (altmış doqquz) manat, 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh “Cavabdeh”dən 49 (qırx doqquz) manat, 51 (əlli bir) qəpik abunə və xidmət haqqı, həmçinin 08.01.2021-ci il tarixdə, AsanPay vasitəsilə, ********* saylı qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla cəmi 69 (altmış doqquz) manat, 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-46/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-46/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver