Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-464/2024 15.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqavilədən irəli gələn öhdəliyin icrası barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 08 avqust 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməyən Cavabdehndən ödənilməyən 22125 AZN və gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 1% cəriməsinə uyğun olaraq (xx.xx.2023-cü il tarixindən bu günə kimi) 78101 AZN, dövlət rüsumuna görə ödənilmiş 391 AZN və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 AZN, ümumilikdə 100937 AZN məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, AZ/23/04 nömrəli “Malların alqı-satqısına dair” müqavilə bağlanıldığını, həmin müqaviləyə əsasən müəssisələrinin müqavilənin ayrılmaztərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcının isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürdüyünü, müvafiq müqaviləyə 1 nömrəli əlavə razılaşmaya uyğun olaraq, müqavilə tərəflərinin aşağıdakı məhsullar barədə razılaşmaya gəldiklərini: 1) 12 ədəd ölçüləri 1400x700x750mm olan yemək masası (Birinin qiyməti 450 AZN olmaqla, ümumilikdə 5400 AZN) 2) 4 ədəd ölçüləri 900x900x750mm olan yemək masası (Birinin qiyməti 330 AZN olmaqla, ümumilikdə 1320 AZN) 3) 6 ədəd ölçüləri 700x700x750mm olan yemək masası (Birinin qiyməti 321 AZN olmaqla, ümumilikdə 1926 AZN) 4) 2 ədəd divan (Birinin qiyməti 2888 AZN olmaqla, ümumilikdə 5776 AZN) 5) 48 ədəd oturacaq (Birinin qiyməti 180 AZN olmaqla, ümumilikdə 8640 AZN) 6) 16 ədəd oturacaq (Birinin qiyməti 200 AZN olmaqla, ümumilikdə 3200 AZN) 7) 2 ədəd ölçüləri 15000x400mm olan tavan üçün asma dekorativ metalelement (Birinin qiyməti 1284 AZN olmaqla, ümumilikdə 2568 AZN) 8) 1 ədəd ölçüləri 8500x400mm olan tavan üçün asma dekorativ metalelement (qiyməti 727 AZN ) 9) 2 ədəd metalarakəsmə (setka hissə təkqat) (Birinin qiyməti 4246 AZN olmaqla, ümumilikdə 8492 AZN) 10) 1 dəst arka vitrinlər üçün dekorativ metalelementlər (5-liarka) (Qiyməti 4200 AZN) 11) 1 dəst arka üzləməsi (Qiyməti 5250 AZN) 12) 4 ədəd ölçüləri 800x600x900mm olan dolab (arkaların alt hissəsi) ( Birinin qiyməti 269 AZN olmaqla, ümumilikdə 1076 AZN) 13) 1 ədəd ölçüləri 3000x600x900mm olan dolab (arkaların alt hissəsi) (Qiyməti 1011 AZN) 14) 125 m divar üzləməsi(kolon və rigel) ( Qiymət 17125 AZN) 15) 2 ədəd kürsü hissə metalaakəsmənin altı üçün(divanın arxası) (Birinin qiyməti 800 AZN olmaqla, ümumilikdə 1600 AZN) 16) 2 ədəd ölçüləri 4500x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 610 AZN olmaqla, ümumilikdə 1220 AZN) 17) 2 ədəd ölçüləri 700x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 95 AZN olmaqla, ümumilikdə 190 AZN) 18) 2 ədəd ölçüləri 4950x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 675 AZN olmaqla, ümumilikdə 1350 AZN) 19) 1 ədəd ölçüləri 2400x200x850 mm olan dibçək (pəncərəyanı) (Qiyməti 329 AZN) 20) 4 ədəd ölçüləri 750x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 100 AZN olmaqla, ümumilikdə 400 AZN) 21) 5 ədəd Qapı ( Birinin qiyməti 640 AZN olmaqla, ümumilikdə 3200 AZN). Cəmi məbləğ ( 13500 AZN ƏDV daxil olmaqla) 88500 AZN. Daha sonra xx.xx.2023-cü il tarixində tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış təhviltəslim aktına əsasən, yuxarıda qeyd olunan məhsuların streclə bükülmüş və nöqsansız vəziyyətdə təhvil verildiyini, yuxarıda qeyd olunan razılaşmaya əsasən, tərəflərindən CavabdehMMC-yə elektron qaimə yazıldığını və bu qaimənin cavabdeh tərəfindən imzalı formada təsdiq olunduğunu, həmin elektron qaiməyə əsasən, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinin avans məbləğ olan ümumi məbləğin 25%-ni ödədiyini, bundan sonra yerdə qalan məbləğin 50%-ni müqaviləyə uyğun tarixlərdə 2 bərabər hissədə (25%+25%) ödəsə də ümumi məbləğdən yerdə qalan 25%-i, yəni 22125 AZN-i (3750 AZN ƏDV daxil olmaqla) ödəməyərək öhdəliyini lazımınca icra etmədiyini, halbuki xx.xx.2023cü il tarixli, AZ/23/04 saylı alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən, alıcının ilkin olaraq ümumi dəyərin 25%-i avans olaraq ödəməli, növbəti 75%-i isə 3(üç) dəfəyə hər ay bərabər miqdarda ödəməli olduğunu, əks təqdirdə hər gecikən gün üçün ümumi məbləğin ödənilməmiş hissəsinin 1%-i dəyərində cərimə hesablandığını, müqavilənin 6.1-ci maddəsinə əsasən, hazırki müqavilə üzrə bütün mübahisələrin danışıqlar yolu ilə həll olunacağını, razılıq əldə olunmadıqda mübahisələrin AR qanunvericiliyinə müvafiq olaraq məhkəmə yolu ilə həll ediləcəyini, həmin müddəaya uyğun olaraq cavabdeh müəssisənin dəfələrlə tərəflərindən telefonla xəbərdar edilməsinə baxmayaraq, öhdəliyin icrası üçün heç bir addım atmadığını, buna görə də xx.xx.2024-cü il tarixində CavabdehMMC-yə yazılı xəbərdarlıq ünvanlasalar da, sonuncunun öz öhdəliyini yenə də icra etmədiyini qeyd etmişdir. İddiaçı vəkil və nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə tələbə müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməyən Cavabdehndən ödənilməyən 22125 AZN və gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 1% cəriməsinə uyğun olaraq (xx.xx.2023-cü il tarixindən bu günə kimi) 78101 AZN, dövlət rüsumuna görə ödənilmiş 424.64 AZN və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1284 AZN və yol xərci kimi 400 AZN, ümumilikdə 102335 AZN məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi çərçivəsində baxılmasına qərar vermişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı MMC-nin vəkil və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 27 aprel 2023-cü il tarixli, AZ23/04 saylı Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin müqavilənin: 1.1-ci bəndinə, əsasən, “Satıcı” “Alıcı”ya müvafiq qaimə fakturada qeyd edilən malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada maalın dəyərini “Satıcı”ya ödəyir. 1.2-ci bəndinə, əsasən, malın növü, çeşidi, digər əlamətləri və xarakterik xüsusiyyətləri tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş qiymət təklifi və ya müqavilənin ayrılmaz tərkib hissəssi olan razılaşma sənədi ilə müəyyən olunur. 27 aprel 2023-cü il tarxili, AZ23/04 saylı Alqı-satqı müqaviləsindən vəxx.xx.2023-cü il tarixli əlavə razılaşma № 01-dən görünür ki,ödəmə şərti “Alıcı” ümumi məbləğin 25%ni “Satıcı”ya avans olaraq ödəməli, qalan məbləği 3 (üç) dəfəyə hər ay bərabər miqdarda ödəməklə toplam 4 (dörd) ay müddətinə tam ödəməlidir. Razılaşdırılmış ödəmə qaydası “Alıcı” tərəfindən pozularsa “Alıcı” hər gecikən gün üçün məbləğin ödənilməmiş hissəsinin 1%-ni “Satıcı”ya cərimə ödəməlidir. Satış avans ödənildikdən sonra istehsala başlanılacaqdır. Bütün rənglər, ölçülər texniki xüsusiyyətlər və sifarişə aid bütün məlumatlar müştərinin nümayəndəsi (dizayner) ilə razılaşdırılır. Cəmi 88500 (səksən səkkiz min beş yüz) manat dəyərində mallar təqdim edilməlidir. 05 avqust 2023-cü il tarixli işlərin yerinə yetirilməsinin təhvil-təslim aktından görünür ki, 27 aprel 2023-cü il tarixli AZ23/04 saylı müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə adları həmin aktda qeyd edilmiş cəmi 359 detal təhvil verilmişdir. 05 avqust 2023-cü il tarixli işlərin yerinə yetirilməsinin təhvil-təslim aktından görünür ki, 27 aprel 2023-cü il tarixli AZ23/04 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-yə adları həmin aktda qeyd edilmiş cəmi 248 ədəd mal təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 638636 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 88500 (səksən səkkiz min beş yüz) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün X3 vasitəsilə dövlət büdcəsinin AZ47AİİB********************saylı xəzinə hesabına 391 (üç yüz doxsan bir) manat pul vəsaiti ödənilmişdir. 25 iyun 2024-cü il tarixli HM-0026/24 saylı Xidməti Müqavilədən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMCarasında müqavilə bağlanmış və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşdür. Həmin müqavilənin: 1.1-ci bəndinə, əsasən, icraçı sifarişçiyə müqavilənin 1 (bir) nömrəli əlavəsində qeyd olunan xidmətləri, bu müqavilə ilə tənzimlənən şərtlərlə və tərəflər arasında göstərilən xidmətlər müqabilində qarşılıqlı razılaşdırılmış məbləğin ödənilməsi bu müqavilənin predmetini təşkil edir. 1.2-ci bəndinə, əsasən, icraçının sifarişçiyə göstərəcəyi xidmətlərin siyahısı bu müqavilənin 1 (bir) nömrəli əlavəsi ilə tənzimlənir. 1.3-cü hüquq şirkətinin vəkilləri və digər işçiləri və ya hüquq şirkəti vasitəsilə xidmət göstərən fiziki şəxslər qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, sifarişçi qarşısında şəxsi məsuliyyət daşımırlar. Hüquq şirkəti və onun vəkilləri bütün mübahisələrdə, danışıqlarda və məhkəmədənkənar və məhkəmədə, arbitraj məhkəmələrində və başqa yerlərdə sifarişçini təmsil və müdafiə edə bilər. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə sifarişçi icraçıya birdəfəlik ödəniş olmaqla 1284 manat hüquq şirkətinə xidmət haqqı ödəyir. xx.xx.2024-cü il tarixli 0026/24 nömrəli müqavilə üzrə əlavə 1-dən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC ilə hüquqi xidmətlər müqabilindəbirdəfəlik xidmət üçün 1284 (bir min iki yüz səksən dörd) manatqarşılığında razılaşmış və dəyərini təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli 0026/24 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hüquqi xidmətlər təhvil verilmiş, İddiaçı MMC tərəfindən 1284 (bir min iki yüz səksən dörd) manat pul vəsaiti isə bu xidmətlərin qarşılığında"xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli **********77 saylı ödəmə qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ33AİİB400600E**********109 saylı bank hesabına 1284 (bir min iki yüz səksən dörd) manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün X3 vasitəsilə dövlət büdcəsinin AZ47AİİB******************** saylı xəzinə hesabına 33.64 (otuz üç manat altmış dörd qəpik) manat pul vəsaiti ödənilmişdir. Elektron bilet qəbzindən görünür ki, Nümayəndə2 **********666 saylı biletlə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak üçün Bakı şəhərindən Naxçıvan şəhərinə təyyarə ilə gəlmiş və 60 manat vəsait ödəmişdir. Elektron bilet qəbzindən görünür ki, Nümayəndə1 **********665 saylı biletlə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak üçün Bakı şəhərindən Naxçıvan şəhərinə təyyarə ilə gəlmiş və 60 manat vəsait ödəmişdir. Elektron bilet qəbzindən görünür ki, Nümayəndə2 **********636 saylı biletlə xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərindən Bakı şəhərinə təyyarə ilə qayıtmış və 60 manat vəsait ödəmişdır. Elektron bilet qəbzindən görünür ki, Nümayəndə1 **********637 saylı biletlə Naxçıvan şəhərindən Bakı şəhərinə təyyarə ilə qayıtmış və 60 manat vəsait ödəmişdır. Otel məsrəflərinə dair sənəddən görünür ki, Nümayəndə2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Grand Hoteldə qalmaqla 54 (əlli dörd) amanat ödəniş etmişdir. Otel məsrəflərinə dair sənəddən görünür ki, Nümayəndə1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Grand Hoteldə qalmaqla 54 (əlli dörd) manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində qismən haqlıdır. Belə ki, tərəflər aralarında alqı-satqı müqaviləsi bağlayaraq üzərlərinə bəzi öhdəliklər götürmüşdür. Satıcı yəni İddiaçı MMCcavabdehə dəyəri 27 aprel 2023-cü il tarixli, AZ23/04 saylı alqı-satqı müqaviləsində və əlavə razılaşma № 01-də qeyd olunan 88500 (səksən səkkiz min beş yüz) manat dəyərində və xx.xx.2023-cü il tarixli işlərin yerinə yetirilməsinin təhvil-təslim aktında qeyd edilən 359 detal və 248 ədəd malları təqdim edərəküzərinə düşən öhdəliyi yerinə yetirmiş, alıcı yəni Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş satıcının təqdim etdiyi malları qəbul edərək onun dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir.Bu səbəbdən müqavilə üzrəsatıcı yəni İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ödənilməyən 22125 (iyirmi iki min yüz iyirmi beş) manat,gecikdirilənödənilməyənümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq1106.25 (min yüz altı manat iyirmi beş qəpik) manat,vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1284 (bir min iki yüz səksən dörd) manat,çəkilmiş yol xərcinə görə 348 (üç yüz qırx səkkiz) manat olmaqla, 24863,25 (iyirmi dörd min səkkiz yüz altmış üç manat iyirmi beş qəpik) manat pul vəsaiti İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqaviləilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, İddiaçı MMC dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun78101 (yetmiş səkkiz min yüz bir) manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyri-mütənasibdir. Məhkəmə həmçinin gecikmə faizi olaraq 78101 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyinicrasıbarədəiddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 1106.25 (min yüz altı manat iyirmi beş qəpik) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.4-tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.6-vəkillərə etdikləri kömək üşün ödənilən xərclər; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsində yol xərci kimi qeyd edilmiş 400 (dörd yüz) manat pul vəsaitinin geri qaytarılması hissəsində məhkəmə qeyd edir ki, İddiaçı MMC iddia tələbində yol xərci kimi çəkilən xərcin 400 (dörd yüz) manat olduğunu qeyd etsə də, sübut olaraq təqdim edilmiş sənədlərdə yol xərci 240 (iki yüz qırx) manat, otel məsrəfi 108 (bir yüz səkkiz) manat olmaqla, cəmi 348 (üç yüz qırx səkkiz ) manat olması öz təsdiqini tapmışdır. Məhkəmə bu səbəbdən yol xərci kimi tələb edilən məbləği qismən təmin edir və belə qənaətə gəlir ki, Cavabdeh MMC-dən 348 (üç yüz qırx səkkiz) manat alınaraq İddiaçı MMCyə ödənilməlidir. 25 iyun 2024-cü il tarixli HM-0026/24 saylı Xidməti Müqavilədən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMCarasında müqavilə bağlanmış və xx.xx.2024-cü il tarixli 0026/24 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hüquqi xidmətlər təhvil verilmiş, İddiaçı MMC tərəfindən 1284 (bir min iki yüz səksən dörd) manat pul vəsaiti isə bu xidmətlərin qarşılığında"xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli **********77 saylı ödəmə qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ33AİİB400600E**********109 saylı bank hesabına 1284 (bir min iki yüz səksən dörd) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki,İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ödənilən 1284 (bir min iki yüz səksən dörd) manat vəkil xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, yəni hazırki vəziyyətdə məhkəməyə verilmiş iddianın qiyməti 101910 (yüz bir min doqquz yüz on) manat olduğundan, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 391.91 (üç yüz doxsan bir manat doxsan bir qəpik) manat təşkil edir. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 391.91 (üç yüz doxsan bir manat doxsan bir qəpik) dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərlə 424.64 (dörd yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu ödəyərək 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 424.64 (dörd yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun 164,59 (yüz altmış dörd manat əlli doqquz qəpik) manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, qalmış dövlət rüsumu isə iddiaçıya aid hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh MMC-dən (VÖEN- **********) 22125 (iyirmi iki min yüz iyirmi beş) manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 1106.25 (min yüz altı manat iyirmi beş qəpik) manat, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1284 (bir min iki yüz səksən dörd) manat, çəkilmiş yol xərcinə görə 348 (üç yüz qırx səkkiz) manat olmaqla, 24863,25 (iyirmi dörd min səkkiz yüz altmış üç manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 424.64 (dörd yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun 164,59 (yüz altmış dörd manat əlli doqquz qəpik) manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 227,32 (iki yüz iyirmi yeddi manat otuz iki qəpik) manat məbləğində hissəsi iddiaçıya aid hesab edilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 11 sentyabr 2024-cü il tarixdə “Müvəqqəti təminat tədbirlərinin görülməsinə dair” ərizə ilə Naxçıvan MR Kommeriya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixli e-16(123)-10/2024 saylı qərardadı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-464/2024 saylı işinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-nə təhvil verilən əmlakların 1) 12 ədəd ölçüləri 1400x700x750mm olan yemək masası (Birinin qiyməti 450 AZN olmaqla, ümumilikdə 5400 AZN), 2) 4 ədəd ölçüləri 900x900x750 mm olan yemək masası (Birinin qiyməti 330 AZN olmaqla, ümumilikdə 1320 AZN), 3) 6 ədəd ölçüləri 700x700x750 mm olan yemək masası (Birinin qiyməti 321 AZN olmaqla, ümumilikdə 1926 AZN), 4) 2 ədəd divan (Birinin qiyməti 2888 AZN olmaqla, ümumilikdə 5776 AZN), 5) 48 ədəd oturacaq (Birinin qiyməti 180 AZN olmaqla, ümumilikdə 8640 AZN), 6) 16 ədəd oturacaq (Birinin qiyməti 200 AZN olmaqla, ümumilikdə 3200 AZN), 7) 2 ədəd ölçüləri 15000x400 mm olan tavan üçün asma dekorativ metal element (Birinin qiyməti 1284 AZN olmaqla, ümumilikdə 2568 AZN), 8) 1 ədəd ölçüləri 8500x400mm olan tavan üçün asma dekorativ metal element (qiyməti 727 AZN ), 9) 2 ədəd metal arakəsmə (setka hissə təkqat) (Birinin qiyməti 4246 AZN olmaqla, ümumilikdə 8492 AZN), 10) 1 dəst arka vitrinlər üçün dekorativ metal elementlər (5-li arka) (Qiyməti 4200 AZN), 11) 1 dəst arka üzləməsi (Qiyməti 5250 AZN), 12) 4 ədəd ölçüləri 800x600x900 mm olan dolab (arkaların alt hissəsi) ( Birinin qiyməti 269 AZN olmaqla, ümumilikdə 1076 AZN), 13) 1 ədəd ölçüləri 3000x600x900 mm olan dolab (arkaların alt hissəsi) (Qiyməti 1011 AZN), 14) 125 m divar üzləməsi(kolon və rigel) ( Qiymət 17125 AZN), 15) 2 ədəd kürsü hissə metal arkəsmənin altı üçün(divanın arxası) (Birinin qiyməti 800 AZN olmaqla, ümumilikdə 1600 AZN), 16) 2 ədəd ölçüləri 4500x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 610 AZN olmaqla, ümumilikdə 1220 AZN), 17) 2 ədəd ölçüləri 700x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 95 AZN olmaqla, ümumilikdə 190 AZN), 18) 2 ədəd ölçüləri 4950x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 675 AZN olmaqla, ümumilikdə 1350 AZN), 19) 1 ədəd ölçüləri 2400x200x850 mm olan dibçək (pəncərəyanı) (Qiyməti 329 AZN), 20) 4 ədəd ölçüləri 750x200x850 mm olan dibçək (pəncərəyanı) (Birinin qiyməti 100 AZN olmaqla, ümumilikdə 400 AZN), 21) 5 ədəd Qapı ( Birinin qiyməti 640 AZN olmaqla, ümumilikdə 3200 AZN) Cəmi məbləğ ( 13500 AZN ƏDV daxil olmaqla) 88500 AZN olan üzərinə həbs qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Belə ki, iddia qismən təmin edilməli olduğundan məhkəmə aktının 11 sentyabr 2024-cü il tarixli, e-16(123)-10/2024 saylı qərardadı məhkəmə aktının (qətnamənin) icrasına qədər öz qüvvəsini saxlamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN-**********) 22125 (iyirmi iki min yüz iyirmi beş) manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 1106.25 (min yüz altı manat iyirmi beş qəpik) manat, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1284 (bir min iki yüz səksən dörd) manat, çəkilmiş yol xərcinə görə 348 (üç yüz qırx səkkiz) manat olmaqla, cəmi 24863,25 (iyirmi dörd min səkkiz yüz altmış üç manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə (VÖEN- **********) ödənilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 424.64 (dörd yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun 164,59 (yüz altmış dörd manat əlli doqquz qəpik) manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 32.73 (otuz iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 227,32 (iki yüz iyirmi yeddi manat otuz iki qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə aktının (hazırkı qətnamənin) icrasına qədər 11 sentyabr 2024-cü il tarixli, e-16(123)- 10/2024 saylı qərardadın qüvvəsi saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-464/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-464/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver