Məhkəmə qərarları › İş №e-2-2(123)-47/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-47/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-47/2021 17.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”nə qarşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə tərəflərin iştrakı olmadan baxaraq müəyyən etdim: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 09 iyul 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh”dən 31 manat abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu olmaqla cəmi 51 (əlli bir) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 16 iyul 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun məcburi qaydada tutulmasına dair” iş (e-2- 2(123)-47/2021) üzrə cavabdehin borcunu tam şəkildə ödədiyini, hazırda həmin mübahisə üzrə onun iddiaçıya borcunun olmadığını, bu səbəbdən də, hazırki iş üzrə iddiadan imtina etdiklərini bildirib yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsini rəhbər tutaraq, hazırki dövr üçün cavabdeh öz borcunu tam şəkildə ödədiyindən məhkəmənin icraatında olan iş üzrə iddiadan imtina etmələrinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və icraata xitam verilməsinin nəticələrinin onlara məlum olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiadan imtinaya dair ərizə araşdırılaraq hesab edilir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”nə qarşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi barədə İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin və kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar