Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-470/2024 29.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 13 avqust 2024-cü il tarixdə daxil olmuş elektron ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2406,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1975-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR; Ordubad; Üstüpü. k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2406,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 1765,97 manat, faizlər üzrə 240,22 manat) olmaqla, ümumilikdə 2406,19 manat borcunun olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********352500 nömrəli bildirişlərin göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında yaşadığını qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 25.3, 26.1, 26.2, 305.1.12, 355.1.12, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-470/2024 saylı qərardadı ilə xüsusi icraat üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 17:05-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən “Məhkəmə iclasında iştirak” haqqında ərizədə iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Maraqlı şəxs (şəxsin FİN kodu: xxxxxxx, seriya və nömrəsi: AA*******) xx.xx.1975-ci il tarixdə Azərbaycan, Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixdə əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” olmaqla ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il yazılış tarixinə dövlət büdcəsinə vergilər üzrə 1.765,97 manat məbləğində, faiz üzrə 240,40 manat məbləğində qalıq borcu vardır. Maraqlı şəxs tərəfindən 16 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq "xxxx" MMC-nin (VÖEN **********) direktoru vəzifəsindən təsisçi tərəfindən azad edildiyi və qanuni təmsilçi kimi hüquqi şəxs olan "xxxx"xxxx"xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru olmadığından onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının həyata keçirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı qeyd olunmuş, əgər hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru olmadığı barədə Dövlət Reyestrindən çıxarış təqdim etmək lazımdırsa, tərəfindən həmin sənədin hüquqi şəxsdən alınaraq təsdiqedici sübut kimi məhkəməyə təqdim edilməsi üçün əlavə vaxt verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin Ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs vəzifəsindən azad edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə X5 təyin edilərək, qanuni təmsilçi vəzifələrinin icrasına başlanılmışdır. Maraqlı şəxs tərəfindən 28 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq "xxxx" Mədud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri və hüquqi təmsilçisi olmadığı, təsdiqedici sənəd kimi dövlət reyestrindən çıxarış əlavə edildiyi qeyd edilmiş, və bunlar nəzərə alınaraq, vergi borcunun hal-hazırda ona bir şəxs olaraq heç bir aiddiyəti olmadığından məhkəmədən vergi orqanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Ərizəsinin təmin edilməməsi və rədd edilməsi xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, 3- 21-2-2-1/2-8256/2024 nömrəli çıxarışlardan görünür ki, xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, ********** dövlət qeydiyyat nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs, hazırki qanuni təmsilçisi və təsisçisi nizamnamə kapitalında 1 paya sahib olan X2r. Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisi X3r. Məhkəmə ərizəni, maraqlı şəxsin ərizəsini və işin faktiki hallarını araşdırıb, iş materiallarında olan və məhkəmə iclasında təqdim edilən sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Ümumi yığıncağının qərarında, habelə 27 avqust 2024-cü il tarixli, 3-21-2-2-1/2-8256/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlarda göstərilən hallar məhkəmə tərəfindən e-mail vasitəsi ilə göndərilmiş məlumatlar vasitəsilə ərizəçinin diqqətinə çatdırılmış, lakin ərizəçi tərəfindən bu məsələyə münasibət bildirilməmişdir. Məhkəmə Maraqlı şəxs təqdim etdiyi 27 avqust 2024-cü il tarixli, 3-21-2-2-1/2- 8256/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlara və digər iş materiallarına nəzər yetirib hesab edir ki, Maraqlı şəxs "xxxx" MMC-nin Ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edildiyindən, və eyni qərar ilə "xxxx" MMC-nin direktoru vəzifəsinə X5 təyin edildiyindən Maraqlı şəxs iddiaya cavab verməli olmayan şəxs olduğuna görə MPM-in tələbinə uyğun olaraq ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-7.3, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi qeyd edilmiş Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-470/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-470/2024
29.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver