Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-487/2024 02.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “müqavilədən irəli gələn öhdəlik üzrə borc” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 26 avqust 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1470.10 (bir min dörd yüz yetmiş manat, on qəpik) AZN borc məbləğinin və dövlət rüsumu 35 (otuz beş manat) AZN-nin cavabdeh FS X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 18 oktyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən elektron qaydada məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ünvanlanaraq həmin ərizədə işin məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən ümumilikdə 300 (üç yüz) manat məbləğində ödənişin edildiyi, hazırda cavabdehin iddiaçıya olan borcunun 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat məbləğində qaldığı bildirilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 21 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə “1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması” həcmində baxılması qərara alınmışdır. İddiaçı ərizəsində sifarişçi FS X6 ( VÖEN ********** ) ilə icraçı İddiaçı MMC arasında xx.xx.2023-ci il tarixdə 227 saylı “Alqı-satqı” müqaviləsinin bağlandığını, bağlanmış xx.xx.2023-ci il tarixli 227 saylı “alqı-satqı” müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısının həyata keçirildiyini, sifarişçi FS X3 müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, 03 noyabr 2023-ci il tarixli qaimənin N EBDR 899689 əsasında 1570.10 (bir min beş yüz yetmiş manat, on qəpik) vəsaitliq mal göndərildiyini, və 20 aprel 2024-cü il tarixində 100 yüz manat cəmi ödənişin olduğunu, qalıq borc 1470.10 (bir min dörd yüz yetmiş manat on qəpik) vəsaitin bu günə kimi ödənilmədiyini, xx.xx.2023-cü il tarixli 227 saylı Alqı-satqı müqaviləsini, 03 noyabr 2023cü il tarixli qaimə N EBDR 899689 məbləğ 1570.10 və ödənişlə bağlı qəbzin sürətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149-cu maddəsinə əsasən iş üzrə sübut kimi qeyd etdiklərini, sübutlara əsasən cavabdehin borclu olduğunun öz təsdiqini tapdığını, bu səbəbdən İddiaçı MMCnin ziyanla qarşılaşdığını, tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC-nin xx.xx.2024-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət etdiyini, pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsinin xahiş olunduğunu, cavabdehin müqavilə öhdəliyi üzrə borcu ödəmədiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-cu, 150-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 00227 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı MMC-nin direktoru X5 şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən FŞ X6 şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) bağlanılmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 2.1-ci bəndindən görünür ki, malların qiyməti fakturalarda göstərilir. 3.1.1-ci bəndindən görünür ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “alıcı”dan tələb etmək “satıcı”nın hüququdur. 3.2.1-ci bəndindən görünür ki, malları bu müqavilə və müvafiq sifarişlə müəyyən edilmiş miqdarda, müddətdə və qaydada alıcının mülkiyyətinə vermək “satıcı”nın vəzifəsidir. 3.4.3-cü bəndindən görünür ki, malların dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 4.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə E-qaimə təqdim edildiyi tarixdən 14 iş günü müddətində ödəniş həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir. 7.2-ci bəndindən görünür ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 899689 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X4 1570.10 (min beş yüz yetmiş manat, on qəpik) manat məbləğində mal təqdim edilmişdir. 20 aprel 2024-cü il tarixli, 039346 nömrəli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən İddiaçı MMC-yə 100 (bir yüz) manat məbləğində ödəniş edilmişdir. 22 avqust 2024-cü il tarixli, 045510 nömrəli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən İddiaçı MMC-yə 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. 28 avqust 2024-cü il tarixli, 045513 nömrəli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən İddiaçı MMC-yə 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. 03 sentyabr 2024-cü il tarixli, 045514 nömrəli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən İddiaçı MMC-yə 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. 10 sentyabr 2024-cü il tarixli 045520 nömrəli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən İddiaçı MMC-yə 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. 16 sentyabr 2024-cü il tarixli, 045524 nömrəli kassa mədaxil orderindən görünür ki X6 tərəfindən İddiaçı MMC-yə 100 (bir yüz) manat məbləğində ödəniş edilmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 35.00 (otuz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə X6 arasında xx.xx.2023-cü il tarixli, 00227 nömrəli Alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satmağı, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bağlanmış müqavilənin şərtlərinə və tələblərinə əməl edərək X4 1570.10 (min beş yüz yetmiş manat, on qəpik) manat məbləğində mal göndərmiş, malların göndərilməsi xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 899689 nömrəli elektron qaimə-faktura ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin 4.2-ci bəndində e-qaimənin təqdim edildiyi tarixdən 14 iş günü müddətində ödənişin həyata keçirilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, elektron-qaimə xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilsə də cavabdeh tərəfindən ödəniş 20 aprel 2024-cü il tarixdə edilmişdir. Beləliklə, cavabdeh X6 ona göndərilmiş malların dəyərindən 20 aprel 2024-cü il tarixdə cəmi 100 (bir yüz) manat məbləğində ödəniş etmiş, qalan məbləğləri ödəməkdən yayındığından nəticədə 1470,10 (bir min dörd yüz yetmiş manat on qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, iddiaçı aprel ayından etibarən ödənişlərin icra edilmədiyini görərək qarşı tərəfə xx.xx.2024-cü il tarixli pretenziya məktubunu göndərmiş, həmin məktuba əsasən borc məbləğinin 10 gün müddətində ödənilməsini tələb etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət olunduğundan xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı müqavilədən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Bundan əlavə X4 qarşı İddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra cavabdeh şəxs tərəfindən İddiaçınə 22 avqust 2024-cü il tarixdə 50 (əlli) manat, 28 avqust 2024-cü il tarixdə 50 (əlli) manat, 03 sentyabr 2024-cü il tarixdə 50 (əlli) manat, 10 sentyabr 2024-cü il tarixdə 50 (əlli) manat, 16 sentyabr 2024-cü il tarixdə 100 (bir yüz) manat məbləğində olmaqla ümumilikdə 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan ödənişlərin ödənilməsini təsdiq edən mədaxil qəbzləri məhkəməyə təqdim edilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanmış həmin ərizə əsasında tələbə 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi həcmində baxılması qərara alınmışdır. Belə ki, məhkəmə qeyd edir ki, X6 onun barəsində iddia qaldırıldıqdan sonra İddiaçınə müqavilə üzrə yaranmış borc məbləğindən ödənişlər icra etdiyindən məhkəmə həmin halı borcun etiraf edilməsini göstərən hərəkət olaraq qiymətləndirir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. (C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat məbləğində borcun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsinə dair hissədə tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 1470.10 (bir min dörd yüz yetmiş manat, on qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 34,70 (otuz dörd manat 70 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən 35 (otuz beş) manat məbləğində dövlət rüsumu ödənildiyindən iddianın qiymətinə müvafiq olaraq 0,30 (otuz qəpik) manat məbləğində artıq dövlət rüsumunun ödənildiyi müəyyən olunur. Bu halda məhkəmə qeyd edir ki, iddia tam təmin edildiyindən ödənilməli olan 34,70 (otuz dörd manat 70 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə cavabdeh X2 alınıb İddiaçınə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,30 (otuz qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh X2 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat alınıb İddiaçınə ödənilməli, 34,70 (otuz dörd manat 70 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə cavabdeh X2 alınıb İddiaçınə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,30 (otuz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh X2 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA0280561, FİN: 0X87GDG) 1170.10 (bir min yüz yetmiş manat on qəpik) manat alınıb İddiaçınə (VÖEN: **********) ödənilsin. Cavabdeh X2 34,70 (otuz dörd manat 70 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb İddiaçınə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,30 (otuz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-487/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-487/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver