Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-547/2025 02.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-in cavabdeh “X2 Dövlət Agentliyi” X6rşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" MMC 12 noyabr 2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 25027,80 manat məbləğində əsas borcu, 800 manat dəbbə pulu, cəmi 25827,80 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 167,48 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsində "xxxx" MMC ilə "X2 Dövlət Agentliyi" PHŞ arasında bağlanmış 06-2024 nömrəli xx.xx.2024-cü il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən ofis avadanlıqlarının satıcı "xxxx" MMC tərəfindən alıcı "X2 Dövlət Agentliyi" PHŞ-yə satıldığını, satıcı malları vaxtında (xx.xx.2024-cü il tarixdə) təhvil versə də, alıcının üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, 25027,8 manat (ƏDV daxil) məbləğində borcu indiyə kimi ödəmədiyini, tərəflər arasında bağlanmış müqavilənin 23.4-cü bəndinə əsasən satınalan təşkilat ("X2 Dövlət Agentliyi" PHŞ) müqavilə ilə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, təchizatçının ("xxxx" MMC) ödənilməsi gecikdirilmiş məbləğlərə görə müqavilənin xüsusi şərtlərinin 22-ci hissəsində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə biləcəyini, həmin hissədə isə gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizinin 0,01 faiz olaraq qeyd edildiyini, beləliklə, alıcı malın təhvil verildiyi (xx.xx.2024) tarixdən (320 gün) etibarən isə göndərilmiş elektron qaimələr üzrə heç bir pul məbləği ödəmədiyini, ona görə də hazırki günə - xx.xx.2025-ci il tarixə təxminən 800 manat dəbbə pulu məbləğində borcunun yarandığını qeyd etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 445.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 149-151-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-547/2025 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdeh “X2 Dövlət Agentliyi” X9 nümayəndəsi Nümayəndə2 izahatında müqavilə əsasında öhdəliklərinin yarandığını, öz qurumlarının dövlət tərəfindən yaradıldığını, təşkilatın maliyyəsinə Maliyyə Nazirliyinin nəzarət etdiyini, Maliyyə Nazirliyinin təsdiq etmədiyi sənəd üzrə ödənişləri həyata keçirə bilmədiklərini, ödənişin edilməmə səbəbinin Maliyyə Nazirliyinin müvafiq sənədləri təsdiqləməməsi olduğunu, onların da gətirdiyi səbəbin isə təşkilatın bahalı avadanlıq alması olduğunu, ödənişin gecikdirilməsinin təşkilatdan asılı olmayan səbəblərdən olduğunu, hər ay iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı olan hesabatların Maliyyə Nazirliyinə göndərildiyini, Maliyyə Nazirliyinin həmin sənədləri geri qaytardığını, ödənişi həyata keçirmədiyini, borcun gecikdirilməsinin öz əllərində olmayan səbəblərdən olduğunu, cərimə ilə bağlı irəli sürülmüş tələbi qəbul etmədiklərini, əsas borcu mübahisələndirmədiklərini, malları açıq tenderdə aldıqlarını, alqı-satqı prosesinin qanuni çərçivədə olduğunu, dəbbə pulu hissəsinə münasibətdə gecikdirmənin onlardan asılı olmayan səbəblərdən olduğundan cəriməni qəbul etmədiklərini, bahalı avadanlıqlar aldıqlarına görə həmin pulu maliyyənin ödəmədiyini, müqavilədə gecikdirlmə ilə bağlı 0,01 faiz cərimənin nəzərdə tutulduğunu, Maliyyə Nazirliyinin məhkəmə qətnaməsi əsasında ödənişləri həyata keçirəcəyini bildirdiyini, qarşı tərəfi də pis vəziyyətdə qoymaq istəmədiklərini bildirmişdir. 02 fevral 2026-cı il tarixə, saat 12:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqdim olunmuş sənədlərin əsaslı olduğunu, iştirakları olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi Rövşən Sadıxov xx.xx.2026-cı il tarixdə məhkəməyə məlumat ilə müraciət edərək hazırlıq iclasında bildirdikləri bütün arqumet və mövqeylərinin qüvvədə qldığını, işə iştirakları olmadan baxılaraq izahatlar əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 06-2024 nömrəli Mallar üzrə satınalma Müqavilə Razılaşmasından görünür ki, hüquqi ünvanı ünvan 1eyətinin sədri X8 şəxsində təmsil olunan və bundan sonra Satınalan təşkilat adlanacaq “X2 Dövlət Agentliyi” PHŞ (VÖEN: **********) və digət tərəfdən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 2rən direktor X4 şəxsində təmsil olunan və bundan sonra Təchizatçı adlanacaq "xxxx" MMC (VÖEN: **********) arasında (bundan sonra ayrılıqda Tərəf, birlikdə Tərəflər) aşağıdakı şərtlərlə xx.xx.2024-cü il tarixdə və Naxçıvan şəhərində bu müqaviləni bağlamışdırlar: Müqavilənin şərtlərinə əsasən Təchizatçı Fotoaparat, kompüter və avadanlıqların satınalınması malları Qiymət Cədvəli bölməsində müəyyənləşdirilmiş vergilər daxil 25027,80 AZN (iyirmi beş min iyirmi yeddi manat, səksən qəpik) məbləğində və icra qrafiki bölməsində müəyyənləşdirilmiş xx.xx.2024-cü il müddətində göndərməyi və əlaqədar xidmətlər göstərməyi (tətbiq olunarsa), Satınalan təşkilat isə müqavilənin nəticələrini (mallar və əlaqədar xidmətləri) təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1-ci bölməsi olan Təklifin akseptinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə Fotoaparat, kompüter və avadanlıqları mallarının satın alınması üçün keçirilən satınalmada "xxxx" MMC-nin təqdim etdiyi 25027,80 AZN (iyirmi beş min iyirmi yeddi manat səksən qəpik) məbləğindəki xx.xx.2024-cü il tarixli təklif əsasında “X2 Dövlət Agentliyi” PHŞ tərəfindən qəbul olunmuşdur. “Müqavilənin ümumi şərtləri” adlanan 2-ci fəsli: 9.1-ci bəndinə əsasən, müqavilə üzrə göndərilmiş mallar və göstərilmiş əlaqədar xidmətlər Müqavilə razılaşmasının (2 nömrəli əlavə) Mallara dair tələblər (V) bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır. Heç bir müvafiq tələb, texniki reqlament və ya standart qeyd edilmədikdə, malın mənşə ölkəsinə uyğun olan rəsmi standartlara ekvivalent və ya üstün olmalıdır. 11.1-ci bəndinə əsasən, təchizatçı malların göndərilməsini və əlaqədar xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları və əlaqədar xidmətləri satınalan təşkilata müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 11.2-ci bəndinə əsasən, təchizatçı Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayır. Təchizatçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Müqavilənin xüsusi şərtlərinin 11-ci hissəsi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır. 13.3-cü bəndinə əsasən, müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir. 13.4-cü bəndinə əsasən, müqavilənin icrası ilə bağlı Müqavilənin ümumi şərtlərinin 10-cu hissəsində müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra Satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər Satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər Satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab edilir. 13.5-ci bəndinə əsasən, Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Müqavilənin ümumi şərtlərinin 13.1-ci bəndi ilə müəyyən olunmuş müddətdə ödənilmədikdə, ödənilməsi gecikdirilmiş məbləğə görə hər gün üçün Müqavilənin xüsusi şərtlərinin 12-ci hissəsi ilə müəyyən olunmuş faizdə dəbbə pulu hesablanır. 29.1-ci bəndinə əsasən, tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı razılaşma ilə həll etməlidirlər. 29.2-ci bəndinə əsasən, mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 (otuz) gün ərzində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. “Müqavilənin xüsusi şərtləri” adlanan 3-cü fəsli: 8.1-ci bəndinə əsasən, müqavilə Satınalan təşkilat tərəfindən imzalandığı gündən qüvvəyə minir. Müqavilənin icrasına başlanması isə Satınalan təşkilat imzaladıqdan sonra nəzərdə tutulur. 13.1-ci bəndinə əsasən, ödəniş şərti alınacaq malların dəyərinə uyğun olaraq göndərilmiş e-qaimə ilə əsasında (ƏDV daxil) köçürmə yolu ilə həyata keçirilir. Ödəniş Satınalan təşkilat tərəfindən verilmiş təhvil-təslim aktı ilə təsdiq edilmiş müraciət təqdim edildikdən sonra kəsilmiş elektron qaimə-fakturaya əsasən həyata keçirilir. 23.4-cü bəndinə əsasən, gecikdirilmiş günə görə cərimənin faizi 0.01% təşkil edir. Forma 2. Qiymət cədvəlindən görünür ki, Təchizatçı tərəfindən təqdim olunmuş malların qiyməti 21.210 manat və 3.817,8 manat məbləğində 18% ƏDV olmaqla, ümumilikdə, 25.027,80 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 167,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MT2411 seriyalı, 10431844 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixli, 06-2024 nömrəli Müqavilə əsasında "xxxx" MMC tərəfindən “X2 Dövlət Agentliyi” X10 21.210 manat və 3.817,8 manat məbləğində 18% ƏDV olmaqla, ümumilikdə 25.027,80 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş: Yekun təhvil-təslim aktından görünür ki, bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 3 Heyətinin sədri X8 şəxsində təmsil olunan və bundan sonra Satınalan təşkilat adlanacaq X5 Agentliyi" PHŞ (VÖEN: **********) və digər tərəfdən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 4iyyət göstərən direktor X4 şəxsində təmsil olunan və bundan sonra Təchizatçı adlanacaq "xxxx" MMC (VÖEN: **********), arasında (bundan sonra ayrılıqda "Tərəf', birlikdə isə "Tərəflər") Fotoaparat, kompyuter və avadanlıqların satınalınması barədə xx.xx.2024 tarixində və Naxçıvan şəhərində bağlanmış vergilər daxil 25027.80 AZN (iyirmi beş min iyirmi yeddi manat 80 qəpik) məbləğli Müqaviləyə əsasən bununla hazırkı Aktı tərtib edilərək 25027.80 AZN (iyirmi beş min iyirmi yeddi manat 80 qəpik) dəyəri olan malları xx.xx.2024-cü il tarixində təhvil vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan normaları müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva etdirir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki mühakimə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən mülki və iqtisadi məhkəmə icraatının aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərin baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir (E.Axundovun məhkəməyə müraciət hüququnun pozulmasına barədə şikayətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2023-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. X1 formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə sübutların qitmətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansısa sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsi əsasları aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir ( "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarı) Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh “X2 Dövlət Agentliyi” X12 arasında xx.xx.2024-cü il tarixdə 06-2024 nömrəli mallar üzrə satınalma müqaviləsi bağlanmış və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq avadanlıqları cavabdeh “X2 Dövlət Agentliyi” X10 verməyi, cavabdeh isə göstərilən xidmət qarşılığında müvafiq ödənişlər etməyi öz öhdəliyinə götürmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında müqavilənin bağlanması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 06-2024 nömrəli Mallar üzrə satınalma Müqavilə razılaşmasının birinci bölməsini təşkil edən Təklifin akseptinə dair bildirişdən məlum olur ki, xx.xx.2024-cü il tarixdə Fotoaparat, kompüter və avadanlıqları mallarının satın alınması üçün keçirilən satınalmada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi 25.027,80 AZN (iyirmi beşmin iyirmi yeddi manat, səksən qəpik) məbləğindəki xx.xx.2024-cü il tarixli təklif cavabdeh “X2 Dövlət Agentliyi” X12 tərəfindən qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş yekun təhvil-təslim aktı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh “X2 Dövlət Agentliyi” X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında cavabdeh “X2 Dövlət Agentliyi” X12 tərəfindən 25.027,80 AZN (iyirmi beş min iyirmi səkkiz manat, səksən qəpik) dəyəri olan mallar xx.xx.2024-cü il tarixdə təhvil alındığı sübut olunur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, iş materiallarında olan MT2411 seriyalı, 10431844 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura ilə xx.xx.2024-cü il tarixli, 06-2024 nömrəli müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh “X2 Dövlət Agentliyi” X10 25.027,80 manat məbləğində malların təhvil verilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdehin iddianı etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh “X2 Dövlət Agentliyi” X9 nümayəndəsi Nümayəndə2 izahatından iddianı qismən etiraf etdikləri məlum olur. Cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin məhkəmə iclaslarında verdiyi izahında borclarının olduğunu təsdiq edən etirafı (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, nəticədə iddiaçının əsas borca münasibətdə pul tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin iddianı qismən etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İddia tələbində qeyd olunan 800 manat məbləğində dəbbə pulunun təmin edilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, cavabdeh “X2 Dövlət Agentliyi” X9 nümayəndəsi Nümayəndə2 əsas borca münasibətdə iddianı qəbul etdiklərini bildirsə də, ödənişlərin onlardan asılı olmayan səbəblərdən həyata keçirilmədiyini, buna görə gecikmə ilə bağlı təqsirli olmadıqlarını və cəriməni qəbul etmədiklərini bildirmişdi. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X2 Dövlət Agentliyi” X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06-2024 nömrəli Mallar üzrə satınalma Müqavilə Razılaşmasının “Müqavilənin xüsusi şərtləri” adlanan 3-cü fəslinin 23.4-cü bəndinə əsasən gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0,01 faiz təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə cavabdeh “X2 Dövlət Agentliyi” X9 öhdəliyi lazımınca icra etmədiyini və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X2 Dövlət Agentliyi” X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06-2024 nömrəli Mallar üzrə satınalma Müqavilə Razılaşmasına əsasən gündəlik 0,01 faiz cərimə borcu nəzərdə tutulduğunu əsas götürərək tənasübsüz surətdə artıq olmayan cərimənin müqavilədə müəyyən edilmiş qaydada və faizlə hesablandığını nəzərə alaraq öhdəliyin icra edilməməsi üçün müəyyən edilmiş 800 (səkkiz yüz) manat məbləğində cərimənin təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində təşkil edir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 25.827,80 (iyirmi beş min səkkiz yüz iyirmi yeddi manat, səksən qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 167,48 (yüz altmış yeddi manat, qırx səkkiz qəpik) manat olaraq müəyyən edilir (120+15.827,80*0,3%=167,48). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 167,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-in cavabdeh “X2 Dövlət Agentliyi” X6rşı pul tələbi təmin edilməli, 25.027,80 (iyirmi beş min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas borc, 800 (səkkiz yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə, 25827,80 (iyirmi beş min səkkiz yüz iyirmi yeddi manat, səksən qəpik) manat və 167,48 (yüz altmış yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh “X2 Dövlət Agentliyi” X7 alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 25027,80 (iyirmi beş min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas borc, 800 (səkkiz yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə, 25827,80 (iyirmi beş min səkkiz yüz iyirmi yeddi manat, səksən qəpik) manat və 167,48 (yüz altmış yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh “X2 Dövlət Agentliyi” X7 alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-547/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-547/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver