Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-585/2025 04.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X3 məhkəmə iclas katibliyi, ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkil-nümayəndəsi Vəkil və ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-in cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi və iddiaçı "xxxx" MMC-in cavabdeh İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkil-nümayəndəsi Vəkil 12 dekabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2025-ci il tarixli, 10291 saylı “Ekspeditor xidmətlərinin göstərilməsi”nə dair Xidmət müqaviləsindən irəli gələn öhdəliklərin (xidmət haqqının ödənilməsi öhədliklərinin) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunması və həmin müqavilədən yaranmış və xx.xx.2025-ci il tarixli elektron qaimə ilə təsdiq olunmuş 6035 manat (altı min otuz beş manat) xidmət haqqının, 688 (altı yüz səksən səkkiz) manat gecikdirilmiş faiz borcunun, dövlət rüsumu üçün ödənilmiş 88 (səksən səkkiz) manat pulun və vəkil qonorarı olan 300 (üç yüz) manat pulun ümumilikdə 7111 (yeddi min yüz on bir) manat pulun cavabdehdən alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkil-nümayəndəsi Vəkil ərizəsində vəkili və nümayəndəsi olduğu İddiaçı ilə cavabdeh təşkilat (hüquqi şəxs) –"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2025-ci il tarixli, 10291 saylı “ekspeditor xidmətləri”nə dair müqavilə imzalandığını, müqavilənin hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığını və hər iki hüquqi şəxsin möhürü ilə də təsdiq olunduğunu, müqavilənin predmetinə görə İddiaçı cavabdehə ekspeditor, yüklərin daşınması xidmətləri göstərməli olduğunu, cavabdehin öhdəliyinin isə müqavilə ilə müəyyən olunmuş xidmət haqqını ödəmək olduğunu, bu müqavilə əsas tutularaq cavabdeh tərəfindən gətirilməsi sifariş verilmiş avtomobilin nümayəndəsi olduğu şikrət tərəfindən gətirildiyini və Naxçıvan MR-də cavabdehə təhvil verildiyini (buna dair videogörüntü də qeydə alınmışdır), avtomobilin nümayəndəsi olduğu şirkət tərəfindən SLLU2088589 nömrəli konteyner vasitəsilə gətirildiyini, ümumi çəkisinin isə 28680 kg olduğunu, cavabdeh tərəfindən gətirilmiş qaldırıcı kran vasitəsilə avtomobilin konteynerdən yerə endirildiyini və təhvil alındığını, qeyd olunan avtomobilin daşınmasına dair xidmət haqqının 3550 (üç min beş yüz əlli) ABŞ dolları müəyyən edildiyini (6035 manat (altı min otuz beş manat) və buna dair cavabdeh şirkətə xx.xx.2025-ci il tarixində elektron qaimə vurulduğunu, bağlanmış müqaviləyə əsasən (3.2-ci bənd) ödəniş üçün hesab fakturanın qəbul ediliyi tarixdən etibarən 3 gün ərzində), lakin cavabdehin bu müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyini və icra etməkdən boyun qaçırdığını, halbuki müqavilənin 3.5-ci bəndinə görə elektron faktura cavabdeh tərəfindən 1 iş günü ərzində ya qəbul edilməli, ya da xidmətləri qəbul etməkdən əsaslandırılmış imtina ilə geri qaytarılmalı olduğunu, cavabdeh tərəfindən belə bir əsaslandırılmış imtinanın geri qaytarılmadığını və elektron qaimə və eyni zamanda xidmətlərin qəbul edildiyini, buna görə də elektron qaimə ilə (bağlanmış müqaviləyə əsasən) cavabdehə göndərilmiş xidmət haqqının ödənilməsinin cavabdehin öhədliyi olduğunu, bununla bağlı cavabdehə xx.xx.2025-ci il tarixində online kargüzarlıq (internet vergi idarəsi) üzərindən elektron qaydada rəsmi pretenziya ünvanlandığını və pretenziya məktubunda aşağıdakıların tələb edildiyini və cavabdehin xəbərdar edildiyini: “Yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixli, 10291 saylı “ekspeditor xidmətləri”nə dair müqavilə və həmin müqavilə əsasında xx.xx.2025-ci il tarixində elektron qaimə ilə müəyyən olunmuş 6035 AZN (altı min otuz beş manat) xidmət haqqının 7 gün müddətində ödənilməsi Sizdən tələb olunur. Əks təqdirdə bu müddətin tamamında məhkəməyə müraciət ediləcəyi, məhkəməyə müraciət edilən zaman əsas borc ilə yanaşı, müqavilədə nəzərdə tutulmuş faiz borcu, vəkil xərci və digər məhkəmə xərclərinin də məhkəmə qaydasında Sizdən tələb ediləcəyi barədə xəbərdar olunursunuz”. Bundan əlavə tərəflərin aralarındakı bağlanılmış olan xidmət müqaviləsinin 4.1-ci maddəsinə əsasən ödəniş gecikdirildiyi halda Ekspeditor xidmətlərinin ümumi dəyərinin 0.1%-i həcmində gecikmiş olan hər təqvim günü üçün sifarişçiyə cərimə tətbiq olunacağını, buna görə də ümumi məbləğin 6035 (altı min otuz beş) manatı 114 (yüz on dörd) gün (gecikdirilmiş gün) üçün nəzərə alanda bu məbləğin 688 (altı yüz səksən səkkiz) manat etdiyini, həmin məbləğin də məhkəmə qaydasında cavabdehdən alınıb iddiaçıya qaytarılmasını istədiklərini, həmçinin vəkil xidmət haqqı olan 300 (üç yüz) manat ödənişin də cavabdehdən alınıb iddiaçıya qaytarılmasını istədiklərini, həmin məktubun ünvanlanmasından qeyd olunan 7 gün müddət keçməsinə baxmayaraq cavabdehin həmin məktuba cavab vermədiyini, hərəkətsizlik nümayiş etdirdiyini və iddiaçının da məcbur qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 324-cü, 389-cu, 390-cı və 425-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli, e-2-2(123)-585/2025 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə 06 yanvar 2026-cı il tarixdə elektron qaydada qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməklə dəymiş zərərin - 8400 maant pulun və dövlət rüsumu üçün ödənilmiş 104 (yüz dörd) manat pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia üzrə ərizəsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2025-ci il tarixli, 10291 saylı “ekspeditor xidmətlərinin göstərilməsi”nə dair Xidmət müqaviləsindən irəli gələn öhdəliklərin (xidmət haqqının ödənilməsi öhdəliklərinin) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunması və həmin müqavilədən yaranmış və xx.xx.2025-ci il tarixli elektron qaimə ilə təsdiq olunmuş 6035 manat (altı min otuz beş manat) xidmət haqqının, 688 (altı yüz səksən səkkiz) manat gecikdirilmiş faiz borcunun, dövlət rüsumu üçün ödənilmiş 88 (səksən səkkiz) manat pulun və vəkil qonorarı olan 300 (üç yüz) manat pulun, ümumilikdə 7.111 (yeddi min yüz on bir) manat pulun cavabdehdən alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hal-hazırda e-2-2(123)-585/2025 saylı həmin işin məhkəmənin icraatında olduğunu, xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri, 10-cu küçə 30/f ünvanında yerləşən Cavabdeh MMC ilə ünvan 2 ünvanında yerləşən İddiaçı MMC (bundan sonra Ekspeditor) ilə ekspeditor xidmətlərinə dair 10291 nömrəli müqavilə bağlandığını, bağlanmış müqaviləyə əsasən ekspeditorun qarşılıqlı iddia üzrə iddiaçı tərəfin şirkətinə məxsus yastı prokrat xammalını Çin Xalq Respublikasında müqabil şirkətdən təhvil alaraq onların ünvanına çatdırılmalı olduğunu, xx.xx.2025-ci ildə yerli gömrük orqanlarında rəsmiləşdirilmə prosesindən sonra yük boşaldılması üçün anbara yaxınlaşdığını, yükün boşaldılması üçün qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olmayan və kənardan çağırılmış 1 ədəd “Kamaz” markalı kranın cəlb olunduğunu, yükün boşaldılmasına başlandığını, saat 17:00 radələrində konteyner daxilində yerləşən hər biri 3-5 ton çəkisində ümumilikdə 7 ədəd prokratdan 6 ədədinin boşaldıldığını, boşaldılan yüklərin içəri anbarda yerləşdirilməsi üçün şirkətin əməkdaşları istehsal sexinə getdiyini, bu zaman sürücü qismində yükü gətirən, İddiaçı şirkətinin əməkdaşı, İran İslam Respublikası sakini X2-ün yükün tez boşaldılması və ərazi yerini tez tərk etmək məqsədilə öz vəzifə və səlahiyyətlərini aşaraq, krana komanda verdiyini və nəticədə normadan artıq qaldırılan konteynerin tərkibində olan 1 ədəd çəkisi təqribən 4000 kq prokratın aşaraq yerə dəydiyini və yararsız vəziyyətə düşdüyünü, hadisədən sonra dərhal anbara gələrək baş vermiş hadisə ilə bağlı videogörüntünü və fotoşəkili Ekspeditor şirkətinin nümayəndələrinə göstərdiklərini, lakin İddiaçı MMC-nin və əməkdaşlarının yaranmış məsuliyyətdən boyun qaçırdığını və bunun öz problemləri olmadığını bəyan etdiklərini, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu məsuliyyətin birbaşa onların öhdəliyinə düşdüyü barədə etiraz edilsə də, qarşılıqlı iddia üzrə cavabdehin əməkdaşının - sürücünün hadisə yerindən getdiyini, təhvil təslim aktı tərtib olunmadığını, bağlanmış müqavilənin 2.1.7–ci bəndində nəzərdə tutulmuş müddəaların onlara bildirilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdehin buna məhəl qoymadığını, daha sonra xx.xx.2025-ci il tarixdə qarşlıqlı iddia üzrə cavabdehin şirkətin rəhbəri tərəfindən onların şirkətinin direktoruna zəng olunaraq yenidən yükdaşıma ilə bağlı ekspeditor tərəfindən təqdim olunmuş ümumilikdə 6035 manat elektron qaimə fakturanın ödənişinin tələb olunduğunu, onların isə öz növbəsində orta statistik dəyəri 1 ton üçün 2100 AZN olan prokrat (ümumi dəyəri 4X2100=8400 manat) üçün dəymiş zərərin 8400 manat olduğununun bildirildiyini, elektron qaimə fakturanın mal heç onlara çatmamışdan əvvəl - təhvil verməmişdən əvvəl vurulduğunu, həmçinin mal onlara təqdim edildikdən sonra xidmətin təhvil verilməsi ilə bağlı təhvil təslim aktının hazırlanmalı olduğunu, xidmətin təhvili ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, problemlər yarandığından qarşılıqlı iddia üzrə cavabdehə etiraz bildiriklərini və qarşılıqlı olaraq təhvil təslim aktının da hazırlanmadığını və imzalanmadığını, lakin müqavilə öhdəliklərinin icrasını pozmaqla, özünün qarşılıqlı iddia üzrə iddiaçıya bu qədər ziyan vurmasına baxmayaraq, qarşı tərəf “müqavilə öhdəliklərinin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, belə olan halda, hazırkı qarşılıqlı iddia ərizəsi ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək istədiklərini, hadisə ilə bağlı video-görüntü və əzilmiş xammalın şəkilinin mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci, 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 4.3-4.6-cı, 55.2ci, 107-ci, 119.1-ci, 119.2-ci, 119.3-cü, 152.1.6-cı, 154.1-ci, 155.3-cü, 156.1.6-1-ci, 220-ci, 229-cu, 260-cı və 262-cı maddələrinə, “İnsan Hüquqları və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinad etmişdir. 09 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkil-nümayəndəsi Vəkil izahatında yanlışlıqla iddia ərizəsində avtomobil göstərdiklərini, lakin əslində daşınan yükün darvaza qapılar hazırlanması üçün dəmir xammalı olduğunu, qarşılıqlı iddia ərizəsinə münasibətdə özlərini cavabdeh görmədiklərini, öz öhdəliklərinin yükün gömrükdə verilməsi olduğunu, malın təhvil verildiyini, ondan sonra qarşı tərəfin öz kranının gəldiyini və malın boşaldılarkən əzildiyini, qarşılıqlı iddia ərizəsində qeyd olunan eyni yükdən söhbət getdiyini, əlavə sübutlarının olacağını, etiraz ərizəsi təqdim edəcəklərini, iddianı qəbul etmədiklərini, malı endirənin də, əzənin də qarşı tərəfin özü olduğunu bildirmişdir. 09 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında qarşı tərəfin daşıma məsuliyyətlərinin gömrüyə qədər olduğunu qeyd etdiyini, lakin onların qapıdan-qapıya razılaşdıqlarını, sürücülərin mallar boşaldılan zaman videoçəkiliş aparmaq və yük boşaldılarkən konteynerə dəyən ziyanı qeyd etmək məsuliyyətinin olduğunu, özlərinin də sürücünü əraziyə buraxdıqlarını, sürücünün də əraziyə gəldiyini, malların boşaldılmasının videoçəkilişini apardığını və ərazinin boş olduğunu, oranın nəzarətsiz qaldığını görərək krana göstəriş verdiyini, bu göstərişinə görə kranın konteyneri daha yuxarı qaldırdığını və sürücüsünün xətasına səbəb olduğunu, mal düşüb yerə zədələndiyini, özünün həmin dəqiqə daşıma şirkətinin nümayəndələrinə video və şəkil atdığını, hətta ilk başlarda onların qarşılıqlı tələb üzrə iddiaçı ilə razılaşdıqlarını, bunu sübut edən yazışmaların da olduğunu, daha sonra süürücüyə yükün dağılmasına onun səbəb olduğunu dediyini, onun isə qəbul etmədiyini, avtomibilinə əyləşib getdiyini, sonra qarşı tərəfin rəhbərliyi ilə də danışdıqlarını, qarşı tərəfin razılaşdığını, daha sonra təkzib etdiklərini, əsas məsələnin kənardan müdaxilə olduğunu, tırın sürücüsünün gəlib əli ilə komanda verdiyini, kran sürücüsünün də onun kimliyini bilmədiyini və onun komandalarını icra etdiyini, beləliklə tır sürücüsünün təxribat etdiyini, nəticədə məhsulun əzildiyini, bir neçə dəfə qarşı tərəflə dialoqların olduğunu, razılaşdıqlarını, sonra kargüzarlıq üzərindən belə ərizə daxil olduğunu, özünün də video, səs yazısı və yazışmalardan bəzilərini gətirdiyini, dəymiş zərərin iddiaçının ərizəsində qeyd etdiyi mallara aid olduğunu, müşahidə kameralarının görüntüsünü məhkəməyə təqdim etdəcəklərini, malın boşaldılması zamanı olan prosedurlar, malın zədələnməsi halının videoda əks olunduğunu, əlavə olaraq sürücünün qarşı şirkətə məxsus olması, onun pasportu, sosial şəbəkə qrupunda yazışmalar, səs yazıları təqdim edəcəklərini bildirmişdir. 12 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında qeyd olunan sənədlərin Çin Respublikasından malları gətirən şirkət olduğunu, orada olan ödəniş tapşırıqları olduğunu, malların sifarişi olduğunu, 30 faizini öncədən ödədiyini, 6121,50 dollar, Kapital Bank vasitəsilə xaricdəki şirkətə göndərdiklərini, ümumi çəkisi 27 ton olan 7 ədəd rlonun ilkin 30 faiz dəyəri olduğunu, hansı ki, həmin ödənişləri etdiyini, Yerə düşüb əzilənin 7 rlondan biri olduğunu, çəkisinin 4 ton olduğunu, 14283,5 dollar da yerdə qalan 70 faizini təşkil etdiyini, həmin ödənişləri sonra etdiyini, 6 ədəd rlonun normal olaraq boşaldıldığını, 7-ci boşaldılanda isə müdaxilə olunduğunu, onun yerə düşüb əzildiyini, gömrük bəyannaməsindəki ödənişlərin isə əlavə olduğunu, ölkəyə mal idxal edildiyinə görə toplamda 10495,36 manat gömrük rüsumu ödəniş edildiyini, orta bazar qiyməti ilə yazıldığını (Azərbaycanda mövcud olan bazar qiyməti ilə), mal sifariş edəndə o mal gəlincəyə qədər həmin material lazım olanda Bakıdan aldıqlarını, onlardan da alınan axırıncı rlonun qiymətinin 1720 manat üstəgəl ƏDV-si 2029 manata yaxın olduğunu, bunun Bakıdan alınan qiymət olduğunu, hətta satılanda 2000 manata deyil, 2500 manata satıldığını, iddia qaldırılarkən Bakıdan aldıqları qiyməti orta qiymət kimi götürdüklərini, yükün daşınması zamanı əlavə xərclər-yükün daşınması, boşaldılması xərclərinin yarandığını, həmin xərclərin çox olmadığını, ümumi yükə 200-250 manat etdiyini, İddiaçı MMC ilə müqavilə bağlayanda qapıdan-qapıya qeyd edib razılaşdıqlarını, gömrüyə kimi gətirmədiklərini, əgər elə olsa idi, onların şirkətinin də orda maşındakı yükü təhvil almaq üçün getmələrinin lazım olacağını, elə bir şeyin də məntiqli olmayacağını, Məhəmməd müəllimgilin 27 ton malın pulunu istədiklərini, bu xammalın da dam örtüyü istehsalı üçün olduğunu, rəngli prokrat, dəmir list, təxminən 1200 metr olur bir rlon olduğunu, özlərinin onu aparata saldıqlarını, qəlibdən keçdiyini və dam örtüyü istehsal olunduğunu, ilkin tələb üzrə iddiaçının məhkəmədə şahid kimi dindirilməsini istədikləri adamla onların dediyinin eyni şəxs olduğunu bildirmişdir. 26 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkil-nümayəndəsi Vəkil izahatında cavabdeh təşkilatla müqavilə imzalandığını, müqaviləyə uyğun olaraq ilk iddia üzrə iddiaçı təşkilatın yükləri daşıyaraq təhvil verməli olduğunu, xidmətin də tam şəkildə həyata keçirildiyini, müqavilədə göstərilən məhsulun da cavabdeh təşkilata tam şəkildə təhvil verildiyini, mallar gətirilərkən bununla bağlı elektron qaimənin də göndərildiyini, qaimədən imtina edilmədiyini, beləliklə, cavabdehin pulu ödəməli olduğu halda ödmədiyini, müqavilə şərtləri üzrə ödəməni gecikdirdiyinə görə 688 manat cərimə borcunun və 300 manat vəkil xidmət haqqının ödənilməsi ilə bağlı iddia qaldırdıqlarını, iddianı müdafiə etdiklərini və iddianın təmin edilməsini istədiklərini, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı müqavilə olduğunu, Cavabdeh Məhdud Məsuliyyətinə birinci dəfə xidmət göstərildiyini, yükün Çindən İrana, oradan da bura gətirildiyini, qarşı tərəfin müqavilənin 2.1.7-ci bəndinə istinad etdiyini, müqavilənin həmin bəndində müqavilənin çatdırılmasının olduğunu, boşaldılması ilə bağlı məsələnin yer almadığını, elə olsa idi, öhdəliyin ilk iddia üzrə iddiaçının üzərinə qoyulsaydı, Cavabdeh tərəfindən əlavə ödənişlər edilməli olduğunu, İddiaçı MMC-nin vəzifəsinin malı gətirib təhvil vermək olduğunu, o yerin həyətində də İddiaçı MMC-nin yükü təhvil verdiyini, malı gətirənin maşını orada saxladığını, yükün boşaldılmasının "xxxx" MMC-nin özü tərəfindən edildiyini, yükün boşaldılmasının nəzərdə tutulmadığını, qarşı tərəfin əlavə kran gətirməli olduğunu, Portiv deyilən aparat olduğunu, malların təhlükəsizlik qaydalarına uyğun olaraq onunla boşaldılmalı olduğunu, maşının da gömrüyü keçib gəldiyini, yoxlanışlardan da keçdiyini, sonra maşının Cavabdeh anbarının qarşısına gəldiyini, bununla da İddiaçı MMC-nin öhdəliyinin başa çatdığını, mallar müştəriyə təhvil verildiyini, artıq boşaldılma mərhələsinə keçirildiyini, malın sığortalanması ilə bağlı məlumatının olmadığını, onun qarşı tərəfdən soruşulmalı olduğunu, lakin malın İran tərəfdə mütləq sığortalamalı olduğunu, çünki İran ərazisinə canlı şəxsin belə girəndə 2 manatdan sığortalandığını, qarşı tərəfin qaimədən imtina etmədiyini, ziyanla bağlı yalnız ilk iddia üzrə iddiaçı pulları məhkəmə qaydasında istəyəndən sonra deyildiyini, onun da telefon vasitəsilə olduğunu, rəsmi heç bir tələb olmadığını, qarşı tərəfə təhvil-təslimlə bağlı aktın imzalanmasının təklif olunduğunu, lakin onların imzalamaqdan imtina etdiklərini bildirimişdir. 26 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında may ayında müqavilənin olduğunu, qarşılıqlı iddia üzrə iddiaçının sifarişləri olduğunu, sığortalanmanın özləri tərəfindən deyil, daşıma şirkəti tərəfindən edilməli olduğunu, digər tərəfdən qarşılıqlı iddia üzrə cavabdehin onlardan pul istəyəndə sənədləri təqdim etdiklərini dediyini, lakin məslənin elə olmadığını, ilkin olaraq danışdıqlarını, razılaşdıqlarını, ona görə qaimədən imtina etmədiyini, bir neçə dəfə qarşı tərəfin rəhbəri ilə danışıqların olduğunu, qarşı tərəfin sonradan razılaşmadığını, onların əməkdaşının kran sürücüsünə komanda verdiyini, sürücü ilə danışdıqlarını, etiraf etmədiyini, vidoçəkilişin göstərildiyini, sürücünün maşına minib qaçdığını, sürücünün boşluq olduğunu fikirləşdiyini, müdaxilə etdiyini, bu halın baş verdiyini, qarşı tərəfin malın gömrükdə təhvil verilməsini dediyini, qarşı tərəfin malı gömrükdə təhvil verməli olmadığını, orada inspektorların baxış keçirdiyini, invoys üzrə yoxladıqlarını, əlavə yükün olub-olmadığınının yoxladığını, sonra gətirib malı boşaltdıqlarını, konteynerin gətirilib yerə qoyulduğunu, orada da onların malı başaltdığını, aktın olmadığının deyildiyini, sözün danışıqdan keçməli olduğunu, danışdıqlarını, qarşı tərəfin etiraf etdiyini, başa düşdüklərini dediklərini, qarşı tərəfin təcrübəli olduğunu fikirləşdiklərini, elə edərək qəsdən vaxtı yubatdıqlarını, qaimənin vaxtının keçməsini gözlədiklərini, sonra məhkəməyə müraciət etdiklərini, ilk dəfədir belə bir şeylə qarşılaşdığını, yükün tam gətirib qapıya kimi çıxarıldığını, ancaq yükün tam təhvil verilmədiyini, tam təhvil verilməyən malın təhviltəslim aktını imzalamadığını, kran sürücüsünü özünün çağırdığını, amma onların işçisi olmadığını, işi bitdikdən sonra ona 120 manat ödəniş ediləcəyini, axırıncı prokrat olduğundan ona görə meydanın boş qaldığını, əməkdaşların əvvəlki boşaldılan malları yerləşdirməyə getdiyini, kran sürücüsünün də 20 ildir bu işlə məşğul olduğunu, hazırda "xxxx" MMC-nin işçisi olduğunu, aktın onlara sosial şəbəkə üzərindən təqdim olunduğunu, aktı çıxartdırıb, imzalayıb, sonra skan edib yenidən həmin sənədi qarşı tərəfə göndəriklərini, bu aktı imzalamadıqlarını, imtina əsaslarını rəsmiləşdirmədiklərini, danışıqlara inandığını, həmin anda müqaviləyə deyil, danışıqları əsas götürdüyünü, lakin ümumiyyətlə, müqaviləyə üstünlük verdiyini, müqavilənin şərtləri ilə tanış olduğunu, qarşı tərəflə danışıb razılaşdıqlarını, İddiaçı ilə ilk dəfə yük daşıdıqlarını, mala vurulan ziyana əvəz olaraq yükün daşınma pulunu ödəməyəcəyini qarşı tərəfə bildirdiyini, onların da razılaşdıqlarını, sosial şəbəkə üzərindən qrup olduğunu, orada yazışmalar olduğunu, sonra müdirləri ilə danışdığını, Ceyhun bəy olduğunu, oranın direktoru olduğunu, danışdıqlarını, baş verən hadisəni ona dediyini, videonun göndərilməsini istədiyini, videonu göndərdikdən sonra haqlı olduqlarını dediyini, ona sürücü ilə onların problemi olduğunu dediyini, probelmin də onların olduğunu, sürücü ilə danışmalarının lazım olduğunu, bir müddət sonra da onlara dəyən ziyanın əvəzinə yük daşınması xərcinə ödəyəcəklərini dediklərini, üstündən də 5 ay keçdiyini, qarşı tərəfin onları məhkəməyə verdiyini, malın qapıya gətirildiyini, oradan boşaldıldığını, yükü özlərinin boşaltdıqlarını, onu yenə də təsdiqlədiyini, özlərinin yükü boşaltdığını, sadəcə burada müdaxilədən söhbət getdiyini, özlərinin bu işin mütəxəssisi olduqlarını, malın çəkisinin aldıqları qiymətin bəlli olduğunu, satdıqlarını qiymətin bəlli olduğunu, rəsmi qiymətləndimənin aparılmadığını, sürücünün vəzifəsinin yükü A nöqtəsindən B nöqtəsinə daşımalı olduğunu, sürücünü əraziyə çəkiliş aparmaq üçün buraxdıqlarını, malın boşaldılmasına müdaxilə etməməli olduğunu, xəyanət etməməli olduğunu, kran sürücüsünün iranlı sürücünü onların əməkdaşı olduğunu zən etdiyini, çünki bundan əvvəl də gəlib yük boşaldanda elə ona bir nəfərin komanda verdiyini, malı istifadə edə bilməyəcəklərindən, mal yararsız hala düşdüyündən, saxlamağa yerin olmadığından onu metal qiymətinə satdıqlarını, içəridə malı saxlaya bilmədiklərini, yerin olmadığını, malın dəyəri qədər iddia qaldırdıqlarını, məhkəmənin qeyd olunan hadisədən 5 ay sonra olduğunu, o müddətdə də malı satdığını bildirmişdir. 26 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında Şahid1 ifadəsində ona zəng etdiklərini, o vaxt hələ işdən çıxmadığını, ona zəng vurub maşının gəldiyini dediklərini, boşaltmaq lazım olduğunu, sonra getdiyini, 2 kran olduqlarını, o qədər yükü tək götürməyin mümkün olmadığını, o biri kran sürücüsü Afətin işi çox olduğundan konteyneri yük maşınının üzərindən götürüb yerə qoyduqdan sonra onun getdiyini, ozünün qaldığını, yükü boşaltdıqdan sonra konteyneri yerinə qoyacağını, yükü onların boşaltmadığını, şirkətin özünün maşınlarının gəlib konteynerin içindən götürdüyünü, konteynerə bir nəfərin komanda verdiyini, bir tərəfdən yuxarı qaldırdıqlarını, yüklərin əyilmənin təsirindən qabağa gəldiyini, sonra konteyneri endirdiklərini, portiv maşınının da gəlib onun aşağı tərəfindən yükləri götürdüyünü, ora cəmi iki dəfə yük boşaltmağa getdiyini, işçilərini tanımadığını, yüklərin qaldırılıb-endirilməsinə kimin komanda verəcəyinin ona deyilmədiyini, özünün də bilmədiyini, yükü çox qaldırdıqlarından elə olduğunu, rlonun sürüşə biləcəyini, yükü onun görmədiyini, ona verilən komandaya uyğun yükü qaldırdığını, komanda verənin kim olduğunu bilmədiyini, həmin vaxt Eldəniz bəyin orada olmadığını, içəridə olduğunu, komanda verəni tanımadığını, səsini eşitdiyini, qalx, qalx dediyini, harada dayan desə, dayandığını, harada qaldır desə, qaldırdığını, tırın sürücüsünün kim olduğunu bilmədiyini, onun da düşüb gəlib komanda verib-verməməsini bilmədiyini, yükün tam olaraq boşaldılmasında neçə dəfə qaldırıb-endirdiyini bilmədiyini, bir dəfə olmadığını, bir neçə dəfə, iki dəfə üç dəfə olduğunu, hər dəfəsində eyni adamın komanda verdiyini, oranın işçilərinin niyə yuxarı qaldırdığını soruşduqlarını, onun da komanda verildiyindən qaldırdığını dediyini, sonra da çıxıb getdiyini, oranın işçilərinin daha o komanda verənə nə deyib-demədiklərini bilmədiyini, maşını yığışdırdığını, ona komanda verənin səslə komanda verdiyini bildirmişdir. 26 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında Şahid2 ifadəsində Eldənizgilin yerinə getdiyini, ordan list aldığını, aksesuar hazırladığını, metalloma verəcəkləri bir list olduğunu, metalloma verəcəklərsə ona verməsini istədiyini, malı alıb sexə gətirdiyini, açıb hissə-hissə istehsal etdiyini, çəkisinin 4 ton olduğunu, 800 manata aldığını, malın əzildiyini, onlar üçün istifadəyə yararsız olduğunu, orta dəmiri də əzildiyindən aparata salmağın mümkün olmayacağını, 4 tonuna 800 manat verdiyini, gətirib avtokar aparatına saldığını, hazırda da istifadə etdiyini, gəlib baxa biləcəklərini, malı metallom qiymətinə aldığını, şiferin qıraqlarına, üstünün palanına istifadə edə bildiyini, onunla şifer düzəltməyin mümkün olmayacağını, malın yaşıl rəngdə olduğunu, yaşıl şifer hazırlandığını bildirmişdir. 04 mart 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkil-nümayəndəsi Vəkil çıxışında məhkəmə prosesi zamanı şahidlərin dindirildiyini, təqdim olunmuş sübutlara baxıldığını, Mono Logistics” MMC ilə "xxxx" MMC arasında ekspeditor xidməti barədə müqavilə bağlanıldığını, müqaviləyə uyğun olaraq şirkətin "xxxx" MMC-yə yükləri Çin ərazisindən daşıyaraq Naxçıvan Muxtar Respublikası ərazisinə gətirməklə malları tam yararlı şəkildə təhvil verdiyini, müqavilənin 2.1.7-ci bəndində açıq-aşkar yüklərin daşınması zamanı hər hansı itki, dağılma və ziyan olduğu təqdirdə məsuliyyətin onların üzərinə düşəcəyini, yükərin Naxçıvan Muxtar Respublikası ərazisinə aparıldığını, gömrük yoxlamalarında heç bir qüsur aktı tərtib olunmadığını, yüklərin oradan "xxxx" MMC-nin anbarına gətirildiyini, Şahid1 tərəfindən də qeyd olunduğu kimi iki kran vasitəsilə konteyner götürülməklə qapısı açıldığını, həmin konteynerdə olan 6 ədəd prokratın boşaldıldığını, "xxxx" MMC şirkəti tərəfindən dəvət olunmuş işçilər tərəfindən boşaldılmanın icra olunduğunu, boşaldılma zamanı hər hansı malda nöqsan aşkar olunmadığını, buradan da malların keyfiyyətli şəkildə, nöqsansız olaraq qarşı tərəfə çatdırıldığının göründüyünü, onların da yükü boşaltdıqlarını, mal onlara təhvil verilmədiyi halda necə boşaldılar, malın boşaldılmasının ekspeditor xidmətinin vəzifə və səlahiyyətində olmadığını, belə olsaydı onlar tərəfindən hər hansı kran və digər qurğular cəlb olunacağını, bundan əlavə şahidin də nümayəndənin də istər iranlı sürücüyə, istərsə də kran sürücüsünə hər hansı texniki-təhlükəsizlik qaydalarının izah edilmədiliyinin bildirildiyini, onlara hər hansı təlimat şəklində çatdırılmadığını, kran sürücüsünün ifadəsində bütün komandaların eyni adamın verdiyini, amma qarşı tərəfin 6 dəfə komandanı başqa şıxs verdiyini, sonuncuda isə iranlı sürücünün verdiyini, əgər belə olan halda necə ola bilir ki, kran sürücüsü izahatında komandaların hamısının eyni adam tərəfindən verildiyini bildirdiyini, əgər 6 dəfə qarşı tərəfin işçiləri komanda verirdisə, onda niyə sonuncu dəfə icazə verirdilər ki, başqa şəxsin gəlib komanda verməsini, buna görə də məsuliyyətin birbaşa "xxxx" MMC-nin üzərində qaldığını, "xxxx" MMC-nin nümayəndəsinin şəxsin şəkildə əli ilə komanda verdiyini qeyd etsədə amma şahidin dediklərindən, videodan da göründüyündən komandanın əl ilə verilmədiyinin məlum olduğunu, müqavilədə yüklərin boşaldılarkən onlara nəzarət etməyin qarşı tərəfin öhdəliyi olduğunun qeyd edildiyini, mallar qəbul edildiyi vaxtdan 3 gün ərzində ödəniş edilməli olduğunu, elektron hesab faktura aldıqdan bir gün sonra isə sifarişçinin elektron hesab fakturanı qəbul etməkdən əsaslandırılma ilə imtina etməli olduğunu, qarşı tərəfin də bunların heç birinə əməl etmədiyini, bu da malların qəbul edildiyini bildirdiyini, qəbul etməmiş olsaydılar malı satmayıb geri qaytarıb əvəzini tələb edəcəklərini, şirkət tərəfindən bütün hallara əməl olunduğunu, qeyri-kafi konteyner və yüklənmə səbəbindən məsulliyyət daşıdıqlarını, amma bu halların da mövcud olmadığını, malın boşaldılması vaxtı hadisə baş verdiyini, 3-cü şəxsi dəvət edən tərəf onun etdiyi səhvlərə, nöqsanlara görə də özünün məsuliyyət daşıdığını, bütün bu halların nəzərə alınaraq iddialarının təmin edilməsini və qarşı tərəfin iddiasının təmin olunmamasını məhkəmədən xahiş etdi. 04 mart 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə çıxışında qarşı tərəflə bağladıqları müqavilədə yükün nə olduğu haqda məlumat verdiklərini, prokrat olduğu daşınması necə həyata keçirilir qarşı tərəfdə bu haqda kifayət qədər məlumat olduğunu, kran sürücüsünün ifadə verəndə ilk başda komandanın əl ilə verildiyi bildirdiyini, sonra isə sözlə verildiyini bildirdiyini, fikirincə həyəcanlandığını, bunun yaşla da əlaqəli ola biləcəyini, kran sürücüsünün məsuliyyətinin olduğuna inandığını, çünki onun komanda ilə işlədiyini, yükləri görmədiyini, malların təhvil verilməsi ilə bağlı bir problemlərinin olmadığını, orada özbaşına müdaxilə olduğunu, qarşı tərəfin sürücüsünün çox vaxt aparıldığını görüb gömrüyə tez qayıtsın deyə tələsib, komanda verdiyini, qaiməyə etiraz bildirməməklərində səbəb danışıqlar olduğundan razılaşdıqlarını, qarşı tərəfin də özünü razı kimi göstərdiyindən qaimənin ləğvi ilə bağlı heç nə etmədiklərini, prokratın da iqtisadi cəhətdən onlara yararlı olmadığı üçün anbardan çıxartdırdığını, son olaraq iddia tələblərinin təmin olunmasını, qarşı tərəfin iddiasının rədd olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkil-nümayəndəsi Vəkil replika çıxışında onların şirkəti tərəfdən razılıq olmadığını, kran sürücüsünün komandaların hamısının eyni şəxs tərəfindən verildiyini bildirdiyini, orada göstəriş verən şəxsin bilinmədiyini, kadrda kim olduğunun görünmədiyini, haranın əməkdaşı olmasının bilinmədiyini, həmin şəxsin iranlı sürücü olub-olmadığının məlum olmadığını, şəxsin üzünün də görsənmədiyini bildirdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə replika çıxışında axırıncı aşan prokratda tam dəqiqliklə komandanı iranlı sürücünün verdiyini, bununla bağlı sosial şəbəkə üzərindən qarşı tərəfə sürücüləri tərəfindən belə bir hadisə olduğunu bildirdiyini, onların da daha sonra ondan videomaterialı tələb edib, sonra da xeyr bu bizim sürücü deyil bildirmədiklərini. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 10291 nömrəli “Ekspeditor Xidmətlərinə dair” Müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərən Naxçıvan MR, Bаbək rayonu, Babək qəsəbəsi, H.Əliyеv prospеkti 26 ünvanında yerləşən "xxxx" MMC-nin (bundan sonra “Sifarişçi” adlanacaq) direktoru Nümayəndə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, STN Biznes Mərkəzi, Ələsgər Qayıbov küçəsi 10 ünvanında yerləşən İddiaçı MMC (bundan sonra “Ekspeditor” adlanacaq) direktoru Ceyhun Əzimov tərəfindən (Sifarişçi və Ekspeditor bundan sonra təklikdə “Tərəf” və cəm halda “Tərəflər” adlana bilərlər) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Ekspeditor Sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini (bundan sonra “Xidmət” adlandırılacaq) Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi hazırkı Müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir. 2.1.2-ci bəndinə əsasən yüklərin yerləşməsi və çatdırılmanın vəziyyəti haqqında faks, telefon və ya e-mail rabitə vasitəsilə Sifarişçini məlumatlandırmaq eksperditorun vəzifəsidir. 2.1.3-cü bəndinə əsasən icra olunan işlər üzrə elektron hesab-fakturanı təqdim etmək eksperditorun vəzifəsidir. 2.1.5-ci bəndinə əsasən yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya Ekspeditor tərəfindən öhdəliklərin hazırkı Müqavilə üzrə lazımi qaydada yerinə yetirilməməsinə mənfi təsir edən və ya təsir edə biləcək bütün hallar barədə Sifarişçiyə dərhal məlumat vermək eksperditorun vəzifəsidir. 2.1.7-ci bəndinə əsasən Ekspeditor yüklərin daşınması zamanı hər hansı bir itki, dağılma və ya ziyan olduğu təqdirdə bu ziyanın ödənilməsini öncədən razılaşdırılmış (faktiki) qiymətləndirməyə əsasən öz öhdəliyinə götürür. Bu hal mallar müştəriyə təhvil verilənə qədər fotoşəkillər vasitəsilə sənədləşdirilməlidir. 2.3.1-ci bəndinə əsasən Ekspeditoru Xidmət Sifarişində göstərilən yükün xüsusiyyəti, ölçüsü, çəkisi, qablaşdırılması, paketlərin sayı, mənşə və təyinat yerləri, yükün daşınmaya hazır tarixi, Xidmət Sifarişində göstərilən bəyan edilmiş yük dəyəri ilə bağlı tam məlumat ilə təmin etmək sifarişçinin öhdəliyidir. 2.3.2-ci bəndinə əsasən təhlükəli, tezsınan, tezalışan, yüksək bədii dəyər obyektləri və xüsusi şərtlərin təminatı altında daşınmalı xüsusi növ yüklərin daşınma şərtləri əsasında Ekspeditora təlimatlar vermək sifarişçinin öhdəlidir. Sifarişçi daşınan yüklərin xüsusiyyətlərini göstərməsə və bu cür yüklərin daşınması üçün xüsusi təlimatlarını vermədiyi təqdirdə, Ekspeditor bu yüklərin daşınması haqqında xüsusi şərtlərə riayət etmədiyinə görə bu yüklərə dəyən zərər və itkilər üçün məsuliyyət daşımır, Ekspeditor yüklərin daşınması zamanı yükün itirilməsinin, zədələnməsinin və məhvinin qarşını almaq məqsədilə zəruri olan ehtiyat tədbirlərini görməli, təqdim etdiyi nəqliyyat vasitələrinin və xüsusi avadanlığın saz və yükün təhlükəsiz nəqli və emalı baxımından müvafiq tələblərə cavab verməsini təmin etməlidir. 2.3.5-ci bəndinə əsasən daşınması üçün tələb olunan və Ekspeditora təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünü, eləcə də yükün Ekspeditora təqdim edilən sənədlər və informasiya ilə uyğunluğunu təmin etmək sifarişçinin öhdəliyidir. 2.3.6-cı bəndinə əsasən hazırkı Müqavilənin 3-cü Maddəsinə, əsasən Ekspeditora Xidmət haqqını vaxtında ödəmək sifarişçinin öhdəliyidir. 2.4.2-ci bəndinə əsasən Ekspeditordan bu Müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini tələb etmək sifarişçinin hüququdur. 2.4.3-cü bəndinə əsasən Sifarişçi hazırkı Müqavilə əsasında Ekspeditor tərəfindən təşkil olunan xidmətlərə nəzarət etmək hüququnu özündə saxlayır. 3.1-ci bəndinə əsasən Ekspeditor xidmətlərinin dəyəri hər bir daşınma üçün ayrıayrılıqda qiymət təklifinə, əlavə və ya e-poçt yazışmalarına əsasən hər iki tərəf tərəfindən müəyyən edilməli və razılaşdırılmalıdır. 3.2-ci bəndinə əsasən Ödəniş şərtləri: ödəniş üçün hesab-fakturanın qəbul edildiyi tarixdən etibarən 3 (üç) təqvim günü ərzində. 3.5-ci bəndinə əsasən Ekspeditordan Göstərilmiş Xidmətlər haqqında elektron hesab faktura alındıqdan sonra bir (1) iş günü ərzində Sifarişçi elektron hesab fakturanı sistemdə qəbul etməli və ya Xidmətləri qəbul etməkdən əsaslandırılmış imtinanı geri qaytarmalıdır. 4.1-ci bəndinə əsasən Hazırkı Müqaviləyə əsasən ödəniş gecikdirildiyi halda, Ekspeditor xidmətlərin ümumi dəyərinin 0.1%-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün Sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir. 4.5-ci bəndinə əsasən Ekspeditor qeyri-kafi konteyner və ya yalnış yükləmə səbəbindən yükə dəyən ziyana görə Sifarişçi qarşısında məsuliyyət daşıyır. 4.7-ci bəndinə əsasən Daşıma zamanı yükün zədələnməsi və ya tam və ya qismən itirilməsi halında Ekspeditor sığorta şirkətindən sığorta təzminat ödənişinin alınması üçün Sifarişçiyə yardım edəcək. 4.8-ci bəndinə əsasən Sifarişçi Ekspeditorun iştirakı ilə yükü qəbul edərsə və qanunvericiliklə müəyyən olunan müddət ərzində yüklərin vəziyyətini görünməz (gizli) ziyanla müəyyən etməsə, yük düzgün şəkildə qəbul olunmuş hesab edilir və Ekspeditorun öhdəlikləri lazımi qaydada icra olunmuş hesab edilir. 4.13-cü bəndinə əsasən Müqaviləyə göstərilən öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxsləri cəlb edən Tərəf, həmin üçüncü şəxslərin öz öhdəliklərini icra etmədiyi və ya düzgün şəkildə yerinə yetirmədiyi təqdirdə, bunu öz hərəkətləri kimi qəbul edir və digər Tərəf qarşısında məsuliyyət daşıyır. 7.1-ci bəndinə əsasən Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq tənzimlənir və şərh olunur. Tərəflər razılığa gəlirlər ki, hazırkı Müqavilədən irəli gələn və ya Müqavilənin icrası ilə əlaqədar yaranan və Tərəflər arasında müzakirə yоlu ilə həll oluna bilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq еdilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. MT2507 seriyalı, 12130143 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6035 manat məbləğində xidmətlər göstərilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Görülmüş işlərin təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən 3550 ABŞ dolları həcmində mal daşınmışdır. Malların təhvil-qəbulu ilə bağlı sənəddən görünür ki, 28680 kq ümumi çəkisi olan mal xx.xx.2025-ci il tarixdə İran ərazisində təhvil alınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, MVyeTFo3 nömrəli Ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Naxçıvan Şəhər “Vəkil Bürosu”na 300 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, tərəflər İddiaçı MMC-yə “müqavilədən yaranan pul tələbi”nə dair hüquqi yardım göstərilməsi ilə bağlı razılaşmışdırlar. xx.xx.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 104,00 (yüz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12 avqust 2025-ci il tarixli 020/25 nömrəli müqavilədən görünür ki, bir tərəfdən satıcı adlandırılacaq Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə şəxsində, digər tərəfdən alıcı adlandırılacaq Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən fəaliyyət göstərən Şahid2 şəxsində bu müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə satıcı və alıcı arasında mal-material alqı-satqını, habelə bu əməliyyatdan irəli gələn münasibətləri tənzimləyir. 2.1-ci bəndinə əsasən müqavilə üzrə alınmış malların dəyəri 800 manat təşkil edir. 12 avqust 2025-ci il tarixli 06 nömrəli təhvil-təslim aktından görünür ki, Nümayəndə tərəfindən ümumi 677,96 manat, ƏDV(18%) 122,04 manat olmaqla, cəmi 800 manat məbləğində yastı prokrat məhsulu Şahid2 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə ilkin iddia üzrə iş materiallarını nəzərədən keçirərək müəyyən edir ki, tərəflər arasında 14 may 2025-ci il tarixdə 10291 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə tərəflər arasında yaranmış hüquqi mübahisələrin məhz həmin müqavilənin şərtləri çərçivəsində həllinin mülki dövriyyədə sabitliyin təmin edilməsinin başlıca şərti olduğu qənaətindədir. 14 may 2025-ci il tarixli, 10291 nömrəli müqaviləyə əsasən, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ekspeditor xidmətlərin göstərilməsi ilə bağlı müqavilə imzalanmışdır. Beləliklə, məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən ədlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən iş materiallarına əlavə edilmiş MT2507 seriyalı, 12130143 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan məlum olur ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6035 (altı min otuz beş) manat məbləğində xidmətlər göstərilmişdir. 26 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə izahatından məlum olur ki, İddiaçı tərəfindən müvafiq ekspeditor xidməti həyata keçirilmiş, mallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yükü qəbul edəcəyi məkana gətirilmiş və yükün boşaldılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyi olmuşdur. Beləliklə, məhkəmə İddiaçı öz öhdəliyini lazımınca icra etdiyi qənaətindədir. xx.xx.2025-ci il tarixli, 10291 nömrəli “Ekspeditor xidmətlərinə dair” Müqavilənin 3.5-ci bəndindən məlum olur ki, Ekspeditordan Göstərilmiş Xidmətlər haqqında elektron hesab faktura alındıqdan sonra bir (1) iş günü ərzində Sifarişçi elektron hesab fakturanı sistemdə qəbul etməli və ya Xidmətləri qəbul etməkdən əsaslandırılmış imtinanı geri qaytarmalıdır. Qeyd olunan hal onu deməyə əsas verir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xidmətlərin göstərilməsi halı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddiaçı tərəfindən gecikdirilmiş 114 gün üçün cərimənin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ekspeditor xidmətlərinin göstərilməsi ilə bağlı müqavilənin müvafiq müddəalarından ödənişlərin vaxtında həyata keçirilməməsinə görə cərimə ödənilməsi nəzərədə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən ödəniş gecikdirildiyi halda, Ekspeditor xidmətlərin ümumi dəyərinin 0.1%-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün Sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir. Qeyd olunan cərimə dərəcəsinə əsasən məhkəmə cərimənin müqavilədə müəyyən edilmiş qaydada və faizlə hesablanmasını müəyyən edilmiş 688 (altı yüz səksən səkkiz) manat məbləğində cərimənin təmin olunmasını cavabdehin maddi olaraq əlavə zərərə düşməsi kimi qiymətləndirir. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqavilə ilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə nəzərdə tutulduğundan, iddiaçının cərimə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin cərimə pulu hissəsi qanuna uyğun olduğuna görə qəbul olunmalıdır. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cərimə pulunun 688 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə mütənasib deyil və işin digər halı ilə zərərə düşmüş cavabdehin əlavə maddi itkiylə qarşılaşmasına səbəb olur. Məhkəmə cərimə olaraq 688 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin gecişdirilmiş faiz borcunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği 94,24 manat məbləğində müəyyən edilməlidir. (6035x5%=301,75:365=0,82x114=94,24) Məhkəmə həmçinin gecişdirilmiş faiz borcunun 688 manat deyil 94,24 manat müəyyən olunmasını cavabdehin iş materialları əsasında zərərə düşməsi halı olması əsası ilə əlaqələndirərək daha da maddi zərərə düşməməsi kimi qiymətləndirir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yastı prokrat məhsuluna zərər vurluması ilə bağlı 8400 (səkkiz min dörd yüz) manatın və dövlət rüsumu üçün ödənilmiş 104 (yüz dörd) manat pulun İddiaçındən tutulmasına münasibətdə qeyd edir ki, yastı prokrat məhsuluna vurulan zərərin İddiaçı əməkdaşı səbəbindən olması ilə bağlı zəruri sübutlar iş materillarına əlavə edilməmişdir. Belə ki, yükün daşınmasını həyata keçirən sürücünün İddiaçı əməkdaşı olması, həmçinin onun tərəfindən kran sürücüsünə komanda verməsi və məhsula bu səbəbdən zərər dəyməsi ilə bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 10291 nömrəli “Ekspeditor xidmətlərinin göstərilməsi”nə dair müqavilənin 2.1.7-ci maddəsinə istinad edərək, bildirir ki, Ekspeditor yüklərin daşınması zamanı hər hansı bir itki, dağılma və ya ziyan olduğu təqdirdə bu ziyanın ödənilməsini öncədən razılaşdırılmış (faktiki) qiymətləndirməyə əsasən öz öhdəliyinə götürür. Bu hal mallar müştəriyə təhvil verilənə qədər fotoşəkillər vasitəsilə sənədləşdirilməlidir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim olunmuş malın zərər görməsi ilə bağlı videoqeydə məhkəmə iclasında baxıldıqda malın boşaldılması prosesinin aparıldığını, həmin vaxtı kran vasitəsilə konteynerin bir hissəsindən qaldırmaq hərəkətinin icra olunduğunu, həmin vaxtı konteynerin sabit şəkildə durduğu yerdən geriyə sürüşməsi halının baş verdiyini, yastı prokrat məhsulunun həmin an konteynerin içərisindən yerini dəyişməsinin ola biləcəyini, lakin həmin vaxtı zərər dəyməsi halının görüntü olaraq müəyyən olunmasının demək çətin olduğu müəyyən olunur. Həmçinin bu zərərin İddiaçı əməkdaşı kimi qeyd edilən sürücünün təqsiri səbəbindən olmasını müəyyən etmək həmin videoqeydlə mümkün görünmür. Belə ki, video qeyddə görünən şəxslərin səs qeydləri verilməmişdir. Həmçinin görünən şəxsin kran sürücüsünə əl işarəsi ilə göstəriş verməsi müəyyən edilmir. Bundan başqa xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid1 ifadəsindən yükün qaldırılması üçün ona komanda verənin şəxsiyyətinin ona məlum olmadığını, həmin şəxsi ümumiyyətlə tanımadığını, həmin şəxsin yükü gətirən avtomobilin sürücüsü olub-olmamasını bilmədiyini, hər dəfə eyni şəxsin komanda verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməsi hakimin daxili inamına və digər sübutlarla hərtərəfli, tam və obyektiv əlaqəsinə əsaslanır. Məhkəmə şahidlər Şahid1 və Şahid2 ifadələrini mötəbər sübut hesab edərək həmin ifadələrin digər sübutlarla paralel qiymətləndirilməsi qənaətindədir. Belə ki, məhkəmə şahidlərin ifadələrini məntiqi baxımdan ardıcıl, ziddiyyətsiz və digər sübutlarla uyğun hesab edir. Məhkəmə həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin malın sağlam təhvil verməli olmasının İddiaçın müqavilə öhdəliyi olması fikirinə əsasən qeyd edir ki, yük təhvil verilməsi üçün zərər görmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisinə gətirilmiş, və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları tərəfindən yükün boşaldılması üçün hərəkətlər icra olunmuşdur. Verilən izahatdan məlum olur ki, yük 7 hissədən ibarət olmuş və 6 ədəd yük zərərsiz boşaldılmışdır. Sonuncu yük boşaldılarkən zərər görməsi bildirilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi izahatında zərər barədə sənədləşmə aparmadıqlarını, dəymiş zərərin miqdarının müəyyən edilmədiyini, sadəcə İddiaçın əməkdaşları ilə telefon əlaqələri yaradıldığını bildirmişdir. Məhkəmə bu halların edilməsinin müqavilə üzrə olmadığını qeyd etməklə tərəflər arasında danışıq olmaqla qiymətləndirərək müqavilə üzrə səlahiyyətli şəxslərlə danışıq olub-olmaması və mübahisənin həlli kimi qiymətləndirmir. Məhkəmə həmçinin zərər görmüş malın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi tərəfindən satılması halına əsasən qeyd edir ki, mal qəbul olunmuş olur. Həmçinin məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları tərəfindən yükün boşaldılması halına qiymət verərək qeyd edir ki, yük mübahisəsiz qəbul olunduğundan boşaldılma prosesi başlamışdır. Həmçinin məhkəmə təqdim olunmuş Whatsapp yazışmalarına münasibət bildirərək qeyd edir ki, həmin yazışmalardan zərərin dəyməsinin İddiaçı əməkdaşlarının təqsiri səbəbindən olması və İddiaçı bunu qəbul etməsi sübut olunmur. Beləliklə, məhkəmə hesab edir ki, Whatsapp yazışmaları qarşılıqlı iddia üzrə cavabdehin hüquqazidd davranışının və öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinin qəti şəkildə sübut olunmasına kifayət etmir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 10291 nömrəli “Ekspeditor xidmətlərinin göstərilməsi”nə dair müqavilənin 4.13-cü maddəsinə istinad edərək bildirir ki, Müqaviləyə göstərilən öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxsləri cəlb edən Tərəf, həmin üçüncü şəxslərin öz öhdəliklərini icra etmədiyi və ya düzgün şəkildə yerinə yetirmədiyi təqdirdə, bunu öz hərəkətləri kimi qəbul edir və digər Tərəf qarşısında məsuliyyət daşıyır. Kran sürücüsü Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəlb olunmuşdur. Bu fakt xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında və Şahid1 ifadəsindən aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün bu hallara əsasən məhkəmə qarşılıqlı iddianın rədd olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia qismən təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat qanunvericiliyə uyğun olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 104,00 (yüz dörd) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-in cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi qismən təmin edilməli, 6035 manat (altı min otuz beş manat) xidmət haqqı, 94,24 (doxsan dörd manat iyirmi dörd qəpik) manat gecikdirilmiş faiz borcu ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməli, tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 84,29 (səksən dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu və vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməli, ödənilmiş 3,71 (üç manat yetmiş bir qəpik) manat rüsum isə ilk iddia üzrə iddiaçıya aid hesab edilməli, iddia tələbi qalmış hissədə təmin edilməməlidir. İddiaçı "xxxx" MMC-in cavabdeh İddiaçı MMC-yə qarşı 8400 (səkkiz min dörd yüz) manat məbləğində maddi ziyanın ödənilməsi tələbi rədd edilməli, ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu qarşılıqlı tələb üzrə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İlk iddia üzrə iddia tələbi qismən təmin edilsin. 6035 (altı min otuz beş) manat xidmət haqqı, 94,24 (doxsan dörd manat iyirmi dörd qəpik) manat gecikdirilmiş faiz borcu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. 84,29 (səksən dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu və vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 3,71 (üç manat yetmiş bir qəpik) manat İddiaçınə aid hesab edilsin. İddia tələbi qalmış hissədə təmin edilməsin. İddiaçı "xxxx" MMC-in cavabdeh İddiaçı MMC-yə qarşı 8400 (səkkiz min dörd yüz) manat məbləğində maddi ziyanın ödənilməsi tələbi rədd edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-585/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-585/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver