Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-586/2025 23.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin cavabdеh X4 qarşı müqavilədən yaranan öhdəliklər üzrə tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 12 dekabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli, 4825 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 7,400 AZN əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 95 AZN məbləğinin cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alındığını, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığını, atdığı hər bir addımda qanunvericiliyin tələblərini izlədiyini və onlara riayət etməyə çalışdığını, İddiaçı MMC-nin əsas fəaliyyətinin dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetoloji avadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarət olduğunu, İddiaçı MMC (Satıcı) ilə X6 (Alıcı) arasında 01 dekabr 2023-cü il tarixində 4825 nömrəli nisyə alqı satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlandığını, həmin müqaviləyə əsasən satıcının Əlavə ilə razılaşdırılan malları, alıcı Təyar Əsgərova hissə hissə ödənilməsi şərtilə təhvil verməyi, alıcının isə onu qəbul etməyi və onun dəyərini razılaşdırılmış formada hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürdüyünü, qeyd olunan malların ümumi satış dəyərinin 21,800 AZN olaraq razılaşdırıldığını və bu məbləğdən 5,000 AZN-i elə müqavilə imzalanan zaman alıcı tərəfindən satıcıya ilkin ödəniş olaraq ödənildiyini, qalıq 16,800 AZN məbləğin isə 24 aylıq ödəniş qrafiki Müqavilənin 1 saylı əlavəsi olan razılaşdırma protokolunda öz əksini tapdığını, ilkin ödənişin ardından satıcı tərəfindən yalnız qrafik üzrə təqribən ilk 10 ayın ödəniş məbləğinin həyata keçirildiyini, belə ki, ilkin ödəniş məbləğindən sonra alıcı tərəfindən qrafik üzrə ümumilikdə 9400 AZN ödəniş edildiyini, beləlikə, alıcı Təyar Əsgərovun müqavilə üzrə ödəməli olduğu 21,800 AZN məbləğindən ilkin ödəniş kimi 5,000 AZN və aylıq ödənişlər şəklində 9400 AZN ödəməklə, ümumilikdə satıcıya 14,400 AZN ödəniş həyata keçirdiyini, belə olan təqdirdə alıcının satıcıya Müqavilə üzrə hal-hazırda 7,400 (yeddi min dörd yüz) AZN borcunun qalmaqda olduğunu, cavabdeh tərəfindən sonuncu ödənişin həyata keçirilməsindən (vaxtı çatmış öhdəliyin icra edilməməsindən) artıq 1 ildən çox müddət keçdiyini, onun tərəfindən müvafiq ay üzrə ödənişin edilməməsindən sonra tərəflərindən onunla ödənişin edilməsinin zərurəti ilə bağlı danışıqlar aparıldığını, tərəflərindən sonuncu dəfə Təyar Əsgərova xx.xx.2025-ci il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verildiyini və buna əməl etməyəcəyi təqdirdə isə artıq tərəflərindən onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edildiyini, lakin, bütün bu cəhdlərin nəticəsiz qaldığını qeyd etməklə ərizəsini əsaslanmışdır, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 567-ci, 600.1-ci, 600.4-cü, 601-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü, 149-cu, 150-ci maddələrinə istinad etmişdir. Məhkəmə İddiaçı MMC-nin cavabdеh X4 qarşı müqavilədən yaranan öhdəliklər üzrə tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh X6 bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 01 dekabr 2023-cü il tarixli, 4825 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, bir tərəfdən X1 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı (bundan sonra "Satıcı" adlandırılacaq) və digər X6 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA0129192, FİN:1PFMV5P) (bundan sonra "Alıcı" adlandırılacaq) müəyyənləşdirilmiş şərtlərlə bu (Nisyə) Alqı-satqı Müqaviləsini (bundan sonra "Müqavilə") bağlayırlar. Bu müqavilənin: 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən X7 ilə müəyyən edilmiş avadanlığı (bundan sonra "Mal") hissə-hissə ödənilməsi şərti ilə Alıcının mülkiyyətinə verməyi, Alıcı isə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş Malın satış qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. 1.4-cü maddəsinə əsasən ödənişlərin məbləği və tarixi müqavilənin tərkib hissəsi olan "Ödəniş Cədvəli"ndə müəyyən edilmişdir. 3.4.1-ci maddəsinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam və vaxtında ödəmək alıcının vəzifəsidir. 5.1-ci maddəsinə əsasən tərəflər bu Müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirlməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 8.2-ci bəndinə əsasən Müqavilə Tərəflər bu Müqavilə üzrə müəyyən edilmiş öhdəlikəri tam icra edənədək qüvvədədir. İddiaçı və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4825 nömrəli nisyə alqı-satqı Müqaviləsinə 1 nömrəli Əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, Alıcı 21800 AZN (iyirmi bir min səkkiz yüz manat) məbləğdən ilkin olaraq 5000 AZN (beş min manat) ödəniş etməklə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 700 AZN ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 4825 nömrəli nisyə alqı-satqı Müqaviləsinə dair zəmanət talonundan görünür ki, seriya nömrəsi 20231013-8-3 olan Goldenlaser Sunlight avadanlığına satıcı tərəfindən 2 il müddətinə zəmanət verilir. 01 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X6 (“Alıcı") 4825 saylı “(Nisyə) Alqı-satqı" müqaviləsinə əsasən 21.800 AZN (iyirmi bir min səkkiz yüz manat) dəyərində alqı-satqı məbləğindən yalnız 14,400 AZN (on dört min dört yuz manat) ödəniş həyata keçirmişdir. Sonrakı aylar üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Hazırda T. Əsgərov tərəfindən ödənilməli olan ümumi borc məbləği 7,400 AZN təşkil edir. **********39 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə 95 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən alıcının müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh X6 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X4 xx.xx.2025ci il tarixdə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq onunla İddiaçı (“AZCOSMETİCS") arasında xx.xx.2023-ci il tarixli 4825 nömrəli nisyə alqı-satıq müqaviləsi (bundan sonra - Müqavilə) bağlandığı, həmin Müqaviləyə uyğun olaraq alqı-satqı məbləğinin hissə-hissə ödənilməsi şərti ilə ƏLAVƏ 1-də spesifikləşdirilən malların (Goldenlaser Sunlight; çarpayı; aqua gel; oturacaq; rollup; led lampa; tumba) onun mülkiyyətinizə verildiyi, malların ümumi satış qiymətinin 21800 AZN təşkil etdiyi, ödənişin Müqavilədə qeyd edilmiş Cədvəl üzrə həyata keçirilməsinə dair öhdəliyi olduğu təqdirdə aylıq ödəmələrin icrasının onun tərəfindən çox ciddi şəkildə pozulduğu və artıq bir bir ildən çoxdur ki, onun tərəfindən ödəniş edilmədiyini, hazırda onun tərəfindən ödənilməli olan ümumi borc məbləğinin 7 400 AZN təşkil etdiyini, bununla bağlı ona şifahi formada məlumat verildiyi, ödənişlərin vaxtı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunduğu, lakin şifahi danışıqlara baxmayaraq onun Müqavilə şərtlərinə tam əməl etmədiyi, yaranmış borc məbləğini ödəmədiyi, Müqavilənin bəndində tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar olan mübahisəllər qarşılıqlı razılıqla həll edildiyinin, qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə tərəfindən həll olunduğu, Azərbaycan Respublikasının 425.1-ci əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli olduğunun göstərildiyi, yuxarıda göstərilənləri nəzərə alaraq, ondan hazırkı pretenziya məktubunu aldıqdan sonra 3 (üç) iş günü müddətində Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsini və 7 400 AZN borc məbləğini şirkətə ödəməyini xahiş etdikləri, əks təqdirdə öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-586/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 7400 (yeddi min dörd yüz) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 94 (doxsan dörd) manat olaraq müəyyən edilir. İş materiallarında olan **********39 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bununla da iddiaçı dövlət rüsumunu 1 (bir) manat artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı MMC-nin cavabdeh X4 qarşı müqavilədən yaranan öhdəliklər üzrə tələbi barədə ərizəsi təmin edilərək xx.xx.2023-cü il tarixli 4825 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 7,400 AZN əsas məbləğin və 94 AZN məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı MMC-nin хеyrinə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. xx.xx.2023-cü il tarixli 4825 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 7,400 (yeddi min dörd yüz) manat məbləğində bоrc cavabdеh X2 (FİN: 1PFMV5P, AA0129192, VÖEN: **********) tutularaq İddiaçı MMC-yə (VÖEN:**********) ödənilsin. 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu cavabdеh X2 alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-586/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-586/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver