Məhkəmə qərarları › İş №e-2-2(123)-608/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-608/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-608/2024 16.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı “X1” MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı borcun ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçının nümayəndəsi qismində Nümayəndə 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mal material haqqına görə yaranmış 17299.15 (on yeddi min iki yüz doxsan doqquz manat on beş qəpik əsas borc məbləğinin və 141.90 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq “X1” MMC-nin hesabına köçürülməsi haqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddialara dair işlər üzrə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən rüsum ödənilməsini təsdiq edən qəbzi əlavə etməmişdir. 141,60 (bir yüz qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən ödənmişdir ki, dövlət rüsumu cavabdeh tərəfindən ödənilməli deyildi. Başqa sözlə, iddia ərizəsi məhkəməyə dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmədən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1 və 4.1-ci maddələr). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, cavabdeh "xxxx" MMC tərəfindən Hökumət ödəniş portalında və ya Asanpay sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 141,60 (bir yüz qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisələri üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq tam məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 263, 266, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı “X1” MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı borcun ödənilməsi tələbi barədə iddiası üzrə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hökumət ödəniş portalında və ya Asanpay sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 141,60 (bir yüz qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-ə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar