Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-67/2020 24.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı icra olunmamış müqavilənin icrasının təmin edilərək 4251 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat pulun ödənilməsi tələbinə dair elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Vəkil Rafiq oğlu xx xxxxxxxx 2020-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək ondan 4251 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə elektron iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Yuxarıda qeyd edilən qanun normalarına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə poçt göndərişlərinin digər tərəfin almasını təsdiq edən sənədlərin ərizəyə əlavə edilməsini nəzərdə tutur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdehə göndərilməsini təsdiq edən xəbərnamə iddia ərizəsinə əlavə edilmişdir. Lakin qeyd olunan xəbərnamədə cavabdehin həmin ünvanda yaşamadığı göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsi təsdiq edilsə də, cavabdeh tərəfindən alınmasını təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı icra olunmamış müqavilənin icrasının təmin edilərək 4251 (dörd min iki yüz əlli bir manat on beş qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir) manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-67/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-67/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver