Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-75/2020 04.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı soyuducu və pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC xx xxxxxx 2020-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20430,96 (iyirmin min dörd yüz otuz manat, doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən prosessual qanunuvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə bu tələbə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılması istisna olunur. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, yalnız iddianın qiyməti on min manatdan az olan kommersiya mübahisələrinə sadələşdirilmiş (kiçik iddialar) icraat qaydasında baxılması imkanı qanunla nəzərdə tutulmuşdur. İddia ərizəsində tələb olunan məbləğ 20430,96 (iyirmin min dörd yüz otuz manat, doxsan altı qəpik) manatdır. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddia tələbinin on min manatdan çox olduğunu nəzərə alaraq hesab edir ki, iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Odur ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması tərəfə izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı soyuducu və pul tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (оtuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-75/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-75/2020
04.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver