Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-75/2022 31.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənеtdi: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Nümayəndə 23 avqust 2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2361.52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 383.03 manat, İşsizlikdən Sığorta Fonduna olan 37,05 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1966-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Şərur rayon, Ərəbyengicə kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 383.03 manat, dövlət büdcəsinə 2361,52 manat məbləğində (o cümlədən, vergilər üzrə 1863,1 manat, faizlər üzrə 398,42 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən Sığorta Fonduna 37,05 manat olmaqla ümumilikdə 2781,6 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, **********659400, xx.xx.2021-ci il tarixli, **********242100, xx.xx.2021-ci il tarixli **********740600 nömrəli bildirişlər göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Naxçıvan MR, Şərur rayon, Ərəbyendicə kəndində yaşadığını qeyd edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2361.52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 383.03 manat, İşsizlikdən Sığorta Fonduna olan 37,05 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1966-ci il, Doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Şərur rayon, Ərəbyengicə kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasınının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçi təşkilatın nümayəndəsi və maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən qeydiyyatdan keçməklə, “Tikintidə istifadə etmək üçün betondan məmulatların istehsalı” fəaliyyət növü ilə məşğul olur (VÖEN **********, verilmə tarixi xx.xx.2015-ci il). xx.xx.2021-ci il tarixli **********740600 qeydiyyat nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildiriş”dən görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə ümumilikdə 33.80 manat, o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 33.80 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 0.00 manat, inzibati cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat məbləğində vergi borcu vardır. Göstərilən borcun 5 gün müddətində ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli **********659400 qeydiyyat nömrəli “Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildiriş”dən görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə ümumilikdə 870.31 manat, o cümlədən, muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 870.31 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 0.00 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 0.00 manat, inzibati cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat məbləğində vergi borcu vardır. Göstərilən borcun 5 gün müddətində ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli **********242100 qeydiyyat nömrəli “Vergi borcunun ödənilməsinə dair bildiriş”dən görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 2,539.38 manat, o cümlədən, vergilər üzrə 1.863.10 manat, maliyyə sanksiyaları üzrə 140.00 manat, faizlər üzrə 536.28 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat məbləğində vergi borcu vardır. Göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış “Araşdırma barədə xəbərdarlıq”dan görünür ki, onun xx.xx.2021-ci il tarixə 2858,61 manat məbləğində borcunun olması bildirilərək, həmin borc məbləğinin ödənmədiyi təqdirdə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədəngetmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin elektron qaydada çıxarılmış surətindən görünür ki, Maraqlı şəxs yaşayış yeri Naxçıvan MR, Şərur rayonu, Ərəbyengicə kəndidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarı). Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüquqlarına aiddir. 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3 və 9.3.6-1-ci maddələrinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Ölkədən getmə hüququnun məhdudlaşdırılmasının qarşısını alan yeganə hal kimi məhz borcun ödənilməsi nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə də bu hal mövcud deyildir. Belə ki, həmin vergi ödəyicisinə vergi borcunun ödənilməsinə dair xəbərdarlıq göndərilərək, vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilmiş, buna baxmayaraq sonuncu mövcud borc məbləğinin ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, Konstitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən qanuna uyğun sayılmalıdır. Oxşar hüquqi mövqelər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmə dəfələrlə qeyd etmişdir ki, Tərəf Dövlətlər öz vergi siyasətlərini formalaşdıraraq və həyata keçirərək, vergilərin ödənilməsini təmin etmək üçün hazırlıq görmək məqsədi ilə müəyyən mülahizə sərbəstliyinə malikdirlər (Gasus Dosier-und Fördertechnik GmbH Niderlanda qarşı iş üzrə 1995-ci il 23 fevral tarixli, N.K.M. v. Macarıstana qarşı iş üzrə 2013-cü il 14 may tarixli, §65 və Microintelect OOD Bolqarıstana qarşı iş üzrə 2014-cü il 4 mart tarixli, §42 Qərarlar). Hazırkı məhkəmə icraatının başlanılmasının əsas şərti maraqlı şəxsin ödənilməmiş vergi borcunun mövcud olmasıdır. Ərizəçi tərəfindən ərizə və ona əlavə olunmuş sənədlərdə qeyd olunan, maraqlı şəxsin dövlət büdcəsinə ödəməli olduğu vergi borclarına dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, dövlət büdcəsinə vergi borcu olan vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə baxılarkən göstərilən məbləğlərin və vergi borclarının əsaslı olub-olmaması bu icraat çərçivəsində araşdırılmadığından məhkəmə həmin xüsusatlara münasibət bildirmir. Məhkəmə xərcləri barədə məsələni həll edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin olunmalı, vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə borclu "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, ərizə təmin edildiyi üçün maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət mədaxilinə alınmalıdır. Nəticə hissəsi: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququ vergi öhdəlikləri yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs tutularaq dövlət mədaxilinə alınsın. Qətnamə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqqəti məhdudlaşdırılması hissəsində qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemi ilə elektron qaydada Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-75/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-75/2022
31.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver