Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-76/2020 25.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin rəis müavini Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli, **********8450 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 3231-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Cavabdeh məxsus köşkdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, Operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatları aşkar edilmiş, bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli, VN seriyalı, 000271 saylı akt tərtib edilmiş, aşkar edilmiş məhsulların “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019-cu il tarixli, VN seriyalı, 000297 saylı protokol tərtib edilərək götürülmüşdür. İddiaçı iddia ərizəsində Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə cavabdehə məhkəmə bildirişi poçt göndərişi vasitəsilə göndərilmiş lakin cavabdeh qeyd edilən ünvanda yaşamadığından məhkəmə bildirişinin cavabdehə çatdırılması mümkün olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə cavabdehə telefonoqram verilmiş və ona Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən tələbə qarşı əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində elektron kabinet vasitəsilə məhkəməyə göndərmək hüququ izah edilmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı əsaslandırılmış etirazı olmadığını və və bu baxımdanda sadalanan hüquqlar barədə məhkəməyə heç bir etiraz göndərməyəcəyini bildirmiş və göndərməmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə edilmiş: AZE seriyalı, 18037513 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatın surətinə əsasən müəyyən olur ki, Cavabdeh Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 Departamentindən qeydiyyatdan keçmiş və əsas fəaliyyəti ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışıdır. (VÖEN: **********, VÖEN-in verilmə tarixi xx.xx.2007). xx xxxxxx 2019-cu il tarixli, VN seriyalı 000271 saylı markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunuluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktın surətindən görünür ki, keçirilən operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların 98,70 manat məbləğində belə marka olmadan idxal edilməsi, satışı, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallar aşkar edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, VN seriyalı, 000271 saylı müvafiq protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, **********8450 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmiş və markalanmalı (nişanlanmalı) olan malların götürülməsi barədə protokol tərtib edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, VN seriyalı, 000271 saylı markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə aktdan görünür ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 3231-ci məhəllə ünvanında yerləşən köşkdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və xx xxxxxx 2019-cu il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) mallar, habelə dini məzmunlu mal və məmulatlar müvəqqəti olaraq saxlanılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətiBakı şəhəri X5 üzrə Baş İdarəsinin maliyyə-təminat fond hesabının komendantı X3 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayətdir, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur ona görə də hazırki işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 190.1-ci maddəsinə əsasən tütün məmulatları aksizli mallara aid edilir. 23.1 və 23.1.13-cü maddələrinə əsasən aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarıdır. 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. 89.13.4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin iddiaçı tərəfindən müvafiq sənədləşdirilmələrin aparılması zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin tədqiq olunan faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, **********8450 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aparılmış operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış ümumi alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatları aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (VÖEN:**********) məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatı müsadirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-6, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, VN seriyalı, 000271 saylı markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə akta əsasən, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 3231-ci məhəllə ünvanında yerləşən köşkdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və xx xxxxxx 2019-cu il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) mallar müvəqqəti olaraq saxlanılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin maliyyə-təminat fond hesabının komendantı X1 olan, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 98,70 manat olan 31 qutu tütün məmulatları, satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-76/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-76/2020
25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver