Məhkəmə qərarları › İş №e-2-2(123)-79/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-79/2025

10.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-79/2025 10.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsi 21 yanvar 2025-ci il tarixdə daxil olmuş elektron ərizə ilə məhkəməyə müraciət edərək Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 11038,98 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2,03 manat, dövlət büdcəsinə 11038,98 manat məbləğində (o cümlədən, vergilər üzrə 9228,21 manat, faizlər üzrə 1730,77 manat, maliyyə sanksiyası üzrə 80 manat) olmaqla, ümumilikdə 11041,01 manat borcunun olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********745900, xx.xx.2024-cü il tarixli **********528600 nömrəli bildirişlərin göndərildiyini, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Nax MR, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev.11,mənzil 12 ünvanında yaşadığını qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77-1, 77-3, 78.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 25.3, 26.1, 26.2, 305.1.12, 355.1.12, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-79/2025 saylı qərardadı ilə xüsusi icraat üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11:35-də və xx.xx.2025-ci il tarixdə, saat 17:05-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən “Məhkəmə iclasında iştirak” haqqında ərizədə məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil 10 fevral 2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək göstərmişdir ki, ərizəçi – maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizəni aşağıdakılara əsasən əsassız hesab edirəm. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məhkəmənin diqqətinə çatdırıram ki, maraqlı şəxs VÖEN: ********** əsasında, fərdi sahibkar olmaqla əczaçılıq fəaliyyəti ilə məşğul olmuş və bütün vergi ödəmələrini vaxtında, o cümlədən qanunun tələblərinə uyğun qaydada həyata keçirmişdir. AR Mülki Prosessual Məcəlləsinin 154.3-cü maddəsinə əsasən, iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Hazırda NMR Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(123)-79/2025 saylı kommersiya işi üzrə ərizəçi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, **********745900 nömrəli bildirişdə 32,14 AZN vergi borcunun olması və xx.xx.2024-cü il tarixli, **********528600 nömrəli bildirişdə 26.327,29 AZN vergi borcunun olması bildirilmişdir. Bundan sonra barəsində vergi orqanı tərəfindən qəbul edilmiş hər hansı qərarın olub-olmaması, əgər hansısa qərar varsa, həmin qərarın surətinin maraqlı şəxsə rəsmi qaydada verilməsi xahiş olunsa da, ona heç bir qərar təqdim olunmamışdır. Həmçinin Kommersiya Məhkəməsinə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, **********8 nömrəli Alınmalı Sərəncamda – maraqlı şəxsin 10,93 manat vergi borcunun olması və ondan alınması qeyd olunmuşdur. Bundan sonra, “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə” bağladığı Hüquq üzrə Fəlsəfə DOKTORU Vəkil xx.xx.2025-ci il tarixli SORĞUSU (qoşma: 01) ilə, iddiaçının vergi borcunun olmasına dair qəbul edilmiş hər hansı qərarın (qərarlar) olubolmaması, olduğu halda onların surətinin təqdim olunması cavabdehdən SORĞU edilmişdir. Və yalnız bundan sonra cavabdeh, xx.xx.2025-ci il tarixli 3-21-2-24/2- 5020/2025 nömrəli cavab məktubu (qoşma: 02) ilə qərarların mövcudluğunu xx.xx.2025-ci il tarixdə təsdiq etmiş, həmçinin xx.xx.2024-cü il tarixli, **********863800 nömrəli (qoşma: 03) və xx.xx.2024-cü il tarixli, **********641600 nömrəli (qoşma: 04) qərarları rəsmi qaydada təqdim etmişdir (qoşma: 05). Həmin qərarların surətlərini rəsmi əldə etdikdən sonra məlum olmuşdur ki, fərdi sahibkar Maraqlı şəxs vergi ödəmələri üzrə kameral vergi yoxlaması keçirilmişdir. Aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixdə nömrəli qərar ilə onun 9.619,37 AZN vergi borcunun olduğu müəyyən olunmuşdur. Bundan sonra, həmin qurum tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, **********641600 nömrəli qərarla onun 20.080,73 AZN vergi borcunun olması qərara alınmışdır. Halbuki, fərdi sahibkar Maraqlı şəxs ünvanına daxil olmuş xx.xx.2024- cü il tarixli, **********745900 nömrəli bildirişdə 32,14 AZN vergi borcunun olması, xx.xx.2023-cü il tarixli **********8 nömrəli Alınmalı Sərəncamda isə onun 10,93 AZN vergi borcunun olması bildirilmişdir. Sual olunur əgər Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə **********863800 nömrəli qərar ilə onun 9.619,37 AZN vergi borcunun olduğu müəyyən olunmuşdursa, onda, onun tərəfindən hər hansı ödəniş olunmadığı halda, xx.xx.2024-cü il tarixdə onun 32,14 AZN vergi borcunun olması necə baş verə bilərdi?! Bundan əlavə, əgər fərdi sahibkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə 32,14 AZN vergi borcunun olması müəyyən olunmuşdursa, həmin vergi borcunun onun tərəfindən vaxtında ödənilməməsinə görə hansı fövqəl qaydada hesablanmaqla onun vergi borcu xx.xx.2024-cü il tarixli **********641600 nömrəli qərarla 20.080,73 AZN təşkil edə bilərdi?! Göründüyü kimi, fərdi sahibkar Maraqlı şəxs vergi borcunun mövcud olması, yaxud onun miqdarının nə qədər olması barədə vergi orqanının özündə konkret mövqe yoxdur. Yuxarıda qeyd olunan bildiriş, sərəncam və qərarlarda vergi borcuna dair göstərilən rəqəmlər isə mücərrəd xarakter daşıyır və heç bir reallığı ifadə etmir. Bunu iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası keçirməklə də müəyyən etmək mümkündür. Onu da nəzərə almaq lazımdır ki, fərdi sahibkar Maraqlı şəxs vergi borcunun hesablanması təqdim olunmuş şəxsi hesabat məlumatları və vergi bəyənnamələri əsasında hesablanmış olsaydı, belə bir ağılasığmaz rəqəmlər ortaya çıxmazdı. Çünki Maraqlı şəxs maliyyə hesabatları həmişə qanunvericiliyin tələblərinə uyğun aparılmaqla, daim öz nəzarətində olmuşdur. Hətta, fərdi sahibkar Maraqlı şəxs vergi borcunun olması ehtimal olunsa da, vergi orqanının özünü bu barədə vaxtında vergi ödəyicisinə məlumat verməməsi, həmin borca Vergi Məcəlləsinin 59.1-ci maddısinə əsasən, gecikdirilmiş hər günə görə hesablanmış 0,1 faiz cərimə borcunun süni surətdə artmasına şərait yaratmışdır. Nəticədə, 2024-cü ilin oktyabr ayında onun 32,14 AZN vergi borcu olduğu halda, onun vergi borcu xx.xx.2024-cü il tarixli **********641600 nömrəli qərarda göstərildiyi kimi 20.080,73 AZN təşkil edə bilməzdi. Bunlarla yanaşı, məhkəmənin diqqətinə çatdırıram ki, fərdi sahibkar Maraqlı şəxs öz VÖEN-nin dayandırılması üçün 2024-cü ilin aprel ayında – vergi orqanına müraciət etmişdir. Həmin vaxtda da mal qalığını özünün adına olmuş digər apteklərə paylayaraq satmış, bir hissəsini geri götürdüyü depolara qaytarmış, qalan hissəsini yararlılıq müddəti azaldığına görə yandıraraq məhv etmişdir. Bu hallar vergi orqanını ümumiyyətlə maraqlandırmamışdır. Onun vergi borcuna görə kameral yoxlamanın əvvəlini 2024-cü ilin aprel ayından hesablasaq, onda, kameral yoxlamanın 60 (altmış) günlük müddəti 2024-cü ilin iyin ayının sonlarında bitmiş olur və barəsində keçirilən kameral vergi yoxlamasının nəticəsi də həmin tarixdə qərar qəbul olunaraq yekunlaşdırılmalı idi. Lakin göründüyü kimi onun vergi borcuna dair kameral yoxlamanın nəticəsi üzrə qərarlar: xx.xx.2024-cü il tarixli, **********863800 nömrəli və xx.xx.2024-cü il tarixli, **********641600 nömrəli olmaqla qəbul olunmuşdur. Bunlara əsasən, cavabdehin fərdi sahibkar Maraqlı şəxs vergi borcuna dair qəbul etdiyi xx.xx.2024-cü il tarixdə **********863800 nömrəli və xx.xx.2024-cü il tarixli **********641600 nömrəli qərarları qanunun tələbləri pozulmaqla qəbul olunmuşdur. Bununla da, bu qənaətə gəlmək olar ki, fərdi sahibkar Maraqlı şəxs vergi borcuna dair ərizəçinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, **********863800 nömrəli, xx.xx.2024-cü il tarixli, **********641600 nömrəli qərarların və xx.xx.2023-cü il tarixli **********8 nömrəli Alınmalı Sərəncamın ləğv edilməsi ilə bağlı NMR İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Fərdi sahibkar Maraqlı şəxs vergi borcunun özünün mübahisəli olduğu bir halda, onun barəsində ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması tədbiri qanunsuz və ədalətsiz bir qərar olardı. AR Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Qeyd olunanlar nəzərə alınaraq, MƏHKƏMƏDƏN xahiş edilir: Xüsusi icraat üzrə iddia ərizəsi əsassız olduğuna görə təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinə əsasən, həmin işə baxılıb qurtaranadək bu iddia üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilsin. Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil 10 fevral 2025-ci il tarixdə məhkəməyə təkrar etirazla müraciət edərək göstərmişdir ki, Vergi orqanı - Maraqlı şəxs QİZİ tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 11 038,98 AZN məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəsə də, onun qeydolunan 11 038,98 AZN vergi borcunun olması ilə bağlı ümumiyyətlə SƏRƏNCAMİ olmamışdır; Vergi uçotunun ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə Maraqlı şəxs QİZİ tərəfindən NMR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında **********880400 nomrə ilə qeydə ALİNDİĞİ və vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim EİDLDİYİ - TARİXDƏN, qanunla nəzərdə tutulmuş (VM: mad. 37.2) 60 (altmış) gün müddətindən 3 ay 5 gün sonra - xx.xx.2024-cü il tarixdə, vergi orqanının hər hansı kameral vergi yoxlaması aparmağa və ya bununla bağlı hər hansı qərar qəbul etməyə ümumiyyətlə səlahiyyəti olmamışdır; Vergi borcunun olması ilə bağlı qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixdən, qanunla nəzərdə tutulmuş (VM: mad. 37.4) 5 (beş) gün müddətindən 4 ay 25 gün sonra - xx.xx.2025-ci il tarixdə, 3-21-2-24/2- 4555/2025 nömrəli məktubla vergi borcu haqda olan qərar üzrə dəqiqləşmə aparılması məqsədilə, kameral vergi yoxlaması ilə bağlı sənədləri (məlumatları) vergi orqanının yenidən tələb etməyə səlahiyyəti olmamışdır; Odur ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsi ilə, bu Məcəllədə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında TƏQSİRSİZ HESAB EDİLDİYİNİ, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını SÜBUT ETMƏYƏ BORCLU OLMADİĞİNİ, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsinin vergi orqanlarının ÜZƏRİNƏ QOYULDUĞUNU, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qalxmaz şübhələr olduqda, onların VERGİ ÖDƏYİCİSİNİN XEYRİNƏ ŞƏRH OLUNDUĞUNU rəhbər tutaraq, iddianın RƏDD EDİLMƏSİ xahiş olunur! Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil 10 fevral 2025-ci il tarixdə məhkəməyə müraciət edərək etiraza dəqiqləşdirməsində göstərmişdir ki, hazırda icraatda olan e-2-2(123)-79/2025 saylı kommersiya işi üzrə baxılan xüsusi icraat qaydasında verilmiş iddia ərizəsi aşağıda qeyd olunan səbəblərdən RƏDD edilməlidir. 1) Vergi orqanı - Maraqlı şəxs QİZİ tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 11038,98 AZN məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəsə də, onun qeyd olunan 11038,98 AZN vergi borcunun olması ilə bağlı ümumiyyətlə SƏRƏNCAMİ olmamışdır; 2) Vergi uçotunun ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə Maraqlı şəxs QİZİ tərəfindən NMR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında **********880400 nomrə ilə qeydə ALİNDİĞİ və vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim EİDLDİYİ-TARİXDƏN, qanunla nəzərdə tutulmuş (VM: mad. 37.2) 60 (altmış) gün müddətindən 3 ay 5 gün sonra - xx.xx.2024-cü il tarixdə, vergi orqanının hər hansı kameral vergi yoxlaması aparmağa və ya bununla bağlı hər hansı qərar qəbul etməyə ümumiyyətlə səlahiyyəti olmamışdır; 3) Vergi borcunun olması ilə bağlı qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixdən, qanunla nəzərdə tutulmuş (VM: mad. 37.4) 5 (beş) gün müddətindən 4 ay 25 gün sonra - xx.xx.2025ci il tarixdə, 3-21-2-24/2-4555/2025 nömrəli məktubla vergi borcu haqda olan qərar üzrə dəqiqləşmə aparılması məqsədilə, kameral vergi yoxlaması ilə bağlı sənədləri (məlumatları) vergi orqanının yenidən tələb etməyə səlahiyyəti olmamışdır; Odur ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsi ilə, bu Məcəllədə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında TƏQSİRSİZ HESAB EDİLDİYİNİ, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını SÜBUT ETMƏYƏ BORCLU OLMADİĞİNİ, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsinin vergi orqanlarının ÜZƏRİNƏ QOYULDUĞUNU, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qalxmaz şübhələr olduqda, onların VERGİ ÖDƏYİCİSİNİN XEYRİNƏ ŞƏRH OLUNDUĞUNU rəhbər tutaraq, iddianın RƏDD EDİLMƏSİ xahiş olunur! Məhkəmə baxışı iclasında Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil izahatında verdikləri etirazın üzərində duraraq etirazı müdafiə etdiklərini, vergi orqanının Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə on bir otuz səkkiz manat doxsan səkkiz qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün Əliyeva barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəsə də onun qeyd olunan on bir otuz səkkiz manat doxsan səkkiz qəpik məbləğində vergi borcunun ödənilməsi ilə bağlı ümumiyyətlə sərəncam qəbul etmədiklərini, vergi uçotunun ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinin məlumat bazasında qeydiyyatın aparıldığını, həmin müraciətin qeyd olunması barədə nömrəni sənəd də əlavə etdiklərini, nömrə ilə qeydə alındığı və vergi bəyannaməsinin habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən yəni onların ora müraciət edib vergi uçotunun dayandırılması ilə bağlı rəsmi qeydiyyata alındıqları tarixdən aprelin altısı Vergi bəyannaməsindən arayışın təqdim edildiyi tarixdən qanunla nəzərdə tutulmuş Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən altmış gün müddətində deyil üç ay beş gün keçəndən sonra 09 sentyabr 2024-cü ildə qərar qəbul etdiklərini, hansı ki, o altmış gün ərzində rəsmi gedib ərizə verib dayandıraraq onlara bəyan edərək artıq fəaliyyətə xitam verməklə dayandırdıqlarını, onların bunu altmış gün ərzində yoxlamalı olduqlarını, bir qəpik belə orda hər hansı onların vergi borcu olsaydı rəsmi onlara bildirilməli olduğunu, ancaq həmin müddəti ötürməklə üç ay beş gün 9 sentyabr 2024-cü il tarixdə vergi orqanının hər hansı kommeral vergi yoxlaması aparmağa və ya bununla bağlı hər hansı bir qərar qəbul etməyə ümumiyyətlə səlahiyyəti olmadığını, vergi borcunun olması ilə bağlı qərarın qəbul edildiyi həmin 9 sentyabr 2024-cü il tarixdən qanunla nəzərdə tutulmuş Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən beş gün müddətində dörd ay iyirmi beş gün yəni o beş gün ərzində nəyisə aşkar eliyirdisə qəbul etdiyi qərarda uyğunsuzluq var beş gün ərzində tərəfə müraciət eləməli olduqlarını, yəni vergi ödəyicisi ilə dəqiqləşdirmə aparıb aradan qaldırmalı olduqlarını, beş günü buraxıb dörd ay iyirmi beş gün sonra qərar verdiklərini, təzə məktublarının olduğunu, artıq bu işin məhkəməyə daxil olduğundan sonra bunu hiss edərək dərhal xx.xx.2025-ci il tarixdə məktub göndərdiklərini, onlara 2024-cü ili ötürüb xx.xx.2025-ci ildə onlara kommeral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında təzdən məktub göndərdiklərini, məhkəməyə müraciət eliyib iddia verməklə artıq məhdudlaşdırıcı addımlara başlamaqla paralel götürüb beşində icraatda ola-ola vətəndaşa məktub göndərərək dəqiqləşdirmə aparmaqla uyğunsuzluq etdiklərini, bunu da dörd ay iyirmi beş gündən sonra xx.xx.2025-ci il tarixdə məktubla vergi borcu haqqında olan qərar üzrə dəqiqləşdirmə aparılması məqsədi ilə kommeral vergi yoxlaması ilə bağlı sənədləri vergi orqanının yenidən tələb etməyə səlahiyyətinin olmadığını, Vergi Məcəlləsinin 53.3-cü maddəsi ilə bu Məcəllədə qeyd edilmiş qaydada və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasında təqsirsiz hesab edildiyini, Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu olmadığını sübut etməyə borclu olmadığını, bu halı vergi orqanının sübut etməli olduğunu, Vergi qanunverciliyinin pozulması faktını isə sübut edə bilmədiklərini, Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qalxmaz şübhələr olduqda vergi ödəyicisinin xeyrinə şərh olunduğunu, on bir min hissədə məhkəməyə təqdim elədikləri sənədləri qəbul etmədikləri halda birdən birə rəqəmi şişirdib iyimri altı minə qaldırmaqlarını bir daha onların qərəzli olmasını göstərdiyini, vətəndaşın vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirərk etirazlarının üzərində durduqlarını, bütün bu hallar rəhbər tutaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edirik. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) xx.xx.1956-cı il tarixdə Azərbaycan, Nax MR, Babək ray., Bulqan k. anadan olmuş, Nax MR, Naxçıvan şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2014cü il tarixdə əsas fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı” olmaqla ********** saylı VÖEN ilə Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyata alınmışdır. Şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə 26.613,64 manat məbləğində qalıq borcu vardır. Məhkəmə iş materiallarında olan sübutları, eyni zamanda Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil təqdim etdiyi sübutları araşdırıb obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə və ya müvafiq fonda vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, fiziki şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs – vergi ödəyicisi olan fiziki şəxs olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, vergi orqanı ərizəsində vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə Dövlət büdcəsinə 11038.98 manat, İcbari Tibbi Sığorta Fonduna 2.03 manat borcunun olmasını qeyd etsədə həmin borcun ödənilməsi üçün zəruri hərəkətləri məhkəməyə müraciət edənədək etməmişdir. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə əsas fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda əzcaçılıq mallarının pərakəndə satışı” olmaqla ********** saylı VÖEN ilə Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyata alınmış və vəziyyəti aktivdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********745900 nömrəli bildirişdən məlum olur ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs 32.14 manat İcbari Tibbi Sığorta haqqları üzrə borcunu ödəməsi bildirilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli **********528600 nömrəli bildirişdən məlum olur ki, dövlət büdcəsinə 26327.29 manat borcunun ödənilməsi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Vergi orqanı fiziki şəxsin yaranmış borcunun alınması ilə əlaqədar sərancam ilə banklara müraciət etmədən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sərəncamdan görünür ki, Vergi orqanı xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs 10.93 manat məbləğin ödənilməsi barədə müraciət etmişdir. İş materiallarında olan Maraqlı şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan məlum olur ki, cəmi 11073.05 manat olan vergilər üzrə borcunu 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə xx.xx.2024-cü il tarixli xəbərdarlıqda Maraqlı şəxs cəmi 11073.05 manat olan vergilər üzrə borcun ödənilməsinin tələb olunmasını, həmçinin xx.xx.2024-cü il tarixli **********528600 nömrəli bildirişdə dövlət büdcəsinə 26327.29 manat borcunun ödənilməsinin bildirilməsini və məhkəməyə müraciət olunaraq 11041.01 manat borcunun olmasının qeyd olunmasını, bu ziddiyəti xüsusi ilə vurğulamağı zəruri hesab edərək Vergi orqanının diqqətinə çatdırır. Belə ki, təqdim edilən sənədlərdən belə fikirə gəlməyə əsas olur ki, Maraqlı şəxs dövlət büdcəsinə olan 26327.29 manat borcundan bildiriş göndərildikdən sonra ödəmələr olmuşdur ki, vergi orqanı 11041.01 manat borca görə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün müraciət etmişdir. Məhkəmə belə qərara gəlir ki, Vergi orqanı məhkəməyə qədər mübahisənin nizama salınmasına riayət etməmiş və bunun təsdiq edən sənədi təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil tərəfindən 10 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 04 fevral 2025-ci il tarixdə ünvanlanmış sorğudan görünür ki, fərdi sahibkar Maraqlı şəxs vergi borcunun olmasına dair qəbul edilmiş hər hansı qərar varsa təqdim olunsun. İş materiallarına əlavə edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 fevral 2025-ci il tarixdə ünvanlanmış sorğuya verilən 07 fevral 2025-ci il tarixli cavab məktubundan görünür ki, qəbul olunmuş qərarların surəti fərdi sahibkar Maraqlı şəxs göndərilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 sentyabr 2024-cü il tarixli **********863800 nömrəli qərardan məlum olur ki, bəyannamə və hesabat dövrü 2023 əhatə edən vergi və ya sığorta haqqı 0.00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 9619.37 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 9619.37 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0.00 manat, zərərin məbləği: (artmışdır və ya azaldılmışdır) 11737.51 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manat müəyyən edilməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmənin aparılması bildirilmiş və Kapital Bank ASCnin Naxçıvan filialına ödənişin təsnifatı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 23 dekabr 2024-cü il tarixli **********641600 nömrəli qərardan məlum olur ki, bəyannamə və hesabat dövrü noyabr 2023 əhatə edən vergi və ya sığorta haqqı 5579.27 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14501.46 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 20080.73 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı 0.00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manat müəyyən edilməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmənin aparılması bildirilmiş və Kapital Bank ASC-nin Naxçıvan filialına ödənişin təsnifatı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil tərəfindən 10 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş Maraqlı şəxs Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən ünvanlanan müraciətdən görünür ki, Maraqlı şəxs vergi uçotunun ləğv edilməsi barədə ərizəsi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil tərəfindən 10 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 fevral 2025-ci il tarixli Kameral vergi yoxlamasi uçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında No: 3-21-2-24/2-4555/2025 məktubda Bəyannamə adı: Əlavə dəyər vergisi Vergi dovrü: Fevral 2024 Bəyannamənin, hesabatın növü: Dəqiqləşdirilmiş xx.xx.2025 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıdakı göstərilən səbəbdən (səbəblərdən) kameral yoxlamasının aparılması mumkun olmamışdır: Səbəblər: 1. Bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlamasi naticəsində əlavə vergi məbləgi hesablanmışdır. 2. Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əmaliyyatlar sətrinin daxil olmuş məblağ (ƏDV nəzərə alınmadan) sütununda gostərilmiş 0.00 manat məbləğ, hesabat dovru ərzində ƏDV depozit hesabınıza 701.57 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 3897.61 manat (ƏDV DH-na daxil olmuş 701.57 manat ƏDV/0,18) daxil olmuş məbləğdən 3897.61 manat az göstərilmişdir. 3. 2024 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 18015.38 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görulməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 21912.99 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0.00 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0.00 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0.00 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0.00 manat + gəlir məbləğlərin cəmi olan məbləğin 21912.99 manat təşkil etməsi nəticəsində 3897.61 manat məbləğində fərq yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Həmin dövr uçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktub. Təqdim etdiyiniz bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması uçün 5 iş günu ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilərsiniz. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 va 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq huququ vardır qeyd edilmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, vergi orqanı Maraqlı şəxs dövlət büdcəsinə olan borcunu müəyyən edərkən dəqiqliyə əməl etməyərək borcunun ödənilməsi üçün zəruri adımlar atmayaraq məhkəməyə qədər münasibətləri tənzimləyəcək üsullardan tam olaraq istifadə etməyərək vergi ödəyicisinə borclu olduğu məbləği ödəməsini bildirə bilməmiş, hazırki, müddətədə ziddiyyətli borcun olması ilə əlaqədar sənədləri məhkəməyə təqdim etmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki, təqdim olunan sənədlərdə vergi orqanının vergi ödəyicisinə olan borcunun olması və ödənilməsi tələbi barədə məlumatın çatdırılması sübut olunmur. Məhkəmə həmçinin Naxçıvan Şəhər Vergilər İdarəsinin maraqlı şəxsin aktiv bank hesabının olmaması barədə məhkəməyə daxil olmuş məlumatına əsasən bildirir ki, vergi orqanı məhkəməyə qədər borcun ödənilməsi üçün zəruri olan vəzifələrini yerinə yetirməlidir. Təqdim olunan sərəncamdan görünür ki, vergi orqanı borcunun ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə sərancam verilmişdir. Hazırda isə bank hesabının olmadığı bildirilir. Məhkəmə bu faktlarla bağlı Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil tərəfindən vergi uçotunun ləğv edilməsi barədə Maraqlı şəxs müraciətinin olmasına baxmayaraq 2024-cü ilin dekabr ayına kimin vergi borcu hesablanmasının ziddiyyətli olması fikrini qeyd edərək bildirir ki, bu hallar borcun müəyyən edilməsində şübhə doğurur. Belə ki, vergi ödəyicisinin aktiv bank hesabının olmaması fəaliyyətinin aktiv olmasını şübhə altına salır. Həmçinin vergi orqanı bank hesablarının hansı vaxtdan dayandırılması ilə əlaqədar sübutu təqdim etməmişlər. Məhkəmə bildirir ki, məhkəmə öz qətnaməsini elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlarla və maraqlı şəxsin vəkil və nümayəndəsi tərəfindən təqdim edilmiş sübutlarla əsaslandırmaqda haqlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1ci maddəsinə əsasən Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən Vergi orqanı vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: Həmin Məcəllənin 65.2.3cü maddəsinə əsasən Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. Həmin Məcəllənin 65.7-3-cü maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir. Həmin Məcəllənin 65.8-ci maddəsinə əsasən Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Məhkəmə qeyd edir ki, vergi orqanı maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müraciət edənədək yuxarıda qeyd olunan tələblərə tam olaraq əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.6-cı maddəsinə əsasən vergi ödəyicisinin vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq hüququ vardır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İş materiallarında vergi orqanı tərəfindən qəbul olunan vergi ödəyicisinin vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətinin Maraqlı şəxs təqdim edilməsini və ya göndərilməsini təsdiq edən sübutlar əlavə olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs vəkil və nümayəndəsi Vəkil tərəfindən təqdim olunan sübutlardan məlum olur ki, verilmiş sorğu əsasında həmin qərarlar iş məhkəmədə araşdırılarkən təqdim edilib. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrin məzmunundan belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, ərizə təmin olunmadığından ərizəçi dövlət rüsumu ödəməkdən azad olduğundan hazır ki, iş üzrə dövlət rüsumu tutulması müəyyən olunmamalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Naxçıvan Şəhər Vergilər İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar