Məhkəmə qərarları › İş №e-2-2(123)-80/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-80/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-80/2022 26.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı Zamin Cavabdeh qarşı soyuducu və pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı Zamin 31 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zamin ilə Cavabdeh arasında imzalanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumunun, ümumilikdə 20600.96 (iyirmi min altı yüz manat, doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edilərək hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mövcud işlərin çoxluğunu nəzərə alaraq hazırkı məhkəmə işinə təqdim olunmuş sübutlar əsasında onların iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Zamin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələbinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ”Azərbaycan Koka-Kola Botlers Limited” MMC tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsinə iddia ərizəsi verilərkən ərizə həmin təşkilatın nümayəndəsi qismində göstərilən Qanuni nümayəndə tərəfindən imzalanmış, lakin "xxxx" MMC -nin Baş direktoru kimi göstərilmiş Qanuni nümayəndə həmin təşkilatın qanuni təmsilçisi olmasını təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrinin tələbindən də göründüyü kimi təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bununla yanaşı Qanuni nümayəndə nümayəndə qismində iddiaçı təşkilatı təmsil etmək üçün X2 etibarnamə vermişdir. Diqqətə alınmalıdır ki, məhkəmədə iddia hüquqi şəxs tərəfindən qaldırılırsa mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ilk növbədə həmin hüquqi şəxsin rəhbərinin (qanuni təmsilçisinin) səlahiyyətlərini təsdiq edən müvafiq sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmalı və yalnız bundan sonra hüquqi şəxsin rəhbəri tərəfindən təmsilçilik üçün verilmiş digər etibarnamələrin hüquqi qüvvəsi olacaqdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə iddiaçı təşkilat ”Azərbaycan Koka-Kola Botlers Limited” MMC-nin qanuni əsaslarla fəaliyyət göstərməsini təsdiq edən hər-hansı bir hüquqi sənəd iddia ərizəsinə əlavə edilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqe aşağıdakı kimidir: Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır.(2, 6.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Zamin Cavabdeh qarşı soyuducu və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Zamin Cavabdeh qarşı soyuducu və pul tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Zaminnə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar