Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-81/2025 13.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, iddiaçı Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı avtomaşınların ehtiyyat hissələrinin və ya həmin ehtiyyat hissələrinin dəyərinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi İddiaçı2 22 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Sədərək rayon X5 ilə cavabdeh “Naxçıvan Avtoservis" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02 saylı satınalma müqaviləsinə əsasən satın alınmış ehtiyyat hissələrindən qalan 29165.28 (iyirmi doqquz min bir yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat dəyərində avtomaşınların ehtiyyat hissələrinin və ya həmin ehtiyyat hissələrinin dəyərinin və dövlət rüsumu olaraq ödənilmiş 177.50 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Sədərək rayon X3 verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə iddiaçı Sədərək rayon Kommunal Müəssisələr Kombinatı mülkiyyətində olan avtomaşınların təmiri məqsədi ehtiyyat hissələrinin alınması üçün "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə 02 saylı satınalma müqaviləsi bağladığını və cavabdehin 49069.71 (qırx doqquz min altmış doqquz manat yetmiş bir qəpik) manat məbləğində tender təkifini qəbulu edərək onun hesabına 34834 (otuz dörd min səkkiz yüz otuz dörd) manat məbləğində vəsait köçürüldüyün, müqavilə şərtlərinə əsasən İcraçı-cavabdeh "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan ehtiyyat hissələrini Sifarişçi-iddiaçı Sədərək rayon X4 təhvil verilməsini öhdəsinə götürdüyünü, lakin müqavilənin bağlanmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınmış ehtiyyat hissələrinin cəmi 5668.72 (beş min altı yüz altmış altı manat yetmiş iki qəpik) manat dəyərində hissəsi göndərildiyini, qalan 29165.28 (iyirmi doqquz min bir yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat dəyərində ehtiyyat hissələri hələdə iddiaçıya təhvil verilmədiyini, bu müddət ərzində dəfələrlə iddiaçı tərəfindən rəsmi qaydada "xxxx" MMC-yə müraciət edilərək qalan 29165.28 (iyirmi doqquz min bir yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat vəsaitin dəyərində ehtiyyat hissələrinin göndərilməsi bildirilsə də həmin ehtiyyat hissələri sifarişçi-iddiaçı Sədərək rayon Kommunal Müəssisələr Kombinatına təhvil verilmədiyini, bununla da "xxxx" MMC tərəfindən Sədərək rayon Kommunal Müəssisələr Kombinatına əhəmiyyətli dərəcədə zərər vurulduğunu, ehtiyyat hissələrinin vaxtında təmin edilməməsi səbəbindən Sədərək rayon X2 mülkiyyətində olan nəqliyyat vasitələrinin vaxtlı-vaxtında işə buraxılmasında fasilələr yarandığını, bu səbəbdən də xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə əlavə olaraq tender müqaviləsinə əsasən satın alınmış lakin, iddiaçıya təhvil verilməyən qalan 29165.28 (iyirmi doqquz min bir yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat dəyərində ehtiyyat hissələrinin Şədərək rayon X4 göndərilməsinin təmin edilməsi barədə pretenziya məktubu göndərildiyini, pretenziya məktubunda göstərilən və cavabdehə verilmiş müddət bitdiyindən cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yarandığını bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 443.2-ci, 448.1-ci, 448.2-ci, 452.1-ci, 452.2-ci maddəsinə və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci, 40.1-ci və 40.2-ci maddəsinə istinad etmişdir. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında qaldırdığı iddianı müdafiə etdiyini, əlavə sübutları olmadığını, bütün sübutları təqdim etdiyini, müqavilə şərtlərinin cavabdeh tərəfin tam icra etmədiyini, bu səbəbdən texnikaların istifadəsiz qaldığını, müqaviləyə əsasən avtomobillərə ehtiyat hissələri alınması və təmirinin nəzərdə tutulduğunu, müqavilənin qismən icra olunduğunu, lakin tələb etdikləri məbləğ həcmində icra olunmadığını, dəfələrlə müraciət etsələrdə nəticəsinin olmadığını, təqdim etdiyi sübutlarla kifayətləndiyini, iddia tələbində ətraflı fikirlərini bildirdiklərini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etdiklərini, həqiqətən tender nəticəsində təxminən 49000 manat həcmində ehtiyyat hissələrinin verilməsi və təmir işlərinin görülməsi üçün müqavilə bağlandığını, lakin təxminən 34000 manat iddiaçı təşkilatın müqavilə əsasında pul ödədiyini, lakin müqavilə öhdəliyini müəyyən səbəblərdən tam icra edə bilmədiklərini, təxminən 29000 manat dəyərində işləri görə bilmədiklərini, iddiaçı tərəfin tələb etdiyi məbləğin həqiqi olduğunu, onlardan asılı olmayan səbəbdən müqavilə öhdəliyini yerinə yetirə bilmədiklərini, bu səbəbdən iddia tələbini qəbul etdiklərini göstərərək qanuni qərar qəbul olunmasının xahiş etdi. İş materiallarında olan: Sədərək rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış 20 may 2024-cü il tarixli, 01 iyun 2024-cü il tarixli, 20 iyun 2024-cü il tarixli məktublardan görünür ki, Sədərək rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən avtomaşınların ehtiyyat hissələrinin alınması üçün xx.xx.2023-cü il tarixli 2 nömirəli "Satınalma" müqaviləsinin 14.1 bəndinin icrası yerinə yetirilmədiyi, 34834.00 (otuz dörd min səkkiz yüz otuz dörd manat) avtomaşınların ehtiyyat hissələrinin alınması və təmiri üçün vəsəit qabaqcadan ödənilməsi, bu vəsaitə qarşı cəmi 5668.72 (beş min altı yüz altmış səkkiz manat 72 qəpik) manat dəyərində ehtiyyat hissəsi verildiyi, qalan 29165.28 (iyirmi doqquz min yüz altmış beş manat 28 qəpik) vəsaitin dəyərində ehtiyyat hissələrinin verilməsini təmin edilməsi xahiş edilməsi barədə məlumat verilmişdir. Sədərək rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli məktublardan görünür ki,"xxxx" MMC-nin (VÖEN **********) adının dəyişdirdilməsi və yaxud ləğv olunması barəsində məlumat verilməsi istənilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15 noyabr 2025-ci il tarixli, **********044100 nömrəli məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. 12 sentyabr 2023-cü il tarixli Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolundan görünür ki, Satınalan təşkilat- İddiaçı1 kortivka sorğusu yolu ilə Avtomaşınara ehtiyyat hissələrin alınması və avtomaşınların təmiri xidməti üçün Malgöndərənlər- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X7 Məhdud Məsuliyyətli Сəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (Avtomobillərin Təmiri Və Satışı) arasından Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı)Cavabdeh ilə cəmi qiymət 41584.50 manat, hesablanmış cəmi ƏDV-7485.21 manat və təklifin ümumi qiyməti 49069.71 manat olmaqla satınalma müqaviləsi bağlamağı qərara almışdır. 15 sentyabr 2023-cü il tarixli NAX İN-X/O-1946/2023 nömrəli Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ünvanlanmış məktubdan görünür ki, Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının 17 avqust 2023-cü il tarixli, 17/08 nömrəli müraciətlərinə əsasən keçirilmiş müsabiqənin nəticəsinin ləğv olunması vе satınalma prosedurlarında iştirak edən bütün malgöndərənlərin bərabər rəqabət mühitini təmin etməklə satınalmaların qanunvericiliyin tələblərinə uyğun yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Başçısının 51 nömrəli 04 avqustv 2022-ci il tarixli əmrində İddiaçı2 xx.xx.2022-ci il tarixində 3 aylıq sınaq müddətinin bitdiyi üçün onunla yeni əmək müqaviləsi bağlanması və İddiaçı2 Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının direktoru təyin edilməsi, Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının baş mühasibinə tapşırılması ki, əmrdən irəli gələn digər məsələləri həll etməsi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli 02 nömrəli satınalma müqaviləsindən görünür ki, sifarişçi-Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının direktoru İddiaçı2 ilə icraçl-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zeynalov X1 ehtiyyat hissələrin alınması və avtomaşınların təmiri satın alınması üçün 49069.71 manat məbləğində tender təklifini qəbul etmiş və ehtiyyat hissələri və təmirini təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ünvanladığı 05 sentyabr 2023-cü il tarixli 1846/2023 nömrəli məktubundan görünür ki, 29 avqust 2023-cü il tarixli, 29/08 nömrəli müraciətlərinə əsasən Kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqədə ehtimal olunan qiymətdən aşağı tender təkliflərinin qiymətləndirilməsi düzgün həyata keçirilməyərək 2-ci və 3-cü yerləri tutmuş malgöndərənlər əsassız olaraq kənarlaşdırılmışdır. Lakin bu hal yekun protokolun ləğv olunmasına əsas vermədiyindən, qiymətləndirmə "Dövlət stınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirildikdən sonra yekun protokola rəy verilməsinə dair müraciətə yenidən baxıla bilər. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ünvanladığı 22 sentyabr 2023-cü il tarixli 2011/2023 nömrəli məktubundan görünür ki, 13 sentyabr 2023-cü il tarixli, 13/08 nömrəli müraciətlərinə əsasən Sədərək Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən təqdim edilmiş 49.069,71 manat məbləğində avtomaşınlara ehtiyat hissələrin alınması və avtomaşınların təmiri məqsədilə "xxxx" MMC ilə müqavilənin bağlanmasına əsas verən kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqənin nəticəsi barədə yekun protokol Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 15 sentyabr 2023-cü il tarixində 2640/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının xx.xx.2024-cü il tarixli 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlandığı müraciətdən görünür ki, Naxçvan Avtoserviz MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq üçün pretenziya məktubunu cavabdehə təqdim olunması üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Sədərək Rayon Kommunal Müəssisələr Kombinatı ilə Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında razılaşma əldə olunaraq hər iki tərəf üzərinə müqavilə razılaşmadan irəli gələn öhdəliklər götürmüşdür. Sədərək Rayon Kommunal Müəssisələr Kombinatı cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin sənədlərə nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə qalıq 29165,28 (iyirmi doqquz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır. Belə ki, iddiaçı Sədərək Rayon Kommunal Müəssisələr Kombinatı üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə müəyyənləşdirilmiş məbləği yəni 29165,28 (iyirmi doqquz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) manatı ödəmiş, Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti isə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməyərək, razılaşmanın şərtlərini pozmuşdur. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin nümayəndəsinin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 177.50 manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Sədərək Rayon Kommunal Müəssisələr Kombinatının cavabdeh Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı avtomaşınların ehtiyyat hissələrinin və ya həmin ehtiyyat hissələrinin dəyərinin ödənilməsi tələbi barədə iddiası təmin edilməli, 29165,28 (iyirmi doqquz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) əsas borc məbləğinin və 177.50 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cımaddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli 02 saylı satınalma müqaviləsinə əsasən satın alınmış ehtiyyat hissələrindən qalan 29165,28 (iyirmi doqquz min yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat dəyərində avtomaşınların ehtiyyat hissələri və ya dəyəri alınaraq Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 177,50 (yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Sədərək Rayon Kommunal Müəssisələr Kombinatına ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-81/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-81/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver