Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-82/2023 22.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin və maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs iştirakları olmadan, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə 12 may 2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən ümumilikdə 2017229,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə ərizəsini, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022ci il tarixinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) işsizlikdən sığorta fonduna 195,91 manat, Dövlət Sosial Müdafiə Fonduna 4695,93 manat, dövlət büdcəsinə 2011373,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 1623779,91 manat, faizlər üzrə 187332,76 manat, maliyyə sanksiyası üzrə 200261,09 manat), İcbari Tibbi Sığorta Fonduna 785,55 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 177,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 170,54 manat, faizlər üzrə 7,33 manat) olmaqla, ümumilikdə 2017229,02 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlərin göndərildiyini, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəmədiyini AR Konstitusiyasının 73-cü maddəsinə, Vergilər Məcəlləsinin 16.1.1-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 23.1.15-3-cü, 1.4-cü,, MPM-in 4.1-ci, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5.2-ci, 355-5-7-ci, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-cı maddələrinə istinad etdiyini, reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Nizami ünvan 1 ünvanında yaşadığını bildirərək əsaslandırmışdır. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi 16 may 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, həmin ərizədə ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə iş həcminin çoxluğu və məsafənin uzaqlığı nəzərə alınaraq Baş İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, 22 may 2023-cü il tarixdə, saat 1115-də keçirilən məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş o cümlədən, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs və ərizəçinin nümayəndəsi prosesdə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: 23 noyabr 2022-ci il tarixli, **********190500 nömrəli etibarnamədən görünür ki, bu etibarnamə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Şahin Eyyubov tərəfindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri Nümayəndə ondan ötrü verilir ki, o, Baş İdarənin adından iddiaçı, cavabdeh, üçüncü şəxs (maraqlı şəxs), ərizəçi, mülki iddiaçı, mülki cavabdeh və zərəçəkmiş şəxs qismində, habelə inzibati xətalara dair işlər üzrə icraat zamanı müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64-cü və Cinayət Prosessual Məcəlləsinin 102-ci maddəsinə əsasən ərizə və iddia ərizələrini, işin məhkəmə baxışı zamanı verilən etirazları, vəsatətləri və müxtəlif ərizələri, iddia tələbindən tam və ya qismən imtina edilməsi, iddia predmetinin və əsasının dəyişdirilməsi barədə ərizələri, mediasiya prosesinin tətbiqi barədə təklifi, məhkəmə aktlarından (qətnamələrdən, qərarlardan, qərardadlardan və s) verilmiş şikayət, apellyasiya və kassasiya şikayətlərini, inzibati xətalara dair işlər üzrə qərar və qərardadlardan verilən şikayətləri, Cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərindən və ya qərarlarından verilən şikayəti (və ya şikayət ərizəsin), habelə cinayət işləri üzrə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qərarlarından və hökmlərindən verilən apellyasiya və kassasiya şikayətlərini, habelə, ümumi, inzibati, kommersiya, apellyasiya instansiya məhkəmələrində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, eyni zamanda cinayət prosesini həyata keçirən orqanlarda Baş İdarənin adından iştirakla bağlı nümayəndələrə verilən etibarnamələri kağız daşıyıcıda və ya elektron qaydada imzalamaq səlahiyyətinə, əlavə olaraq, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə ərizə, iddia ərizəsi, şikayət, apellyasiya və kassasiya şikayətləri və s. Sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatının və elektron dövriyyəsinin müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikası Ali Məhkəməsin ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilməsi kimi hüquqlara malikdir, etibarnamə ilə verilən səlahiyyətlər başqa şəxsə verilə bilməz, etibarnamə 3 (üç) il müddətinə verilir və həmin etibarnamə sözügedən təşkilatın möhürü ilə təsdiqlənərək rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi (VÖEN **********) tərəfindən maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Maraqlı şəxs (VÖEN **********2) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 11160511,50 manat, o cümlədən vergilər üzrə 11160511,50 manat, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 2138079,49 manat, o cümlədən vergilər üzrə, 2131533,45 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 5448,29 manat, işsizlikdən sığorta haqqı üzrə 219,56 manat, icbari tibbi sığorta haqqı üzrə 878,19 manat borcun 5 gün müddətində ödənilməsi, ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, “Onlayn Kargüzarlıq” sistemindən Çıxarışdan görünür ki, ******* nömrəli pretenziya məktubu Maraqlı şəxs X1 sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, “Onlayn Kargüzarlıq” sistemindən Çıxarışdan görünür ki ******* nömrəli pretenziya məktubu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, “Onlayn Kargüzarlıq” sistemindən Çıxarışdan görünür ki, ******* nömrəli iddia ərizəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs (şəxsin FİN kodu: xxxxxxx, seriya və nömrəsi, AZE:AA*******) xx.xx.1981-ci il tarixdə Azərbaycan, Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Nizami ünvan 1 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatın surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə verilmiş ********** saylı VÖEN ilə Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış, əsas fəaliyyəti, fəaliyyət növünün kodu ******* olan, məişət elektrik mallarının pərakəndə satışından ibarətdir. Hüquqi şəxs haqqında məlumatın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə verilmiş ********** saylı VÖEN ilə Sumqayıt şəhəri, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış, əsas fəaliyyəti, fəaliyyət növünün kodu ******* olan “Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı”dan ibarətdir. Eyni zamanda, həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs olduğu görünür. xx.xx.2022-ci il tarixli, **********1 №-li alınmalı sərəncamdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən büdcəyə alınması nəzərdə tutulan məbləğ MV üzrə, 1719115,35 manat, ƏDV üzrə 457209,11 manat, ÖMV üzrə 240,05 manat, ÖMV üzrə 40,00 manat, SAİR üzrə 200221,09 manat olmaqla, ümumilikdə, 2.376.825,60 (iki milyon üç yüz yetmiş altı min səkkiz yüz iyirmi beş manat altmış qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, **********2 №-li alınmalı sərəncamdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən büdcəyə alınması nəzərdə tutulan məbləğ MV üzrə 1844126,46 manat, ƏDV üzrə 482122,57 manat, ÖMV üzrə 257,06 manat, ÖMV üzrə 40,00 manat, SAİR üzrə 200221,09 manat olmaqla ümumilikdə 2.526.767,18 (iki milyon beş yüz iyirmi altı min yeddi yüz altmış yeddi manat on səkkiz qəpik) manat təşkil edir. 01 noyabr 2022-ci il tarixli, qeydiyyat nömrəsi **********475500 olan, Maraqlı şəxs (VÖEN **********) ünvanlanmış vergi borcunun ödənilməsinə dair **********9 №-li bildirişdən görünür ki, həmin bildirişdə maraqlı şəxsin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 15.734.400,03 manat, o cümlədən vergilər üzrə 14.233.946,29 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 1.500.453,74 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borcunun olduğu, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin tələb olunduğu, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablandığını, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verildiyini, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********091500 qeydiyyat nömrəli, Maraqlı şəxs ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, Maraqlı şəxs (VÖEN **********) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 11160511,50 manat, o cümlədən vergilər üzrə 11160511,50 manat, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 2138079,49 manat, o cümlədən vergilər üzrə 2131533,45 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 5448,29 manat, işsizlikdən sığorta haqqı üzrə 219,56 manat, icbari tibbi sığorta haqqı üzrə 878,19 manat borcu vardır və borcun 5 gün müddətində ödənilməsinin tələb edildiyi, qeyd olunan borcun ödənilmədiyi halda həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Hazırkı iş üzrə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, **********1 №-li alınmalı sərəncama əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən büdcəyə alınması nəzərdə tutulan məbləğ MV üzrə, 1 719 115,35 manat, ƏDV üzrə 457209,11 manat, ÖMV üzrə 240,05 manat, ÖMV üzrə 40,00 manat, SAİR üzrə 200221,09 manat olmaqla, ümumilikdə, 2.376.825,60 (iki milyon üç yüz yetmiş altı min səkkiz yüz iyirmi beş manat altmış qəpik) manat və xx.xx.2023-cü il tarixli, **********2 №-li alınmalı sərəncama əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən büdcəyə alınması nəzərdə tutulan məbləğ MV üzrə 1844126,46 manat, ƏDV üzrə 482122,57 manat, ÖMV üzrə 257,06 manat, ÖMV üzrə 40,00 manat, SAİR üzrə 200221,09 manat olmaqla ümumilikdə 2.526.767,18 (iki milyon beş yüz iyirmi altı min yeddi yüz altmış yeddi manat on səkkiz qəpik) manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə elektron məktub vasitəsilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi (VÖEN **********) maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Maraqlı şəxs (VÖEN **********2) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 11160511,50 manat, o cümlədən vergilər üzrə 11160511,50 manat, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 2138079,49 manat, o cümlədən vergilər üzrə, 2131533,45 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 5448,29 manat, işsizlikdən sığorta haqqı üzrə 219,56 manat, icbari tibbi sığorta haqqı üzrə 878,19 manat borcun 5 gün müddətində ödənilməsi, ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdirlər. Qeyd edilən hallarla əlaqədar olaraq, maraqlı şəxs məhkəməyə vergi borcunun olmaması ilə bağlı təkzibedici və ya sübut əhəmiyyətli hər hansı sənəd təqdim etmədiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etdiyindən, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu sənədlərə əsasən məhkəmə maraqlı şəxs "xxxx" MMC-nin qanunla müəyyən edilmiş qaydada ödənilməmiş işsizlikdən sığorta fonduna, Dövlət sosial Müdafiə Fonduna, dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə, maliyyə sanksiyaları üzrə) borcunun, o cümlədən həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada ödənilməmiş dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə) borcunun olduğu qənaətinə gəlir. Bundan əlavə, ərizəçinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası olan vergi öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli, qeydiyyat nömrəsi **********475500 olan, Maraqlı şəxs (VÖEN **********) ünvanlanmış vergi borcunun ödənilməsinə dair **********9 №-li bildirişdə xx.xx.2022-ci il tarixinə olan borc məbləğləri, o cümlədən xx.xx.2022-ci il tarixli, **********091500 qeydiyyat nömrəli, Maraqlı şəxs ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqda xx.xx.2022-ci il tarixinə olan borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən şəxsin verdiyi tələb üzrə, yəni hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi olan şəxslərin ödəməli olduğu vergi borcunun olub-olmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmamaqdadır. Bundan əlavə, məhkəmə sübutları qiymətləndirərkən müəyyən etmişdir ki, Maraqlı şəxs rəhbər olduğu "xxxx" MMC xx.xx.2019-cu il tarixdə verilmiş ********** saylı VÖEN ilə Sumqayıt şəhəri, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış, daha sonra Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN ilə Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınaraq, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə isə, təqdim olunmuş materiallardan hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxsin - icra orqanının rəhbərinin (qanuni təmsilçisi) Maraqlı şəxs olduğu müəyyən edilmiş, və maraqlı şəxs həm hüquqi şəxsin icra orqanının rəhbəri kimi, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeyd olunduğundan, qanunla müəyyən edilmiş qaydada ayrı-ayrılıqda vergi öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrdən belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı.Belə ki, Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir”.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 17 mart 2016-cı il tarixli Plenumunun qərarı). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 7-1-ci maddəsinə əsasən İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı, vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə maraqlı şəxs "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna, Dövlət sosial Müdafiə Fonduna, dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə, maliyyə sanksiyaları üzrə) borcunun, eyni zamanda həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə) borcunun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Mac Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı olduğundan və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs Mac Store” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Maraqlı şəxs "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna, Dövlət sosial Müdafiə Fonduna, dövlət büdcəsinə (o cümlədən, vergilər üzrə, faizlər üzrə, maliyyə sanksiyaları üzrə) borcunun, eyni zamanda həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs dövlət büdcəsinə (o cümlədən, vergilər və faizlər üzrə) borcunun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qanuni qüvvəyə minmiş qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-82/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-82/2023
22.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver