Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-9/2025 06.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Məhərrəmov Zəfər Hicran oğluna və Məhərrəmov Hicran Yunis oğluna qarşı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması və avtomobilin qaytarılması tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Məhərrəmov Zəfər Hicran oğlunun cavabdeh İddiaçınə qarşı əsas iddianın rədd olunması və qarşılıqlı iddia təmin edilərək müqavilənin etibarsız hesab olunması, müvafiq qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və İddiaçı MMC ilə Məhərrəmov Zəfər Hicran oğlu arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı nümayəndəsi Nümayəndə 10 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin mülkiyyətində olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcını və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunu cavabdeh Məhərrəmov Zəfər Hicran oğlunun qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Məhərrəmov Zəfər Hicran oğlundan və Məhərrəmov Hicran Yunis oğlundan İddiaçı MMC-nin xeyrinə 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı Lizinq müaviləsinə əsasən 27617 (iyirmi yeddi min altı yüz on yeddi) manat vaxtı keçmiş əsas lizinq borcun, 21312 (iyirmi bir min üç yüz on iki) manat vaxtı keçmiş faiz borcun, 50415 (əlli min dörd yüz on beş) manat hesablanmış penyanın, cəmi 99344 (doxsan doqquz min üç yüz qırx dörd) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 388.03 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC ilə cavabdeh Məhərrəmov Zəfər Hicran oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1901/0657 saylı X8 əsasən, İddiaçı MMC-nin cavabdeh Məhərrəmov Zəfər Hicran oğlunun ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 6000,00 (altmış min) manat olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcını və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) yarımqoşqunu öz mülkiyyətinə keçirərək, Məhərrəmov Zəfər Hicran oğluna müvəqqəti sahiblik və istifadəyə verdiyini, Məhərrəmov Zəfər Hicran oğlunun isə öz növbəsində 39600,00 (otuz doqquz min altı yüz) manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürdüyünü, cavabdeh Məhərrəmov Zəfər Hicran oğlunun Lizinq müaviləsinə Əlavə № 2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz olmaqla mütəmadi olaraq hər ay 1616,68 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmadığını, müqavilə şərtlərinə tam əməl etmədiyini, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayındığını, bununla da müqavilə şərtlərini pozduğunu, bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun, lizinq obyektini geri qaytarmaqdan imtina etdiyini və lizinq obyektinin yerinin bu günə qədər müəyyən edilmədiyini, eyni zamanda lizinq borcunu da ödəmədiyini, hazırda öhdəliklərini tam icra etməyən cavabdeh Məhərrəmov Zəfər Hicran oğlunun 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı Lizinq müaviləsinə əsasən xx.xx.2022-ci il tarixə iddiaçıya 27617 (iyirmi yeddi min altı yüz on yeddi) manat vaxtı keçmiş əsas lizinq borcu, 21312 (iyirmi bir min üç yüz on iki) manat vaxtı keçmiş faiz borcu, 50415 (əlli min dörd yüz on beş) manat hesablanmış penya, cəmi 99344 (doxsan doqquz min üç yüz qırx dörd) manat məbləğində borcunun qaldığını, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq onun, müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyini, 11 dekabr 2019-cu il tarixli, 1901/0657/ZM-01 saylı Zaminlik Müqaviləsinə əsasən Məhərrəmov Hicran Yunis oğlunun Məhərrəmov Zəfər Hicran oğlunun 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X8 əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durduğunu və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsaslarının müəyyən edildiyini, həmin zaminlik müqaviləsinə əsasən Zamin və Lizinq alanın lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıdıqlarını, 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X4 7.9-cu bəndinə əsasən, Lizinq alanın müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəliklərinin icra edilmiş sayıldığını, həmin müqavilələrin 10.1-ci bəndinə əsasən, lizinq alanın müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməli olduğunu, müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində cərimə pulunun ödənilməsini tələb etdiyini, Lizinq alanın isə onu ödəməyi öhdəsinə götürdüyünü qeyd edərək, Həmin müqavilələrin 14.1.-ci və 14.1.3-cü bəndinə əsasən, Lizinq alanın lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədiyi və ya iki dəfə ödənişi gecikdirdiyi halda Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə biləcəyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.3-cü, 748-1.12-ci, 748-1.12.4-cü, 748-2.5-ci, 748-7.1-ci, 748-10.1-ci, 748-10.4-ci, 442-ci, 443-cü, 448.1-ci, 449.1-ci, 449.4-cü maddələrinə istinad etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 09 iyul tarixli qərarına əsasən borclu şəxs yuxarıda sadalanan dörd hərəkətdən birini etməklə özgənin pul vəsaitindən faydalandığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Qərarlarının məzmunundan lizinq verənin həm verilmiş lizinq məbləğini, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu tələb etməkdə, həm də lizinq obyektini geri qaytarılmasını tələb etməkdə haqlı olduğunun məlum olduğunu, belə ki, sözügedən qərarda Lizinq ödənişlərinin Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edildiyinin qeyd olunduğunu, Lizinq ödənişlərinin lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər olduğunu, Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəliklərinin, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə mindiyini, bu Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişlərinin bilavasitə lizinq verənin hesabına köçürüldüyünü, Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğin və s. Daxil olduğunu, (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748-11.1.5-ci maddələri), Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ verdiyini, belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməli olduğunu, (Mülki Məcəllənin 748-12.1 və 748-12.3cü maddələri), yuxarıda sadalanan maddələrin təhlilinin belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılmasının lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmədiyini, bu müqavilənin lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqd olduğunu, Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququnun dərhal yaranmadığını, belə ki, lizinq obyektinə dair mülkiyyət hüququnun lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçdiyini, Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə biləcəyini, göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onların müvəqqəti xarakter daşıdığını və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlakın onun mülkiyyətində qaldığını, Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunvericinin lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququnun, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnun verdiyini, Konstitusiya Məhkəməsinin Plenumunun şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən birinin mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarət olduğunu, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli olduğunu, öhdəlikləri icra edərkən tərəflərin müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olduqlarını, (Mülki Məcəllənin 425-ci maddəsi), Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını, həmin Məcəllənin 16.1-ci maddəsində isə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmədiyinin müəyyən olunduğunu, göstərilənləri nəzərə alaraq, lizinq alanın lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını, icranın lizinq alan tərəfindən gecikdirilməsinin bunun nəticəsində lizinq verənə zərər dəyəcəyi üçün yolverilməz olduğunu, Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələrinin mülki qanunvericilikdə müəyyən edildiyini, qeyd edildiyi kimi, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən lizinq alanın lizinq müqaviləsində müəyyənləşdirilmiş şərtlərə əməl etmədiyini, bir neçə ay lizinq obyektindən istifadə üçün haqqı ödədikdən sonra 3 aydan çox müddətdə bu haqqı ödəməkdən boyun qaçırdığını, bununla da lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnun yarandığını müəyyən edildiyini qeyd etməklə əsaslandırmışdır. 30 iyul 2024-cü il tarixdə cavabdehlər Məhərrəmov Zəfər Hicran oğlunun və Məhərrəmov Hicran Yunis oğlunun vəkili-nümayəndəsi Vəkil tərəfindən elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlanaraq həmin ərizədə İddiaçı MMC-nin məhkəməyə müraciət edərək “pul tələbi” ilə bağlı iddia qaldırdığını, həmin tələb üzrə 2-2(123)333/2024 saylı işə məhkəmədə baxıldığını, tələb və iddia ərizəsinin məzmunu ilə razılaşmadıqlarını və ərizənin məzmununun işin həqiqi hallarına uyğun olmaması səbəbindən ona etiraz etdiklərini və qarşılıqlı iddia verdiklərini, Azərbaycan Respublikası MPM-nın 155, 156-cı maddələrinin məzmununa əsasən iş üzrə qətnamə çıxarılana qədər cavabdehin ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlı olduğunu, qarşılıqlı iddianın verilməsinin iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirildiyini, “Renault Maqnum-yük” markalı yəhərli dartıcını və “Koegel” markalı furqon refrejerator yarımqoşqunu atası Məhərrəmov Hicran Yunis oğlu ilə birlikdə öz şəxsi vəsaitlərilə Litva dövlətindən 60000 manata alaraq Azərbaycana gətirmiş və yaxın tanıdıqları və sürücüləri olan X6 adlı şəxsin adına gətizdirməklə rəsmi qeydiyyata saldırdıqlarını, “Renault Maqnum-yük” markalı (q/ş AD 674142) yəhərli dartıcını **-UX-*** dövlət nömrə nişanlı, “Koegel” markalı furqon refrejerator yarımqoşqunu rəsmiləşdirdiklərini, sonradan onlara nəğd pul lazım olduğundan faizə pul götürmək istədiklərini və bu münvalla X7 ilə razılaşaraq lizinq şirkətindən nəğd pul götürməyə qərar verdiklərini, atası Hicran Məhərrəmov sürücü olduğundan bu nəqliyyat vasitəsini idarə edərək pul qazanacaqlarına arxeyin olduqlarını və girov qoymaqla pul götürəcəklərini, lakin danışıq apardıqları həmin şəxsin bunun yalnız lizinq yolu ilə mümkün olduğunu və nəqliyyat vasitəsini verilən pul geri qaytarılanadək lizinq şirkətinin adına keçiriməli olduqlarını bildirdiklərindən nəqliyyat vasitəsini etibarnamə ilə ona təqdim edərək bu yolla rəsmiləşmə aparılmasına etiraz etmədiklərini, X1 lizinqin işçisi olan X2 adına etibarnamə verdiyini və həmin şəxs rəsmiləşməni edərək nəqliyyat vasitəsini lizinqin adına keçirib onlara öz maşınlarını lizinqə vermək adı ilə nəğd pul çıxarıb verdiyini, “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcını **-JV-*** dövlət nömrə nişanlı, “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun **-ZK-*** dövlət nömrə nişanlı şəhadətnamə ilə rəsmiləşdirildiyini, bununla əlaqədar nəqliyyat vasitəsinin sənədlərini və lizinq müqaviləsi yolu ilə sənədləşmə aparılaraq pul verilə biləcəyini deyən həmin şəxsin adına etibarnamə verildiyini və etibarnamə əsasənda nəqliyyat vasitəsi İddiaçı MMC-nin adın keçirilərək ona 39000 yazılmaqla cəmi 30000 manat məbləğində pul verildiyini, 1901/0657 saylı lizinq Müqaviləsinin xx.xx.2019-cu ildə bağlandığını, atası Hicran Məhərrəmovun isə zamin olaraq çıxış edərək müqaviləyə imza etdiyini, ilk əvvəl işlərin yaxşı getdiyini və hər ay faizləri ödədiklərini, ümumilikdə 18000 manat məbləğində pul ödəndiyini, hər ay faizləri artıran və daha çox pul tələb etməyə başlayan lizinq şirkətinin rəhbərliyinin təzyiqləri və müdaxilələri üzündən ödəmələrdə gecikmələr baş verməyə başladığını və atasının pulu ödəyə bilmədiyini, bunu görən lizin şirkətinin rəhbərliyinin nəqliyyat vasitəsini dayanacağa qoymaqlarını tələb etdiyini və sürücüyə aylıq etibarnamə vermədiyindən yük maşınını işlətmək mümkün olmadığını, ona görə də məcbur qalıb nəqliyyat vasitəsini lizinq şirkətinin dediyi dayanacağa yerləşdirdiklərini, bu günədək nəqliyyat vasitəsinin orada saxlanıldığını, hazırda isə iddiaçı olan şirkətin onları ağır maddi vəziyyətə saldığını və həm pul istədiklərini, həm də nəqliyyat vasitəsini əllərindən almağa niyyətli olduqlarını, 30000 manat pulun müqabilində 60000 lik maşınlarını əllərindən aldıqlarını, çox amansız və ədalətsiz davranan lizinq şirkətinin ödəniş qabiliyyətlərinin olmadığını çox yaxşı bildiklərini və yalnız bu nəqliyyat vasitəsini işlədərək pul qazanıb borcu ödədiklərini, ona görə də düşdükləri bu ağır vəziyyətdən istifadə edir və hüquqdan sui istifadə ilə əsassız varlanmağa çalışdıqlarını, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan birinin də, dürüstlük qaydası olduğunu, hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsinin hüquqdan sui-istifadə sayıldığını ki, hüquq sisteminin hüquqdan açıqca suiistifadə edilməsini qorumadığını, dürüstlük qaydasının hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə etdiyini, bir davranışın bu xarakterdə olub-olmadığının isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edildiyini, dürüstlük qaydası və hüquqdan sui istifadə qadağasının haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipi olduğunu, mövcud işdə qarşılıqlı iddiaçı tərəfin qəti dürüst mövqedə olmadığını qeyd edərək Mülki Məcəllənin 16, 17 və 18-ci, 50-ci maddələrinə istinad etmiş, qanunvericiliyin məzmununa əsasən Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 qrup şərtin olmasının vacib olduğunu: əqdin subyektiv tərkibinə aid edilən şərt: əqdin məzmununa aid edilən şərt: əqdin iradə və iradənin ifadə etmənin vəhtətinə aid edilən şərt: əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqdin etibarlı əqd kimi tanındığını və qəbul edildiyini, habelə subyektlərin əqd bağlandıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələri doğurduğunu, Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsinin əqdin etibarsızlığına səbəb olduğunu, əqdin etibarsızlığı dedikdə tərəflərin əqd bağlandığı zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsinin başa düşüldüyünü, bu halda əqd kimi həyata keçirilən hərəkətlərin hüquqi nəticə doğurmaq qabliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmədiyini, etibarsız əqdlərin əsasən iki meyara görə təsnif edildiyini, əqdin elementinin qüsurlu olması meyarına görə: əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə: əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərində dörd növünün fərqləndirildiyini, subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər: iradəsi qüsursuz olan etibarsız əqdlər: forması qüsursuz olan etibarsız əqdlər: məzmunu qüsursuz olan etibarsız əqdlər olduğunu, İradə qüsurlu olan əqdlərin, bu əqdlər bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşdığını və ya bu iradənin xaricən düzgün ifadə olunmadığını, bu cür əqdlərin iki növünün fərqləndirildiyini, daxili iradə olmadan bağlanan əqdlər, daxili iradəsi düzgün formalaşmayan əqdlər olduğunu, hazırkı işdə iradələrinin əmlaklarını girov qoymaqla kredit götürmək olduğunu, əslində onlara borc pul lazım olduğunu və rəsmiləşməni lizinq müqaviləsi kimi sənədləşdirdiklərini, X14 sənədlər tələb olunarsa bu nəqliyyat vasitəsinin Litva dövlətindən gətirilib və sonradan da dərhal lizinqə verilərək onlara qaytarıldığının müəyyən olunacağını bildirərək AR Mülki Məcəllənin 337.2ci, 337.3-cü 337.4-cü 339.1-ci 49.4-cü 404-cü 324-cü 389.1-ci maddələrinə istinad etmiş, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqdin, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələrin bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitə olduğunu, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olmasının lazım olduğunu, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının vacib olduğu, Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanmasının tələb olunduğunu, mövcud mübahisəli işdə də, məqsədin borca pul əldə etmək olduğunu və kredit əvəzinə bunu lizinq yolu ilə həll edib onlara pul verdiklərini, öz əmlaklarını lizinqə satmaq və yaxud bəxşiş etmək niyyətində olmadıqlarını və bu gün də bunu arzulamadıqlarını, ona görə də bağlanmış müqavilənin etibarsız hesab edilməli və tərəflə aralarında yaranmış münasibətlərin əsil məqsədi nəzərə alınmaqla faktiki düşündükləri və arzuladıqları əqdə uyğun nəticələrin formalaşması üçün kredit müqaviləsinin şərtlərinin tətbiq edilməli olduğunu, beləliklə də qarşılıqlı iddia verdiklərini və cavabdeh təşkilatla bağlanmış müqavilənin etibarsızlığının məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiklərini bildirərək əsas iddianın rədd olunması və qarşılıqlı iddia təmin edilərək Cavabdeh-İddiaçı MMC ilə bağlanmış 1901/0657 saylı, xx.xx.2019-cu il tarixli lizinq Müqaviləsinin etibarsız hesab olunması və faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31 iyul 2024-cü il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi nəzərə alınaraq tələbə ilkin iddia ilə birlikdə qarşılıqlı iddiada göstərilən həcmdə baxılması qərara alınmışdır. 21 avqust 2024-cü il tarixdə cavabdehlər Məhərrəmov Zəfər Hicran oğlunun və Məhərrəmov Hicran Yunis oğlunun vəkili-nümayəndəsi Vəkil tərəfindən elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə ünvanlanaraq həmin ərizədə hazırkı vəziyyətdə cavabdehlər tərəfdən subyektlərin tərkibinin genişləndirilməli və iddianın məzmununa əlavə verilməli olduğunu, belə ki, “Renault Maqnum-yük” markalı yəhərli dartıcını və “Koegel” markalı furqon refrejerator yarımqoşqunu atası Məhərrəmov Hicran Yunis oğlunun öz şəxsi vəsaitilə Litva dövlətindən 60000 manata alaraq Azərbaycana gətirdiklərini və yaxın tanıdıqları şəxs olan X1 adına gətizdirməklə rəsmi qeydiyyata saldırdıqlarını, qeydiyyatları Naxçıvan MR olduğu üçün adlarına sənədləşmə aparla bilmədiyini, “Renault Maqnum-yük” markalı (q/ş AD 674142) yəhərli dartıcını **-UX-*** dövlət nömrə nişanlı ,“Koegel” markalı furqon refrejerator yarımqoşqunu rəsmiləşdirdiklərini, sonradan nəğd pul lazım olduğundan faizə pul götürmək istədiklərini və bu münvalla X7 ilə razılaşaraq lizinq şirkətindən nəğd pul götürməyə qərar verdiklərini, Nəqliyyat vasitələrinin AR DİN Baş X16 İdarəsində İddiaçı MMC-nin adına sənədləşdirilərək özgəninkiləşdirildiyini və dərhal da onlara daxili lizinqlə rəsmiləşdirilmə edilib 39000 yazılmaqla cəmi 30000 manat məbləğində pul verildiyini, “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcını **-JV-*** dövlət nömrə nişanlı ,“Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun **-ZK-*** dövlət nömrə nişanlı şəhadətnamə ilə rəsmiləşdirildiyini, 1901/0657 saylı lizinq Müqaviləsinin xx.xx.2019cu ildə bağlandığını, atası Hicran Məhərrəmovun isə zamin olaraq çıxış edərək müqaviləyə imza etdiyini, İlk əvvəl işlərin yaxşı getdiyini və hər ay faizləri ödədiklərini, ümumilikdə 18000 manat məbləğində pul ödəndiyini, hər ay faizləri artıran və daha çox pul tələb etməyə başlayan lizinq şirkətinin rəhbərliyinin təzyiqləri və müdaxilələri üzündən ödəmələrdə gecikmələr baş verməyə başladığını və atasının pulu ödəyə bilmədiyini, bunu görən lizin şirkətinin rəhbərliyinin nəqliyyat vasitəsini daynacağa qoymaqlarını tələb etdiyini və sürücüyə aylıq etibarnamə vermədiyindən yük maşınını işlətmək mümükün olmadığını, ona görə də, məcbur qalıb nəqliyyat vasitəsini lizinq şikətinin dediyi dayanacağa yerləşdirdiklərini, bu günədək nəqliyyat vasitəsinin orada saxlanıldığını, 2021-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək və 2022-ci ilin oktyabr ayının 5dən bu günkü tarixədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Binəqədi Təmir Zonasının” Binəqədi rayon ərazisindəki bazasının həyətində lizinq təşkilatı tərəfindən saxlanca qoyulduğunu, hazırda isə iddiaçı olan şirkətin onlara ağır maddi vəziyyətə saldığını və həm pul, həm də nəqliyyat vasitəsini əllərindən almağa niyyətli olduqlarını, 30000 manat pulun müqabilində onlardan ümumilikdə 99000 manat pul tələb etdiklərini və əlavə də 60000 lik maşınlarının əllərindən aldıqlarını qeyd edərək Əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək Cavabdeh-İddiaçı MMC ilə bağlanmış 1901/0657 saylı, xx.xx.2019-cu il tarixli lizinq Müqaviləsinin etibarsız hesab olunması , “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcının və ,“Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun özgəninkiləşdirilıməsinə dair rəsmiləşmənin etibarsız hesab olunmaqla qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və İddiaçı MMC ilə Məhərrəmov Zəfər Hicran oğlu arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 21 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsinə əlavə nəzərə alınmaqla iddia tələbinə qarşılıqlı iddia üzrə həmin həcmdə baxılması qərara alınmışdır. 05 iyun 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə İddiaçı MMC ilə cavabdeh Məhərrəmov Zəfər Hicran oğlu arasında 11 dekabr 2019cu il tarixdə X4 bağlandığını, həmin lizinq müqaviləsinə əsasən ümumi dəyəri 60000 (altmış min) manat olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı yəhərli dartıcı və **-ZK- *** dövlət nömrə nişanlı “Koegel” markalı yarımqoşqunu öz mülkiyyətinə keçirərək lizinq alanın istifadəsinə verdiyini, lizinq alan isə öz növbəsində 39600 (otuz doqquz min altı yüz) manat lizinq məbləğini illik 27% faiz olmaqla 36 ay müddətinə Ekolizinq MMC-yə ödəməli olduğunu, aylıq ödənişin hər ay üçün 1616,68 (min altı yüz on altı manat altmış səkkiz qəpik) manat olmalı olduğunu, lakin cavabdehin bir müddət ödədikdən sonra ümumiyyətlə ödəniş etmədiyini, bununla bağlı tərəflə dəfələrlə danışıqların aparıldığını, ünvanına yazılı xəbərdarlıqların göndərildiyini, bu yaxın günlərə qədər də zəng edib ona vaxt vermələrini istədiyini, onların da kifayət qədər vaxt verdiklərini, artıq onlardan asılı olmayan səbəbə görə vaxt verə bilmədiklərini, proqramın, komputerin faiz hesabladığını, onu dayandıra bilmədiklərini, getdikcə də faizin çoxaldığını, bu məsələnin məhkəmə qaydasında həllini tapmasına məcbur olduqlarını, ona görə məhkəməyə müraciət etdiklərini, bununla bağlı da tərəfə məlumat verdiklərini, həm elektron qaydada, həm də poçt vasitəsilə sənədləri göndərdiklərini, cavabdehin 11 iyul 2022-ci il tarixə olan dövrə 36 ay müddətində vaxtı keçmiş əsas lizinq borcunun 27617 (iyirmi yeddi min altı yüz on yeddi) manat, vaxtı keçmiş faiz borcunun 21312 (iyirmi bir min üç yüz on iki) manat olduğunu, 50415 (əlli min dörd yüz on beş) manat da penyanın hesablandığını, cəmi 99344 (doxsan doqquz min üç yüz qırx dörd) manat bugünkü gün iddiaçıya borcunun olduğunu, həmçinin 11 dekabr 2019-cu il tarixli X8 1901/0657/ZM-01 saylı Zaminlik müqaviləsi bağlandığını, həmin zaminlik müqaviləsinə əsasən Məhərrəmov Hicran Yunis oğlunun Məhərrəmov Zəfər Hicran oğlunun 11 dekabr 2019-cu il tarixli lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlı birgə məsuliyyət daşıdıqlarını, 2022-ci ildə borcun tam bağlanmalı olduğunu, artıq 2024-cü il olmasına baxmayaraq hələ də borcun bağlanmadığını, nə də ki, onların mülkiyyəti olan avtomobili geri qaytarmadıqlarını, dəfələrlə zəng etdiklərini, heç olmasa avtomobili gətirin qaytarın, ən azından biz bilək ki, bizim mülkiyyətimiz özümüzdədir dediklərini, bunu da qaytarmaqdan imtina etdiklərini, qaytarmadıqlarını, onlar da hazırda məsələnin həllli üçün məhkəməyə müraciət etdiklərini, məhkəmədən bugünkü günə hesablanmış 99344 (doxsan doqquz min üç yüz qırx dörd) manat borcun və mülkiyyətlərinədə olan yük avtomobilinin və onun yarımqoşqusunun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, avtomobili götürmədiklərini, cavabdehlərin özlərində olduğunu, istifadə edib-etmədiklərini bilmədiyini, bu barədə onlara məlumat vermədiklərini, istifadə etmələri, yoxsa aparıb harasa qoymaları, söküb satmaları yoxsa nə etdikləri barəsində məlumatlarının olmadığını, avtomobili X16 İdarəsi vasitəsilə axtarışa verdiklərini, onlara müşahidə kameralarından verilən məlumatın avtomobilin idarə edilmədiyinin olduğunu bildirmişdir. 31 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə etiraz etdiyini, çünki hazırkı işlə əlaqəsinin olmadığını düşündüyünü, birincisi müqavilənin bağlanmasının etibarsızlığı ilə bağlı 1 il müddətin olduğunu, o müddətin ötürüldüyünü, müddəti ötürdüyünə görə belə bir iddianın qaldıra bilməyəcəyini hesab etdiyini, qarşılıqlı iddia ərizəsində “Maşın mənim öz maşınım idi, pul lazım idi, gətirdim lizinqə qoydum öz maşınımı və ona görə pul götürdüm” qeyd etdiyini, bu şəxsin saxtakar olduğunu özü öz ərizəsində etiraf etdiyini, onlarda belə bir məlumatın olmadığını, yəni gəlib onlara “Mənim öz maşınımdır, qoyuram lizinqə” demədiyini, elə bir şey olsaydı onların onu götürməyəcəklərini, ikincisi isə guya maşını götürdüklərini, pul verdiklərini qanun pozuntusu kimi göstərdiyini, bunun heç qanun pozuntusu olmadığını, qanuna baxanda re-lizinq deyildiyini, növbəti lizinq mənasına gəldiyini, qanunla müəyyən olunduğunu, lizinqə verilən pulun onların şəxsi vəsaitləri olmadığını, onların da bunu hansısa bankdan faizə götürdüklərini, yəni onlar götürüb bu şəxsə avtomobili işləsin qazansın, onlara da ödəsin deyə verdiklərini, onların da faizə ödədiklərini, bu şəxsin işlədiyini, pul qazandığını, amma onlara ödəmədiyini, o pul almadığını, amma bankın pulunu ödəmək məcburiyyətində olduğunu, çünki onun pulunu ödəməsə növbəti dəfə müraciət edəndə bankın pul ayırmayacağını, “İndi şirkətin neçə tərəfli ziyana düşdüyünü?!”, həm faiz ödədiyini, həm qazancından olduğunu, həm də avtomobilindən olduğunu, nəticədə qarşılıqlı iddiaya etiraz etdiyini, onların məsələyə heç bir aidiyyətlərinin olmadığını, əgər belə bir narazılığı var idisə bugünə kimi iddianı qaldırmalı olduğunu, söhbətin 2021-ci ildən getdiyini, pretenziya məktubunun, xx.xx.2024cü il tarixli, ********** nömrəli qəbzin və məktubun göndərilməsini təsdiq edən 02 ədəd çıxarışın isə iş materiallarına əlavə edilməsinə etirazının olmadığını, elektron qaydada məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərə münasibətdə özlərinin (cavabdehlər) sahibkarlıq hesabına qoyduğu vəsait olduğunu, həmin vəsaiti lizinqə ödənilmiş vəsait kimi məhkəməyə təqdim etdiklərini, hansında ki, ekolizinq yazılıb o qəbzlərlə razı olduğunu, onlara ödənildiyini, hesabdan çıxarışı məhkəməyə verdiyini, ödədiyi pulun hamısının hesabda göründüyünü, amma ödəmədiyi vəsaitləri yalandan öz sahibkarlıq hesabına qoyduğu vəsaiti bugün məhkəməyə lizinqə ödənilmiş kimi təqdim etdiklərini, 11 dekabr 2019-cu il tarixdə bağlanmış müqaviləni 2021-ci il tarixli ödənişləri gətirib təqim etdiklərini, gecikən hər gününə 0,1 faiz dəbbə pulu hesablandığını, elektron qaydada məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli akta münasibətdə səs yazılarının da olduğunu, aktda guya həmin tarixlərdə maşının onlara təhvil verildiyini göstərdiklərini, onlara təhvil verilibsə onların adlarının, imzalarının aktda harda olduğunu soruşmuş, həmin tarixlərdə avtomobilin Hicranın özünün idarəetməsində olduğunu, Naxçıvandan Bakıya yük gətirdiyini bildirmişdir. İş materiallarında olan: 56291893 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 388.05 (üç yüz səksən səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı Daxili Lizinq müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra lizinq verən adlandırılacaq direktor X3 şəxsində təmsil olunan öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC, bir tərəfdən bundan sonra satıcı adlandırılacaq X1 verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X7 və digər tərəfdən bundan sonra lizinq alan adlandırılacaq Məhərrəmov Zəfər Hicran oğlu arasında üç tərəfli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən bundan sonra lizinq obyekti adlandırılacaq nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin dəqiq təsviri həmçinin bu müqavilənin ayrılmaz hissəsi olan və tərəflər arasında lizinq obyektinin təhviltəslimi xarakterini daşıyan 1 saylı Əlavədə də göstərilir. 2.2-ci bəndindən görünür ki, lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 60000 (altmış min manat 0 qəpik) AZN təşkil edir. 2.3-cü bəndindən görünür ki, lizinq obyektinin verilmə yeri lizinq verənin yerləşdiyi və fəaliyyət göstərdiyi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 4. Lizinq obyekti lizinq verənlə lizinq alan arasında tərtib olunan və bu müqavilənin 1 saylı Əlavəsi hesab olunan təhvil-təslim aktı əsasında lizinq verən tərəfindən lizinq alana verilir. 3.1-ci bəndindən görünür ki, lizinq obyektinin habelə onun ayrılmaz hissəsini təşkil edən və sənədlərin lizinq verən tərəfindən lizinq alana təhvil-təslimi bu müqavilə ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 3.2-ci bəndindən görünür ki, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 5.3-cü bəndindən görünür ki, bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay,1illik faiz dərəcəsi 27% təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 7.1-ci bəndindən görünür ki, lizinq alan hər ayın 11-i tarixində bərabər miqdarda olmaqla 11 dekabr 2022-ci il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür (ödəniş lizinq müqaviləsinə 2 saylı Əlavədə olan ödəniş cədvəlinə uyğun müəyyən olunur). 7.2-ci bəndindən görünür ki, lizinq alan avtomobilin 34%-ni, 20400 (iyirmi min dörd yüz manat 0 qəpik) AZN məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə, müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 7.2.1-ci bəndindən görünür ki, alınan lizinq məbləği avtomobilin dəyərinin 66%-ni, 39600 (otuz doqquz min altı yüz manat 0 qəpik) AZN təşkil edir. 7.3-cü bəndindən görünür ki, lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri cədvəli (bu müqaviləyə 2 saylı Əlavə) ilə müəyyən edilir. 9.1-ci bəndindən görünür ki, lizinq alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: 9.1.1. Şəxsi zaminlik/girov. 9.1.1-ci yarımbənddə göstərilən təminat ayrı müqavilə əsasında təqdim edilir. 10.1-ci bəndindən görünür ki, lizinq alanın müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X8 1 saylı Əlavədən görünür ki, ümumi dəyəri 60000 (altmış min) manat olan **-JV-*** dövlət qeydiyyat nişanlı “Renault Maqnum 460 yük” markalı (qeydiyyat şəhadətnaməsi: AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət qeydiyyat nişanlı “Koegel” markalı (qeydiyyat şəhadətnaməsi: AD 672621) yarımqoşqu lizinq verən İddiaçı MMC tərəfindən lizinq alan Məhərrəmov Zəfər Hicran oğluna təhvil verilmişdir. 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X8 2 saylı Əlavədən görünür ki, lizinq alan Məhərrəmov Zəfər Hicran oğluna 36 ay müddətinə illik 27% dərəcəsilə verilmiş 39600 (otuz doqquz min altı yüz) manat məbləğində lizinqin və ona hesablanmış faizlərin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 11 dekabr 2019-cu il tarixli, 1901/0657/ZM-01 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra lizinq verən adlandırılacaq direktor X3 şəxsində təmsil olunan öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC, bir tərəfdən bundan sonra zamin adlandırılacaq Məhərrəmov Hicran Yunis oğlu və digər tərəfdən bundan sonra lizinq alan adlandırılacaq Məhərrəmov Zəfər Hicran oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqavilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndindən görünür ki, icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında Bakı şəhərində bağlanmış 11 dekabr 2019-cu il tarixli 1901/0657 saylı daxili lizinq müqaviləsi ilə müəyyən olunur. 2.1-ci bəndindən görünür ki, zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 4.1-ci bəndindən görünür ki, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıqla, belə razılıq əldə edilmədikdə isə məhkəmə qaydasında həll olunur. 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı daxili lizinq müqaviləsi üzrə Maliyyə arayışından görünür ki, Məhərrəmov Zəfər Hicran oğlunun 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X8 əsasən xx.xx.2022-ci il tarixə 27617 (iyirmi yeddi min altı yüz on yeddi) manat vaxtı keçmiş əsas lizinq borcu, 21312 (iyirmi bir min üç yüz on iki) manat vaxtı keçmiş faiz borcu, 50415 (əlli min dörd yüz on beş) manat hesablanmış penya məbləği olmaqla, cəmi 99344 (doxsan doqquz min üç yüz qırx dörd) manat borcu qalmışdır. ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 101 (yüz bir manat 0 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Məhərrəmov Hicran Yunis oğlunun sərəncamında olan və idarə etdiyi **-JV-*** dövlət qeydiyyat nişanlı, “Renault Maqnum-yük” markalı yük avtomaşını 2021-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək və 2022-ci ilin oktyabr ayının 5-dən bu günkü tarixədək AYNA-nın “Binəqədi Təmir Zonasının” Binəqədi rayon ərazisindəki bazasının həyətində lizinq təşkilatı tərəfindən saxlanca qoyularaq sənədləri və açarları alınmışdır, nəqliyyat vasitəsi hazırda orada saxlanılır və idarə olunmur. CLD**********08 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 10 (on) manat məbləğində ödəniş edilmişdir. CLD**********00 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 1131 (min yüz otuz bir) manat məbləğində ödəniş edilmişdir. CLD**********03 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 1101 (min yüz bir) manat məbləğində ödəniş edilmişdir. CLD**********43 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 1110 (min yüz on) manat məbləğində ödəniş edilmişdir. CLD**********22 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 1105 (min yüz beş) manat məbləğində ödəniş edilmişdir. CLD**********77 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 1101 (min yüz bir) manat məbləğində ödəniş edilmişdir. CLD**********52 nömrəli, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən İddiaçı MMC-nin bank hesabına 2718 (iki min yeddi yüz on səkkiz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatdan görünür ki, İddiaçı MMC-nin sahibliyində olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum 460 yük” markalı yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı furqon refrejator yarımqoşqu: xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Gürcüstan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Mehman Hüseynovun sürücülüyü ilə Rusiya-Gürcüstan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Mehman Hüseynovun sürücülüyü ilə Gürcüstan-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Mehman Hüseynovun sürücülüyü ilə Gürcüstan-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Türkiyə hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Hindistan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Hindistan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə İran İslam Respublikası-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə İran İslam Respublikası-Azərbaycan hərəkət marşrutu istiqamətində; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Azərbaycan-Türkiyə hərəkət marşrutu istiqamətində boş; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2022-ci il tarixdə Tərlan Cavadovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində hərəkət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatdan görünür ki, **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum 460 yük” markalı yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı furqon refrejator yarımqoşqu xx.xx.2019-cu il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Azərbaycan-Ukrayna hərəkət marşrutu istiqamətində yüklü hərəkət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatdan görünür ki, İddiaçı MMC-nin sahibliyində olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum 460 yük” markalı yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı furqon refrejator yarımqoşqu: xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Ukrayna-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Ramin Mədətovun sürücülüyü ilə Azərbaycan-Türkiyə hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Ramin Mədətovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Rasim Ələkbərovun sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Rasim Ələkbərovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Ramin Kərimovun sürücülüyü ilə Azərbaycan-Gürcüstan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Ramin Kərimovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Azərbaycan-Türkiyə hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Türkiyə-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində boş; xx.xx.2020-ci il tarixdə Cavanşir Həsənovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Cavanşir Həsənovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Cavanşir Həsənovun sürücülüyü ilə İran İslam Respublikası- Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Cavanşir Həsənovun sürücülüyü ilə Azərbaycan-İran İslam Respublikası hərəkət marşrutu istiqamətində boş; xx.xx.2020-ci il tarixdə Cavanşir Həsənovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Azərbaycan-Ukrayna hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Nurəddin Babayevin sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2020-ci il tarixdə Mehman Hüseynovun sürücülüyü ilə Azərbaycan-Ukrayna hərəkət marşrutu istiqamətində yüklü hərəkət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatdan görünür ki, İddiaçı MMC-nin sahibliyində olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum 460 yük” markalı yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı furqon refrejator yarımqoşqu: xx.xx.2021-ci il tarixdə Mehman Hüseynovun sürücülüyü ilə Ukrayna-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-İran İslam Respublikası hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə İran İslam Respublikası-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə İran İslam Respublikası-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Türkiyə hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində boş; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Azərbaycan-Rusiya hərəkət marşrutu istiqamətində yüklü; xx.xx.2021-ci il tarixdə Hicran Məhərrəmovun sürücülüyü ilə Rusiya-Azərbaycan hərəkət marşrutu istiqamətində yüklü hərəkət etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3-27-103/2-********** nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məhərrəmov Hicran Yunis oğlu **-JV-*** dövlət qeydiyyat nişanlı “Renault-Maqnum-yük” markalı yük avtomaşını və **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 2021-ci ilin iyul ayında təmir etdirmək məqsədi ilə ləğv edilmiş X9 Xidmətinin (bundan sonra- Xidmət) balansında olan “Binəqədi Avtomobil Təmir Zonasına” gətirmiş, avtomobil qeyd edilən ərazidə təmir olunduqdan sonra fəaliyyət göstərdiyi müddət ərzində Xidmət, ləğv olunduqdan sonra isə AYNA tərəfindən dəfələrlə Məhərrəmov Hicran Yunis oğluna sözügedən avtomobilin və yarımqoşqunun ərazidən çıxardılması tələb edilsə də, Hicran Məhərrəmov həmin avtomobili İddiaçı MMC tərəfindən onun lizinq öhdəliklərini yerinə yetirməməsinə görə idarəedilməsinə məhdudiyyət qoyulduğunu və bununla əlaqədar olaraq lizinq şirkəti ilə arasıında məhkəmə prosesinin getdiyini bildirərək bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC (lizinq verən), X6 (satıcı) və Məhərrəmov Zəfər Hicran oğlu (lizinq alan) arasında 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə görə lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, nəqliyyat vasitəsini lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin lizinq alana təhvil verilməsi 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı X8 1 saylı Əlavə ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, lizinq alan müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehlər Məhərrəmov Zəfər Hicran oğluna və Məhərrəmov Hicran Yunis oğluna xəbərdarlıq məktubu ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Belə ki, lizinq alan Məhərrəmov Zəfər Hicran oğlu X4 tələbini pozaraq ödənişləri yubatmış, lizinq müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün lizinq məbləğini və ona hesablanmış faizdən ibarət vəsaiti qaytarmadığından xx.xx.2022-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 27617 manat, faiz üzrə borcu 21312 manat, penya borcu 50415 manat olmaqla cəmi öhdəliyi 99344 manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-33-3/2-1260/2024 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 dekabr 2019-cu il tarixli, 1901/0657 saylı kredit müqaviləsinin şərtlərinə əsasən ilkin iddia üzrə cavabdehlər Məhərrəmov Zəfər Hicran oğlunun və Məhərrəmov Hicran Yunis oğlunun, İddiaçı MMC-yə 11 iyul 2022-ci il tarixə ödəniş cədvəli üzrə əsas borc qalığı 8967 manat olması göstərilmişdir ki, həmin tarixə əsas borc məbləğinin 36457,10 manat olduğu nəzərə alındıqda 27490,10 (36457,10-8967) manat vaxtı keçmiş əsas borc, 21053,98 manat vaxtı keçmiş faiz borcu olmaqla, ümumilikdə borcu 48544,08 (qırx səkkiz min beş yüz qırx dörd manat səkkiz qəpik) manat təşkil edir. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-33-3/2-1260/2024 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçının Məhərrəmov Zəfər Hicran oğlundan və Məhərrəmov Hicran Yunis oğlundan müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 50415 manat penya məbləğinin tutulması barədə qətnamə çıxarılması tələbinə dair hissədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən lizinq müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (penya) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan məhkəmə hesab edir ki, penya məbləğinin azaldılaraq 2427,20 manat müəyyən olunması daha ədalətlidir. Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçının İddiaçı MMC-nin mülkiyyətində olan **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcının və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun cavabdeh Məhərrəmov Zəfər Hicran oğlunun istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılması tələbinə dair hissədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə, lizinq verən pul məbləğlərini və lizinq obeyktini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ əldə edir; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 4 iyun 2021-ci il tarixli qərarının 48-ci bəndində qeyd olunur ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, lizinq obyekti ilkin iddia üzrə cavabdehin istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalıdır. Bundan əlavə daxili lizinq müqaviləsi əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə ilkin iddia üzrə cavabdеh Məhərrəmov Hicran Yunis oğlu ilə 11 dekabr 2019-cu il tarixli, 1901/0657/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Məhərrəmov Hicran Yunis oğlu həmin müqaviləyə əsasən lizinq alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün lizinq verən qarşısında tam məsuliyyət daşımağı və lizinq verən qarşısında lizinq alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə lizinq məbləğinin qaytarılması ilə bağlı lizinq alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin lizinq alanda birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşıdığından lizinq məbləğinin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Məcəllənin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməlidir. Bundan əlavə, ilkin iddia üzrə cavabdeh Məhərrəmov Zəfər Hicran oğlu qarşılıqlı iddia qaldırmış, qarşılıqlı iddia ərizəsində nəqliyyat vasitəsini atası ilə birlikdə şəxsi vəsaitləri ilə Litva dövlətindən aldıqlarını, hazırkı işdə iradələrinin əmlaklarını girov qoymaqla kredit götürmək olduğunu, əslində onlara borc pul lazım olduğunu və rəsmiləşməni lizinq müqaviləsi kimi sənədləşdirdiklərini, lizinqin işçisi olan X2 adına etibarnamə verildiyini və həmin şəxsin rəsmiləşməni edərək nəqliyyat vasitəsini lizinqin adına keçirib onlara öz nəqliyyat vasitələrini lizinqə vermək adı ilə nəğd pul çıxarıb verdiyini qeyd etsələr də, buna dair mötəbər sübut təqdim etməmişdirlər. Həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının lizinq şirkətinin rəhbərliyinin nəqliyyat vasitəsini dayanacağa qoymaqlarını tələb etdiyini və sürücüyə aylıq etibarnamə vermədiyindən yük maşınını işlətməyin mümkün olmadığını, ona görə də məcbur qalıb nəqliyyat vasitəsini lizinq şirkətinin dediyi dayanacağa yerləşdirdiklərini, bu günədək nəqliyyat vasitəsinin orada saxlanıldığı qeyd etməsi də işdə olan sübutlarla təkzib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixli aktda 2021-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək və 2022-ci ilin oktyabr ayının 5dən bu günkü tarixədək və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3-27-103/2-********** nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda 2021-ci ilin iyul ayından bu günkü tarixədək “Binəqədi Avtomobil Təmir Zonası” da saxlanıldığı qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyat ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatlardan görünür ki, nəqliyyat vasitəsi yük daşımada istifadə olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 99344 (doxsan doqquz min üç yüz qırx dörd manat) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 388,03 (üç yüz səksən səkkiz manat üç qəpik) manat olaraq müəyyən edilir. İddiaçı-cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş 51,31% hissəsinə mütənasib olaraq 199,10 manat məbləği cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan alınaraq iddiaçı-cavabdeh İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumunun məbləği 388,03 (üç yüz səksən səkkiz manat üç qəpik) manat olaraq müəyyən edilməsinə və iddiaçı-cavabdehin isə 388.05 manat ödəməsi iş materiallarından göründüyündən artıq ödənilmiş 0.02 (iki qəpik) manat məbləğin iddiaçı-cavabdehə qaytarılması qənaətindədir. Qarşılıqlı iddia təmin olunmadığından cavabdeh-iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğluna aid edilməlidir. Bundan əlavə məhkəmənin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 23 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-33-3/2-1260/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 51,31% hissəsinə mütənasib olaraq 30,79 (otuz manat 79 qəpik) manat məbləği Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan, qalan 29,21 (iyirmi doqquz manat iyirmi bir qəpik) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı MMC-dən alınıb X11 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İlkin iddia üzrə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqu cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan alınaraq iddiaçı-cavabdeh İddiaçı MMC-yə qaytarılmalı, cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan 27490,10 manat vaxtı keçmiş əsas borc, 21053,98 manat vaxtı keçmiş faiz borcu və 2427,20 manat məbləğində penya olmaqla ümumilikdə 50971,28 manat alınıb iddiaçı-cavabdeh İddiaçı MMC-yə ödənilməli, cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan iddianın təmin olunmuş hissəsinə münasibətdə 199,10 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıcavabdeh İddiaçı MMC-yə ödənilməli, məhkəmə mühasibatlıq ekspertizanın nəticəsində müəyyən edilmiş 60 manat məbləğində ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,79 manat məbləği Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan, qalan 29,21 manat məbləği iddiaçı-cavabdeh İddiaçı MMCdən alınaraq X11 MR İdarəsində olan hesabına :Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməli, artıq ödənilmiş 0.02 (iki qəpik) manat dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı MMC-yə geri qaytarılmalı, ilkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməli, cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməklə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İlkin iddia üzrə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. **-JV-*** dövlət nömrə nişanlı “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqu cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan alınaraq iddiaçı-cavabdeh İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan 27490,10 manat vaxtı keçmiş əsas borc, 21053,98 manat vaxtı keçmiş faiz borcu və 2427,20 manat məbləğində penya olmaqla ümumilikdə 50971,28 manat alınıb iddiaçı-cavabdeh İddiaçı MMC-yə ödənilsin. Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan iddianın təmin olunmuş hissəsinə münasibətdə 199,10 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı-cavabdeh İddiaçı MMC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizanın nəticəsində müəyyən edilmiş 60 manat məbləğində ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,79 manat məbləği Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlundan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan, qalan 29,21 manat məbləği iddiaçı-cavabdeh İddiaçı MMC-dən alınaraq X11 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilsin. Artıq ödənilmiş 0.02 (iki qəpik) manat dövlət rüsumu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən dövlət büdcəsindən iddiaçıcavabdeh İddiaçı MMC-yə geri qaytarılsın. İlkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməklə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-9/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-9/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver