Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-90/2023 10.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı cavabdeh X5 qarşı pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı nümayəndəsi Vəkil 22 may 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsinə əsasən ödənilməmiş 529,66 manat əsas borc, mediasiya xərci kimi 20 manat, dövlət rüsumunun əvəzi kimi 10 manat, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat olmaqla ümumilikdə 659,66 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində cavabdehlə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi” haqqında Sifariş müqaviləsi bağlandığını, müqavilənin 1.1-ci bəndinə əsasən Təmsilçi öz nizamnanəsinə uyğun olaraq, Sifarişçinin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında xidmətlərin göstərildiyini, müqavilənin 4.1-ci bəndinə əsasən, Sifarişçi Təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəniş tapşırığı əsasında bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəlik götürdüyünü, İddiaçı MMC tərəfindən mövcud müqavilə əsasında cavabdehə göstərilmiş brokerlik xidməti üçün ödənilməli olan 529,66 manat məbləğində xidmət haqqı üçün göndərilmiş elektron qaimənin cavabdeh tərəfindən əsassız olaraq ödənilmədiyini, qanunvericiliyə müvafiq olaraq cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən qərəzli yayındığını, belə olan halda iddiaçı tərfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün X4 müraciət edildiyini, Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdeh mediasiyada iştirak etmədiyindən Mediasiya Sesiyasının baş tutmaması barədə arayış verildiyini, bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərildiyini, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülmədiyini bildirmiş və ərizəsini yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.3, 425.1, 425.2, 443.1, 445.7 və Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 385.1, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə, İddiaçı cavabdeh X5 qarşı pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: “AZEMİS”-in Çıxarışından görünür ki, X8 xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən cavabdeh X5 ünvanlanmış bildirişdən görünür ki, iddiaçı məktubunda X8 ilə İddiaçı MMC arasında xx.xx.2020-ci ildən başlayan əməkdaşlıq müqaviləsinin davam etdiyini, X8 tərəfindən ödənişlər ödənilmədiyindən müqavilə əsasında 589.66 manat borcun yarandığını və ödəniş edilməsinin cavabdeh tərəfindən əsassız olaraq dayandırıldığını, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər 3 gün ərzində ödənilmədikdə hər gecikdirilən gün üçün 1% dəbbə pulu hesablanacağını, hazırda yaranmış 589,66 manat borcun 3 iş günü ərzində İddiaçı MMC-nin hesabına ödənilməsinin təklif edildiyini, əks təqdirdə hər gecikdirilən gün üçün 1% cərimə hesablanmaqla mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət ediləcəyini cavabdehə bildirmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixdə ******* kargüzarlıq nömrəli bildiriş cavabdeh X3 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə ******* kargüzarlıq nömrəli iddia ərizəsi cavabdeh X3 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, M-410 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli sifariş müqaviləsindən irəli gələn öhdəliklər əsasında yaranan kommersiya mübahisəsi barəsində İddiaçı MMC-nin iştirakı ilə və İMS-nin keçirilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq cavabdeh X3 iştirakı olmadan 10 aprel 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində X9 keçirilmiş, o cümlədən İMS-nin keçirilməsi ilə əlaqədar 20 (iyirmi) AZN məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə İddiaçı MMC tərəfindən 0.40 AZN xidmət haqqı daxil olmaqla ümumilikdə 10.40 AZN məbləğində pul vəsaiti dövlət rüsumu kimi ödənilmişdir. xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsindən görünür ki, bir tərəfdən İddiaçı ilə (bundan sonra "Təmsilçi" adlandırılacaq, digər tərəfdən Məhərrəmova Kəmalə (bundan sonra "Sifarişçi" adlanacaq) arasında müqavilədə nəzərdə tutulan məzmunda gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün Sifariş forması imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Təmsilçi öz əsasnaməsinə uyğun olaraq, Sifarişçinin tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında xidmətlərini göstərir. 2.1-ci bəndində-Sifarişçinin öhdəliklərindən görünür ki, Təmsilçini tələb olunan bütün zəruri müşayiət sənədləri ilə, bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri, malı müşayiət edən və digər sənədləri, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazələr, lisenziyalar və sertifikatlar və gömrük məqsədləri üçün lazım olan digər sənədləri təmsilçiyə təqdim etmək Sifarişçinin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, “Təmsilçi” “Sifarişçiyə” göstərdiyi xidmətlərin tarifinə uyğun olaraq təqdim etdiyi ödəniş tapşırığı əsasında məbləği “Təmsilçi”nin bank hesabına və post terminal vasitəsi ilə ödəyir xx.xx.2022-ci il tarixli Vəkil Orderindən görünür ki, 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 1702 saylı hüquqi yardımla bağlı müqavilə bağlanmışdır. 11 aprel 2023-cü il tarixli, 23/123 saylı etibarnamədən görünür ki, bu etibarnamə İddiaçı MMC-nin nümayəndəsi qismində iştirak etmək üçün Azərbaycan Respublikasınin vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Vəkil (Ş.V AA 0558203) 2 il müddətinə verilmişdir. xx.xx.2020-cil tarixli, 221251 nömrəli İddiaçı tərəfindən X5 təqdim edilən elektron qaimədən görünür ki, təmsilçilik xidmətləri üzrə müştəri əvəzindən ödənilmiş gömrük rüsumu və anbarlama üzrə İddiaçı MMC tərəfindən ümumilikdə X5 xx.xx.2020-ci ilədək EBAM 221251 nömrəli e-qaimə üzrə 589,66 manat məbləğində gömrük rəsmiləşdirilməsi xidməti göstərilmişdir. İddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, 10 aprel 2023-cü il tarixli, 23/123 nömrəli maliyyə arayışından görünür ki, X8 (VÖEN **********) və İddiaçı MMC (VÖEN **********) arasında gömrükləmə xidmətlərinin göstərilməsi üzrə xx.xx.2020-ci il tarixli “Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün” Sifariş müqaviləsi bağlanmış, müqavilə bağlandığı tarixdən etibarən İddiaçı MMC tərəfindən ümumilikdə X5 xx.xx.2020-ci ilədək EBAM 221251 nömrəli eqaimə üzrə 589,66 manat məbləğində gömrük rəsmiləşdirilməsi xidməti göstərilmiş, bundan əlavə hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 40 manat olmaqla ümumilikdə 729,66 manat qalıq toplam borc yaranmış, X8 tərəfindən xx.xx.2022-ci tarixdə 200.00 (iki yüz manat) AZN məbləğ ödənilmiş və xx.xx.2023-cü il tarixinə qalıq borc 529,66 (beş yüz iyirmi doqquz manat altmış altı qəpik) təşkil etdiyi göstərilmişdir. 25 avqust 2022-ci il tarixli, M-053/503 nömrəli maliyyə arayışından görünür ki 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 1702 saylı hüquqi yardımla bağlı müqavilə bağlanmış və 100 (bir yüz) manat dəyərində ödəniş İddiaçı MMC tərəfindən öz bank hesabı vasitəsilə 18 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: İddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsi bağlanmış və həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən ümumilikdə X5 xx.xx.2020-ci ilədək EBAM 221251 nömrəli e-qaimə üzrə 589,66 manat məbləğində gömrük rəsmiləşdirilməsi xidməti göstərildiyi təsdiq edilmişdir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında Sifariş müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən Sifariş müqaviləsinin bağlanması və təqdim edilmiş sübutlara əsasən gömrük rəsmiləşdirilməsi xidməti göstərilməsi ilə Təmsilçinin müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilməkdədir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. 788.3-ci maddəsinə əsasən əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Nəticədə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 26 may 2023-cü il tarixli, e-2-2(123)-90/2023 saylı qərardadı qəbul edildikdən sonra həmin tarixdə cavabdeh X5 qeydiyyatda olduğu yer üzrə ünvanlanmış məhkəmə bildirişində tərəfin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsi ilə nəzərdə tutulan prosessual hüquq və vəzifələri xüsusilə qeyd olunsa da, cavabdeh öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatəti, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etirazı təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Həmçinin, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, 10 aprel 2023-cü il tarixli, 23/123 nömrəli maliyyə arayışına əsasən, İddiaçı MMC tərəfindən X5 xx.xx.2020-ci ilədək EBAM 221251 nömrəli e-qaimə ümumilikdə üzrə 589,66 manat məbləğində gömrük rəsmiləşdirilməsi xidməti göstərilmiş, bundan əlavə hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 40 manat olmaqla ümumilikdə 729,66 manat qalıq toplam borcdan X8 tərəfindən xx.xx.2022-ci tarixdə 200.00 AZN məbləğ ödənilmiş və xx.xx.2023-cü il tarixinə qalıq borc 529,66 (beş yüz iyirmi doqquz manat altmış altı qəpik) manat məbləğində hesablanmışdır. Dövlət rüsumun əvəzi kimi ödənilən 40 manata münasibətdə məhkəmə bildirir ki, iddiaçı tərəfindən 20 manat mediasiya xərci 10 aprel 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində X7 keçirilməsi ilə bağlı ödənilmiş və xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 10 AZN məbləğində pul vəsaiti dövlət rüsumu kimi ödənildiyindən ümumi məbləğ 30 AZN təşkil edir. Bu səbəbdən də iddia iddiaçının maliyyə arayışında göstərdiyi 40 manat məbləğin 30 manatına münasibətdə təmin olunmalıdır. 25 avqust 2022-ci il tarixli, M-053/503 nömrəli maliyyə arayışına əsasən18 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 1702 saylı hüquqi yardımla bağlı müqavilə bağlanmış və 100 (bir yüz) manat dəyərində ödəniş İddiaçı MMC tərəfindən öz bank hesabı vasitəsilə 18 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. 100 (bir yüz) manat hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilən məbləğə münasibətdə məhkəmə bildirir ki, 25 avqust 2022-ci il tarixli, M-053/503 nömrəli maliyyə arayışı bu halı təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X2 xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsinə və xx.xx.2023-cü il tarixli, 23/123 saylı maliyyə arayışına əsasən ödənilməmiş 589,66 manat əsas borc, mediasiya xərci kimi 20 manat, dövlət rüsumunun əvəzi kimi 10 manat və hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 (bir yüz manat) AZN olmaqla ümumilikdə 719,66 (altı yüz əlli doqquz manat altmış altı qəpik) AZN və ödənilmiş 200 (iki yüz) AZN çıxıldıqdan sonra cə olaraq 519.66 AZN məbləği tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməsi qənaətindədir.Həmçinin məhkəmə onu qeyd edir ki, maliyyə arayışında mediasiya xərci və vəkil xərci kimi hesablanmış məbləğ, iddi aərizəsində yenidən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X6 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı vəziyyətdə, xx.xx.2023-cü il tarixli, M-410 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan aydın olur ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsindən irəli gələn öhdəliklər əsasında yaranan kommersiya mübahisələri barəsində İddiaçı MMC-nin iştirakı ilə və İMS-nin keçirilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq cavabdeh X3 iştirakı olmadan 10 aprel 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində X9 keçirilmiş, o cümlədən cavabdeh tərəf iştirak etmədiyindən İMS-nin keçirilməsi ilə əlaqədar 20 (iyirmi) AZN məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən 20 manat məbləğində mediasiya xərci ödənildiyindən və dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan (30 manat olduğundan) tərəf çəkdiyi xərc həddində yəni 20 manat məbləğində dövlət rüsumundan azad edilmiş, qalan iddiaçının azad olmadığı 10.00 AZN dövlət rüsumu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ödənilmişdir. İddia qismən təmin ediləcəyindən iddianın təmin olunmuş hissəsinə, yəni 78.77 % hissəsinə mütənasib olaraq 30 (otuz) AZN-nin 23.63 AZN cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2020-ci il tarixli Sifariş müqaviləsinə əsasən 589,66 (beş yüz səksən doqquz manat altmış altı qəpik) AZN əsas borc, mediasiya xərci kimi 20 (iyirmi manat) AZN, dövlət rüsumunun əvəzi kimi 10 (on) AZN, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 100 (bir yüz manat) AZN olmaqla ümumilikdə 719,66 (yeddi yüz on doqquz manat altmış altı qəpik) AZN pul məbləğindən ödənilmiş 200 (iki yüz) AZN çıxıldıqdan sonra cəm olaraq 519.66 (beş yüz on doqquz manat altmış altı qəpik) tutularaq İddiaçınə ödənilsin. İddia təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, mütənasib olaraq 23.63 (iyirmi üç manat altmış üç qəpik) AZN cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-90/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-90/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver