Məhkəmə qərarları › İş №e-2-2(123)-94/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-94/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-94/2023 09.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı X1 cavabdeh X5 qarşı borc tələbi barədə elektron qaydada məhkəməyə göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin mümkünlüyünə baxaraq m ü ə y y ə n е t d i m: İddiaçı X3 06 iyun 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, hazırkı iş üzrə kommersiya mübahisəsinə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə görə iddia ərizəsinin icraata götürülməməsi iki prosessual hüquq institutunun vasitəsilə mümkündür. İddia ərizəsinin qaytarılması, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi. Bununla bağlı məhkəmə, bildirir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar. Bunlara iddianın predmeti və onun əsası daxildir. Qeyd olunan elementlər nəinki iddianı, həmçinin məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın əsas ünsürlərindən olan iddianın əsası dedikdə, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqd, müqavilə və s. aiddir. Eyni zamanda, iddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarətdir ki, bura da əsasını müqavilə və ya digər sənədlər təşkil edən iddia tələbini təsdiq edən sənədlər nəzərdə tutulur. Beləliklə, məhkəmə tərəfindən iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin yolverilməzliyinə əsas olan, o cümlədən iddiaçı “X9” MMM ilə (indiki İddiaçı MMM ) cavabdeh X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 373 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinə 1 saylı Əlavə olan spesitifikasiya aktında adları qeyd edilən malların cavabdehə təhvil verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin, iş materiallarına əlavə edilən həmin müqavilənin 4.1-ci bəndinə əsasən malların təhviltəsliminin alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirildiyi və 4.2-ci bəndinə əsasən satıcının anbarında Malların Alıcıya təhvil verildiyi gün Satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunduğu, həmin tarixin Malların təhvil-təslimi barədə aktla və yaxud Malların qəbulu haqqında sənədlə (Qaimə-faktura) təsdiqləndiyi xüsusi olaraq qeyd olunmuşdur. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, məhkəməyə elektron qaydada təqdim edilən iddia ərizəsi mülki prosessual qanunvericiliyin kiçik iddialara dair ərizəsi üzrə müəyyənləşdirdiyi tələblərinə uyğun verilməyərək, iddia tələbini təsdiq edən sənədlərlə birgə məhkəməyə təqdim olunmadığından İddiaçı X1 cavabdeh X5 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Həmçinin, iddiaçıya MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablandığı izah edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iş materiallarında olan və İddiaçı X1 nümayəndəsi qismində iştirak etmək üçün X4 adına verilmiş 26 aprel 2023-cü il tarixli etibarnamənin nömrəsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-4.1 və 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266, 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı FORTİS GROUP” X1 cavabdeh X5 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Ərizənin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablandığı iddiaçıya izah edilir. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar