Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-98/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı ASC 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN məbləğində pulun, habelə “X4 iştirak etmək” üçün ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının və 18 (on səkkiz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində iddiaçı "xxxx" ASC (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı ASC nə dəyişdirilmişdir) ilə (bundan sonra "İddiaçı") sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X5 arasında (bundan sonra "Cavabdeh") bağlanmış 792/2021 nömrəli 01 oktybar 2021-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısının nisyə qaydasında həyata keçirildiyini, iddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), iddiaçının Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdehin isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürdüyünü, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli elektron qaimələrə əsasən cavabdeh X3 17.892,25 (on yeddi min səkkiz yüz doxsan iki manat iyirmi beş qəpik) AZN dəyərində Norm sement məhsullarının satıldığının, cavabdehin isə cəmi 8.156,45 (səkkiz min yüz əllialtı manat qırx beş qəpik) AZN pul ödədiyinin müəyyən edildiyini, 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN borcunun mövcud olduğunu, xx.xx.2023-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, xx.xx.2023cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyasının təşkil edildiyini, lakin, cavabdeh bu barədə məlumatlı olsada X4 iştirak etmədiyini qeyd edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2ci, 329.3-cü, 385.1-ci, 387.2-ci, 398.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.2-ci, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 24.2-ci, 26.1-ci, 26.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinad etməklə əsaslandırmış, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdehdən İddiaçının xeyrinə 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN məbləğində pulun, habelə “X4 iştirak etmək” üçün ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının və 18 (on səkkiz) manat dövlət rüsumunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə 08 aprel 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında İddianı müdafiə etdiklərini, 9735.80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) manat əsas borc, habelə X4 iştirak üçün ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı və 18 (on səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 08 aprel 2024-cü il tarixli məhkəmə baxışı iclasında çıxışında: İddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında 792/2021 nömrəli 01 oktybar 2021-ci il tarixli müqavilə bağlandığını, müqaviləyə əsasən cavabdeh X3 “Norm” sement məhsullarının A və B Klass olaraq nisyə qaydasında satışının həyata keçirildiyini, cavabdeh həmin sement məhsullarını satıb məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürdüyünü, iş materiallarında olan elektron qaimələrə əsasən X3 17.892,25 (on yeddi min səkkiz yüz doxsan iki manat iyirmi beş qəpik) manat dəyərində Norm sement məhsulları satıldığının, cavabdehin həmin məbləğdən 8.156,45 (səkkiz min yüz əlli altı manat qırx beş qəpik) AZN ödəniş etdiyinin, 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN isə bu günə kimi ödənilmədiyinin müəyyyənləşdirildiyini, borcla bağlı cavabdehə pretenziya məktubunun göndərildiyini, eyni zamanda “Mediasiya haqqında” qanunun tələbinə əsasən mediasiya təklifinin göndərildiyini, lakin cavabdehin mediasiyada iştirak etmədiyini, eyni zamanda borcunu ödəmədiyini, bildirərək cavabdeh X2 iddiaçı "xxxx"ASC-nin xeyrinə 9735.80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) manat məbləğində pulun, habelə X4 iştirak üçün ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı və 18 (on səkkiz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 27 noyabr 2023-cü il tarixli, K-1441 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, 27 noyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilən X4 cavabdeh X5 iştirak etməmiş, iddiaçının nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-in qanuni təmsilçisi X8 tərəfindən iddia ərizəsinin verilməsinə görə 18.00 (on səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 01 oktyabr 2021-ci il tarixli, 792/2021 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən satıcı adlandırılacaq "xxxx" MMC, direktor X10 şəxsində və digər tərəfdən alıcı adlandırılacaq X5 şəxsində müqavilədə göstərilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə Satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra Mal və ya Mallar) Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin Malları qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qaiməsində və müqavilədə Malın müəyyənləşdirilmiş dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, müqavilə üzrə malların 1 (bir) tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 165 manat və “Klass B” maraksı üçün isə 150 manatdır. 1.3-cü bəndindən görünür ki, Alıcının tələbatına uyğun sifarişi Mallar ayrı-ayrı partiyalarla (hissələrlə) təchiz edilə bilər. Hər bir mal partiyası üzrə ayrıca elektron qaimə-faktura tərtib olunur. 1.4-cü bəndindən görünür ki, Alıcı sifarişə əsasən Malın dəyərini satıcıya tam həcmdə ödədiyi halda həmin mal üzərində mülkiyyət hüququnu əldə etmiş olur. 1.5-ci bəndindən görünür ki, bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti olan Malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri tərəflər arasında tərtib və təsdiq edilmiş Əmtəə-Nəqliyyat Qaiməsi və bu müqavilə ilə müəyyən edilir. 2.3-cü bəndindən görünür ki, Alıcı Əmtəə-Nəqliyyat Qaiməsi üzrə qəbul etdiyi Malların dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə Malın Alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 (on beş) iş günü ərzində Satıcıya tam ödənilməsini təmin etməlidir. 3.1.1 və 3.1.1.2-ci bəndlərindən görünür ki, alıcıdan bu müqavilənin 2.1-ci bəndində göstərilən Malın dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququdur. 3.2.2 və 3.2.2.2-ci bəndlərindən görünür ki, bu müqavilənin 2.1-ci bəndində göstərilən Malın dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 7.1-ci bəndindən görünür ki, bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış sayılır. EBCG seriyalı, 992240 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" ASC tərəfindən X3 yekun məbləği 4288,03 (dörd min iki yüz səksən səkkiz manat 03 qəpik) olmaqla **********-sement klass A (400 marka) və **********-Sement klass B (300 marka) sement məhsulları satılmışdır. EBCİ seriyalı, 553615 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" ASC tərəfindən X3 yekun məbləği 4556.03 (dörd min beş yüz əlli altı manat üç qəpik) olmaqla **********-sement klass A (400 marka) sement məhsulları satılmışdır. EBCK seriyalı, 440369 nömrəli, xx.xx.2022-ci il tarixli, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" ASC tərəfindən X3 yekun məbləği 4288,03 (dörd min iki yüz səksən səkkiz manat üç qəpik) olmaqla **********-sement klass A (400 marka) sement məhsulları satılmışdır. EBCM seriyalı, 562884 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, "xxxx" ASC tərəfindən X3 yekun məbləği 4760.16 (dörd min yeddi yüz altmış manat on altı qəpik) olmaqla **********-sement klass A (400 marka) sement məhsulları satılmışdır. xx.xx.2022-ci il tarixli, 80638540 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, Klass A PLT CEM İİ/A-P 32,5 R/EN 197-1-2000 (1300080) ad və növündə olan NORM sement məhsulu 17 ədəd dolu palet olmaqla müştəriyə təhvil verilmiş, eyni zamanda müştəri malı və sənədləri qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli, 80648481 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, Klass A PLT CEM İİ/A-P 32,5 R/EN 197-1-2000 (1300080) ad və növündə olan NORM sement məhsulu 16 ədəd dolu palet olmaqla müştəriyə təhvil verilmiş, eyni zamanda müştəri malı və sənədləri qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, 80659886 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, Klass A PLT CEM İİ/A-P 32,5 R/EN 197-1-2000 (1300080) ad və növündə olan NORM sement məhsulu 17 ədəd dolu palet olmaqla müştəriyə təhvil verilmiş, eyni zamanda müştəri malı və sənədləri qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında 01 oktyabr 2021ci il tarixdə 792/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra Mal və ya Mallar) Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin Malları qəbul edərək, Əmtəə-Nəqliyyat Qaiməsi üzrə qəbul etdiyi Malların müqavilədə müəyyənləşdirilmiş dəyərini razılaşdırılmış vaxt ərzində Satıcıya tam ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər alqı-satqı müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmişlər. Bununla yanaşı müəyyənləşdirilmiş malın dəyərinin alqı-satqıda əvvəlcədən və ya razılaşdırılmış vaxt ərzində ödənilməsi nəzərdə tutulduğundan məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri də mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan əlavə tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Alıcının tələbatına uyğun sifarişi Malların ayrı-ayrı partiyalarla (hissələrlə) təchiz edilə biləcəyi nəzərdə tutularaq hər bir mal partiyası üzrə ayrıca elektron qaimə-faktura tərtib olunmuşdur. Belə ki, hər bir mal partiyası üzrə ayrıca tərtib edilmiş elektron qaiməfakturalardan müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən X3 iddia ərizəsində də qeyd edildiyi kimi ümumi məbləği 17892,25 (on yeddi min səkkiz yüz doxsan iki manat iyirmi beş qəpik) manat olan Sement məhsulları satılmış, bu halı təsdiq edən EBCG seriyalı, 992240 nömrəli, xx.xx.2022-ci il tarixli; EBCİ seriyalı, 553615 nömrəli, xx.xx.2022-ci il tarixli; EBCK seriyalı, 440369 nömrəli, xx.xx.2022-ci il tarixli; EBCM seriyalı, 562884 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar iş materiallarına əlavə edilmişdir. Tərəflər arasında bağlanılan müqavilənin mühüm şərtlərindən biri hesab edilən və həmin müqavilənin 3.2.2.1-ci maddəsində öz əksini tapan müddəadan aydın olur ki, bu müqavilənin 1.1-ci bəndində göstərilən Malı bu müqavilənin şərtləri ilə müəyyən edilmiş qaydada və vaxtda istehsalçının və ya Satıcının anbarından qəbul etmək alıcının vəzifəsi olaraq müəyyən edilmişdir. Belə ki, alıcı həmin maddənin tələblərinə uyğun olaraq Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları Satıcının anbarından qəbul edərək üzərinə düşən öhdəliyi icra etmişdir. Müəyyən edilmiş hal iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli, 80638540 nömrəli; xx.xx.2022-ci il tarixli, 80648481 nömrəli; xx.xx.2023-cü il tarixli, 80659886 nömrəli Əmtəə-Nəqliyyat Qaimələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, X1-Nəqliyyat Qaiməsi üzrə qəbul etdiyi Malların dəyərini nisyə alqı-satqı zamanı Malın Alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 (on beş) iş günü ərzində Satıcıya tam ödənilməsini təmin etməyi üzərinə götürsə də bu öhdəliyi tam və lazımınca icra etmədiyindən müqavilənin 3.2.2.2-ci şərtinin tələblərini pozmaqla "xxxx" ASC-yə 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) AZN məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu, xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsinin ünvanlanmasına baxmayaraq öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi hissədə cavabdeh X3 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Əvvəla məhkəmə qeyd edir ki, 27 noyabr 2023-cü il tarixli, K-1441 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, 27 noyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilən X4 cavabdeh X5 iştirak etməmiş, iddiaçının nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Odur ki, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 117,36 (bir yüz on yeddi manat 36 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 100 (bir yüz) manat manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilən dövlət rüsumunun ödənilməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə təsdiq edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, məhkəmə belə qərara gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdeh X2 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) manat alınıb iddiaçı "xxxx" ASC -yə ödənilməli, cavabdeh X5 mediasiya prosesində iştirak etmədiyindən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci bütünlükdə cavabdeh X2 tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilməli, iddiaçı müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməli olan 117,36 (bir yüz on yeddi manat 36 qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsindən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (iddia tam təmin edildiyindən) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət gəlirlərinə ödənilməli, qalan 17,36 (on yeddi manat 36 qəpik) manat məbləğində dövlət rüsumuna dair hissədə isə iddiaçı tərəfindən 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu ödənildiyindən cavabdeh X2 17,36 (on yeddi manat 36 qəpik) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X2 (FİN: 50FUWHS) 9.735,80 (doqquz min yeddi yüz otuz beş manat səksən qəpik) manat alınıb iddiaçı "xxxx" ASC -yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci cavabdeh X2 alınıb iddiaçı "xxxx" ASC -yə ödənilsin. Cavabdeh X2 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirlərinə ödənilsin. Cavabdeh X2 17,36 (on yeddi manat 36 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-98/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-98/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver