Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-20/2026 28.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı-cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, vurulmuş ziyanın ödənilməsi” və cavabdehiddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “pul və dəymiş ziyanın ödənilməsi” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə QƏRARDAD Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi, apellyasiya icraatına xitam verilməsi Hakimlər - X8 (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra “iddiaçı-cavabdeh”) 2023-cü il ## ###### tarixdə “xxxx” MMC-yə (bundan sonra “cavabdeh-iddiaçı”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilələrin icrası zamanı yaranan 1.720.456,0 manat borcun cavabdeh-iddiaçıdan alınaraq iddiaçıcavabdehə qaytarılması və dövlət nəfinə ödənilməsinin təmin olunmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-cavabdeh Muxtar Respublika ərazisində aparılan tikinti işlərinin sifarişçisi kimi (2023-cü ildən əvvəlki illərdə) müxtəlif mal materialların, avadanlıq və ləvazimatların alınması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşılıqlı öhdəliklər əsasında müqavilələr bağlamışdır.
3. ##.##.2021-ci il tarixdən Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış cavabdeh-iddiaçı ilə 2021-ci ildən 2023-cü ilə kimi sahibkarlığın müxtəlif sahələrində qarşılıqlı fəaliyyətlər həyata keçirilmişdir. Cavabdehlə 2022-ci ilin iyun ayında 1, iyul ayında 1 və noyabr ayında 4 sayda olmaqla, cəmi 6 sayda qarşılıqlı razılıq əsasında bağlanılmış alqı-satqı müqavilələrinin icrasında mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadığından məhkəmə qaydasında həll edilməsinə qərar verilmişdir. Müqavilələrə əsasən qarşılıqlı öhdəliklərin yerinə yetirilməsində yaranmış mövcud vəziyyət, qanuni tələbləri haqqında məlumatları ayrı-ayrı göstərilməklə aşağıdakı kimi təfsirləndirilir. (müqavilələrin sıralanması müqavilə sayını göstərir)
4. Müqavilə 1 - ##.##.2022-ci il tarixli, GH-*** nömrəli, ümumi dəyəri 16.980.000,0 EURO (Culfa külək elektrik işlərinin təmiri, quraşdırılması və istifadəyə verilməsi üzrə) olan bu müqavilə əsasında ##.##.2022-ci il tarixdə alıcı (iddiaçı-cavabdeh) tərəfindən iki dəfə ödəniş ilə cəmi 9.112.000,0 manat köçürmə yolu ilə satıcının (cavabdeh-iddiaçının) bank hesabına ödənilmişdir. Bundan sonrakı tarixdə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə öhdəliklərinin icrası dayandırılmışdır. Ödənilmiş məbləğin, yəni 9.112.000,0 manatın iddiaçı-cavabdehə geri qaytarılması tələbi əsasında ##.##.2023-cü il tarixdə cavabdeh-iddiaçı tərəfindən 7.500.000,0 manat geri qaytarılmışdır. Həmin tarixdən ##.##.2023-cü il tarixə kimi (8 aydan çox zamanda) 1.612.000,0 manat iddiaçı-cavabdehə qaytarılmamışdır. Cavabdeh-iddiaçı ilə aparılan müzakirələr nəticəsində ##.##.2023-cü il tarixdə 503.000,0 manatın iddiaçıya qaytarılmasına nail olunmuşdur. Bununla belə, müqavilə üzrə 1.109.000,0 manat pul vəsaiti geri qaytarılmır. Cavabdeh-iddiaçı müqavilədə qarşılıqlı razılaşma əsasında nəzərdə tutulmayan müxtəlif səbəbləri qeyd edir. Belə ki, səbəblərdən biri kimi göstərilir ki, həmin vaxt (yəni 2022-ci il noyabr ayında) keçmiş rəhbərliklə aralarında olan şifahi razılaşmalar ilə müqaviləyə daxil edilməmiş digər tapşırıqları (müqavilənin razılaşma protokoluna aid olmayan mal-material və avadanlıqların gətirildiyi bildirilir) icra etmişdir. Digər bir amil kimi müqavilə əsasında manatla ödənilmiş məbləğin digər valyutaya çevrilməsi, bank köçürmələri zamanı yaranan xərcləri göstərməklə 300.000,0 manatdan (göstərilən rəqəm nisbidir) artıq məbləğin maliyyə itkisi kimi qəbul olunmasını təklif edirlər. Halbuki, valyuta dəyişmələri zamanı yarana biləcək xərclər həmin məbləğdə pulun 8 aydan çox bir zamanda saxlanılmasına hesablanacaq faiz məbləğindən belə çox ola bilməz. Cavabdeh-iddiaçı tərəfindən müqavilə üzrə qalan 1.109.000,0 manat borcun tam şəkildə iddiaçı-cavabdehə qaytarılması, dövlət nəfinə ödənilməsi tələb edilir.
5. Müqavilə 2 - ##.##.2022-ci il tarixli GH-*** nömrəli, ümumi dəyəri ƏDV daxil 213.951,09 manat olan müqavilə (“X1 Müalicə Mərkəzinin” tikintisi üzrə) əsasında ##.##.2022-ci il tarixdə cavabdeh-iddiaçının bank hesabına 172.967,0 manat məbləğində köçürmə yolu ilə ödəniş edilmiş və sonradan ikitərəfli razılaşma ilə müqaviləyə xitam verilmişdir. Lakin ödənilmiş pul vəsaiti geri qaytarılmamışdır. Cavabdeh-iddiaçı tərəfindən 172.967,0 manatın iddiaçı-cavabdehə (alıcıya) qaytarılması, dövlət nəfinə ödənilməsi tələb edilir.
6. Müqavilə 3 - ##.##.2022-ci il tarixli GH-*** nömrəli, ümumi dəyəri ƏDV daxil 24.765,88 manat olan müqavilənin (boya və boya ləvazimatlarının alınması üzrə) qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini təsdiq edən birgə tərtib edilmiş təhvil-təslim aktları əsasında yaranmış 2.122,0 manat borcun cavabdeh-iddiaçı tərəfindən iddiaçıcavabdehə qaytarılması, dövlət nəfinə ödənilməsi tələb edilir.
7. Müqavilə 4 - ##.##.2022-ci il tarixli GH-*** nömrəli ƏDV daxil ümumi dəyəri 95.688,97 manat olan müqavilənin (Naxçıvan MR “ASAN xidmət” mərkəzi binasının tikintisi üzrə) qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini təsdiq edən birgə tərtib edilmiş təhvil-təslim aktları əsasında yaranmış 6.574,84 manat borcun iddiaçı-cavabdehə qaytarılması, dövlət nəfinə ödənilməsi tələb edilir.
8. Müqavilə 5 - ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilənin (Heydər məscidi üçün alınmış avadanlıq və mai-material) ümumi dəyəri ƏDV ilə birlikdə 470.407,15 manat olmuşdur. Həmin məbləğ iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçının bank hesabına köçürmə ilə ödənilmişdir. Qarşılıqlı öhdəlik əsasında ümumi dəyəri 88.783,50 manat olan mal-material və avadanlıqlar gətirilib istifadə olunmuşdur. Cavabdehiddiaçıda qalan 381.623,65 manat borcun iddiaçı-cavabdehə qaytarılaraq dövlət nəfinə ödənilməsi tələb edilir.
9. Müqavilə 6 - ##.##.2022-ci il tarixli GH-*** nömrəli, ümumi dəyəri ƏDV daxil 744.355,0 manat dəyərində müqavilənin (Naxçıvan MR “ASAN xidmət” mərkəzi binasının tikintisi üzrə) qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini təsdiq edən birgə tərtib edilmiş təhvil-təslim aktları əsasında yaranmış 48.168,78 manat borcun iddiaçı-cavabdehə qaytarılması, dövlət nəfinə ödənilməsi tələb edilir.
10. Bildirilir ki, Naxçıvan MR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2022-ci ildə iddiaçı-cavabdehin sifarişi əsasında mal-materialların, avadanlıqların alınması məqsədilə satıcıya əvvəlcədən ödənilmiş maliyyə vəsaitlərinin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılmış komissiya tərəfindən aparılan araşdırmaların nəticəsində yuxarıda qeyd olunan məlumatlar əldə edilmişdir.
11. Iddiaçı-cavabdeh iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) XX fəsli, 422.1 və 449-cu, Azərbaycan Respublikası Mülki Prosesul Məcəlləsinin (bundan sonra Mülki Prosesul Məcəllə) 4.6-cı, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddələrinə istinad etmişdir.
12. Cavabdeh-iddiaçı 2023-cü il ## ###### tarixdə iddiaçı-cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, iddiaçıcavabdehdən müqavilələr üzrə ödəmədiyi 921.670,29 manatın cavabdeh-iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-cavabdehin iddiasına görə cavabdeh-iddiaçı ilə müxtəlif tarixlərdə bağladığı 6 podrat və təçhizat müqaviləsi üzrə sonuncunun borcu yaranmışdır. Iddia ərizəsindən bu müqavilələrdə cavabdeh-iddiaçının podratçı və mal təçhiz edən olaraq borcunun niyə yarandığını müəyyən etmək mümkün deyil. Belə ki, iddia ərizəsindən görünür ki, 2 müqavilə üzrə qarşılıqlı razılaşma ilə müqavilələrə xitam verilmişdir. Amma iddia ərizəsinə əlavə edilmiş sənədlərdə bu xitam razılaşmaları mövcud deyil. Xitam mövcud deyilsə, iddiaçı-cavabdeh ləğv, yaxud imtina yolu ilə avans ödənişlərini tələb edə bilər. Lakin iddia ərizəsində ləğv, yaxud imtinanın əsaslarına dair dəlillərə də rast gəlinmir. Digər 4 müqavilə üzrə də tələblər aydın deyil.
14. Iddiaçı-cavabdehin iddia ərizəsində etiraf etdiyi kimi cavabdeh-iddiaçı ilə aralarında uzun müddətdir biznes münasibətləri yaranmış, müəyyən zaman kəsiyində işlərin görülməsi, xidmətlərin göstərilməsi və malların göndərilməsi üçün müxtəlif yazılı və şifahi müqavilələr bağlanmışdır.
15. Iddiaçı-cavabdehin cavabdeh-iddiaçı ilə 2021-2022-ci illər arasında müxtəlif razılaşma və müqavilələr əsasında cəmi 22 adla müxtəlif malların göndərilməsi və xidmətlərin göstərilməsi müqavilələri mövcud olmuş, cavabdeh-iddiaçı öhdəliklərini yerinə yetirsə də, iddiaçı-cavabdeh tərəfindən qarşılıqlı öhdəliklər yerinə yetirilməmişdir. Iddiaçı-cavabdehin vaxtı çatmış öhdəliklərini sübutetmə vasitələri və öhdəliklərin pozulması baxımından şərti olaraq 3 qrupa ayırmaq mümkündür.
16. 1-ci qrup - Işlərin faktiki olaraq görüldüyü və malların çatdırıldığı, lakin iddiaçıcavabdehin öhdəliklərin icrasının rəsmiləşdirilməsindən yayındığı öhdəliklər;
1. X2 - Çiller (havalandırma qurğusu) Iddiaçı-cavabdehin sifarişi ilə Maliyyə Nazirliyi tərəfindən malın markası, çeşidi və qiyməti təsdiqləndikdən sonra Heydər Əliyev sarayına 1 ədəd havalandırma qurğusu təhvil verilmiş, o dövrün DŞA Komitə sədri həmin qurğunun növbəti ayın sərəncamına salınacağı və pulunun ödəniləcəyini söyləmiş, lakin ödəniş olmamışdır. Bunları təsdiqedici sənədlər vardır, havalandırma qurğusu Heydər Əliyev sarayında istifadədədir. "xxxx" MMC şirkəti tərəfindən quraşdırılmışdır, dəyəri 248.267,28 manatdır.
17. 2. Heydər Əliyev muzeyinin yanı - Led monitor dəyişilməsi Iddiaçı-cavabdehin sifarişi ilə Maliyyə Nazirliyi tərəfindən malın markası, növü və qiyməti təsdiqləndikdən sonra Naxçıvan şəhərində olan Heydər Əliyev muzeyinin yanında monitor dəyişdirilmiş, o dövrün DŞA Komitə sədri monitorun növbəti ayın sərəncamına salınacağı və pulunun ödəniləcəyini söyləmiş, növbəti ayın sərəncamında isə artıq məlum olduğu kimi rəhbərlik dəyişiklikləri olduğu üçün müqavilə imzalanmamışdır. Avadanlığın və gömrük rəsmiləşməsi, daşıma pulları cavabdeh-iddiaçı tərəfindən ödənmişdir. Bunları təsdiqedici sənədlər vardır, monitor "xxxx" MMC tərəfindən quraşdırlıb, hazırda istifadədədir. Dəyəri 64.787,67 manatdır.
18. 3. “ASAN xidmət” binasinin tikintisi - divara xəritə çəkilməsi Iddiaçı-cavabdehin sifarişi ilə "ASAN xidmət" binasının giriş hissəsində daxili divarda xəritə hazırlanmışdır. Yenə ödənişin növbəti ayın sərəncamında olacağı söylənmişdir. Xəritə Bakı şəhərindən gəlmiş Rövşən Məmmədov tərəfindən çəkilmiş və pulu cavabdeh-iddiaçı tərəfindən ödənmişdir. Bunları təsdiqedici sənədlər vardır. Rövşən Məmmədov cavabdehiddiaçıya təqdim etdiyi elektron qaimədə işin "ASAN xidmət"də görüldüyünü qeyd etmişdir. Dəyəri 8.260 manatdır.
19. 4. “ASAN xidmət” - Şüşə tuğla Iddiaçı-cavabdehin sifarişi ilə "ASAN xidmət" binasında sanitar qovşaqların qarşısında şüşədən tuğlalar işlənmişdir. Maliyyə Nazirliyinin sistemində qiymət təsdiqlənmişdir. Yenə ödənişin növbəti ayın sərəncamında olacağı söylənmişdir. Tuğlalar Türkiyə Respublikasından alınmış, malın və gömrük rəsmiləşmə, daşıma pulları cavabdeh-iddiaçı tərəfindən ödənmişdir. Bunları təsdiqedici sənədlər vardır. Qeyd olunan mallar hazırda istifadə olunur. Dəyəri 23.059,56 manatdır.
20. Qeyd olunan birinci qrup üzrə cəmi məbləğ - 344.374,51 manat təşkil edir.
21. 2-ci qrup - iddiaçı-cavabdehin işləri və malları rəsmiləşdirdiyi, lakin qarşılıqlı öhdəliklərini yerinə yetirmədiyi, yəni ödəmədiyi borclar;
1. Şərur Sənaye epoksi boya işləri - Sifariş əsasında işlər görülmüş, Forma 2 tərtib olunmuş, noyabr ayının sərəncamında təsdiq edilmiş, e-qaiməsi vurulmuş, lakin ödəniş edilməmişdir. Dəyəri 20.274,16 manatdır.
22. 2. “ASAN xidmət” elektrik işləri UPS-REG-AKU VS quraşdırılması - sifariş əsasında işlər görülmüş, obyektdə olan elektrik avadanlıqları quraşdırılmış, elektrikçinin pulu cavabdehiddiaçı tərəfindən ödənmişdir. Forma 2 tərtib olunmuş, dekabr ayının sərəncamında təsdiq edilmiş, e-qaiməsi vurulmuş, lakin ödəniş edilməmişdir. Sənədlərlə təsdiq edilir. Dəyəri 2.650,75 manatdır.
23. 3. Babək Təhsil Şöbəsinin binasının istilik qazanı - sifariş əsasında avadanlıq alınmış, obyektə təhvil verilmiş, avqust ayının sərəncamında təsdiq edilmiş, müraciətlərinə cavab olaraq pulunun başqa bir firmaya ödənildiyi bildirilmişdir. Avadanlıq hazırda obyektdə istifadə olunur. Dəyəri 16.042,00 manatdır.
24. 4. “ASAN xidmət” proyektor- sifariş əsasında mallar obyekt üçün "xxxx" MMC firmasından alınmış, firmanın pulu ödənmiş, sənəd tərtib olunmuş, dekabr ayının sərəncamında təsdiq edilmiş, e-qaiməsi vurulmuş, lakin ödəniş edilməmişdir. Sənədlərlə təsdiq edilir. Avadanlıqlar hazırda obyektdə istifadə olunur. Dəyəri 4.622,53 manatdır.
25. 5. Naxçıvan Qarnizonunun hərbi xəstəxana tikintisi avadanlıq - sifariş əsasında obyekt üçün "Oruc Həsənov"dan alınmış, şəxsin pulu ödənmiş, sənəd tərtib olunmuş, dekabr ayı sərəncamında təsdiq edilmiş, e-qaiməsi vurulmuş, lakin ödəniş edilməmişdir. Sənədlərlə təsdiq edilir. Avadanlıqlar hazırda obyektdə istifadə olunur. Dəyəri 10.632,23 manatdır.
26. 6. Naxçıvan qarnizonunun hərbi xəstəxana tikintisi təmir işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamına daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərəfindən ödənmiş, cavabdeh-iddiaçıya e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 22.485,58 manatdır.
27. 7. NDU-nun binalarında təmir işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamına daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərərəfindən ödənmiş, iddiaçı-cavabdehə e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 14.294,19 manatdır.
28. 8. Naxçıvan MR Doğum evi binasında təmir işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamına daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərəfindən ödənmiş, iddiaçı-cavabdehə e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 3.563,06 manatdır.
29. 9. Naxçıvan şəhəri Heydər Əliyev sarayında təmir işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamına daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərəfindən ödənmiş, iddiaçı-cavabdehə e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 517,61 manatdır.
30. 10. Naxçıvan şəhəri Heydər Əliyev muzeyində təmir işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamın daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərəfindən ödənmiş, iddiaçı-cavabdehə e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 849,71 manatdır.
31. 11. Darıdağ sanatoriya inşaatı F2 işləri - sifariş əsasında obyektdə təmir işləri görülmüş, Forma 2 əsasında iddiaçı-cavabdehin əməkdaşlarına təhvil verilmiş, dekabr ayının sərəncamına daxil edilmişdir. Işgörən subpodratçıların və mal-material satıcılarının pulları cavabdeh-iddiaçı tərəfindən ödənmiş, iddiaçı-cavabdehə e-qaimə tərtib olunmuş, ödəniş edilməmişdir. Dəyəri 45.458,67 manatdır.
32. 12. Kimya-Biologiya Liseyi - santexnika malları, konfrans stulları, stadion oturacaqları, epoksi boya - sifariş əsasında mallar təhvil verilmiş, təhvil aktı tərtib edilmiş, malların e- qaiməsi kəsilmiş, qarşı tərəf təsdiqləmiş, ancaq ödəniş olunmamışdır. Mallar hazırda istifadə olunur, dəyəri 99.184,81 manatdır.
33. 13. Naxçıvan Şəhər Yol Idarəsi - iş texnikaları ilə görülən işlər - yol idarəsinin sifarişləri əsasında işlər görülmüş, həmin işlər qarşılıqlı razılaşdırılmış, dekabr sərəncamına daxil edilmiş, e-qaimə kəsilmiş, ödəniş edilməmişdir. Dəyəri 33.628,19 manatdır.
34. 14. X5 - yağ arıtma sistemi - iddiaçı-cavabdeh ilə ##.##.2022 tarixli *** nömrəli 223.557,53 AZN dəyərində müqavilə imzalanmış, müqavilə dəyərinin 50%-i (111.778,77 AZN) avans alınmış, qalan 50%-i (111.778 AZN) avadanlıq təhvil verilməyinə baxmayaraq ödənilməmişdir. Dəyəri 111.788,00 manatdır.
35. Qeyd olunan ikinci qrup üzrə cəmi məbləğ 385.991,49 manat təşkil edir.
36. 3-cü qrup - iddiaçı-cavabdehin icranın qəbulundan imtina etdiyi və dolayısı ilə cavabdeh-iddiaçıya ziyan vurmaqla icra etmədiyi öhdəliklər;
37. 1. Olimpiya idman kompleksi - stadion oturacaqları - iddiaçı-cavabdehin sifarişi əsasında Naxçıvan MR Maliyyə Nazirliyi ilə qiymət razılaşdırılmış, mallar Çindən alınmış, malların və gömrük rəsmiləşmələrinin pulları cavabdeh-iddiaçının hesabından ödənmiş (sənədləri mövcuddur), lakin mövcud rəhbərlik dəyişikliyi ilə əlaqədar mallar cavabdehiddiaçının anbarında qalmışdır. Mallar üçün xərclənən pul 89.236,00 manatdır.
38. 2. Sədərək gömrük bayraq dirəyi - iddiaçı-cavabdehin sifarişi əsasında Naxçıvan MR Maliyyə Nazirliyı ilə qiymət razılaşdırılmış, mallar Türkiyədən alınmış, malların və gömrük rəsmiləşmələrinin pulları cavabdeh-iddiaçının hesabından ödənmiş (sənədləri mövcuddur), lakin mövcud rəhbərlik dəyişikliyi ilə əlaqədar mallar cavabdeh-iddiaçının anbarında qalmışdır. Mallar üçün xərclənən pul 4.719,68 manatdır.
39. 3. Tibbi sığorta binası - temperli şüşələr - sifariş əsasında “ASAN xidmət” binasına alınmış temperli şüşələr, daha sonra layihə dəyişdiyi və bu şüşələrin kəsilməyi mümkün olmadığı üçün “ASAN xidmət”ə yenidən sifariş verilmişdir. Cavabdeh-iddiaçının anbarında qalan bu malların isə Tibbi Sığorta binasında istifadə ediləcəyi dövrün Komitə sədri tərəfindən bildirilmişdir. Bu mallar Türkiyədən alınmış, malların və gömrük rəsmiləşmələrinin pulları cavabdeh-iddiaçının hesabından ödənmişdir (sənədləri mövcuddur). Mallar üçün xərclənən pul 54.684,0 manatdır.
40. 4. Epoksi boyalar - iddiaçı-cavabdehin sifarişi əsasında X5 üçün gətirilmiş malların bir qismi istifadə edilmiş, qalan qismi isə obyektdə işlər getdikcə istifadə olunacağı deyilmişdir. Mallar Türkiyədən alınmış, malların və gömrük rəsmiləşmələrinin pulları cavabdeh-iddiaçının hesabından ödənmiş (sənədləri mövcuddur), lakin mövcud rəhbərlik dəyişikliyi ilə əlaqədar mallar anbarda qalmışdır. Mallar üçün xərclənən pul 42.664,61 manatdır.
41. Qeyd olunan üçüncü qrup üzrə cəmi məbləğ 191.304,29 manat təşkil edir. Ümumilikdə məbləğ 921.670,29 manat müəyyən edilmişdir.
42. Cavabdeh-iddiaçı qarşılıqlı iddia ərizəsində Mülki Məcəllənin 540.1-ci, Mülki Prosesul Məcəllənin 154.1, 155.1 və 156.1-156.1.3-cü maddələrinə istinad etmişdir.
43. 2023-cü il ## ###### tarixdə iddiaçı-cavabdeh tərəfindən məhkəməyə dəqiqləşdirmə ilə bağlı ərizə göndərilərək cavabdeh-iddiaçı ilə 2022-ci ildə bağlanılmış 6 sayda müqavilə üzrə öhdəliklərin icrası nəticəsində yaranan 1.720.456,0 manat borcun cavabdeh-iddiaçıdan alınaraq iddiaçı-cavabdehin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
44. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh-iddiaçıdan ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə 1.109.000 manat, ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə 8.847,85 manat, ##.##.2022ci il tarixli GH*** nömrəli müqavilə üzrə 48.168,78 manat, ##.##.2022-ci il tarixli GH*** nömrəli müqavilə üzrə 6.574,84 manat və ##.##.2022-ci il tarixli GH*** nömrəli müqavilə üzrə 2.122 manat olmaqla, ümumilikdə 1.174.713,47 manatın alınıb iddiaçı-cavabdehə ödənilməsi, cavabdeh-iddiaçıdan ilkin iddia üzrə 1.126,78 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi, 400 manat IMS xərcinin tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 200 manatın cavabdeh-iddiaçıdan alınaraq iddiaçı-cavabdehə ödənilməsi, qalan 200 manat hissədə isə iddiaçı-cavabdehə aid edilməklə təmin olunmaması, ilkin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi; Qarşılıqlı iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı-cavabdehdən 1-ci qrup üzrə 289.165,25 manat, 2-ci qrup üzrə 350.699,10 manat olmaqla, ümumilikdə 639.864,35 manatın alınıb cavabdeh-iddiaçıya ödənilməsi, iddiaçı-cavabdehdən qarşılıqlı iddia üzrə 841,14 manat dövlət rüsumunun alınaraq cavabdeh-iddiaçıya ödənilməsi, artıq ödənilmiş 0,33 manat dövlət rüsumunun cavabdeh-iddiaçıya qaytarılması, qarşılıqlı iddia tələbinin qalan hissələrdə təmin edilməməsi; 250 manat ekspertiza xərcinin qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasibətdə 173,55 manatının iddiaçı-cavabdehdən, qalan 76,45 manatı isə cavabdeh-iddiaçıdan alınıb müvafiq hesaba ödənilməsi, 100 manat ekspertiza xərcinin qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasibətdə 69,42 manatının iddiaçı-cavabdehdən, qalan 30,58 manatının isə cavabdeh-iddiaçıdan alınaraq müvafiq hesaba ödənilməsi, 100 manat ekspertiza xərcinin qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasibətdə 69,42 manatının iddiaçıcavabdehdən, qalan 30,58 manatının cavabdeh-iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 60 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə münasibətdə 41,65 manatının iddiaçı-cavabdehdən, qalan 18,35 manatının isə cavabdeh-iddiaçıdan alınıb müvafiq hesaba ödənilməsi, 500 manat xidmət haqqının qarşılıqlı iddianın təmin olunmuş hissəsinə münasibətdə 347,1 manatının iddiaçı-cavabdehdən, qalan 152,9 manatının isə cavabdeh-iddiaçıdan alınıb X10 MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).
45. Iddiaçı-cavabdeh apellyasiya şikayəti verərək ##.##.2026-ci il tarixli, e-*-*(***)- */**** nömrəli qətnamənin ləğv edilməsi (və ya dəyişdirilməsi), əsassız məhkəmə mülahizələrinə deyil, mövcud olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Mülki Məcəllənin müəyyən etdiyi mülki vəzifələrin və məsuliyyətin yaranması əsaslarına dayanaraq yeni, ədalətli qətnamə qəbul edilməsi, qətnamənin nəticə hissəsinin ilkin iddia tələbinə münasibətdə dəyişdirilməsi, ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə təmin edilməmiş 172.967,0 manat və ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə təmin edilməmiş 180.509,69 manat iddia tələbinin təmin olunması, qətnamənin nəticə hissəsinin qarşılıqlı iddia üzrə iddia tələbinə münasibətdə təmin edilmiş 1-ci qrup üzrə 289.165,25 manat hissəsinin tamamilə və 2-ci qrup üzrə təmin edilmiş 350.699,10 manat məbləğin 276.705,97 manat hissəsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
46. Işin halları üzrə - Qətnamədə maddi hüquq normaları kobudcasına pozulmuş, iddiaçı-cavabdehin Mülki Məcəllə ilə müəyyən edilmiş müqavilə öhdəliklərinin cavabdehiddiaçı tərəfindən yerinə yetirilməməsinin mötəbər sübutlar əsasında sübut edilməsinə (ödəniş sənədi əsasında, məktublar) baxmayaraq ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə ödənilmiş və qarşılığında hər hansı öhdəlik yerinə yetirilməmiş və bu əsasda yaranmış 172.967,0 manat borcun qaytarılması məhkəmə tərəfindən təmin edilməmişdir.
47. Eyni zamanda ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə görülən işlərin təhvil verilməməsi və ya bu işlərin cavabdeh-iddiaçı tərəfindən görülməsini təsdiq edən hər hansı hüquqi sənədlərin (mötəbər sübutların) və müvafiq olaraq qanunvericilikdə nəzərə alınan digər haların sübuta yetirilməməsi halında iddiaçıcavabdeh tərəfindən həmin müqavilə üzrə ödənilmiş və qarşılığında cavabdeh-iddiaçı tərəfindən hər hansı öhdəlik yerinə yetirilməmiş 381.623,65 manat qalıq borcun iddiaçıcavabdehə qaytarılmasının qətnamədə məhkəmə tərəfindən nəzərə alınmaması anlaşılan deyil və qanunvericiliyin tələblərinin (müqavilə öhdəlikləri anlayışına ziddir) kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
48. Həmçinin qətnamədə cavabdeh-iddiaçının 921.670,29 manat iddia tələbinin 639.864,35 manat hissəsinin hansı hüquqmüəyyənedici sənədlər (mötəbər sübutlar, qanunvericiliklə müəyyən edilən digər halar) əsasında təmin edildiyi anlaşılmır. Ilkin iddia tələbinə münasibətdə
49. Mülki Məcəllənin 14.2, 14.2.1. 14.2.2, 14.2.3, 14.2.4, 14.2.5, 14.2.6, 14.2.7, 14.2.8, 14.2.9, 442, 448.1, 448.2, 448.4, 1096.1 və 1096.2-ci maddələri üzrə - Qətnamədə (nəticə hissəsində) ##.##.2022-ci il tarixli GH-*** nömrəli, ümumi dəyəri ƏDV daxil 213.951,09 manat olan müqavilə (“Asan xidmət” binasının tikintisi üzrə) əsasında ##.##.2022-ci il tarixdə iddiaçı-cavabdeh (“alıcı-sifarişçi”, Komitə) tərəfindən cavabdeh-iddiaçının (“satıcı-icraçı”) bank hesabına 172.967,0 manat köçürmə yolu ilə ödəniş edilmiş və qarşılığında iş üzrə cavabdeh-iddiaçı tərəfindən hər hansı öhdəlik yerinə yetirilmədiyi üçün həmin pul vəsaitinin iddiaçı-cavabdehə qaytarılmasına dair iddia tələbi qətnamənin əsaslandırma hissəsində müəyyən edilmiş “iddia tələbinin sübut olunmaması” əsasında təmin edilməmişdir. 172.967,0 manatın bu müqaviləyə əsasən iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçının bank hesabına ödənilməsini təsdiq edən sənəd (ödəniş tapşırığı № ********), iddiaçı-cavabdehin məsul şəxsləri və cavabdehiddiaçının direktoru nümayəndə1 arasında bağlanmış ##.##.2023-cü il tarixli akt, həmçinin ##.##.2023-cü il tarixli müvafiq arayış, habelə qarşılıqlı işgüzar əlaqələr, yazışmalar, məktublar iddia tələbinin təmin edilməsi üçün yetərli sübutlar deyildirsə, onda daha hansı sübutlar təqdim edilməli idi ki, iddia tələbi təmin edilsin? Qətnamənin əsaslandırma hissəsində ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə üzrə 172.967,0 manatın iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçının bank hesabına köçürülməsi və qarşılığında hər hansı iş və xidmətin yerinə yetirilmədiyi cavabdeh-iddiaçının direktoru nümayəndə1 tərəfindən də etiraf edildiyi aşkar şəkildə məlum olur.
50. Qətnamədə ##.##.2022-ci il tarixli GH-*** nömrəli müqavilə (Naxçıvan şəhər Heydər məscidinin tikintisi) üzrə 381.623,65 manat iddia tələbinin (8.847,85 manat hissəsi təmin edilib) 372.775,80 manat hissəsində təmin edilməməsinə münasibətdə; Iddiaçı-cavabdeh ilə cavabdeh-iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli GH-*** nömrəli, ümumi dəyəri 470.407,15 manat olan müqavilə üzrə həmin müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilmiş malların adı, miqdarı, qiymətinə uyğun olaraq görülən işlərin müqavilə öhdəlikəri əsasında cavabdeh-iddiaçı tərəfindən təhvil verilməsinə maraqsız olması səbəbindən müqavilə üzrə işlərin hansı həcmdə, məbləğdə, miqdarda görülməsi müəyyən edilə bilməmişdir. Müqavilə üzrə müəyyən edilmiş öhdəliyə uyğun olaraq müqavilənin ümumi dəyəri 470.407,15 manat iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçının bank hesabına ödənilmişdir (##.##.2022-ci il tarixli, ******** nömrəli ödəniş tapşırığı). Həmin iddia tələbinin təmin edilməməsi cavabdeh-iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam olaraq icra edilməsi kimi anlaşılır, halbuki, qətnamənin əsaslandırma hissəsində (səhifə-24) cavabdeh-iddiaçının vəkili tərəfindən həmin müqavilə üzrə cəmi 304.962,0 manat məbləğində işin görüldüyü bildirilmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə
51. Qarşılıqlı iddia ərizəsində göstərilən 1-ci qrup üzrə iddia tələblərinə (4 sayda tələb üzrə) münasibətdə bildirilir ki: 1-ci qrup: 1-ci bölmə üzrə, yəni Heydər Əliyev sarayında 1 ədəd havalandırma qurğusunun quraşdırılması ilə əlaqədar 248.267,28 manat (qətnamədə 241.623,0 manat hissəsi təmin edilir) pulun; 2-ci bölmə üzrə, yəni Heydər Əliyev muzeyi yanında Led monitorun dəyişdirilməsi və yenisinin quraşdırılması ilə əlaqədar 64.787,67 manatın (qətnamədə 22.000,0 manat hissəsi təmin edilir); 3-cü bölmə üzrə, yəni “Asan xidmət” binasının tikintisi divara xəritə çəkilməsi ilə əlaqədar olaraq 8.260,0 manatın (qətnamədə 6.000,0 manat hissəsi təmin edilir); 4-cü bölmə üzrə, yəni “Asan xidmət”in inzibati binasında şüşə tuğla ilə işin görülməsi ilə əlaqədar 23.059,56 manatın (qətnamədə 19.542,25 manat hissəsi təmin edilir) iddiaçı-cavabdeh tərəfindən ödənilməsinə dair iddia tələblərinin məhkəmə qətnaməsinə əsasən təmin edilməsinə münasibətdə iddia tələblərinin iddiaçı-cavabdeh ilə bağlı olmasını və bu əsasda həmin iddia tələblərinin iddiaçı-cavabdeh tərəfindən ödənilməsini sübut edən hər hansı mülki hüquqi münasibətlər, vəzifələr və öhdəliklər müəyyən edilimir. Iddia tələbində göstərilən həmin avadanlıqlar hazırda iddiaçı-cavabdehin nə balansında, nə istifadəsində, nə də hakimiyyət dairəsinə aid digər tabeliyində olan qurumların istifadəsində, balansında deyildir və bu əsasda əsassız varlanmanın predmeti sayıla bilməz. Qətnamənin iddia tələbinin 1-ci qrup - 1, 2, 3 və 4-cü bölmələr üzrə təmin edilmiş hissələri ləğv edilməlidir.
52. 2-ci qrup 5-ci bölmə üzrə, yəni X3 tikinti işlərinin (epoksi boya işləri) görülməsi ilə əlaqədar 20.274,16 manat pulun iddiaçı-cavabdeh tərəfindən ödənilməsi tələbinin qətnaməyə əsasən təmin edilməsinə münasibətdə bildiririlir ki, sübut kimi ##.##.2022-ci il tarixli ** nömrəli Forma № * sənədi göstərilir. Həmin Forma № * sənədindən aşkar şəkildə görünür ki, adı çəkilən işlərin görülməsində cavabdeh-iddiaçı sifarişin icra edilməsində subpotratçı qismində iştirak edir. Forma № * sənədi də elə subpotratçı qismində cavabdeh-iddiaçı ilə podratçı “xxxx” MMC arasında tərtib edilmiş və təsdiq edilmişdir. Bu əsasda qarşılıqlı iddia ərizəsi üzrə tələb edilən 20.274,16 manat pul vəsaiti də müvafiq olaraq podratçıdan, yəni “xxxx” MMC-dən (indiki adı “xxxx” MMC) tələb edilməlidir. Aşkar şəkildə göründüyü kimi iddia tələbi iddiaçı-cavabdehə deyil “xxxx” MMC-yə yönləndirilməli idi. Qətnamə həmin hissədə ləğv edilməlidir.
53. 2-ci qurup 15-ci bölmə üzrə, yəni “Darıdağ” sanatoriyasında tikinti işlərinin görülməsi ilə əlaqədar 45.458,67 manatın iddiaçı-cavabdeh tərəfindən ödənilməsi tələbinin qətnaməyə əsasən təmin edilməsinə münasibətdə bildiririlir ki, Naxçıvan MR Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli **s nömrəli sərəncamına əsasən yaradılmış Komissiya tərəfindən hazırlanmış ##.##.2023-cü il tarixli arayışa əsasən görülən işlərin qanunsuz olduğu, yəni dövlətin vəsaitinin özəl obyektin tikintisidə istifadə edilməsi qanunsuz hesab edilmiş və həmin vəsaitin ödənilməsinin məsuliyyət yaratdığı aşkar olunur. Qətnamə həmin hissədə ləğv edilməlidir.
54. 2-ci qrup 16-ci bölmə üzrə, yəni Kimya-Biologiya Liseyi üçün santexnika malları, konfrans stulları, stadion oturacaqları, epoksi boya vurulması işlərinin görülməsi ilə əlaqədar 99.184,81 manatın iddiaçı-cavabdeh tərəfindən ödənilməsi tələbinin qətnaməyə əsasən təmin edilməsinə münasibətdə bildiririlir ki, iş materiallarında Komitənin cavabdeh qismində göstərilməsini müəyyən və ya sübut edən hər hansı hüquqmüəyyənedici sənədlər (müqaviə, Forma № * və s.) aşkar edilmir. Bununla əlaqədar olaraq apaılan araşdırma nəticəsində Kimya-Biologiya Liseyinin stadion oturacaqlarının dəyərinin Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən cavabdehiddiaçıya ödənildiyi məlum olmuşdur.
55. 2-ci qrup 17-ci bölmə üzrə, yəni Naxçıvan Şəhər Yol Idarəsinin sifarişi əsasında iş texnikaları ilə görülmüş 33.628,19 manatın öhdəlik olaraq iddiaçı-cavabdehin üzərinə qoyulması və bu əsasda cavabdeh göstərilməsi absurd iddia tələbi kimi, iddiaçı-cavabdehdən tələb edilməsinin də hüquqi əsası yoxdur.
56. 2-ci qrup 18-ci bölmə üzrə, yəni X3 - yağ arıtma sisteminin quraşdırılması (müqavilə əsasında) ilə əlaqədar 111.788,0 manatın iddiaçı-cavabdeh tərəfindən ödənilməsi tələbinin qətnaməyə əsasən təmin edilməsinə münasibətdə bildirilir ki, iddianın təmin edilməsinin sübutu, hüquqi əsası kimi müqavilə öhdəliyi göstərilir. Cavabdeh-iddiaçı ilə iddiaçı-cavabdeh arasında X3 tikintisi ilə bağlı avadanlıqların alınmasına dair ##.##.2022-ci il tarixli təchizat və xidmət müqaviləsinə əsasən tərəflər (“satıcı icraçı” və “alıcı sifarişçi”) arasında qanunvericiliklə müəyyən edilmiş əsaslarla mülki vəzifələr və hüquqlar yaranmışdır. Istər həmin müqavilədə razılaşdırılmış, istərsə də qanunvericiliklə müəyyən edilən ümumi müqavilə öhdəliklərinə əsasən “satıcı icraçı”, yəni iş üzrə cavabdeh-iddiaçı tərəfindən müqavilə üzrə razılaşdırılmış mallar “alıcı sifarişçi”, yəni iddiaçı-cavabdehə təhvil verilir və sonuncu tərəfindən isə razılaşdırılmış formada pul vəsaitinin ödənilməsi təmin edilir. Iddiaçı-cavabdeh tərəfindən həmin müqavilənin 9.2-ci bəndinə uyğun olaraq öhdəlik yerinə yetirilmiş və müqavilə dəyərinin 50 %-i avans olaraq cavabdeh-iddiaçıya ödənilmişdir. Müqavilə üzrə razılaşdırılmış ümumi məbləğin qalan hissəsi, yəni 50 %-i isə “satıcı icraçı” tərəfindən “Mal” və “Iş” “alıcı sifarişçi”yə, yəni iddiaçı-cavabdehə təhvil verildikdən sonra ödənilməlidir. Iş materiallarında müqavilə üzrə həmin “Mal” və “Iş”in təhvil verilməsi müəyyən edilmir, çünki dəfələrlə edilən şifahi və yazılı müraciətlərə baxmayaraq cavabdeh-iddiaçı tərəfindən mal və işlərin təhvil verilməsi təmin edilməmişdir. Buna görə də, 111.788,0 manat pulun iddiaçı-cavabdeh tərəfindən ödənilməsi tələbinin təmin edilmiş hissəsi ləğv edilməlidir.
57. Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndi üzrə - qətnamənin nəticə hissəsi mövcud qanunvericiliyin tələblərinə, hüquq normalarına uyğun deyil, yalnız mülahizələr əsasında qəbul edilmişdir ki, bu faktlar yuxarıda ayrı-ayrılıqda qeyd edilmişdir. Belə ki, qəbul edilən qərar sübutlara əsaslanmamış, hər bir tərəfin (iddiaçı və ya cavabdeh tərəfin) öz iddia tələbini sübut etməlidir anlayışı xaricində digər prosessual hərəkətlər edilmişdir. Qarşılıqlı iddia ərizəsində iddia tələbini sübut edən və ya ümumi mülki əsaslarla hər hansı mülki hüquqi münasibətlərin yaranmasını müəyyən və ya sübut edən hal olmasa da, mülki məsuliyyətin yaranması və hətta bu məsuliyyətin yaranmasında iddiaçı-cavabdehin təqsirli olması əsasında üzərinə öhdəliklərin qoyulması prosessual hüquq normalarının kobudcasına pozulması kimi qiymətləndirilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
59. 2026-cı il ## #### və 13 iyul tarixlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında: Iddiaçı-cavabdehin nümayəndəsi nümayəndə4 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh-iddiaçının nümayəndəsi nümayəndə2 və cavabdeh-iddiaçının vəkili vəkil1 apellyasiya şikayətini qəbul etmədiklərini bildirib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişlər.
60. Işə 2026-cı il ## #### tarixdə saat 1430-da Naxçıvan MR Ali Məhkəməsinin binasında baxılaçağı barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı-cavabdehin nümayəndəsi, cavabdeh-iddiaçının nümayəndəsi və cavabdeh-iddiaçının vəkili məhkəmə iclasına gəlməmişlər. Iddiaçı-cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixli ərizəsində “## #### 2026-cı il tarixdə saat 1430-da keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini, iclasın onun iştirakı olmadan keçirilməsini və tərəfindən təqdim edilmiş “apellyasiya şikayətindən imtina edilməsi barədə” ## #### 2026-cı il tarixli ərizənin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini” xahiş etmişdir (kollegiya ərizədə qeyd olunan “hazırlıq iclası”nın texniki səhv olaraq ifadə olunduğunu nəzərə alır, çünki apellyasiya instansiyası məhkəməsində mülki məhkəmə icraatında hazırlıq iclası deyil, məhkəmə baxışı iclası keçirilir).
61. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı-cavabdehin nümayəndəsi, cavabdeh-iddiaçının nümayəndəsi və cavabdeh-iddiaçının vəkilinin iştirakları olmadan apellyasiya şikayətinə baxılması üzrə məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir.
62. Iddiaçı-cavabdehin nümayəndəsi elektron qaydada daxil olmuş 2026-cı il ## #### tarixli ərizəsində göstərmişdir ki, “iddiaçı-cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, vurulmuş ziyanın ödənilməsi” və cavabdehiddiaçı “xxxx” MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “pul və dəymiş ziyanın ödənilməsi” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli (##.##.2026-cı il tarixdə tərtib edilib) e-*-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçıcavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Hazırda həmin apellyasiya şikayətindən imtina edirik (MPM-in 369-cu maddəsinə əsasən). Apellyasiya şikayətindən imtinanın nəticələri bizə məlumdur. Apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul olunmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş edirik”.
63. Iddiaçı-cavabdehin nümayəndəsinin apellyasiya şikayətindən imtina etməsi üzrə səlahiyyətə malik olması təmsil olunan tərəfin verdiyi 2026-cı il ## #### tarixli etibarnamədə xüsusi göstərilmiş, həmin etibarnamənin iddiaçı-cavabdehin səlahiyyətli vəzifəli şəxsi tərəfindən verilməsi ##.##.2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli əmrlə təsdiq olunmuşdur. Tətbiq edilən hüquq
64. Mülki Prosessual Məcəllə; Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. Iddiaçının iddiadan imtina etməsi, ... məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, ... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Iş materiallarından görünür ki, iddiaçı-cavabdehin nümayəndəsi 2026-cı il ## #### tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə yazılı ərizə təqdim edərək 2026-cı il ## ##### tarixdə verdiyi apellyasiya şikayətindən könüllü qaydada imtina etdiyini bildirmiş, həmin imtinanın qəbul edilməsini və onun barəsində apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.
66. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi kimi ondan imtina edilməsi də mülki prosessual hüququn dispozitivlik prinsipindən irəli gələn prosessual sərəncamvermə hüququnun həyata keçirilməsi formalarından biridir. Dispozitivlik prinsipi tərəflərin yalnız maddi hüquqlarına deyil, həm də prosessual hüquqlarına sərbəst sərəncam vermək imkanını təmin edir. Şəxs məhkəməyə müraciət etmək, verilmiş iddianı dəyişdirmək, ondan imtina etmək, barışıq sazişi bağlamaq və eyni zamanda verilmiş apellyasiya şikayətindən imtina etmək hüququna malikdir. Bu hüquqlar mülki mühakimə icraatında şəxsin iradə azadlığının və öz hüquqlarını müdafiə üsulunu sərbəst seçmək imkanının təzahürüdür. Lakin dispozitivlik prinsipi mütləq xarakter daşımır. Məhkəmə prosessual hərəkətin formal surətdə edilməsini deyil, onun qanuna uyğunluğunu və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinə təsirini də qiymətləndirməyə borcludur.
67. Bu baxımdan Mülki Prosessual Məcəllənin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı məhkəmənin avtomatik qəbul etməsini deyil, məhkəmənin həmin imtinanın qanuna uyğunluğunu yoxlamasını nəzərdə tutur. Qanunverici bununla dispozitivlik prinsipi ilə məhkəmənin hüquq mühafizə funksiyası arasında balans yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə yalnız tərəflərin iradəsini təsdiq edən formal orqan deyildir; o, prosessual sərəncamvermə hərəkətlərinin qanuna uyğunluğunu və həmin hərəkətlərin digər şəxslərin hüquqlarına təsirini yoxlamaq vəzifəsini daşıyır. Bu hüquqi yanaşma dispozitivlik prinsipinin qanunçuluq prinsipi ilə vəhdətdə tətbiq edilməsini tələb edir.
68. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi ilə əlaqəli şəkildə tətbiq edilən 52.5-ci maddənin məqsədi də məhz bundan ibarətdir ki, tərəfin prosessual iradəsi digər şəxslərin hüquqlarını pozduqda və ya açıq şəkildə qanuna zidd olduqda məhkəmə həmin iradəni qəbul etməsin. Başqa sözlə, məhkəmənin apellyasiya şikayətindən imtinanı qəbul etməsi onun formal qeydiyyata alınması deyil, həmin prosessual hərəkətin könüllü, sərbəst iradəyə əsaslanmasının, qanuna zidd olmamasının və üçüncü şəxslərin hüquqlarına mənfi təsir göstərməməsinin qiymətləndirilməsinin nəticəsidir.
69. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya şikayətindən imtina yazılı formada təqdim edilmiş, ərizə səlahiyyətli nümayəndə tərəfindən imzalanmış, iş materiallarında həmin nümayəndənin belə prosessual hərəkəti etmək səlahiyyətinin məhdudlaşdırılması barədə hər hansı məlumat müəyyən edilməmişdir. Iş materialları həmçinin göstərir ki, apellyasiya şikayətindən imtina hər hansı məcburetmə, aldatma və ya iradə qüsuru nəticəsində edilməmişdir. Bundan başqa, iş üzrə mübahisənin xarakteri, iştirak edən şəxslərin dairəsi və mübahisə predmeti nəzərə alınmaqla müəyyən edilir ki, apellyasiya şikayətindən imtinanın qəbul edilməsi digər şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmur.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də apellyasiya şikayətindən imtina dispozitiv hüququn həyata keçirilməsi olmaqla yanaşı, məhkəmə tərəfindən yoxlanılmalı olan prosessual hərəkətdir və məhkəmə yalnız Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə belə imtinanı qəbul etməməlidir. Əks halda məhkəmənin şəxsin prosessual sərəncamvermə hüququnu məhdudlaşdırması qanunun məqsədinə uyğun hesab edilə bilməz.
71. Bu yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair formalaşdırdığı presedent hüququ ilə də uzlaşır. AIHM dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan prosessual hüquqlar könüllü və birmənalı şəkildə həyata keçirilən iradə ifadəsi ilə məhdudlaşdırıla və ya onlardan imtina edilə bilər. Lakin belə imtina yalnız o halda hüquqi nəticə doğurur ki, o, şəxsin azad iradəsinə əsaslansın, birmənalı ifadə olunsun və mühüm ictimai maraqlara zidd olmasın. Məhkəmə, xüsusilə, “Deweer” işində və sonrakı presedentlərində qeyd etmişdir ki, Konvensiya ilə təmin olunan prosessual təminatlardan könüllü imtina mümkündür, lakin belə imtina aydın, birmənalı ("unequivocal") olmalı və minimum prosessual təminatlarla müşayiət edilməlidir. Eyni hüquqi yanaşma “Hakansson and Sturesson” və “Pfeifer and Plankl” işlərində də ifadə edilmişdir. Həmin qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, prosessual hüquqlardan imtina yalnız könüllü, məlumatlı və birmənalı olduqda Konvensiyanın tələblərinə uyğun hesab edilə bilər.
72. Kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətindən imtina barədə ərizə məhz qeyd olunan meyarlara cavab verir. Ərizənin məzmunu aydın və birmənalıdır, apellyasiya şikayətindən tam imtina ifadə edilmiş, nümayəndənin səlahiyyətləri təsdiq olunmuş, imtinanın qanuna zidd olmasını və ya digər şəxslərin hüquqlarını pozmasını göstərən hallar müəyyən edilməmişdir. Bu səbəbdən Mülki Prosessual Məcəllənin 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş imtinanın qəbul edilməsinə mane olan əsaslar mövcud deyildir.
73. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı-cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli, həmin şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməli, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi onun barəsində qanuni qüvvəyə minmiş hesab edilməlidir. Bu hüquqi nəticə hüquqi müəyyənlik (legal certainty) prinsipinə də uyğundur. Həm Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində, həm də Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququnda vurğulanır ki, məhkəmə qərarlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsi hüquqi sabitliyi pozur. Prosessual hüquqdan könüllü imtina həmin qərarın hüquqi qüvvəsinin formalaşmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir.
74. Kollegiya əlavə olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və həmin şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qəbul etdiyi qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən qəbul edilən hazırkı qərardad qətidir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Nəticə
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı-cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, vurulmuş ziyanın ödənilməsi” və cavabdeh-iddiaçı “xxxx” MMC-nin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “pul və dəymiş ziyanın ödənilməsi” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-*/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən iddiaçı-cavabdehin nümayəndəsi nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul еdilsin və apеllyasiya şikayətindən imtina еtmiş iddiaçı-cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə apellyasiya icraatına xitam vеrilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.