Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-39/2026 26.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə (Açar söz: lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X7 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsindən aydın olur ki, bu müqavilə bir tərəfdən bundan sonra "Lizinq verən" adlanacaq Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin direktoru X3 şəxsində və digər tərəfdən bundan sonra "Lizinq alan" adlanacaq Cavabdeh (VÖEN:) (şəxsiyyət vəsiqəsi: seriya AA № *******, verilib: ##.##.2023cü il tarixində ASAN 1 tərəfindən) şəxsində bağlanmış, hər iki tərəfin imzası və İddiaçı MMCnin möhürü ilə təsdiq olunmuşdur.
2. ##.##.2024-cü il tarixli müqaviləyə * saylı Əlavədən (Təhvil-təslim aktından) aydın olur ki, “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, Ban nömrəsi XWBJA69V9SA004920 olan, qiyməti 25850 AZN minik maşını lizinq alan Cavabdeh tərəfindən İddiaçı MMC-dən təhvil alınmış, lizinq alan Cavabdeh bu Təhvil-təslim aktını imzalayaraq bütün lizinq obyektinin tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə Satıcı tərəfindən təhvil verilməsini, tərəflərin bir-birinə heç bir iddialarının olmadığını, bu aktın imzalanması ilə lizinq obyektinin onun müvəqqəti sahibliyinə verilməsini təsdiq etmişdir.
3. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, *** saylı arayışda qeyd olunmuşdur ki, Cavabdeh ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə ## ### 2025-ci il tarixə gecikdirilmiş əsas borcu 204,77 manat, mükafat borcu 334,44 manat və cərimə borcu 354,81 manat olmaqla, ümumi borcu 894,02 manat təşkil edir.
4. 10.12.204-cü il və ##.##.2025-ci il tarix aralıqlarını əhatə edən hesabdan çıxarışa əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hesabına (41010.AZN.186.092617.000050) ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə ##.##.2024-cü il tarixdə 21350 manat məbləğində kredit köçürülmüş, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda müəyyən məbləğlərdə ödənişlər həyata keçirilmişdir.
5. ##.##.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Chevrolet Cobalt LTZ” ağ rəngli minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmətin ümumi məbləği 18% ƏDV daxil olmaqla 1.321,60 (bir min üç yüz iyirmi bir manat 60 qəpik) manatdır.
6. ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə akta əsasən ##.##.2025-ci il tarixdə İddiaçı şirkətinə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı **-YX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və X2 iştirakı ilə aparılaraq öz hərəkəti ilə duracağa gətirilmiş, avtomobildə əzik, cızıqlar olduğu, o cümlədən rəngsaza ehtiyac olan hissələrin olduğu qeyd edilmişdir.
7. AR DIN BDYPI QII tərəfindən verilmiş, ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şhadətnaməsinin surətindən aydın olur ki, **YX*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cobalt LTZ markalı, ağ rəngli, Ban nömrəsi XWBJA69V9SA004920 olan SEDAN tipli avtomobil “İddiaçı MMC-nin mülkiyyətindədir. II. Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli, AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ödənilməmiş 204.77 manat gecikdirilmiş əsas, 334.44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 354.81 manat dəbbə pulunun, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1321.60 manatın, ümumilikdə 2215.62 manat borcun və ödənilmiş 42.16 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Chevrolet Cobalt LTZ markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş, "Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № *) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatının əsas məbləğ təşkil etdiyini, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt LTZ" markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ## ### 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirildiyini və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1321.60 manat məbləğində zərər vurulduğunun müəyyən edildiyini, eyni zamanda Cavabdeh AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ümumilikdə 894.02 manat məbləğində gecikmə borcunun yarandığını qeyd edən iddiaçının nümayəndəsi "Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyinin yarandığını göstərilmişdir.
10. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən cavabdeh Cavabdeh (VÖEN: **********; FIN: *******; Ş/V Seriya nömrəsi: AA*******; Qeydiyyatda olduğu ünvan: Babək rayonu, Şıxmahmud Ə/D, Xəlilli kəndi) 204,77 (iki yüz dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 334,44 (üç yüz otuz dörd manat qırx dörd qəpik) manat məbləğində mükafat borcu və 26,96 (iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində dəbbə pulu (cərimə) olmaqla, ümumilikdə 566,17 (beş yüz altmış altı manat on yeddi qəpik) manat pulun alınaraq iddiaçı İddiaçı MMC-yə (VÖEN: **********) ödənilməsi, ödənilmiş 42,16 (qırx iki manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 10,77 (on manat yetmiş yeddi qəpik) manat hissəsinin əvəzinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, qalan 31,39 (otuz bir manat otuz doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra edərək müqavilə üzrə nəzərdə tutulmuş əmlakın cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini təmin etsə də, cavabdeh tərəf öhdəliyi lazımi qaydada icra etməyərək müqavilə üzrə yaranmış borcu tam ödəməmişdir. Hazırkı iş üzrə tərəflər ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsi və onun ayrılmaz tərkib hissəsi sayılan Əlavələri ilə hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektini ##.##.2025-ci il tarixdə geri almaqla iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. Iradə müxtəlif formalarda - hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və.s ifadə oluna bilər. Məhkəmə cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ## ### 2025-ci il tarixə 204,77 manat əsas borc və 334,44 manat mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bildirmişdir ki, iddiaçının tələb etdiyi 204,77 manat əsas borc və 334,44 manat mükafat borcunun ödənildiyini və iddia tələbinin əsassız olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddia ərizəsinə qarşı etiraz ünvanlamamışdır. Məhkəmə həmçinin iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh öhdəliyin gecikdirilməsinə görə 354.81 manat məbləğində dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, AZL-**** saylı "Daxili lizinq" müqaviləsinin 7.2-ci bəndində borclunun məsuliyyətinin (gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir) nəzərdə tutulmasını, o cümlədən işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdeh Cavabdeh iddiaçının xeyrinə 26,96 (iyirmi altı manat 96 qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Bundan əlavə məhkəmə iddiaçının lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, 90- YX-945 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1321.60 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisəyə də Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsi tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Nəticə etibarilə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verdiyi lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə akta əsasən təhvil aldığı həmin tarixdən başlamış, lakin iddiaçı lizinq obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra (##.##.2026-cı il tarixdə) məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürüldüyündən və bununla da iddiaçının hüququ xitam olunduğundan iddia tələbi dəymiş maddi ziyanın ödənilməsinə dair hissədə təmin edilməməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan iş üzrə iddiaçı İddiaçı MMC nümayəndəsi vasitəsilə sözügedən qətnamədən apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, lizinq obyekti olan avtomobil şirkətin duracağına yerləşdirilərkən ## ### 2025-ci il tarixli “avtomobilin saxlanca qəbulu barədə” akt tərtib edilmiş və avtomobildə zahirən görünən qüsurlar barədə müvafiq qeydlər aparılmışdır. Daha sonra servis mərkəzi avtomobilə baxış keçirərək 1321.60 manat zərər dəydiyini müəyyən etmişdir. Lizinq obyekti olan avtomobilə dəymiş zərər və istifadəsi zamanı yaranmış borc məbləğləri barədə cavabdehə şifahi və yazılı məlumat verilmişdir. Həmçinin cavabdeh dəfələrlə şirkətdə olmuş və avtomobilə yerində baxış keçirmişdir. Bununla yanaşı cavabdeh dəfələrlə gecikdirilmiş lizinq ödənişlərini ödəyəcəyini və avtomobili götürəcəyini bildirmişdir. Iş məhkəmə icraatına hazırlanmazdan qabaq cavabdehə yenə əlavə imkanlar yaradılmış, dəvət olunaraq razılaşmanın əldə olunması üçün təkliflər edilmişdir. Lakin o, təkliflərin heç birindən yararlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsində lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəlmişdir. Halbuki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 6-cı bəndində göstərilir ki, lizinq obyektinin sığortalanması könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti zədələnmə, korlanma, məhv edilmə, talama və oğurlama risklərindən sığortalaya bilər. Göründüyü kimi Naxçıvan Respublikasının Kommersiya Məhkəməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almadan lizinq obyektinin təmir-bərpa edilməsi üçün tələb edilən məbləği təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı yox, X1 obyekti olan avtomobili saz və işlək vəziyyətdə saxlamalı olduğu halda buna əməl etmədiyi üçün lizinq obyektinin təmir-bərpa xərclərinin tutulmasını cavabdehdən tələb edilmişdir. Halbuki, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq Azərbaycan Respublikasının müvafiq maddələri və tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsinin bəndlərinə əsasən cavabdehin vəzifə öhdəliyidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, iddiaçı təşkilatın nümayəndəsi kollegiyaya müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
17. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. 750-ci18.
b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsə lovun şikayəti üzrə” qəbul etdiyi ## #### 2020-ci il tarixli Qərarı.
19. Kəsici müddət–şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. V. Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin təmin olunmayan hissələrində (dəbbə pulu və dəymiş zərər) yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli maddi hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin tutulmasının rədd edilməsi və dəbbə pulunun azadılması hissəsində düzgün olan nəticəyə gəlmişdir və apellyasiya şikayətində qeyd olunan dəlillər qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas sayıla bilməz.
34. Belə ki, apellyasiya şikayəti verən şəxs şikayətin dəlillərində “lizinq obyekti olan avtomobilin şirkətin duracağına yerləşdirilərkən ## ### 2025-ci il tarixli “avtomobilin saxlanca qəbulu barədə” akt tərtib edildiyini və avtomobildə zahirən görünən qüsurlar barədə müvafiq qeydlər aparıldığını, daha sonra servis mərkəzinin avtomobilə baxış keçirərək 1321.60 manat zərər dəydiyini müəyyən edildiyini, lizinq obyekti olan avtomobilə dəymiş zərər və istifadəsi zamanı yaranmış borc məbləğləri barədə cavabdehə şifahi və yazılı məlumat verildiyini, cavabdehin dəfələrlə gecikdirilmiş lizinq ödənişlərini ödəyəcəyini və avtomobili götürəcəyini bildirdiyini, iş məhkəmə icraatına hazırlanmazdan qabaq cavabdehə yenə əlavə imkanlar yaradıldığını, dəvət olunaraq razılaşmanın əldə olunması üçün təkliflər edildiyini, lakin onun, təkliflərin heç birindən yararlanmadığını, Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsində lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəldiyini, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddətin tətbiq edilə bilməyəcəyini, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 6-cı bəndində lizinq obyektinin sığortalanması könüllülük prinsipi əsasında həyata keçirildiyinin göstərildiyini, lizinq alanın öz vəsaiti hesabına lizinq obyektini ona verildikdən sonra könüllü şəkildə həmin obyekti zədələnmə, korlanma, məhv edilmə, talama və oğurlama risklərindən sığortalaya bildiyini, Naxçıvan Respublikasının Kommersiya Məhkəməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almadan lizinq obyektinin təmir-bərpa edilməsi üçün tələb edilən məbləği təmin etməməklə yalnış nəticəyə gəldiyini, iddiaçının yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı yox, X1 obyekti olan avtomobili saz və işlək vəziyyətdə saxlamalı olduğu halda buna əməl etmədiyi üçün lizinq obyektinin təmir-bərpa xərclərinin tutulmasını cavabdehdən tələb edildiyini” bildirmiş, məhz qeyd olunan əsaslara görə tələbin tam təmin olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 751maddəsində
35. lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəlməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə düzgün olaraq qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli üç ulduzlu qərarında müəyyən etdiyi hüquqi mövqeni nəzərə almışdır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, bu kateqoriya tələblər Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
37. Tədqiq olunmuş iş materiallarından görünür ki, İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa gətirilərək ##.##.2025-ci il tarixdə təhvil-təslimi aparılmış və əşya geri alınmışdır.
38. Beləliklə iddiaçı İddiaçı MMC-nin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb etdiyi 1321.60 manat zərərə münasibətdə yuxarıda qeyd olunan maddə ilə nəzərdə tutulmuş 6 aylıq kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni ##.##.2025-ci il tarixdən başlamışdır. Iddiaçı tərəfindən isə ## #### 2026-cı il tarixdə məhkəməyə hazırkı tələblə müraciət edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də dəymiş maddi zərərin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Kollegiya birinci instansiya məhkəməsinin dəbbə pulunun 354,81 manatdan 26,96 manata endirilməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və gəlinən nəticəni düzgün hesab edir. Həmçinin qeyd edir ki, apellyasiya şikayətinin bu hissədə də təmin olunması üçün əsaslar mövcud deyil.
40. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır.
41. Bununla bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
42. Beləliklə, kollegiya işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
43. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 17.50 (on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı MMC-yə aid edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*- **)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 17.50 (on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı MMC-yə aid edilsin. Bu qətnamədən şikayət verilə bilməz.