Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-40/2026 31.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə (Açar söz: lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X6 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, AZL-**** nömrəli X4 əsasən bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin direktoru X1 şəxsində, bundan sonra "Lizinq verən" adlanacaq, və digər tərəfdən Cavabdeh (VÖEN:) (şəxsiyyət vəsiqəsi: seriya AA № *******, verilib: ##.##.2023-ci il tarixində ASAN 1 tərəfindən) şəxsində, bundan sonra "Lizinq alan" adlanacaq, birlikdə “Tərəflər”, ayrılıqda “Tərəf” adlandırılacaqlar Lizinq Müqaviləsini (bundan sonra – “Müqavilə”) bağlamışlar.
2. ##.##.2024-cü il tarixli, AZL-**** saylı X4 ##.##.2024-cü il tarixli, * №-li Əlavəyə əsasən bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin direktoru X1 şəxsində, bundan sonra "Lizinq verən" adlanacaq, və digər tərəfdən Cavabdeh (VÖEN: şəxsiyyət vəsiqəsi: AA № ******* ASAN 1 tərəfindən ##.##.2023 il tarixində verilib) bundan sonra "Lizinq alan" adlanacaq, birlikdə “Tərəflər”, ayrılıqda “Tərəf” adlandırılacaqlar, tərəflər arasında bağlanmış ##.##.2024 il tarixli, AZL-**** saylı X4 bu * №-li əlavəni imzalamışlar.
3. ##.##.2024-cü il tarixli müqaviləyə * saylı əlavəyə əsasən bu əlavə bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin, direktoru X1, bundan sonra "Alıcı" adlanacaq, digər tərəfdən “xxxx” MMC (VÖEN: **********) bundan sonra “Satıcı” adlanacaq, və üçüncü tərəfdən Cavabdeh (VÖEN: şəxsiyyət vəsiqəsi: seriya AA № *******, verilib: ##.##.2023-ci il tarixində ASAN 1 tərəfindən) şəxsində, bundan sonra "Lizinq alan" adlanacaq, arasında “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, Ban nömrəsi XWBJA69V9SA000283 olan, qiyməti 25850 AZN minik maşını, lizinq obyekti Satıcı tərəfindən Alıcı və Lizinq alana təhvil verilməsi üçün ##.##.2024 il tarixli, AZL-**** nömrəli alğısatqı müqaviləsinə əlavə olaraq tərtib edilmişdir. Bu təhvil-təslim aktını imzalayaraq Alıcı bütün lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə Satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir-birinə heç bir iddiaları yoxdur. Bu aktın imzalanması ilə lizinq obyekti Lizinq alanın müvəqqəti sahibliyinə verilir.
4. AZL-**** saylı X4 ##.##.2024-cü il tarixli, * saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş X4 ayrılmaz və tərkib hissəsidir. Bu ödəniş cədvəlinə əsasən Lizinq alan Cavabdeh ##.##.2024-cü il tarixdən ##.##.2029-cu il tarixinədək nəzərdə tutulmuş lizinq ödənişlərini ödəməsi nəzərdə tutulmuşdur.
5. ##.##.2024-cü il tarixli razılaşmadan görünür ki, bir tərəfdən Azərbaycan Respublikası qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin direktoru X1 şəxsində, bundan sonra "Lizinq verən" adlanacaq və digər tərəfdən Cavabdeh şəxsində, bundan sonra "Lizing alan" adlanacaq, birlikdə "Tərəflər", ayrılıqda "Tərəf" adlandırılacaqlar, aşağıdakı barədə "Razılaşma" bağlayırlar: 1.1. Lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq Alan 24 (iyirmi dörd) saat müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür; 1.2. Razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik Lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində Lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə Lizinq alan tərəfindən Lizinq verənə ödənilməlidir.
6. ##.##.2024-##.##.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda müəyyən ödənişlər həyata keçirilmişdir.
7. ## ###### 2026-cı il tarixli, *** nömrəli arayışda qeyd olunur ki, borclu Cavabdeh ## ###### 2024-cü il tarixli, AZL-**** saylı “Daxili lizinq” müqaviləsi üzrə ## ### 2025-ci il tarixə əsas borcu 220,78 manat, mükafat borcu 323,90 manat və cərimə borcu 370,78 manat olmaqla gecikdirilmiş ümumi borcu 915,46 manat təşkil edir.
8. ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə akta əsasən ##.##.2025-ci il tarixdə İddiaçı MMC şirkətinə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı **YX*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılaraq öz hərəkəti ilə duracağa gətirilmişdir.
9. ##.##.2025-ci il tarixli akta əsasən “Chevrolet Cobalt LTZ” ağ rəngli minik markalı **- YX-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmətin ümumi məbləği 18% ƏDV daxil olmaqla 994,60 AZN-dir. II. Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçının nümayəndəsi nümayəndə2 ## ###### 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ## ###### 2024cü il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ödənilməmiş 220.78 manat gecikdirilmiş əsas, 323.90 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370.78 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 994.60 manat, ümumilikdə 1910.06 manat borc və ödənilmiş 39.11 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Chevrolet Cobalt LTZ" markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X4"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı sas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt LTZ" markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil ## ### 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 994.60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## ### 2025-ci il tarixə ümumilikdə 915.46 manat məbləğində gecikmə borcu yaranmışdır.
12. "Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №*) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1% hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.
13. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli, AZL-**** nömrəli X4 əsasən cavabdeh Cavabdeh (VÖEN: **********; FIN: *******; Ş/V Seriya nömrəsi: AA6733067; Qeydiyyatda olduğu ünvan: Babək rayonu, Şıxmahmud Ə/D, Xəlilli kəndi) əsas borc üzrə 220,78 manat, 323,90 manat gecikdirilmiş mükafat, cərimə borcu üzrə 27,23 manat olmaqla, ümumilikdə 571,91 (beş yüz yetmiş bir manat, doxsan bir qəpik) manatın alınıb iddiaçı İddiaçı MMC-yə (VÖEN: **********) ödənilməsi, 11,71 (on bir manat, yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (bir qəpik) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılması, 27,39 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli, AZL-**** nömrəli X4 bağlanmış, həmin müqaviləyə görə lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, Ban nömrəsi XWBJA69V9SA000283 olan, qiyməti 25850 AZN minik maşını, lizinq obyektinin Cavabdeh verilməsi ##.##.2024-cü il tarixli müqaviləyə * saylı əlavə olan təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında X4 bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında X4 irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, lizinq Alan Cavabdeh X4 tələbini pozaraq ödənişləri yubatmış, X4 əsasən Cavabdeh 220,78 manat əsas borcu, 323,90 manat mükafat borcu, 370,78 manat cərimə borcu qalmış, qeyd edilən hal ilə əlaqədar ##.##.2026-cı il tarixli, *** nömrəli maliyyə arayışı iş materiallarına əlavə edilmişdir.
16. Məhkəmə borclu tərəfindən lazımınca icra edilməmiş öhdəlik üzrə yaranmış cəriməyə münasibətdə bildirmişdir ki, X4 7.2-ci bəndi ilə cərimələrin hesablanması nəzərdə tutulsa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçı əsas borc və faiz borcundan əlavə 27,23 (iyirmi yeddi manat, iyirmi üç qəpik) manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının 39-cu bəndinə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.
18. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə aktı nəzərdən keçirərək qeyd edir ki, “xxxx” Lizinq şirkətinə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı, **YX*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdə təhvil-təslimi aparılaraq öz hərəkəti ilə duracağa gətirilərək əşya geri alınmışdır. Iddiaçı tərəfindən isə ## ###### 2026-cı il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Iddiaçı İddiaçı MMC-nin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, 90- YX-457 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 994.60 manat tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, nəzərdə tutulmuş 6 ay kəsici müddət keçdiyinə görə iddiaçının haqqının (hüququnun) mövcudiyyəti də aradan qalxdığından artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da mövcud deyil.
19. Məhkəmə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh əsas borc üzrə 220,78 manat, 323,90 manat gecikdirilmiş mükafat, cərimə borcu üzrə 27,23 manat olmaqla, ümumilikdə 571,91 (beş yüz yetmiş bir manat doxsan bir qəpik) manat məbləğində bоrc və 11,71 (on bir manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, 27,39 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a)Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan iş üzrə iddiaçı İddiaçı MMC nümayəndəsi vasitəsilə sözügedən qətnamədən apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, lizinq obyekti olan avtomobil şirkətin duracağına yerləşdirilərkən ## ### 2025-ci il tarixli “avtomobilin saxlanca qəbulu barədə” akt tərtib edilmiş və avtomobildə zahirən görünən qüsurlar barədə müvafiq qeydlər aparılmışdır. Daha sonra servis mərkəzi avtomobilə baxış keçirərək 994.60 manat zərər dəydiyini müəyyən etmişdir. Lizinq obyekti olan avtomobilə dəymiş zərər və istifadəsi zamanı yaranmış borc məbləğləri barədə cavabdehə şifahi və yazılı məlumat verilmişdir. Həmçinin cavabdeh dəfələrlə şirkətdə olmuş və avtomobilə yerində baxış keçirmişdir. Bununla yanaşı cavabdeh dəfələrlə gecikdirilmiş lizinq ödənişlərini ödəyəcəyini və avtomobili götürəcəyini bildirmişdir. Iş məhkəmə icraatına hazırlanmazdan qabaq cavabdehə yenə əlavə imkanlar yaradılmış, dəvət olunaraq razılaşmanın əldə olunması üçün təkliflər edilmişdir. Lakin o, təkliflərin heç birindən yararlanmamışdır.
22. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 751-maddəsində lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarında konkret olaraq qeyd edilmişdir ki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz. Vacibdir ki, Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-ci maddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1-ci, 5.2-ci, 5.3-cü və 10.5-ci bəndlərinin tələbini nəzərə alınsın. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 5.1, 5.2, 5.3-cü bəndlərində göstərilir ki, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Göründüyü kimi lizinq münasibətlərini tənzimləyən normalarda, əmlak kirayə münasibətlərindən fərqli olaraq, lizinq münasibətlərində lizinq verənin lizinqə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialarına hər hansı mübbətin tətbiq edilməsi, habelə lizinq verənin xərclərinin əvəzinin ödənilməsi və ya hər hansı lizinq obyektinin götürülməsinə icazə verilməsi barədə iddialarının altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşməsi nəzərdə tutulmayıb.
23. Digər tərəfdən, Mülki Məcəllənin 748-2.1-ci maddəsində göstərilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyəti hesab edilir. Belə olan halda mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz. Bundan başqa, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 6-cı bəndində göstərilir ki, lizinq obyektinin sığortalanması könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti zədələnmə, korlanma, məhv edilmə, talama və oğurlama risklərindən sığortalaya bilər. Göründüyü kimi Naxçıvan Respublikasının Kommersiya Məhkəməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin tam əsaslandırılmış qərarını nəzərə almadan lizinq obyektinin təmir-bərpa edilməsi üçün tələb edilən məbləği təmin etməməklə yalnış nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, iddiaçı təşkilatın nümayəndəsi kollegiyaya müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
27. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci28.maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B. Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi ## #### 2020-ci il tarixli Qərarı.
29. Kəsici müddət–şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. V. Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin təmin olunmayan hissələrində (dəbbə pulu və dəymiş zərər) yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli maddi hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin tutulmasının rədd edilməsi və dəbbə pulunun azadılması hissəsində düzgün olan nəticəyə gəlmişdir və apellyasiya şikayətində qeyd olunan dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.
44. Belə ki, apellyasiya şikayəti verən şəxs şikayətin dəlillərində lizinq obyekti olan avtomobilin şirkətin duracağına yerləşdirilərkən ## ### 2025-ci il tarixli “avtomobilin saxlanca qəbulu barədə” akt tərtib edildiyini və avtomobildə zahirən görünən qüsurlar barədə müvafiq qeydlər aparıldığını, daha sonra servis mərkəzinin avtomobilə baxış keçirərək 994.60 manat zərər dəydiyinin müəyyən edildiyini, məhkəmənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 751-maddəsində lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəldiyini, halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qərarında konkret olaraq mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddətin tətbiq edilə bilmədiyinin qeyd edildiyini, məhkəmə tərəfindən Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-ci maddələrinin və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1-ci, 5.2-ci, 5.3-cü və 10.5-ci bəndlərinin tələbinin nəzərə alınmalı olduğunu bildirmiş, məhs qeyd olunan əsaslara görə tələbin tam təmin olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 751maddəsində
45. lizinq münasibətlərinə əmlak kirayə müqaviləsinin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi ilə bağlı şərtinə əsasən nəticəyə gəlməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə düzgün olaraq qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli üç ulduzlu qərarında müəyyən etdiyi hüquqi mövqeni nəzərə almışdır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, bu kateqoriya tələblər Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
47. Tədqiq olunmuş iş materiallarından görünür ki, İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt LTZ” markalı, **YX*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa gətirilərək ##.##.2025-ci il tarixdə təhvil-təslimi aparılmış və əşya geri alınmışdır.
48. Beləliklə iddiaçı İddiaçı MMC-nin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, 90- YX-457 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb etdiyi 994.60 manat zərərə münasibətdə yuxarıda qeyd olunan maddə ilə nəzərdə tutulmuş 6 aylıq kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni ##.##.2025-ci ildə tarixdən başlamışdır. Iddiaçı tərəfindən isə ## ###### 2026-cı il tarixdə məhkəməyə hazırkı tələblə müraciət edilmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq həmin müddətin tədbiqini nəzərə almaqla dəymiş zərərə münasibətdə iddianı rədd etmişdir.
49. Kollegiya birinci instansiya məhkəməsinin dəbbə pulunun 370.78 manatdan 27.23 manata endirilməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və gəlinən nəticəni düzgün hesab edir. Həmçinin qeyd edir ki, apellyasiya şikayətinin bu hissədə də təmin olunması üçün əsaslar mövcud deyil.
50. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır.
51. Bununla bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
52. Beləliklə, kollegiya işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
53. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı MMC-yə aid edilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*- **)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı MMC-yə aid edilsin. Bu qətnamədən şikayət verilə bilməz.