Məhkəmə qərarları › İş №e-2-2(3-10)-101/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-101/2026

17.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-101/2026 17.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə R A R D A Dİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 5040 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə hesablanmış 352,80 manat məbləğində faiz borcu olmaqla, cəmi 5392,80 manat məbləğində pul vəsaiti və ödənilmiş 73,92 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Elnarə Hüseynova). Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tam mətni “Elektron məhkəmə” informasiya sistemində iş üzrə yaradılmış elektron kabinetə ## ###### 2026-cı ildə yerləşdirilməklə, imzalanmışdır. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin surəti cavabdeh Cavabdeh poçt vasitəsilə göndərilmiş və həmin qətnamənin göndərilməsi ilə əlaqədar “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh Cavabdeh ünvanında qətnamənin göndərildiyi pöçt göndərişi ## ###### 2026-cı ildə qəbul edilmişdir (i/v: 84-85). "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlardan görünür ki, ## ###### 2026-cı ildən cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır. Cavabdeh Cavabdeh poçt vasitəsi ilə ## ###### 2026-cı ildə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti – apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan bir aylıq müddətin ötürülməsi əsası ilə cavabdeh Cavabdeh geri qaytarılmışdır (həmin şikayətlə birlikdə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatət verilməmişdir). Həmin qərardaddan narazı qalan cavabdeh Cavabdeh ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət vermişdir. Şəki Kоmmersiyа Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş məlum şikаyət təmin edilməmiş və iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yalnız bundan sonra, yəni ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh Şəki Kommersiya Məhkəməsinə “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini və həmin müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan narazı qalan cavabdeh Cavabdeh 11 iyun 2026-cı ildə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət vermişdir. Lakin, həmin şikayət - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilərək, imzalanıb təqdim edilmədiyindən - Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə şikayətçiyə, yəni cavabdeh Cavabdeh geri qaytarılmış və birinci instansiya məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, “Cavabdeh Cavabdeh tərəfindən Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından verilmiş şikayətdə forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki, qərardaddan şikayəti cavabdeh kağız daşıyıcıda tərtib edib imzalamaqla, elektron kabinetdə yerləşdirmiş və şikayət gücləndirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmamışdır.” Bundan sonra isə cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət təqdim etmiş olsa da, həmin şikayəti də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edib, imzalamamış və şikayəti qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə qarşı yazılı etiraz təqdim edərək, əsassız olduğu üçün cavabdeh Cavabdeh şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, yuxarıda təsvir olunanlarla və eləcə də, e-*-*(***)-****/**** nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, cavabdeh Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən ## #### 2026-cı ildə verdiyi apellyasiya şikayətini və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından verdiyi şikayətini, eləcə də “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini – həmin sənədlərin tərtib edilməsi və imzalanması baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət etməklə, məhkəməyə təqdim etmiş olduğundan - birinci instansiya məhkəməsi tərəfindən həmin müraciətlərə Qanunvericiliyin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılaraq, müvafiq məhkəmə aktları qəbul edilmişdir. Lakin, cavabdeh Cavabdeh tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından verilən şikayət ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilib, imzalanaraq təqdim edilməmiş və buna görə də, həmin şikayət Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə ona geri qaytarılmışdır. Çünki, cavabdeh Cavabdeh tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından verilən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş olsa da, həmin şikayət elektron qaydada tərtib olunmamış və şikayətin özü elektron qaydada imzalanmamışdır. Yəni, şikayətin mətni adi qaydada tərtib edilərək, əlyazma imza ilə imzalanıb, adi sənəd kimi "PDF" formatında elektron kabinetə daxil edilmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə bir sıra dəyişikliklər edilərək (## ####### 2021-ci il tarixindən qüvvəyə minmişdir), yeni redaksiyada Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuşdur (“Əlavə 2”-də göstərilmişdir). Yəni, məhkəmə aktlarından verilən şikayətlər – Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin şikayətin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən normalarının tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun olmalı və elektron qaydada imzalanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmə aktlarından şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur. Beləliklə də, yuxarıda qeyd olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi - Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən ## #### 2026cı ildə verilmiş şikayəti ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadla qaytarmaqda və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti isə ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, işin konkret hallarını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıda qeyd olunan normalarının (maddələrinin) tələblərinin də işdə iştirak edən şəxslərin diqqətinə çatdırılmasını zəruri hesab edir: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 120. Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Maddə 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar