Məhkəmə qərarları › İş №e-2-2(3-10)-102/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-102/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-102/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə (Azərbaycan Respublikası Hesablama Palatası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 – iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar) Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)- **/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 54332,83 (əlli dörd min üç yüz otuz iki manat 83 qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) manat xərc olmaqla, cəmi 54909,11 (əlli dörd min doqquz yüz doqquz manat 11 qəpik) manat pul vəsaitinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2022-ci il tarixində (*** nömrəli müqavilə) iddiaçı İddiaçı vasitəsilə güzəştli maliyyələşmə ilə 66 (altmış altı) baş "Simmental" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 54332,83 (əlli dörd min üç yüz otuz iki manat 83 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 5 baş heyvanın cavabdehin təsərrüfatlarında olmaması aşkar edilmişdir. Bundan sonra isə Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsi əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən cavabdehin təsərrüfatında 16 (on altı) baş iribuynuzlu heyvan aşkar edilməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən 16 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”nın 6.2.2-ci bəndinə əsasən, idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının Dövlət Büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh ##.##.2023-cü il tarixli Iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, “baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə” dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 54332,83 (əlli dörd min üç yüz otuz iki manat 83 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Iş üzrə Şəki Kommersiya Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddiaçı İddiaçı hazırkı iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, bildirmişdir ki, iddianın əsası kimi cavabdehin təsərrüfatında ##.##.2025-ci il tarixində monitorinqin həyata keçirildiyi, həmin monitorinq nəticəsində 16 baş heyvanın aşkar edilmədiyi, həmin heyvanların ölüm və ya məcburi kəsim sənədlərinin Agentliyə təqdim edilmədiyi bildirilmişdir. ##.##.2025-ci il tarixində hansı monitorinqin və hansı əsasla keçirilməsi barədə onlarda hər-hansı məlumat yoxdur, iddia ərizəsində istinad edilən ##.##.2025-ci il tarixli akt da cavabdehə təqdim edilməmişdir. Monitorinq keçirilmiş olsa idi, Aqrar Kredit və Inkişaf Agentliyi müəyyən edərdi ki, istinad olunan 16 baş heyvan müxtəlif tarixlərdə müxtəlif səbəblərdən baytar rəyi əsasında məcburi kəsimə göndərilmişdir. Belə ki, həmin heyvanların səhhətində problem aşkar edildiyi zaman tərəflərindən Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Idarəsinə müraciət edilmiş, həmin Idarənin baytarları tərəfindən heyvanlara baxış keçirilmiş, akt tərtib edilmiş və həmin akt əsasında heyvanlar məcburi kəsimə göndərilmişdir. Həmin aktlar məhkəməyə təqdim edilibdir. ##.##.2025-ci il tarixli aktın surəti heç məhkəməyə də təqdim edilməmişdir. Iddia ərizəsində həmçinin qeyd edilir ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin hansı xəbərdarlığın nə vaxt edildiyi cavabdehə məlum deyil. Cavabdehə hər hansı xəbərdarlıq edilmişdirsə, iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilə bilərdi. Cavabdeh iddiaçının belə bir tələbi barədə yalnız pretenziya göndərildiyi zaman məlumat əldə etmişdir. Bundan əlavə, iddia ərizəsində əks edilən tələbin hər hansı qanuni əsası da yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı vəsaitindən istifadə Qaydasında güzəşt məbləğinin hər hansı səbəbdən sahibkarlıq subyekti tərəfindən Aqrar Kredit və Inkişaf Agentliyinə qaytarılması nəzərdə tutulmamışdır. Aqrar Kredit və X7 7.2-ci bəndinə əsasən kreditdən təyinatı üzrə istifadə edilmədikdə, yalnız müvəkkil kredit təşkilatından vəsaitin qaytarılmasını tələb edə bilər, sahibkarlıq subyektindən hər hansı vəsaitin qaytarılmasını tələb etmək kimi hüquq müəyyən edilməmişdir. Iddia ərizəsində istinad edilən Iltizama gəldikdə isə, həmin Iltizama əsasən baytarın müsbət rəyi olmadan heyvanın kəsilməyəcəyinə dair öhdəlik götürülmüşdür. Hazırki halda isə baytarın müsbət rəyi olduğuna görə həmin Iltizama istinad edilməsi də əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh tərəf iddianı əsassız hesab edir və ərizənin baxılmamış saxlanması haqqında vəsatət təmin edilmədiyi halda, iddianın rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Bundan əlavə, iş üzrə cavabdeh Cavabdeh QSC tərəfindən məhkəməyə mülahizə təqdim edilərək, bildirilmişdir ki, iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında damazlıq heyvanların alqı-satqısına dair heç bir mülki hüquqi müqavilə bağlanmamışdır. Iş materiallarında olan ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilə isə satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmışdır. İddiaçı qeyd olunan müqavilənin tərəfi və ya iştirakçısı deyil, həmin müqavilədə, ümumiyyətlə, Agentliyin adı yoxdur. Həmin müqaviləyə əsasən, satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 66 baş Holşteyn cinsli damazlıq heyvanı alıcıya satmağı, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəməyi razılaşdırmışdır. Belə ki, müqaviləyə görə, damazlıq heyvanların dəyəri 375922,80 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh QSC-nin qanuni təmsilçisi Nəriman Hüseynov tərəfindən ##.##.2023-cü il tarixli müvafiq ərizə ilə İddiaçı müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 375922,80 manat olan 66 baş “Holşteyn” cinsli damazlıq heyvanın minimum 40 faizinin ödənildiyi bildirilərək, 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və “xxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış ## ##### 2023-cü il tarixli, KB **** nömrəli məktubdan da görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin damazlıq heyvanları əldə etməsi üçün güzəşt olunacaq 224122,93 manat vəsaitin köçürülməsi xahiş edilmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir müqavilə münasibəti mövcud deyil. Iddiaçı İddiaçı iddia ərizəsində “2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt ayrılmış 5 baş heyvanın təsərrüfatlarında olmadığı və Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsi əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən, təsərrüfatda 16 baş iribuynuzlu heyvanın aşkar edilmədiyi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 16 baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin Agentliyə təqdim edilmədiyi” qeyd olunmuşdur. Tərəflərindən təqdim edilmiş İddiaçı vəsaitinin istifadəsinə dair tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan da görünür ki, həmin akt Agentliyin əməkdaşı Nəzarət və qiymətləndirmə şöbəsinin Nəzarət sektorunun müdiri X1 tərəfindən tərtib edilmişdir. Həmin aktın 3.1-ci bəndində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə baxış keçirildiyi, təsərrüfatda 50 baş “Holşteyn” iribuynuzlu heyvanın mövcud olduğu, 50 baş heyvanın birkalarına baxıldığı, birində birkanın düşdüyü və EE********** nömrəli birkanın əllə yazıldığı göstərilmişdir. Bundan başqa 16 baş heyvanın tələf olduğu, hər birinə akt tərtib edildiyi qeyd olunmuş və heyvanların hər birinin birka nömrəsi də göstərilmişdir. Lakin buna baxmayaraq, həmin akt Agentliyin əməkdaşı Cəlal Bədəlov tərəfindən imzalanmamış, yalnız zootexnik Ilyas Feyzullayev tərəfindən imzalanmışdır. Göründüyü kimi, Agentliyin əməkdaşı akt tərtib edərkən 16 baş heyvanın tələf olduğundan məlumatlı olmuş və məhz bu barədə məlumatı da tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktda qeyd edərək, heyvanların hər birinin birka nömrələrini də göstərmişdir. Bundan başqa iddia ərizəsində qeyd olunmuşdur ki, “cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir”. Iddiaçının bu mövqeyi ilə bağlı bildirir ki, ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizama görə Cavabdeh QSC aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: “1) 66 baş “Holşteyn” cinsli damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etmək, 2) damazlıq heyvanın verilməsinə dair müqavilələrdə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etmək, 3) damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməmək, 4) baytarın müsbət rəyi alınmadan kəsməmək”. Göründüyü kimi, Iltizamda heyvanların məcburi kəsimi ilə bağlı Agentliyə məlumat verilməsinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin olmadığı halda, öhdəliyin pozulmasından da söhbət gedə bilməz. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iltizamda nəzərdə tutulmuş hər hansı öhdəlik pozuntusuna yol verilməmişdir. 16 baş heyvanın hər birinə təsərrüfatın baş həkimi, baş zootexniki, baytar texniki və baytar feldşerinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra heyvanlardan 13-ü müvafiq akt tərtib edilərək, məcburi kəsimə göndərilmişdir. 3-ü isə ağzından köpük gələrək tələf olmuş, nəticədə Patoloji Anatomik yarma aparılmış və yarmadan dərhal sonra heyvanlar dərin quyu qazılaraq basdırılmışdır. Qeyd olunan aktların hər birində heyvanların məcburi kəsim və tələf olma səbəbləri göstərilmişdir. Həmçinin, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi ilə bağlı tərtib edilmiş hər bir akt Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin müvafiq möhürü ilə təsdiq edilmişdir. Həm həmin idarə, həm də iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi, hər ikisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardır. Yəni, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi məhz iddiaçı təşkilatın mənsub olduğu mərkəzi icra hakimiyyəti orqanının başqa bir idarəsi tərəfindən təsdiq edilmiş aktlarla öz təsdiqini tapır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Bundan əlavə, iş üzrə Şəki Kommersiya Məhkəməsində aparılan məhkəmə icraatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən də iddia ərizəsinə yazılı “Münasibət” təqdim edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatası "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1-ci maddəsinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır. Qanunun 20.1-ci maddəsinə əsasən Hesablama Palatası (bundan sonra - Palata) kənar dövlət maliyyə nəzarətinin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə illik iş planını hazırlayır və öz fəaliyyətini illik iş planı əsasında həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti tədbirləri Qanuna əsasən yalnız dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, siyasi partiyalar, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər üzrə aparılır. Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq, Palatanın 2024-cü il üzrə Iş Planına əsasən Palatanın Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*/*-*-**/**** nömrəli və ## ##### 2024-cü il tarixli, *-*/*-*-**/**** nömrəli Qərarları ilə Aqrar Kredit və Inkişaf Agentliyində "Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi" aparılmışdır. Auditin əsas məqsədini damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi, nöqsan və boşluqların aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin verilməsi təşkil etmişdir. Auditin predmetini isə ilkin damazlıq işinin səmərəliliyi və nəticəliliyi, damazlıq heyvandarlığa maliyyə dəstəyinin səmərəliliyi və damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmlərinin səmərəliliyi və nəticəliliyi təşkil etmişdir. Başqa sözlə, auditin predmetini Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və digər konkret fiziki və hüquqi şəxsə damazlıq heyvandarlıq sahəsində verilmiş dövlət vəsaiti deyil, ümumilikdə respublika üzrə Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən yüzlərlə fermerə verilmiş dövlət vəsaiti və yuxarıda göstərilən digər məsələlər təşkil etmişdir. Maliyyə nəzarəti tədbirləri özəl sektor subyektlərinə münasibətdə deyil, dövlət sektoru subyektlərinə münasibətdə icra edilir. Nəzarət tədbirinin predmeti ilə bağlı məlumatlar əsasən dövlət vəsaitinin istifadə və idarə edilməsini həyata keçirmiş dövlət qurumları tərəfindən audit qrupuna təqdim edilir. Əlavə olaraq qeyd edilməlidir ki, kənar dövlət maliyyə nəzarət tədbirinin bir növü olan auditlərdə sənədlərin təhlili, yenidən hesablama, yerində baxış, sorğuların keçirilməsi və digər audit prosedurları icra edilir. Bu auditin gedişatında da Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşlarının Nazirliyin müvafiq rayon (şəhər) X4 Mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi və digər aidiyyəti qurumlarının, habelə heyvan sahiblərinin və işçilərinin iştirakı ilə güzəşt məbləğləri ödənilmiş təsərrüfatlarda (alıcılarda) damazlıq heyvanların mövcud vəziyyətinə (hər baş damazlıq heyvanın birka nömrəsi göstərilməklə) dair aparılmış monitorinqlərin nəticələri, təqdim edilmiş məlumatlar təhlil edilmişdir. ##.##.2024-cü il tarixində Ismayıllı rayonunun Keyvəndi kəndi ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşının və təsərrüfatın baş zootexniki Ilyas Feyzullayevin iştirakı ilə akt tərtib edilmişdir. Tərtib edilmiş aktlara əsasən təsərrüfatda olan heyvanlar barədə birka nömrələri göstərilməklə cədvəl tərtib edilmişdir. Təqdim edilən məlumat audit üzrə aparılan prosedurlarda nəzərə alınmışdır. 2021-2023-cü illərdə güzəşt tətbiq olunan, dəyəri Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş 66 baş damazlıq heyvandan 5 başının yerində olmadığı müəyyən edilmişdir. Birka heyvanın cinsini, ona dövlət vəsaiti hesabına güzəşt verilməsini müəyyən edir. Akta əlavə edilən cədvəllərdə heyvanları identikləşdirməyə imkan verəcək birka nömrələri əsasında məhz 5 baş güzəştli şərtlərlə alınmış heyvanların yerində olmadığı müəyyən edilmişdir. Belə ki, təsərrüfatda fermerə məxsus başqa heyvanların olması mümkündür. Bu səbəbdən birka nömrələri eynilik təşkil etmədikdə və ya birka nömrələri olmadıqda audit zamanı bu, güzəştli şərtlərlə alınmış heyvanların təsərrüfatda olmadığı kimi qiymətləndirilir. Birka heyvanın həm də xüsusi cinsdən olmasını, dolayısı ilə qiymətini müəyyən edir. Auditin nəticələri üzrə Palatanın Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*/*-*-***/**** nömrəli Qərarı ilə təsdiqlənmiş Auditor hesabatında yuxarıda qeyd edilən məsələlər aşağıdakı kimi öz əksini tapmışdır: Aparılmış monitorinqlərin nəticələri (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) auditlə əhatə olunan dövrdə Aqrar Kredit və Inkişaf Agentliyinin xətti ilə 19 alıcı şəxs (7-si hüquqi, 12-si fiziki şəxs, o cümlədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti) üzrə maliyyələşdirilmiş 60%-lik güzəştin predmetini təşkil edən iribuynuzlu damazlıq heyvanlardan 28,6%-nin, yəni güzəştin məbləği 1741473 manata bərabər olan 571 baş sayının müvafiq təsərrüfatlarda mövcud olmadığını deməyə əsas vermişdir. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Palatanın Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*/*-*-***/**** nömrəli "Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələri haqqında" Qərarının 2.3-cü bəndi ilə monitorinqlərin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş 5127534,4 manat, eyni zamanda Nazirlik daxili nəzarət qaydasında 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı kimi çıxış etmiş bir təsərrüfatda ("Vest Milk" Məhdud Məsuliyyətli Сəmiyyətinə məxsus Samux rayonunun Sarıqamış kəndi ərazisindəki) aparılmış monitorinqin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) həmin heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş 268678,5 manat, eləcə də Aqrar Kredit və Inkişaf Agentliyi daxili nəzarət qaydasında damazlıq heyvandarlıq təsərrüfatlarında aparılan monitorinqlərin nəticələrinə dair sənədlərdə "tələf olunma" ilə əlaqələndirilərək mövcud olmadığı qeyd edilmiş 38 baş damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş 124100 manat, ümumilikdə 5520312,9 manat məbləğində çatışmazlığın bərpa olunması üçün zəruri tədbirlərin Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Qərarın 2.3-cü bəndində yer alan 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş 5127534,4 manat vəsait Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti üzrə heyvanları da əhatə edir. Belə ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti üzrə yerində (təsərrüfatında) mövcud olmadığı aşkar edilmiş 5 baş damazlıq heyvana görə Dövlət Büdcəsindən maliyyələşdirilmiş 60% güzəşt məbləği 16680 manat təşkil edir. Sözügedən Qərarın icrası olaraq, Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən ##.##.2025-ci il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə verilmiş subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmişdir. ##.##.2025-ci il tarixli akta əsasən təsərrüfatda heyvanlardan birinin birkası düşmüş, 16 (on altı) baş iribuynuzlu heyvan tələf olmuşdur. Həmçinin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, verilən damazlıq heyvanların verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, habelə verilən damazlıq heyvanların 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyinə dair ##.##.2023-cü il tarixli "Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında" iltizam verilmişdir. Alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti üzrə damazlıq heyvanların alınmasına görə 60% güzəşt məbləği ##.##.2023-cü il tarixində maliyyələşdirilmişdir. Hesablama Palatasının həyata keçirdiyi audit tədbiri 2021-2023-cü illəri əhatə etmişdir. Bu səbəbdən qeyd edilən maliyyələşmə üzrə vəziyyətə də audit zamanı qiymət verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən malların təqdim edilməsinin gəlir hesab olunduğu, bu zaman qəbz, nəzarət-kassa aparatının çeki, elektron-qaimə faktura təqdim edilməli olduğu imperativ normalar kimi müəyyən edilmişdir. Həmçinin, ##.##.2006-cı il tarixli *** nömrəli və ##.##.2007-ci il tarixli *** nömrəli "Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq qaydalarla və digər normativ hüquqi aktlarla heyvanların (o cümlədən xəstə heyvanların) satışı, kəsilməsi, məhv edilməsi (basdırılması və s.) ilə bağlı xüsusi prosedurlar (ekspertizası, akt tərtib edilməsi və s.) müəyyən edilmişdir. Göstərilən sənədlər (yəni qəbz, nəzarət-kassa aparatının çeki, elektron-qaimə faktura, kəsim barədə baytar sənədləri, sığorta ödənişi sənədləri) iltizam dövründə və ya sonradan heyvanların faktiki hərəkətini izləməyə imkan verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, dövlət vəsaiti hesabına maliyyələşdirilmiş xüsusi təyinata malik olan güzəşt məbləğlərinin müvafiq şərtlərə əməl etməmiş subyektlər üzrə geri qaytarılmasının və dövlətə dəyən zərərin aradan qaldırılması olduğunun nəzərə alınmasını xahiş edirlər. Bundan sonra, iş üzrə cavabdeh Cavabdeh QSC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının “iddia ərizəsinə yazılı münasibəti” adlı müraciəti ilə əlaqədar məhkəməyə yenidən “Mülahizə” təqdim edilərək, bildirilmişdir ki, Hesablama Palatası tərəfindən təqdim edilmiş “Münasibətdə” qeyd edilir ki, “##.##.2024-cü il tarixdə Ismayıllı rayonu Keyvəndi kəndi ərazisində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təsərrüfatda baş zootexnik Ilyas Feyzullayevin iştirakı ilə akt tərtib edilmişdir. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, 2021-2023-cü illərdə güzəşt tətbiq olunan dəyəri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş 66 baş damazlıq heyvandan 5 başının yerində olmadığı qeyd edilmişdir”. Bununla bağlı bildirir ki, yoxlama keçirilən ##.##.2024-cü il tarixinə həqiqətən də 66 baş heyvandan 5 başı təsərrüfatda mövcud olmamışdır. Belə ki, məhkəməyə təqdim etdiyi aşağıda göstərilən aktlar sübut edir ki, tələf olmuş 16 heyvanın 5 başı həqiqətən də ##.##.2024-cü il tarixədək məcburi kəsimə getmiş və ya tələf olmuşdur. 1. ##.##.2023-cü il tarixli akt – EE0024364119 birka nömrəli inək – məcburi kəsim. 2. ##.##.2023-cü il tarixli akt - EE0023728196 birka nömrəli inək – məcburi kəsim. 3. ##.##.2023-cü il tarixli akt - EE0024364133 birka nömrəli inək – məcburi kəsim. 4. ##.##.2024-cü il tarixli akt - EE0024364416 birka nömrəli inək – məcburi kəsim. 5. ##.##.2024-cü il tarixli akt - EE0023727982 birka nömrəli inək – tələf olub. Beləliklə, təqdim edilmiş aktların tarixlərinə əsasən, ##.##.2024-cü il tarixində 5 baş heyvanın təsərrüfatda olmadığı öz təsdiqini tapır. Eləcə də, Hesablama Palatasının yoxlama aktında da ##.##.2024-cü il tarixində 5 baş heyvanın olmadığı qeyd edilmişdir. Nəticə etibarı ilə 16 baş heyvandan 5 başı ##.##.2024-cü il tarixinədək olan dövrdə, qalan 11 başı isə Aqrar Kredit və Inkişaf Agentliyinin yoxlama keçirdiyi ##.##.2025-ci il tarixədək olan dövrdə xəstəlik və ya məcburi kəsim səbəbindən məhv olmuş və təsərrüfatda mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin hadisələrin xronoloji ardıcıllığı aşağıdakı kimi olmuşdur: 1. ##.##.2022-ci il tarixdə 66 baş damazlıq heyvanın alınması ilə bağlı “xxxx” MMC ilə Cavabdeh QSC arasında müqavilə bağlanır. 2. ##.##.2023-cü il tarixdə heyvanlar Cavabdeh QSC tərəfindən təhvil alınır. 3. ##.##.2023-cü il tarixdə Cavabdeh QSC-nin direktoru müvafiq Iltizamı verir. 4. ##.##.2024-cü il tarixində Cavabdeh QSC-də Hesablama Palatası tərəfindən yoxlama keçirilir. Bu tarixdə artıq 5 damazlıq heyvan məhv olmuşdu. 5. ##.##.2025-ci il tarixdə Aqrar Kredit və Inkişaf Agentliyinin əməkdaşları tərəfindən Cavabdeh QSC-də yoxlama keçirilir və 16 baş heyvanın təsərrüfatda olmadığı aşkar edilir. Bütün heyvanlar baytar rəyi əsasında kəsilmiş və qanunvericiliyin tələbləri pozulmamışdır. Iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi ilə cavabdeh Cavabdeh QSC arasında damazlıq heyvanların alqısatqısına dair heç bir mülki hüquqi müqavilə bağlanmamışdır. Iş materiallarında olan ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilə satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh QSC arasında bağlanmışdır. Aqrar Kredit və Inkişaf Agentliyi qeyd olunan müqavilənin tərəfi və ya iştirakçısı deyil, həmin müqavilədə, ümumiyyətlə, Agentliyin adı yoxdur. Həmin müqaviləyə əsasən, satıcı “xxxx” MMC 66 baş “Holşteyn” cinsli damazlıq heyvanı alıcıya satmağı, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəməyi razılaşdırmışdır. Belə ki, müqaviləyə görə, damazlıq heyvanların dəyəri 375922,80 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh QSC-nin qanuni təmsilçisi Nəriman Hüseynov tərəfindən ##.##.2023-cü il tarixli müvafiq ərizə ilə Aqrar Kredit və Inkişaf Agentliyinə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 375922,80 manat olan 66 baş “Holşteyn” cinsli damazlıq heyvanın minimum 40 faizinin ödənildiyi bildirilərək, 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və “xxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir. “xxxx” ASC tərəfindən Aqrar Kredit və Inkişaf Agentliyinə ünvanlanmış ## ##### 2023-cü il tarixli, KB **** nömrəli məktubdan da görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh QSC-nin damazlıq heyvanları əldə etməsi üçün güzəşt olunacaq 224122,93 (iki yüz iyirmi dörd min yüz iyirmi iki manat 93 qəpik) manat vəsaitin köçürülməsi xahiş edilmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir müqavilə münasibəti mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan da görünür ki, həmin akt Agentliyin əməkdaşı Nəzarət və qiymətləndirmə şöbəsinin Nəzarət sektorunun müdiri X1 tərəfindən tərtib edilmişdir. Həmin Aktın 3.1-ci bəndində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə baxış keçirildiyi, təsərrüfatda 50 baş Holşteyn iribuynuzlu heyvanın mövcud olduğu, 50 baş heyvanın birkalarına baxıldığı, birində birkanın düşdüyü və EE********** nömrəli birkanın əllə yazıldığı göstərilmişdir. Bundan başqa 16 baş heyvanın tələf olduğu, hər birinə akt tərtib edildiyi qeyd olunmuş və heyvanların hər birinin birka nömrəsi də göstərilmişdir. Lakin buna baxmayaraq, həmin akt Agentliyin əməkdaşı Cəlal Bədəlov tərəfindən imzalanmamış, yalnız zootexnik Ilyas Feyzullayev tərəfindən imzalanmışdır. Göründüyü kimi, agentliyin əməkdaşı akt tərtib edərkən 16 baş heyvanın tələf olduğundan məlumatlı olmuş və məhz bu barədə məlumatı da tərtib edilmiş ## ###### 2025-ci il tarixli Aktda qeyd edərək, heyvanların hər birinin birka nömrələrini də göstərmişdir. Bundan başqa iddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Iddiaçının bu mövqeyi ilə bağlı bildirir ki, ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizama görə Cavabdeh QSC aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: 1) 66 baş Holşteyn cinsli damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etmək. 2) Damazlıq heyvanın verilməsinə dair müqavilələrdə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etmək. 3) Damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməmək. 4) Baytarın müsbət rəyi alınmadan kəsməmək. Göründüyü kimi, iltizamda heyvanların məcburi kəsimi ilə bağlı Agentliyə məlumat verilməsinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin olmadığı halda, öhdəliyin pozulmasından da söhbət gedə bilməz. Cavabdeh QSC tərəfindən Iltizamda nəzərdə tutulmuş hər hansı öhdəlik pozuntusuna yol verilməmişdir. 16 baş heyvanın hər birinə təsərrüfatın baş həkimi, baş zootexniki, baytar texniki və baytar feldşerinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra heyvanlardan 13-ü müvafiq akt tərtib edilərək, məcburi kəsimə göndərilmişdir. 3-ü isə ağzından köpük gələrək tələf olmuş, nəticədə Patoloji Anatomik yarma aparılmış və yarmadan dərhal sonra heyvanlar dərin quyu qazılaraq basdırılmışdır. Qeyd olunan aktların hər birində heyvanların məcburi kəsim və tələf olma səbəbləri göstərilmişdir. Həmçinin, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi ilə bağlı tərtib edilmiş hər bir akt Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin müvafiq möhürü ilə təsdiq edilmişdir. Həm həmin Idarə, həm də iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi hər ikisi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardır. Yəni, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi məhz iddiaçı təşkilatın mənsub olduğu mərkəzi icra hakimiyyəti orqanının başqa bir idarəsi tərəfindən təsdiq edilmiş aktlarla öz təsdiqini tapır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə, iş üzrə Şəki Kommersiya Məhkəməsində aparılan məhkəmə icraatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən də iddia ərizəsi ilə əlaqədar yazılı “Mülahizə” təqdim edilərək, bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sözügedən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (bundan sonra – Fond) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) tərəfindən sığortalı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə “Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası” növü üzrə 66 baş heyvanla bağlı HS-**********-MS nömrəli elektron sığorta şəhadətnaməsi təqdim edilmiş və həmin müqaviləyə əsasən sığortalanmış heyvanlara ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd edilmiş risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. HS-**********-MS nömrəli Sığorta Müqaviləsi üzrə sığortalanan 66 baş heyvandan sadəcə bir heyvanın ölüm faktı ilə bağlı məlumat verilmiş və araşdırma bu istiqamətdə aparılmışdır. Belə ki, sığortalı ## #### 2023-cü il tarixində Cəmiyyətin “1651” Çağrı Mərkəzinə müraciət edərək, ona məxsus EE0024364119 birka nömrəli heyvanın ##.##.2023-cü il tarixində məcburi kəsimə sövq edildiyini bildirmişdir. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspertin ## ####### 2023-cü il tarixli rəyində və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ismayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin ## ####### 2023-cü il tarixli, *-**-*-*-**/*-*/***/**** nömrəli məktubunda sözügedən iribuynuzlu heyvanın sol arxa bud nahiyəsinin sınığı səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir və bu səbəb sığorta təminatına daxil olan risklərə aid edilməmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 922.1ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.8-ci maddəsinə və Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Qeyd olunanlara əsasən, heyvanın ölüm səbəbi sığorta müqaviləsi ilə təminat verilən risklərə aid olmadığı üçün Fondun 2023cü il ## ####### tarixli, **-*/*-***/**** nömrəli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ### 2026-cı il tarixli, e-*-*(*- **)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilmiş və həmin məhkəmə Qətnaməsində Qət olunmuşdur ki: -“Iddia təmin edilsin. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 54332,83 manat və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ödənilsin. Iş üzrə ödənilməmiş 253 manat dövlət rüsumu cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki: Tədqiq olunan sübutlar: - Iş materiallarında olan “satıcı” “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “alıcı” Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış ##.##.2022-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədə göstərilmiş ümumi dəyəri 375922,80 manat, hər birinin dəyəri 5695,80 manat olmaqla 66 baş “Holşteyn-friz” cinsinə aid inəyi müəyyən edilmiş güzəşt şərtləri daxilində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə satmağı, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti isə həmin inəkləri qəbul edib dəyərini, satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1.2-ci bəndində göstərilmiş damazlıq heyvanın alıcıya satılmasını, alıcı isə həmin damazlıq heyvanların müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir. Qeyd olunan müqavilə tərəflərin öz imza və möhürləri ilə təsdiqlənmiş, imzalanmış və etibarsız olmamışdır. “Aqrar Sığorta” Fondu ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanan sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyət sığortalı qismində iştirak etməklə mülkiyyətində olan 66 baş “Holşteyn-friz” cinsinə aid inək “Aqrar Sığorta” Fondu tərəfindən sığortalanmış və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə HS- 2023021470-MS şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əlavə olaraq imzalanmış cədvəldə hər inək üzrə azadolma məbləği və sığorta haqqı göstərilmişdir. Hesabdan Çıxarış məlumatından görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Aqrar Sığorta” Fonduna sığorta ödənişi üzrə 17856,30 manat pul ödənilmişdir. Iddiaçı tərəfindən təqdim edilən qaimələrdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə təqdim edilən 66 baş iribuynuzlu inəklərin hər birinin yaşı, cinsi və mənşəyi öz əksini tapmışdır. Iddiaçı tərəfindən təqdim edilən gömrük bəyannamələrində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə satılan inəklərin ölkəyə gəliş tarixi və gömrük sənədləşmələri öz əksini tapmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli, KA **** nömrəli məktubda hüquqi şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən satış dəyəri 375922,80 manat olan 66 baş Holşteyn-friz cinsli damazlıq heyvanı güzəştli şərtlərlə əldə etmək üçün müraciət etdiyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, müraciətçi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin yuxarıda adı çəkilən damazlıq heyvanları əldə etməsi üçün güzəşt olunacaq 224122,93 manat məbləğindəki vasaitin hesablarına köçürülməsi İddiaçı xahiş edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış ##.##.2023cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na müvafiq olaraq, ************** nömrəli, ## #### 2023 tarixli və ************** nömrəli, ## #### 2023 tarixli gömrük bəyannamələrinə əsasən gömrük dəyəri 373538,22 manat olan 66 (altmış altı) baş Holşteyn-friz cinsli damazlıq heyvanın satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yaninda Aqrar Kredit və Inkişaf Agentliyindən xahiş edilmişdir. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli Iltizamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 66 (altmış altı) baş Holşteyn-friz cinsli damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcək, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcək, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcək, baytarın müsbət rəyi alınmadan kəsməyəcəkdir. Yuxarıda sadalanan tələbləri pozduğu təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit taşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edilmişdir. ##.##.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bank hesabına 151800 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, müvəkkil kredit təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kreditin istifadə vəziyyətinin yoxlanılması məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus təsərrüfata baxış keçirilmiş və baxış nəticəsində təsərrüfatda olmuş 66 baş heyvandan 16 başının tələf olduğu məlum olmuşdur. Aktda həmin tələf olan inəklərin birka nömrələri qeyd edilmişdir. ##.##.2024cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli aktlardan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan inəklərdən 16 başı müxtəlif səbəblərdən kəsimə göndərilmiş və tələf olmuşdur. Heyvanların kəsimə getməsi və tələf olması səbəbləri aktlarda qeyd olunmuşdur. Həmin aktlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Idarəsi tərəfindən təsdiqlənmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Ismayıllı rayonu Keyvəndi kəndində yerləşən, 2021-2023-cü illəri əhatə edən təsərrüfatda olan inəklərin sayı haqqında məlumat cədvəlində, təsərrüfatda olan və tələf olmuş inəklərin sayı öz əksini tapmışdır. “Aqrar Sığorta” Fondu tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli Məlumatda qeyd olunmuşdur ki, “xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə “Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası” növü üzrə 66 baş heyvanla bağlı HS-**********-MS nömrəli elektron sığorta şəhadətnaməsi təqdim edilmiş və həmin müqaviləyə əsasən sığortalanmış heyvanlara ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd edilmiş risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda HS-**********-MS nömrəli sığorta müqaviləsi üzrə sığortalanan 66 baş heyvandan sadəcə bir heyvanın ölüm faktı ilə bağlı məlumat verilmiş və araşdırma bu istiqamətdə aparılmışdır. Belə ki, sığortalı 2023-cü il ## #### tarixində Cəmiyyətin “1651” Çağrı Mərkəzinə müraciət edərək, ona məxsus EE0024364119 birka nömrəli heyvanın ##.##.2023-cü il tarixində məcburi kəsimə sövq edildiyini bildirmişdir. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspertin 2023-cü il ## ####### tarixli rəyində və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ismayıllı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin 2023cü il ## ####### tarixli, *-**-*-*-**/*-*/***/**** nömrəli məktubunda sözügedən iribuynuzlu heyvanın sol arxa bud nahiyəsinin sınığı səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir və bu səbəb sığorta təminatına daxil olan risklərə aid edilməmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.8-ci maddəsinə və Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Qeyd olunanlara əsasən heyvanın ölüm səbəbi sığorta müqaviləsi ilə təminat verilən risklərə aid olmadığı üçün Fondun 2023cü il ## ####### tarixli, **-*/*-***/**** nömrəli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir”. İddiaçı tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ## ###### 2022-ci il tarixli, "009" nömrəli alqı-satqı müqaviləsinə əsasən ayrılmış güzəşt (subsidiya) məbləğinə dair məlumatlar aşağıdakı kimidir: Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvanların cinsi: Simmental cinsli iribuynuzlu mal-qara. Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvanların sayı: 66 baş. Dəymiş zərər üzrə damazlıq sayı: 16 baş. Damazlıq heyvanların alqı-satqı dəyəri: 375922,80 manat. Damazlıq heyvanların gömrük dəyəri: 373538,22 manat. Damazlıq heyvanların dəymiş zərər üzrə gömrük dəyəri 90554,72 manat. Damazlıq heyvanlara görə Agentliyə dəymiş zərər üzrə 60% güzəşt (subsidiya): 54332,83 manat təşkil edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan pul tələbinə dair iddiası iddiaçıya dəymiş ziyanla bağlı öhdəlikdən irəli gəlir. Işin hallarından da məlum olduğu kimi cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı yolu ilə 66 baş “Holşteyn-friz” cinsinə aid inək almışdır. Həmin inəklərin alınmasında iddiaçı İddiaçı müvafiq qanunvericiliyə əsasən güzəşt məbləği qismində cavabdehə 54332,83 manat miqdarında pul ödəmişdir. Bu iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış və işin mübahisələndirilməyən halıdır. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti isə güzəşt məbləğini qəbul etməklə Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam qəbul etmiş və iltizamda cavabdeh damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uygun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcək, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə və əks təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını bildirmişdir. Iddiaçıya dəymiş ziyan faktının mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdə (aktlar, arayışlar və.s) cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatında olan 16 baş inəyin tələf olması və kəsimə göndərilməsi müxtəlif xəstəlik səbəblərindən baş vermişdir. Cavabdeh isə iltizamda öhdəsinə götürdüyü damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etməsi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında olan “Aqrar Sığorta” Fondu tərəfindən təqdim edilən məlumatda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatında olan yalnız 1 baş inəyin tələf olması barədə Fonda məlumat daxil olduğu bildirilmiş, qalan inəklərin tələf olması ilə bağlı Fonda məlumat verilməmiş və nəticədə Fond tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin təssərüfatında olan inəklərin tələf olması ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Işin faktiki hallarından göründüyü kimi, cavabdehin iddiaçıya dəymiş zərərlə bağlı öhdəliyi yaranmış və iddiaçı ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 253 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X9 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən, bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 54332,83 manat və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ödənilməli, iş üzrə ödənilməmiş 253 manat dövlət rüsumu cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 448.2, 922.1, 922.2, 922.3, 923.1, 923.2, 923.3 və 923.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

– 3.1) Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli Qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 54332,83 manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərc olmaqla, cəmi 54909,11 manat pul vəsaitinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- **/**** nömrəli Qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin, Şəki Kommersiya Məhkəməsinin sözügedən Qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Həmin Qətnamə əsassız olduğundan, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqlarını kobud şəkildə pozur. Buna görə də, həmin Qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni Qətnamə çıxarılmasına zərurət vardır. Iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında damazlıq heyvanların alqı-satqısına dair heç bir mülki hüquqi müqavilə bağlanmamışdır. Iş materiallarında olan ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilə satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh QSC arasında bağlanmışdır. İddiaçı qeyd olunan müqavilənin tərəfi və ya iştirakçısı deyil, həmin müqavilədə, ümumiyyətlə, Agentliyin adı yoxdur. Həmin müqaviləyə əsasən, satıcı “xxxx” MMC 66 baş “Holşteyn” cinsli damazlıq heyvanı alıcıya satmağı, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəməyi razılaşdırmışdır. Belə ki, müqaviləyə görə, damazlıq heyvanların dəyəri 375922,80 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh QSC-nin qanuni təmsilçisi Nəriman Hüseynov tərəfindən ##.##.2023-cü il tarixli müvafiq ərizə ilə Aqrar Kredit və Inkişaf Agentliyinə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən Istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 375922,80 manat olan 66 baş “Holşteyn” cinsli damazlıq heyvanın minimum 40 faizinin ödənildiyi bildirilərək, 60 faizinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və “xxxx” Açıq Səhmdar Cəmiyyətində açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir. “xxxx” ASC tərəfindən Aqrar Kredit və Inkişaf Agentliyinə ünvanlanmış ## ##### 2023-cü il tarixli, KB **** nömrəli məktubdan da görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin damazlıq heyvanları əldə etməsi üçün güzəşt olunacaq 224122,93 manat vəsaitin köçürülməsi xahiş edilmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir müqavilə münasibəti mövcud olmamışdır. Iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi iddia ərizəsində “2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt ayrılmış 5 baş heyvanın təsərrüfatlarında olmadığı və Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsi əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən, təsərrüfatda 16 baş iribuynuzlu heyvanın aşkar edilmədiyi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 16 baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin Agentliyə təqdim edilmədiyi” qeyd olunmuşdur. Lakin, tərəflərindən təqdim edilmiş İddiaçı vəsaitinin istifadəsinə dair tərtib edilmiş ## ###### 2025-ci il tarixli Aktdan da görünür ki, həmin akt Agentliyin əməkdaşı Nəzarət və qiymətləndirmə şöbəsinin Nəzarət sektorunun müdiri X1 tərəfindən tərtib edilmişdir. Həmin aktın 3.1-ci bəndində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə baxış keçirildiyi, təsərrüfatda 50 baş “Holşteyn” cinsli iribuynuzlu heyvanın mövcud olduğu, 50 baş heyvanın birkalarına baxıldığı, birində birkanın düşdüyü və EE********** nömrəli birkanın əllə yazıldığı göstərilmişdir. Bundan başqa 16 baş heyvanın tələf olduğu, hər birinə akt tərtib edildiyi qeyd olunmuş və heyvanların hər birinin birka nömrəsi də göstərilmişdir. Lakin buna baxmayaraq, həmin akt Agentliyin əməkdaşı Cəlal Bədəlov tərəfindən imzalanmamış, yalnız zootexnik Ilyas Feyzullayev tərəfindən imzalanmışdır. Göründüyü kimi, agentliyin əməkdaşı akt tərtib edərkən 16 baş heyvanın tələf olduğundan məlumatlı olmuş və məhz bu barədə məlumatı da tərtib edilmiş ## ###### 2025-ci il tarixli Aktda qeyd edərək, heyvanların hər birinin birka nömrələrini də göstərmişdir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd olunmuşdur ki, “cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir”. Iddiaçının bu mövqeyi ilə bağlı bildirirlər ki, ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizama görə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: “1) 66 baş “Holşteyn” cinsli damazlıq heyvanın saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etmək; 2) Damazlıq heyvanın verilməsinə dair müqavilələrdə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etmək; 3) Damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməmək; 4) Baytarın müsbət rəyi alınmadan kəsməmək”. Göründüyü kimi, Iltizamda heyvanların məcburi kəsimi ilə bağlı Agentliyə məlumat verilməsinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin olmadığı halda, öhdəliyin pozulmasından da söhbət gedə bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Iltizamda nəzərdə tutulmuş hər hansı öhdəlik pozuntusuna yol verilməmişdir. 16 baş heyvanın hər birinə təsərrüfatın baş həkimi, baş zootexniki, baytar texniki və baytar feldşerinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra heyvanlardan 13-ü müvafiq akt tərtib edilərək, məcburi kəsimə göndərilmişdir. 3-ü isə ağzından köpük gələrək tələf olmuş, nəticədə Patoloji Anatomik yarma aparılmış və yarmadan dərhal sonra heyvanlar dərin quyu qazılaraq basdırılmışdır. Qeyd olunan aktların hər birində heyvanların məcburi kəsim və tələf olma səbəbləri göstərilmişdir. Həmçinin, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi ilə bağlı tərtib edilmiş hər bir akt Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin müvafiq möhürü ilə təsdiq edilmişdir. Həm həmin idarə, həm də iddiaçı Aqrar Kredit və Inkişaf Agentliyi – hər iki Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardır. Yəni, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi məhz iddiaçı təşkilatın mənsub olduğu mərkəzi icra hakimiyyəti orqanının başqa bir idarəsi tərəfindən təsdiq edilmiş aktlarla öz təsdiqini tapır. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar araşdırılmamış və sübuta yetirilməmişdir. Həmçinin, Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki: iddiaçıya dəymiş ziyan faktının mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdə (aktlar, arayışlar və s.) cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatında olan 16 baş inəyin tələf olması və kəsimə göndərilməsi müxtəlif xəstəlik səbəblərindən baş vermişdir. Cavabdeh isə Iltizamda öhdəsinə götürdüyü damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etməsi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Iddiaçının bu mövqeyi ilə bağlı bildirilir ki, ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizama görə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: 1) 66 baş “Holşteyn” cinsli damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etmək; 2) Damazlıq heyvanın verilməsinə dair müqavilələrdə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra etmək; 3) Damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməmək; 4) Baytarın müsbət rəyi alınmadan kəsməmək. Göründüyü kimi, Iltizamda heyvanların məcburi kəsimi ilə bağlı Agentliyə məlumat verilməsinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin olmadığı halda, öhdəliyin pozulmasından da söhbət gedə bilməz. Göründüyü kimi, məhkəmə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətini iltizamda öz üzərinə götürdüyü öhdəliyi - yəni, damazlıq heyvanın saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq etmək öhdəliyini icra etməməkdə ittiham edir. Lakin, Cavabdeh QSC-nin heyvanların saxlanma şəraitinə və qidalanma normalarına riayət etməməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bu hal öz təsdiqini tapmaya-tapmaya, məhkəmə öz mülahizələri əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətini bu öhdəliyini icra etməməkdə təqsirləndirmiş və bundan irəli gələrək də qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti iri buynuzlu mal-qaranın (ətlik və südlük) yetirişdirilməsi üzrə (südlük istiqamətli müasir heyvandarlıq kompleksinin təşkil olunması layihəsi) Azərbaycan Respublikası Vergi Məcəlləsi və Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququ qazanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2023-cü il tarixli məktubu ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti südlük istiqamətli “Holşteyn-friz” cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor təsərrüfat kimi dövlət reyestrinə daxil edilmişdir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz Iddiaçı İddiaçı tərəfindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edilərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul olunması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bildirilir ki, cavabdehin tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Agentlik ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında damazlıq heyvanların alqısatqısına dair heç bir mülki hüquqi müqavilə bağlanmamışdır. Iş materiallarında olan ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilə satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmışdır. Tərəflər arasında heç bir müqavilə münasibəti mövcud olmamışdır”. Halbuki, eyni xarakterli mübahisə predmeti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda güzəştli kreditlər üçün müqavilənin bağlanması qeyd edilmişdir. Qaydalarda subsidiyanın verilməsi ilə bağlı müqavilənin forması müəyyən edilməmişdir. Mülki Məcəllədə (bundan sonra-MM) də belə münasibətlərlə bağlı müqavilənin formasına dair tələblər nəzərdə tutulmamışdır. Ona görə də, hazırkı mübahisə üzrə MM-in 337.1-ci maddəsinin tətbiq edilməsi və tərəflər arasında bağlanmış əqdin etibarsız olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil. Tərəflər arasında əqdin bağlanması ilə bağlı isə qeyd edilir ki, MMin 407.1, 408.1, 409.1, 409.4-cü maddələrinin tələblərinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Oferta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılığı (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Bu baxımdan izah edilir ki, qanunvericilikdə müqavilənin formasına dair tələblər olmadıqda və tərəflərin konklyudent hərəkətlərindən onların faktiki müqavilə münasibətlərinə daxil olduğu müəyyən edildikdə qəbul edilməlidir ki, MM-in 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq oferta verilmiş, oferta aksept edilmiş və müqavilə bağlanmışdır”. Göründüyü kimi, cavabdeh ## ###### 2023-cü il tarixli Iltizamla “Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq, müqavilə şərtlərini pozmuşdur. Cavabdeh apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, “Iltizamda heyvanların məcburi kəsimi ilə bağlı Agentliyə məlumat verilməsinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin olmadığı halda, öhdəliyin pozulmasından da söhbət gedə bilməz. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iltizamda nəzərdə tutulmuş hər hansı öhdəlik pozuntusuna yol verilməmişdir. 16 baş heyvanın hər birinə təsərrüfatın baş həkimi, baş zootexniki, baytar texniki və baytar feldşerinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra heyvanlardan 13-ü müvafiq akt tərtib edilərək, məcburi kəsimə göndərilmişdir. 3-ü isə ağzından köpük gələrək tələf olmuş, nəticədə Patoloji Anatomik yarma aparılmış və yarmadan dərhal sonra heyvanlar dərin quyu qazılaraq basdırılmışdır. Qeyd olunan aktların hər birində heyvanların məcburi kəsim və tələf olma səbəbləri göstərilmişdir. Həmçinin, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi ilə bağlı tərtib edilmiş hər bir akt Ismayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin müvafiq möhürü ilə təsdiq edilmişdir. Həm həmin idarə, həm də Agentlik - hər ikisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardır. Yəni, 16 baş heyvanın ölməsi və ya məcburi kəsimi məhz iddiaçı təşkilatın mənsub olduğu mərkəzi icra hakimiyyəti orqanının başqa bir idarəsi tərəfindən təsdiq edilmiş aktlarla öz təsdiqini tapır”. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.1-ci bəndinə əsasən bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli, *** nömrəli Fərmanının 1.29-cu və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların, əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, heyvan mənşəli məhsulların, xammalın (bundan sonra - yüklər) təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı istiqamətlərini tənzimləyir. Qaydaların 1.3-cü bəndinə görə, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə uyğun olaraq icrası məcburi olan qərarlar qəbul edilir və həmin qərarların icrası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra - Aqrar Xidmətlər Agentliyi) tərəfindən təmin edilir. Qaydaların 1.6-cı bəndinə uyğun olaraq, bruselyoz və vərəm xəstəlikləri istisna olmaqla, bu Qaydaların 5-ci hissəsində göstərilən xəstəliklərə yoluxmuş yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsi Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin edilir, emalı və ya təkrar emalı prosesi isə Agentliyin və Aqrar Xidmətlər Agentliyinin birgə iştirakı ilə yüklərin təhvil verildiyi heyvan kəsimi və (və ya) emal müəssisələri tərəfindən həyata keçirilir. Qaydaların 3.1-ci bəndinə əsəsən, bu Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən xəstəliklərə yoluxmuş yüklər aşkar edildikdə, bu barədə baytarlıq mütəxəssisləri və ya yük sahibləri tərəfindən 1 (bir) gün ərzində yerli icra hakimiyyəti orqanına, Agentliyin müvafiq regional bölməsinə (bundan sonra - regional bölmə) və (və ya) Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin aidiyyəti yerli qurumuna (bundan sonra - yerli qurum) müraciət edilir. Qaydaların 3.2-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı, regional bölmə və yerli qurum tərəfindən xəstəliklə bağlı şübhəli halın araşdırılması və xəstəliyin ilkin diaqnozunun təyin edilməsi məqsədilə müraciət daxil olan vaxtdan 1 (bir) gün müddətində yüklərə yerində baxış keçirilir və mövcud vəziyyətin ilkin araşdırılmasına dair bu Qaydaların əlavəsində müəyyən edilmiş məzmunda ilkin akt tərtib edilir. Ilkin akt yerli icra hakimiyyəti orqanının nümayəndəsi, regional bölmənin baytarlıq müfəttişi və yerli qurumun rəhbəri, həmçinin yük sahibi tərəfindən imzalanır və möhürlənir. Ilkin aktın nüsxələri yük sahibinə (bu barədə yük sahibinin imzası alınmaqla), yerli icra hakimiyyəti orqanına, regional bölməyə və yerli quruma, diaqnostik numunələr isə həmin gun ərzində yerli qurum tərəfindən Agentliyin aidiyyəti laboratoriyalarına təqdim edilir. Qaydaların 3.3-cü bəndinə əsasən, yüklərdən götürülmüş nümunələrin müayinəsi və ekspertizası baytarlıq-sanitariya normalarına uyğun olaraq, Agentliyin laboratoriyalarında aparılır və nəticələri sınaq protokolu ilə rəsmiləşdirilir. Qaydaların 3.4-cü bəndinə əsasən, ilkin akt və sınaq protokolunun nəticəsinə əsasən bu Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən xəstəliklər aşkar edilərsə, 5 (beş) iş günü müddətində epizootiya əleyhinə fövqəladə komissiyaya məlumat verilir. Baş vermiş xəstəlik barəsində məlumatlar və onunla bağlı görülməli tədbirlər barəsində aşağıdakı məlumatlar X10 Informasiya Sisteminə (AQTIS-ə) daxil edilir və real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTlS-ə) ötürülür: 1. laboratoriya müayinəsi nəticəsində müəyyən edilən son diaqnoz barədə müvafiq məlumatlar; 2. yük sahibi və ya yük üzrə məsul şəxs, habelə yükün yerləşdiyi ərazi barədə məlumatlar; 3. xəstəlik daşıyıcısı olan heyvanın növü, növlər üzrə baş sayı, onun (onların) çəkisi, habelə heyvan mənşəli məhsul və xammal barədə məlumatlar; 4. heyvan xəstəliyinin yayılmasına səbəb ola bilən və bu səbəbdən məhv ediləcək və ya zərərsizləşdiriləcək alət və əşyalar barədə məlumatlar (siyahı); 5. yükü aşkar etmiş mütəxəssisin (mütəxəssislərin) adı, soyadı, atasının adı, işlədiyi qurumun adı və vəzifəsi;

6. laboratoriyaya müayinə üçün nümunə və materialın göndərilməsi, həmçinin aparılmış laboratoriya müayinələrinin nəticələri haqqında məlumatlar; 7. laboratoriya müayinələri nəticəsində xəstəliklərin təhlükəlilik dərəcəsindən asılı olaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın, alət və əşyaların məhv edilmə və ya zərərsizləşdirilmə üsulu; 8. xüsusi təhlükəli xəstəlik barədə məlumatın ilk dəfə daxil olduğu tarix. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq Agentlik tərəfindən istifadəyə yararsız və ya şərti yararsız sayılmış (xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq) yüklərin dövriyyədən çıxarılması, habelə həmin yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na * nömrəli Əlavədə müəyyən olunmuş formada qərar qəbul edilir. Həmin qərar qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində X10 Informasiya Sisteminə (AQTIS-ə) daxil edilir və real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülür. Qaydaların 3.6-cı bəndinə əsasən, dövriyyədən çıxarılmış yüklər heyvanların yenilənməsinə, emala, təkrar emala göndərilənə və ya məhv olunana qədər dəqiq çəkisi göstərilməklə, xüsusi uçota alınaraq, ayrıca yerdə saxlanılır. Qaydaların 4.1-ci bəndinə görə, yüklərin götürülməsinə və məhv edilməsinə səbəb olan xəstəliklərə aid bütün növ heyvanlar üçün ümumi olan xəstəliklərə quduzluq, qarayara, tulyaremiya, botulizm xəstəlikləri ilə yanaşı dabaq xəstəliyi də aiddir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024cü il tarixli, ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli Aktlarda heyvanların Mastit, Peritonit, şirdanın sağa yerdəyişməsi, şirdanın sola yerdəyişməsi xəstəliklərinə yoluxması və iştahsızlıq, selikli qişalarda sianozluq, gövşəmənin olmaması, bud bazu vətərinin qopması, sağ ön ətraf bağlarının qopması, süd məhsuldarlığının azalması, peyinin qaralması, arxa ətraflarının bud bazu vətərinin yırtılması, sol arxa ətrafının bud bazu vətərinin yırtılması, süd məhsuldarlığının azaldılması faktları baytar həkim və cavabdehin rəsmi vəzifəli şəxsləri tərəfindən təsdiq edilmişdir. Lakin həmin halda Qaydaların yuxarıda sadalanan tələblərinə riayət edilməmiş, formal bir akt tərtib edilmişdir. Belə ki, ilkin akt və sınaq protokolu tərtib edilməmiş, mülahizələr əsasında formal aktlar tərtib edilərək qanunvericiliyin tələbləri pozulmuşdur. Halbuki, Qaydaların tələblərinə əsasən xəstəliklərin dəqiq diaqnozu Agentliyin laboratoriyalarında aparılmalı və nəticələri sınaq protokolu ilə rəsmiləşdirilməli idi. Yuxarıda qeyd olunan Qaydaların müvafiq tələblərindən də göründüyü kimi, cavabdeh tərəfindən heç bir prosedura riayət edilməmiş, yalnız hər hansı hüquqi əsası olmayan qeyri-mötəbər xəstəlik haqqında aktlar tərtib edilmiş və Qaydalar ilə təsdiq edilmiş standart akt nümunəsinə riayət edilməmiş, formal xarakterli akt təqdim edilmişdir. Iddiaçı tərəf bütün bunları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız və qanunsuz olduğuna görə təmin olunmamalıdır. Bundan sonra isə, iş üzrə cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi iddiaçı İddiaçı “apellyasiya şikayətinə qarşı yazılı Etirazı” ilə əlaqədar ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “Mülahizə” təqdim edərək, həmin Mülahizəsində də iş üzrə bundan əvvəl məhkəməyə təqdim edilmiş cavabdeh tərəfin iddia tələbinə qarşı yazılı Etiraz və Mülahizələrində, eləcə də hazırkı apellyasiya şikayətində göstərilən dəlilləri bir daha təkrar edərək, iddia tələbi əsassız olduğundan Şəki Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni Qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iş üzrə apellyasiya icraatı:

– 4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## ###### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil1 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı nümayəndəsi, eləcə də iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş Azərbaycan Respublikası Hesablama Palatasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı İddiaçı nümayəndəsinin, eləcə də iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş Azərbaycan Respublikası Hesablama Palatasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkil1 Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və əsassız olduğuna görə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - apellyasiya şikayətinin dəlilləri, o cümlədən də iddia tələbi üzrə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etiraz və mülahizələrində göstərilənlərlə əsaslandırdı.

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli Qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası təmin edilərək, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 54332,83 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə üzrə bütün aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinə qarşı öz etiraz və mülahizələrində, o cümlədən də hazırkı apellyasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın tələblərinə uyğun olaraq gömrük satış dəyərinin 60 faizinin iddiaçı İddiaçı vəsaiti hesabına ödənilməsi ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə gömrük dəyəri 373538,22 manat olan 66 baş damazlıq heyvanların alınması, həmin damazlıq heyvanların alınması ilə əlaqədar cavabdeh Cavabdeh QSC-nin qanuni təmsilçisi tərəfindən ## ###### 2023cü il tarixli Iltizamın imzalanıb-möhürlənməsi, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən ## #### 2024-cü il tarixində keçirilən yoxlama zamanı həmin 66 baş heyvanlardan 5 baş damazlıq heyvanın məhv olması, iddiaçı İddiaçı tərəfindən ## ###### 2025-ci il tarixində keçirilən yoxlama zamanı isə həmin 66 baş heyvanlardan ümumilikdə cəmi 16 baş damazlıq heyvanın təsərrüfatda aşkar edilməməsi və həmin 16 baş olmayan heyvana görə iddiaçı tərəfindən tələb edilən dəymiş ziyanın miqdarı mübahisələndirilməmişdir. Lakin, cavabdeh Cavabdeh QSC-nin hazırkı iddia tələbinə qarşı mövqeyinə görə həmin olmayan 16 baş damazlıq heyvanlarla əlaqədar iddiaçı İddiaçı tərəfindən məlum iddia ərizəsi ilə dəymiş ziyan məbləği qismində ümumiyyətlə hər hansı bir miqdarda pulun tələb edilməsi əsassızdır (cavabdeh tərəfin bu mövqeyi və öz mövqeyini əsaslandırdığı hallar və xüsusatlar hazırkı qətnamənin 1-ci və 3.1-ci bölmələrində ətraflı qeyd olunmuşdur). Halbuki, işin yuxarıda qeyd olunan konkret halları və İddiaçı vəsaiti hesabına sahibkarlıqla məşğul olan subyektlərin Dövlət Büdcəsi hesabına güzəştli şərtlərlə maliyyələşdirilməsini tənzimləyən müvafiq normativ hüquqi aktların və normativ xarakterli aktların tələbləri, o cümlədən də məlum damazlıq heyvanların alınması ilə əlaqədar cavabdeh Cavabdeh QSC-nin qanuni təmsilçisi tərəfindən imzalanıb-möhürlənmiş ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizamın tələbləri ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh QSC-nin iddia tələbinə qarşı etirazının və onun tərəfindən verilmiş hazırkı apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Həmçinin, işin yuxarıda qeyd olunan halları ilə yanaşı, qeyd etmək lazımdır ki, cavabdeh Cavabdeh QSC-nin qanuni təmsilçisi tərəfindən imzalanıb-möhürlənmiş ## ###### 2023-cü il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” Iltizamın məzmunundan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti - İddiaçı (bundan sonra – Agentlik) vəsaiti hesabına verilən 66 baş damazlıq heyvana saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq ediləcək, damazlıq heyvanın verilməsinə dair bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəlikləri mütəmadi olaraq icra ediləcək, habelə damazlıq heyvan 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verilməyəcək və baytarın müsbət rəyi alınmadan kəsilməyəcəkdir. Yuxarıda sadalanan tələbləri pozduğu təqdirdə isə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edilmişdir. Göründüyü kimi, işin digər halları ilə yanaşı, məhz həmin Iltizamın şərtlərinə görə də cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti məlum damazlıq heyvanları baytarın müsbət rəyi alınmadan kəsməməli, belə hadisə baş verdiyi halda isə müvafiq qaydada hesablanan zərəri iddiaçı İddiaçı ödəməlidir. Çünki, cavabdeh tərəfin apellyasiya şikayətində, eləcə də hazırkı iddia tələbinə qarşı etiraz və mülahizələrində istinad etdiyi yuxarıda qeyd olunan “16 ədəd məcburi kəsim aktları”nın - həmin Iltizamda nəzərdə tutulan “baytarın müsbət rəyi alınmadan kəsilməyəcəkdir” şərtinə riayət edilməsini təsdiq edən əsaslı şübhələrdən kənar - mötəbər sübutlar kimi qiymətləndirilməsi mümkün deyildir. Belə ki, həmin Aktların heç biri bilavasitə müvafiq müayinəni aparmış səlahiyyətli baytar həkim tərəfindən imzalanaraq təsdiq olunmamış və eləcə də, həmin məcburi kəsimlərlə əlaqədar müvafiq qaydada baytar həkim tərəfindən aparılan müayinə nəticəsində tərtib edilən baytar-həkim rəyləri və digər bu kimi sənədlər qeyd olunan aktlara əlavə edilərək məhkəməyə və yaxud, iddiaçı İddiaçı təqdim olunmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar